Azərbaycan–Qazaxıstan münasibətləri səmərəli əməkdaşlıq modeli kimi formalaşıb
21.10.2025 [14:12]
Meydanəli Yolçiyev
YAP Daşkəsən rayon təşkilatının sədri
Oktyabrın 18-də Prezident İlham Əliyevin “Kazinform” agentliyinə müsahibəsi iki qardaş dövlət – Azərbaycan və Qazaxıstan arasında çoxillik dostluq və strateji əməkdaşlığın möhkəm təməllər üzərində qurulduğunu bir daha təsdiqləyir. Müsahibədə dövlətimizin başçısı siyasi əlaqələrin, iqtisadi tərəfdaşlığın, nəqliyyat, enerji və mədəni sahələrdə birgə təşəbbüslərin bugünkü reallıqlarını və gələcək perspektivlərini əhatəli şəkildə dəyərləndirib.
Azərbaycan ilə Qazaxıstan arasında siyasi əlaqələr bu gün yüksək səviyyəli qarşılıqlı etimad, qardaşlıq və strateji tərəfdaşlıq prinsiplərinə əsaslanır. Prezident İlham Əliyevin qeyd etdiyi kimi, ötən onilliklər ərzində xalqlarımız arasında tarixi qardaşlığa, dostluğa və qarşılıqlı dəstəyə, ortaq türk kimliyinin möhkəm təməlinə, oxşar mədəni ənənələrə və mənəvi dəyərlərə əsaslanaraq, biz həqiqi strateji tərəfdaşlıq və müttəfiqlik münasibətləri qurmuşuq. Son illərdə iki ölkənin dövlət başçıları arasında intensiv dialoq və mütəmadi səfərlər Azərbaycan-Qazaxıstan əlaqələrinin hərtərəfli genişlənməsinə güclü təkan verib. Təkcə son üç ildə Azərbaycan liderinin Qazaxıstana yeddinci səfəri, Prezident Kasım-Jomart Tokayevin isə altı dəfə Bakıya gəlməsi bu əməkdaşlığın fəallığının göstəricisidir. Belə müntəzəm təmaslar qarşılıqlı maraq doğuran məsələlərin operativ həllinə və ortaq mövqelərin formalaşmasına imkan yaradır.
2025-ci il iki ölkə arasında strateji tərəfdaşlıq və müttəfiqlik münasibətləri haqqında Müqavilənin 20 illiyi ilə əlamətdardır. Bu sənəd uzunmüddətli əməkdaşlığın hüquqi bazasını formalaşdırmaqla yanaşı, iqtisadi, siyasi, mədəni və humanitar sahələrdə qarşılıqlı əlaqələrin sistemli inkişafını təmin edib. Bu gün Azərbaycan ilə Qazaxıstan arasında təqribən 170 hüquqi sənəd qüvvədədir və bu müqavilələr hər iki ölkənin dövlət siyasətində qarşılıqlı inam və sabit əməkdaşlıq prinsiplərinə üstünlük verdiyini sübut edir.
Müsahibədə Prezident İlham Əliyev iki ölkə arasında münasibətlərin inkişafında Ali Dövlətlərarası Şuranın rolunu vurğulayıb. Şuranın ilk iclası Qazaxıstan Prezidentinin Azərbaycana dövlət səfəri zamanı keçirilib. Astanada keçiriləcək ikinci iclasda qarşılıqlı faydalı əməkdaşlığın perspektivləri və Azərbaycan-Qazaxıstan münasibətlərinin yeni səviyyəyə qaldırılması istiqamətində atılacaq addımlar müzakirə olunacaq. Bu mexanizm qarşılıqlı faydalı əməkdaşlığın yeni mərhələyə yüksəlməsi və iki ölkə arasında inteqrasiyanın daha da dərinləşməsi baxımından strateji əhəmiyyət daşıyır.
Azərbaycan və Qazaxıstan arasında iqtisadi-ticari əməkdaşlıq son illərdə sabit artım templəri ilə müşahidə olunur. 2024-cü ildə əmtəə dövriyyəsi 470 milyon dollar təşkil etdiyi halda, 2025-ci ilin ilk səkkiz ayında bu göstərici 547 milyon dollara çataraq üçqat artım nümayiş etdirib. Bu nəticə Orta Dəhlizin səmərəli istismarı və nəqliyyat-logistika infrastrukturunun modernləşdirilməsi sayəsində mümkün olub.
Bu gün Azərbaycanda Qazaxıstan kapitalı ilə 250-yə yaxın kommersiya strukturunun fəaliyyət göstərməsi investisiya mühitinə olan yüksək etimadı təsdiqləyir. İki ölkə arasında qarşılıqlı investisiya həcmləri də artmaqdadır. Azərbaycanın Qazaxıstan iqtisadiyyatına yatırımları 225 milyon, Qazaxıstanın isə ölkəmizə sərmayələri 136 milyon dolları ötüb.
Enerji sektoru iki ölkə münasibətlərinin əsas komponentlərindən biridir. SOCAR və “KazMunayQaz” şirkətləri arasında Aktau–Ceyhan marşrutu üzrə ildə 1,5 milyon ton Qazaxıstan neftinin tranziti barədə imzalanmış saziş Xəzər dənizi regionunda enerji təhlükəsizliyinin möhkəmlənməsinə xidmət edir. Yaşıl energetika sahəsində Azərbaycan, Qazaxıstan və Özbəkistan arasında həyata keçirilən birgə layihələr regional enerji bazarının diversifikasiyasına və bərpaolunan enerji mənbələrinin inkişafına xidmət edir. Bu təşəbbüslər davamlı inkişaf və ekoloji tarazlıq məqsədlərinin reallaşdırılmasına mühüm töhfədir.
Prezident İlham Əliyev müsahibəsində nəqliyyat-logistika sahəsində əldə olunan nailiyyətləri də qeyd edib. 2022-ci ildə Aktauda imzalanmış “2022–2027-ci illər üçün Yol Xəritəsi” Orta Dəhlizin inkişafını, yük axınının artırılmasını, vahid tarif siyasətinin tətbiqini və logistika mərkəzlərinin yaradılmasını nəzərdə tutur. Bu çərçivədə Xəzər dənizinin dibi ilə fiber-optik rabitə xəttinin tikintisi layihəsi də mühüm strateji əhəmiyyət daşıyır. 2025-ci ilin martında imzalanan müqaviləyə əsasən, layihənin 2026-cı ilin sonuna qədər tamamlanması planlaşdırılır ki, bu da regionun rəqəmsal inteqrasiyasını gücləndirəcək.
Türk Dövlətləri Təşkilatı Azərbaycan və Qazaxıstan arasında münasibətlərin dərinləşməsində və türk dünyasının birliyinin möhkəmlənməsində aparıcı rol oynayır. 2009-cu ildə Naxçıvanda yaradılmış bu təşkilat siyasi dialoqun, iqtisadi inteqrasiyanın və humanitar əməkdaşlığın mühüm platformasına çevrilib. Şuşada ilk qeyri-rəsmi Zirvə Görüşü, bu yaxınlarda isə Qəbələdə TDT Dövlət Başçıları Şurasının 12-ci Zirvə Görüşü türk birliyinin güclənməsi, ortaq maraqların müdafiəsi və təşkilatın beynəlxalq nüfuzunun artması baxımından əlamətdar hadisələr kimi tarixə düşüb.
TDT çərçivəsində Azərbaycan və Qazaxıstan mədəniyyət, elm, təhsil və humanitar sahələrdə sıx əməkdaşlıq edir. Birgə festivallar, sərgilər, konfranslar və akademik mübadilələr xalqlar arasında mənəvi əlaqələri gücləndirir. Beynəlxalq Türk Akademiyasının fəaliyyəti, TÜRKSOY və Türk Mədəniyyəti və İrsi Fondunun təşəbbüsləri türk xalqları arasında elmi və mədəni inteqrasiyanın genişlənməsinə xidmət edir. Prezident İlham Əliyev sözügedən müsahibəsində 1926-cı ildə Bakıda keçirilmiş Birinci Türkoloji Qurultayın tarixi əhəmiyyətini qeyd edib: “Bu hadisə türk elminin, mədəniyyətinin, birliyinin inkişafında mühüm mərhələ oldu. Gələn il bu əlamətdar Forumun keçirilməsinin 100 illiyi tamam olur və Birinci Türkoloji Qurultayın ildönümünün TDT çərçivəsində təntənəli şəkildə qeyd edilməsi planlaşdırılır”.
Prezident İlham Əliyevin “Kazinform” agentliyinə müsahibəsi Azərbaycan–Qazaxıstan münasibətlərinin strateji mahiyyətini, siyasi etimadın yüksək səviyyəsini, iqtisadi əməkdaşlığın perspektivlərini və türk dünyasının gələcəyi üçün birgə məsuliyyət anlayışını nümayiş etdirir. Bu müsahibə bir daha göstərir ki, iki qardaş dövlətin münasibətləri həm regional çərçivədə, həm də qlobal səviyyədə sabitliyin, qarşılıqlı dəstəyin və ortaq dəyərlərin təcəssümüdür.
Xəbər lenti
Hamısına bax
YAP xəbərləri
21 Oktyabr 16:55

Mədəniyyət
21 Oktyabr 16:40

Dünya
21 Oktyabr 16:34
YAP xəbərləri
21 Oktyabr 16:22

YAP xəbərləri
21 Oktyabr 16:09

YAP xəbərləri
21 Oktyabr 16:07

YAP xəbərləri
21 Oktyabr 16:05

Dünya
21 Oktyabr 15:21

YAP xəbərləri
21 Oktyabr 15:20

YAP xəbərləri
21 Oktyabr 15:14

Gündəm
21 Oktyabr 15:14

YAP xəbərləri
21 Oktyabr 15:10

YAP xəbərləri
21 Oktyabr 14:42

YAP xəbərləri
21 Oktyabr 14:30

Dünya
21 Oktyabr 14:30

Gündəm
21 Oktyabr 14:28

Siyasət
21 Oktyabr 14:18

YAP xəbərləri
21 Oktyabr 14:12

YAP xəbərləri
21 Oktyabr 14:08

Sosial
21 Oktyabr 14:06

YAP xəbərləri
21 Oktyabr 13:51

Gündəm
21 Oktyabr 13:49

Gündəm
21 Oktyabr 13:47

Dünya
21 Oktyabr 13:26

Dünya
21 Oktyabr 12:55

YAP xəbərləri
21 Oktyabr 12:50

YAP xəbərləri
21 Oktyabr 12:36

YAP xəbərləri
21 Oktyabr 12:32

Dünya
21 Oktyabr 12:18

Gündəm
21 Oktyabr 12:15

YAP xəbərləri
21 Oktyabr 12:05

YAP xəbərləri
21 Oktyabr 11:58

YAP xəbərləri
21 Oktyabr 11:50

Gündəm
21 Oktyabr 11:46

Gündəm
21 Oktyabr 11:46

Gündəm
21 Oktyabr 11:28

Hadisə
21 Oktyabr 11:19

Siyasət
21 Oktyabr 10:53

İqtisadiyyat
21 Oktyabr 10:39

İqtisadiyyat
21 Oktyabr 10:33

İqtisadiyyat
21 Oktyabr 10:31

Sosial
21 Oktyabr 10:29

Gündəm
21 Oktyabr 10:16

Analitik
21 Oktyabr 10:15

Siyasət
21 Oktyabr 09:54

Dünya
21 Oktyabr 09:32

İqtisadiyyat
21 Oktyabr 09:10

Mədəniyyət
21 Oktyabr 08:49

Ədəbiyyat
21 Oktyabr 08:17

Siyasət
21 Oktyabr 08:17

YAP xəbərləri
20 Oktyabr 23:52

YAP xəbərləri
20 Oktyabr 23:48

YAP xəbərləri
20 Oktyabr 23:10

YAP xəbərləri
20 Oktyabr 22:46

YAP xəbərləri
20 Oktyabr 22:19

Diaspor
20 Oktyabr 21:38

Siyasət
20 Oktyabr 21:37

YAP xəbərləri
20 Oktyabr 21:16

YAP xəbərləri
20 Oktyabr 21:09

YAP xəbərləri
20 Oktyabr 20:57

YAP xəbərləri
20 Oktyabr 20:14

YAP xəbərləri
20 Oktyabr 19:43

YAP xəbərləri
20 Oktyabr 19:21

YAP xəbərləri
20 Oktyabr 19:14

YAP xəbərləri
20 Oktyabr 18:31

YAP xəbərləri
20 Oktyabr 18:04

YAP xəbərləri
20 Oktyabr 17:59

Sosial
20 Oktyabr 17:55

YAP xəbərləri
20 Oktyabr 17:51

Siyasət
20 Oktyabr 17:49
