Zəngəzur dəhlizinin (TRİPP) iqtisadi, ticari üstünlükləri...
22.10.2025 [10:55]
Həm regional, həm də qitələrarası əlaqələrdə yeni mərhələ
Cənubi Qafqazda sülh prosesinin yeni mərhələsi başlayıb. Azərbaycanın 44 günlük Vətən müharibəsində əldə etdiyi qələbə ilə formalaşan reallıq bölgədə uzunmüddətli sabitlik və əməkdaşlıq üçün bünövrə yaratdı. Bu kontekstdə avqust ayında ABŞ-ın vasitəçiliyi ilə Vaşinqtonda aparılan danışıqlar, imzalanan sənədlər beynəlxalq müstəvidə xüsusi əhəmiyyət kəsb edir. Çünki məhz Vaşinqtonda atılan addımlar tərəfləri daha açıq və konstruktiv dialoqa yönəltdi, həm də Ermənistanı destruktiv mövqedən uzaqlaşdıraraq reallığı qəbul etməyə məcbur etdi. Beləliklə, Azərbaycanın son 5 ildə apardığı fəaliyyət Cənubi Qafqaz, Mərkəzi Asiyada və Kiçik Asiya yarımadası geocoğrafi məkanında yeni - təhlükəsiz və iqtisadi perspektivi böyük olan bir mühitin yaranmasına gətirib çıxarıb. 30 ilə yaxın işğal altında olan torpaqlarımızın azad edilməsi, suverenliyimizin bərpası nəticəsində separatçı terrorçu qruplaşmanın ləğvi bölgənin təhlükəsizlik seqmentinin ən yüksək səviyyəyə çatmasına şərait yaratdı.
Ermənistan etiraf edir...
Bu isə həm də bölgə üçün yeni perspektiv vəd edir - avqustda Vaşinqtonda imzalanan müvafiq sənəd həm də Zəngəzur dəhlizinin (TRİPP) Orta Dəhliz üzərində yeni bir alternativ təşkil etməklə Şərq-Qərb kontentinin ən mühüm ticari xətlərindən birinə çevrilmək potensialını ortaya qoydu, onun siyasi təsdiqinə çevrildi. Bu mənada, layihə bütün region ölkələrini özünə cəlb edir. Uzun illər “dalan dövlət” kimi yaşayan Ermənistan isə bu fürsətdən yararlanmaq üçün daha çox tələsməlidir. Bunu Ermənistanın siyasi rəhbərliyi də etiraf edir. Belə ki, Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan Lüksemburqda regional təhlükəsizlik və regionlararası əlaqələr üzrə nazirlərin görüşündən əvvəl jurnalistlərə açıqlamasında bildirib ki, Ermənistanla Azərbaycan arasında sülhün bərqərar olması regionda nəqliyyat kommunikasiyalarının və iqtisadi əlaqələrin inkişafı üçün yeni imkanlar yaradır. “Bu gün mən Avropa İttifaqı, Qara dəniz regionu və Mərkəzi Asiyadakı həmkarlarımla regionlararası əməkdaşlıq vasitəsilə dayanıqlılığı, təhlükəsizliyi və əlaqəni necə gücləndirəcəyimizi müzakirə edirəm”, - nazir qeyd edib.
Mirzoyanın sözlərinə görə, Ermənistanla Azərbaycan arasında sülhün bərqərar olması, kommunikasiyaların yaxın vaxtlarda açılması, nəqliyyat infrastrukturunun yaradılması regionun inkişafı üçün yeni perspektivlər vəd edir. “Bizim region Avropa ilə Mərkəzi Asiyanı birləşdirən mühüm rol oynaya bilər. Mən bugünkü müzakirələri səbirsizliklə gözləyirəm”, - o əlavə edib.
Erməni nazir bir daha təsdiq edir ki, Azərbaycanın qətiyyəti ilə ortaya çıxan və reallaşan bu təşəbbüs bütövlükdə bölgə üçün, xüsusilə də Ermənistan üçün real imkanlar açır. Başqa sözlə, Zəngəzur dəhlizi (TRİPP) Azərbaycandan Azərbaycana rahat və maneəsiz yol olduğu qədər, Ermənistan üçün mühüm iqtisadi platformadır. Post-müharibə dövründə regional inkişafın əsas ünsürlərindən birini məhz Zəngəzur dəhlizi (TRİPP) - Şərq-Qərb logistik ticarət və yükdaşıma yolu, onun elementləri, keçid məntəqələri və marşurutları təşkil edə bilər. Çünki Zəngəzur dəhlizi (TRİPP) Şərq-Qərb marşurutu üzərində ən qısa yol olmaqla istər Qərb, istərsə də Şərq kontingentindən olacaq tərəfdaşlar üçün effektiv xarakter daşıyır. İnfrastruktur baxımından da Zəngəzur dəhilizi (TRİPP) olduqca əlverişlidir. Zəngəzur dəhlizinin (TRİPP) ən mühüm üstünlüklərindən biri isə Avropa ilə Asiyanı birləşdirməklə yanaşı, Yaxın Şərq regionuna da yaxınlığıdır. Türkiyə vasitəsilə təkcə Avropaya deyil, eləcə də Yaxın Şərqə çıxış imkanı qazanacaq layihə tərəfdaşları bu üstünlükdən də yararlanmış olacaqlar. Bir sözlə, dəhlizin açılması Ermənistanın iqtisadi potensialında mühüm dəyişikliklərə yol açacaq.
Avropa ilə Asiyanı birləşdirən ticarət və nəqliyyat yollarını açmaq üçün real imkan
Qeyd edək ki, sülh mühiti yaradıldıqca Orta Dəhliz boyunca infrastrukturun genişləndirilməsi, yeni dəmir yolu xətləri, limanların modernləşdirilməsi və rəqəmsal logistika həllərinin tətbiqi üçün sərmayə cəlbi asanlaşacaq. Ən əsası isə dəhlizin aparıcı seqmenti kimi Zəngəzur dəhlizi (TRİPP) üzərində razılığın əldə olunması mühüm perspektivdən xəbər verir. Zəngəzur dəhlizi Avropa ilə Asiya arasında yeni birləşdirici funksionallıq daşıyan marşuruta çevrilmək potensialına malikdir. Dəhlizin reallaşması isə dəhliz boyunca yaradılacaq dəmir və avtomobil yollarının Şərq-Qərb və Şimal-Cənub marşrutlarına inteqrasiya edilməsinə yol açacaq ki, bu da həm Mərkəzi Asiya, həm Avropa, həm də keçid üzərində olan dövlətlər üçün çox böyük əhəmiyyət daşıyır. Bundan başqa, Azərbaycanın Xəzərdə qurduğu ən böyük limanın, həmçinin işğaldan azad edilmiş ərazilərdə inşa olunan üç beynəlxalq səviyyəli aeroportun yaratdığı imkanları da nəzərə alsaq, belə bir qənaət ifadə edə bilərik: Zəngəzur dəhlizi beynəlxalq səviyyədə daşımaların artması üçün bariz stimuldur.
Beləliklə, Vaşinqtonda imzalanan Azərbaycan - Ermənistan sazişi region üçün tarixi dönüş nöqtəsi olmaqla yanaşı, qlobal iqtisadi və geosiyasi balanslarda da mühüm hadisədir. Bu addım Orta Dəhlizi daha etibarlı, rəqabətqabiliyyətli və strateji marşrut kimi önə çıxarır. Beləliklə, saziş yalnız siyasi sabitliyin təməlini qoymur, həm də Azərbaycanı Avrasiya nəqliyyat şəbəkəsinin ayrılmaz mərkəzi kimi möhkəmləndirir. Avropanın bu tranzit marşurutun reallaşmasına müsbət yanaşması da məhz deyilənləri təsdiqləyir. Avropa İttifaqının genişlənmə məsələləri üzrə komissarı Marta Kos bildirib ki, Azərbaycan və Ermənistan arasında sülh prosesinin nizamlanmasında irəliləyiş regionun siyasi-iqtisadi mənzərəsini dəyişməyə imkan verəcək. Bir müddət əvvəl regional turnedən qayıtmış komissarın sözlərinə görə, onilliklər boyu ilk dəfədir ki, region Avropanı və Asiyanı birləşdirən ticarət və nəqliyyat yollarını açmaq üçün real imkan əldə edir. “Avropadan Çin sərhədlərinə qədər ölkələr bu anın əhəmiyyətini dərk edirlər. Bu gün onların hamısı burada, Lüksemburqda toplaşıblar. Bu, ilk dəfə baş verir”, - M.Kos vurğulayıb.
Komissar qeyd edib ki, Aİ dövlətləri daha çox fəaliyyət azadlığı və ticarət imkanları, enerji mənbələrini və rəqəmsal məlumatların ötürülməsi üsullarını seçmək üçün yeni qarşılıqlı əlaqə infrastrukturu yaratmaq niyyətindədirlər:
“Bu, bu marşrutda olan hər kəs üçün daha çox müstəqillik deməkdir. Bizim işimiz sülhə töhfədir. Konkret əməkdaşlıq, qarşılıqlı əlaqəli bazarlar və bir-biri ilə bağlı cəmiyyətlər Cənubi Qafqazda uzunmüddətli sabitliyi və rifahı gücləndirə bilər. Lüksemburqdakı görüş yalnız ilk addımdır. Bunu noyabrda Birləşmiş Ştatların iştirakı ilə investisiya forumu izləyəcək”.
Sülhə maneələr aradan qalxmalıdır
Vurğulandığı kimi, əldə olunacaq sülh həm Cənubi Qafqaz regionu, həm də qlobal beynəlxalq aləm üçün olduqca böyük əhəmiyyət daşıyır. Avqustun 9-da Vaşinqtonda “Azərbaycan Respublikası və Ermənistan Respublikası arasında sülhün və dövlətlərarası münasibətlərin təsis edilməsinə dair Saziş” layihəsinin paraflanması bir çox aspektlərdə vacib və mütərəqqi geosiyasi nəticələr vəd edir. Ən mühüm kontekst kimi önə çıxan məsələ Cənubi Qafqazda 30 ildən artıq bir dövrdən sonra sülhə nail olunmasıdır. Artıq bu istiqamətdə bəzi addımlar atılıb - məsələn, avqustun 9-da Azərbaycan və Ermənistan xarici işlər nazirləri ATƏT-in fəaliyyətdə olan sədrinə birgə müraciəti də imzaladılar - Bu müraciət ATƏT-in Minsk Prosesinin, ATƏT-in fəaliyyətdə olan sədrinin Minsk konfransının müzakirəsində olan münaqişə üzrə şəxsi nümayəndəsinin və Yüksək Səviyyəli Planlaşdırma Qrupunun bağlanması barədə idi. Bu ilin sentyabrın 1-dən isə ATƏT-in Minsk Qrupunun ləğvi ilə bağlı prosesə start verilib. Nəticə etibarı ilə, sülh zəmini üçün tələb edilən iki addımdan biri reallaşıb - Ermənistan tərəfi həm də Konstitusiyasında müvafiq dəyişikliyi etməlidir. Azərbaycanın məsələyə münasibəti birmənalıdır. Dayanıqlı sülh yalnız və yalnız Ermənistanın əsas sənədində dəyişiklik edildikdən sonra imzalanacaq. Artıq bir müddətdir ki, Ermənistanda Konstitusiya dəyişikliyi ilə bağlı məsələ müzakirə olunur. Qeyd edək ki, Ermənistanın ayrı-ayrı şəxsləri bu dəyişikliyin həm zəruri, həm də vacib olduğunu dəfələrlə dilə gətiriblər.
Beləliklə, Ermənistan sülhü tezləşdirmək, Zəngəzur dəhlizi (TRİPP) layihəsinin bir hissəsi olması üçün real imkana malikdir - bu mənada, Konstitusiya ilə bağlı məsələləri tezləşdirmək İrəvanın özü üçün müsbət bir hal yaradacaq. Çünki Azərbaycan ilə Ermənistan arasında münasibətlərin normallaşması Cənubi Qafqazın həyatında yeni - sabit və inkişafa yönəlik dövrün başlama perspektivini formalaşdırır. Məhz imzalanacaq sülh Cənubi Qafqazın yeni dönəmdə stabil və sabit məkan kimi inkişafına yol açacaq. Bu inkişafdan Ermənistan da bəhrələnəcək...
Pərviz SADAYOĞLU
Xəbər lenti
Hamısına baxYAP xəbərləri
22 Oktyabr 00:12

YAP xəbərləri
21 Oktyabr 23:10

YAP xəbərləri
21 Oktyabr 22:41

Maraqlı
21 Oktyabr 21:30

Xəbər lenti
21 Oktyabr 21:28

YAP xəbərləri
21 Oktyabr 21:12

YAP xəbərləri
21 Oktyabr 20:57

Dünya
21 Oktyabr 20:18
YAP xəbərləri
21 Oktyabr 20:01

YAP xəbərləri
21 Oktyabr 19:46

Dünya
21 Oktyabr 19:15

Dünya
21 Oktyabr 18:19

YAP xəbərləri
21 Oktyabr 18:09

Analitik
21 Oktyabr 17:56

YAP xəbərləri
21 Oktyabr 17:43

Yeni texnologiyalar
21 Oktyabr 17:25
YAP xəbərləri
21 Oktyabr 17:21

YAP xəbərləri
21 Oktyabr 16:55

Gündəm
21 Oktyabr 16:51

Mədəniyyət
21 Oktyabr 16:40

Dünya
21 Oktyabr 16:34
YAP xəbərləri
21 Oktyabr 16:22

YAP xəbərləri
21 Oktyabr 16:09

YAP xəbərləri
21 Oktyabr 16:07

YAP xəbərləri
21 Oktyabr 16:05

Dünya
21 Oktyabr 15:21

YAP xəbərləri
21 Oktyabr 15:20

YAP xəbərləri
21 Oktyabr 15:14

Gündəm
21 Oktyabr 15:14

YAP xəbərləri
21 Oktyabr 15:10

YAP xəbərləri
21 Oktyabr 14:42

YAP xəbərləri
21 Oktyabr 14:30

Dünya
21 Oktyabr 14:30

Gündəm
21 Oktyabr 14:28

Siyasət
21 Oktyabr 14:18

YAP xəbərləri
21 Oktyabr 14:12

YAP xəbərləri
21 Oktyabr 14:08

Sosial
21 Oktyabr 14:06

YAP xəbərləri
21 Oktyabr 13:51

Gündəm
21 Oktyabr 13:49

Gündəm
21 Oktyabr 13:47

Dünya
21 Oktyabr 13:26

Dünya
21 Oktyabr 12:55

YAP xəbərləri
21 Oktyabr 12:50

YAP xəbərləri
21 Oktyabr 12:36

YAP xəbərləri
21 Oktyabr 12:32

Dünya
21 Oktyabr 12:18

Gündəm
21 Oktyabr 12:15

YAP xəbərləri
21 Oktyabr 12:05

YAP xəbərləri
21 Oktyabr 11:58

YAP xəbərləri
21 Oktyabr 11:50

Gündəm
21 Oktyabr 11:46

Gündəm
21 Oktyabr 11:46

Gündəm
21 Oktyabr 11:28

Hadisə
21 Oktyabr 11:19

Siyasət
21 Oktyabr 10:53

İqtisadiyyat
21 Oktyabr 10:39

İqtisadiyyat
21 Oktyabr 10:33

İqtisadiyyat
21 Oktyabr 10:31

Sosial
21 Oktyabr 10:29

Gündəm
21 Oktyabr 10:16

Analitik
21 Oktyabr 10:15

Siyasət
21 Oktyabr 09:54

Dünya
21 Oktyabr 09:32

İqtisadiyyat
21 Oktyabr 09:10

Mədəniyyət
21 Oktyabr 08:49

Ədəbiyyat
21 Oktyabr 08:17

Siyasət
21 Oktyabr 08:17

YAP xəbərləri
20 Oktyabr 23:52

YAP xəbərləri
20 Oktyabr 23:48
