/ / YAP Tərtər rayon təşkilatının inzibati binasında ərazi partiya təşkilatlarının sədrləri və partiya veteranları ilə görüş keçirilib
YAP Tərtər rayon təşkilatının inzibati binasında ərazi partiya təşkilatlarının sədrləri və partiya veteranları ilə görüş keçirilib
17.04.2026 [15:55]
"Şəhərsalma və Memarlıq İli" çərçivəsində YAP Tərtər rayon təşkilatının inzibati binasında ərazi partiya təşkilatlarının sədrləri və partiya veteranları ilə görüş keçirilmişdir.
Tədbir iştirakçıları əvvəlcə Ümummilli lider Heydər Əliyevin və ölkəmizin ərazi bütövlüyü uğrunda canlarını fəda etmiş şəhidlərin xatirəsini bir dəqiqəlik sükutla yad etmişlər.
Tədbiri giriş sözü ilə açan YAP Tərtər rayon təşkilatının sədri Eldar Əsədov bildirdi ki, Ümummilli Lider tərəfindən əsası qoyulan və Prezident cənab İlham Əliyevin rəhbərliyi ilə davam etdirilən proqramlar, müasir infrastruktur layihələri və işğaldan azad olunmuş ərazilərdə aparılan quruculuq işləri Azərbaycanın bu sahədə regionun qabaqcıl ölkələrindən birinə çevrildiyini göstərir. Azərbaycanın şəhərsalma sahəsində nailiyyətləri BMT-nin Ümumdünya Şəhərsalma Forumunun 13-cü Sessiyasının (WUF13) 2026-cı ildə Bakı şəhərində keçirilməsinə səbəb olub və bu, dövlətimizin qlobal etimada layiq görüldüyünü təsdiqləyir. Həmçinin qeyd edib ki, Azərbaycan qabaqcıl şəhərsalma modellərini uğurla tətbiq edir və beynəlxalq tərəfdaşlarla geniş əməkdaşlıq aparır.
Qeyd etdi ki, Azərbaycan qalib dövlət kimi regionunda sülh və əməkdaşlıq məkanına çevrilməsi üçün konstruktiv mövqe nümayiş etdirir. Bütün proseslərdə Azərbaycanın liderliyi öz sözünü deyir. Bu baxımdan, Azərbaycanın mövqeyi bölgədə dayanıqlı sülhün əldə olunması üçün ciddi zəmin yaradır. Eyni zamanda, Zəngəzur dəhlizinin açılması da bütün region üçün faydalı əməkdaşlıq platforması olacaq. Bütün bunlar isə Cənubi Qafqaz üçün yeni perspektivlər açacaq
Eldar Əsədov qeyd etdi ki, yeni dəyərlər yaradaraq siyasi mədəniyyət nümunəsi ortaya qoyan Yeni Azərbaycan Partiyasına göstərilən yüksək etimad onun ümumxalq partiyasına çevrilməsini şərtləndirmişdir: YAP ölkədə keçirilən bütün seçkilərdə inamlı qələbələr qazanaraq siyasi həyatda avanqard qüvvə - lider partiya olduğunu sübuta yetirmiş, hər bir siyasi marafondan uğurla və daha güclü çıxaraq siyasi sistemdə yerini daha da möhkəmləndirmişdir. Yeni Azərbaycan Partiyası 1993-2003-cü illərdə Heydər Əliyevin rəhbərliyi və xalqın dəstəyi ilə ictimai-siyasi sabitliyin, iqtisadi inkişafın təmin olunması, dövlətçiliyin möhkəmləndirilməsi - milli maraqların qorunması, respublikanın beynəlxalq mövqeyinin gücləndirilməsi istiqamətində ardıcıl işlər görərək mühüm nailiyyətlərə imza atmışdır. Ən əsası, ölkəmiz öz ərazi bütövlüyü və mütləq suverenliyini təmin etməklə Zəfər zirvəsinə yüksələrək regionumuz üçün də yeni perspektivlər yaratmışdır
YAP Tərtər rayon təşkilatının sədri Eldar Əsədov həmçinin partiyanın fəaliyyəti, qarşıda duran vəzifələr və ərazi partiya təşkilatlarının üzərinə düşən məsuliyyətlər barədə ətraflı məlumat verdi. O, həmçinin təşkilati işlərin daha da gücləndirilməsi, partiya sıralarında fəallığın artırılması və sosial şəbəkələrdə aktivliyin artırılması istiqamətində konkret tapşırıqların verildiyini diqqətə çatdırmışdır. Görüş çərçivəsində ərazi partiya təşkilatlarının sədrləri və tədbir iştirakçıları müxtəlif təklif və müzakirələrlə çıxış edərək fəaliyyətin daha səmərəli təşkili ilə bağlı fikir mübadiləsi aparmışlar.
Tədbirin sonunda yubiley yaşı tamam olmuş və partiyanın fəaliyyətində xüsusi xidmət göstərmiş partiya veteranlarının uzunillik səmərəli fəaliyyəti yüksək qiymətləndirilmişdir. Onlar YAP Tərtər rayon təşkilatı tərəfindən Fəxri Fərman və qiymətli hədiyyələrlə təltif olunmuşlar.
Partiya veteranları göstərilən diqqət və qayğıya görə Yeni Azərbaycan Partiyasının Sədri cənab İlham Əliyevə və YAP Tərtər rayon təşkilatına təşəkkürlərini bildirmişlər.
Xəbər lenti
Hamısına baxSosial
25 May 12:01
Dünya
25 May 11:59
Gündəm
25 May 11:55
Siyasət
25 May 11:35
Hadisə
25 May 11:34
Elm
25 May 11:33
Siyasət
25 May 11:28
Gündəm
25 May 11:27
Gündəm
25 May 11:26
Siyasət
25 May 11:25
İdman
25 May 11:20
YAP xəbərləri
25 May 11:11
Din
25 May 10:47
Dünya
25 May 10:41
Dünya
25 May 10:18
Dünya
25 May 09:54
Sosial
25 May 09:39
Hadisə
25 May 09:22
Dünya
25 May 08:50
Hadisə
25 May 08:35
Sosial
25 May 07:46
Sosial
25 May 07:24
Sosial
24 May 23:19
Dünya
24 May 22:16
Dünya
24 May 21:35
Hadisə
24 May 20:09
Sosial
24 May 19:20
Xəbər lenti
24 May 18:35
Dünya
24 May 17:22
Dünya
24 May 16:43
Dünya
24 May 15:30
Sosial
24 May 14:17
İdman
24 May 13:24
Xəbər lenti
24 May 12:21
Dünya
24 May 11:32
Dünya
24 May 10:19
Dünya
24 May 09:25
Siyasət
24 May 08:54
Elm
24 May 07:54
Siyasət
23 May 23:07
Dünya
23 May 22:24
Dünya
23 May 21:38
Maraqlı
23 May 20:17
Maraqlı
23 May 19:25
Dünya
23 May 19:07
Dünya
23 May 18:41
Dünya
23 May 18:16
Dünya
23 May 17:19
Dünya
23 May 16:30
Analitik
23 May 16:19
Analitik
23 May 16:17
Mədəniyyət
23 May 15:45
Siyasət
23 May 15:23
Dünya
23 May 14:37
Xəbər lenti
23 May 14:10
Dünya
23 May 13:52
İdman
23 May 13:49
Gündəm
23 May 13:20
Gündəm
23 May 12:58
Gündəm
23 May 12:32
Gündəm
23 May 12:25
Gündəm
23 May 11:50
MEDİA
23 May 11:34
Gündəm
23 May 11:17
İqtisadiyyat
23 May 10:59
İqtisadiyyat
23 May 10:35
Gündəm
23 May 10:12
Analitik
23 May 09:55
Analitik
23 May 09:31
Sosial
23 May 09:16

