/ / Azərbaycan ilə Qazaxıstan arasında siyasi əlaqələr bu gün yüksək qarşılıqlı etimad ilə xarakterizə olunur
Azərbaycan ilə Qazaxıstan arasında siyasi əlaqələr bu gün yüksək qarşılıqlı etimad ilə xarakterizə olunur
21.10.2025 [14:42]
Azərbaycan ilə Qazaxıstan arasında siyasi əlaqələr bu gün yüksək qarşılıqlı etimad ilə xarakterizə olunur. Ötən onilliklər ərzində biz tarixi qardaşlığa, dostluğa və qarşılıqlı dəstəyə, ortaq türk kimliyinin möhkəm təməlinə, oxşar mədəni ənənələrə və mənəvi dəyərlərə əsaslanaraq, strateji və müttəfiqlik tərəfdaşlığı qurmuşuq. Azərbaycan Prezidenti İlham Əliyev Qazaxıstana dövlət səfəri ərəfəsində Kazinform Agentliyinə müsahibəsində deyib. “İkitərəfli əməkdaşlığın möhkəmlənməsinə töhfə verən mühüm amil kimi fəal və konstruktiv dialoqu qeyd etmək istərdim. Çünki bu fəaliyyətlər yüksək səviyyədə baş verir və dövlətlərarası münasibətlərin bütün səviyyələrdə hərtərəfli dərinləşməsinə təkan verir. Bu, mənim son üç ildə qardaş ölkəyə yeddinci səfərimdir. Hər səfərimdə Qazaxıstanın sürətli inkişafının, yeni nailiyyətlərin şahidi olmaqdan şadam. Bu nailiyyətlər Prezident Qasım-Jomart Tokayevin rəhbərliyi ilə həyata keçirilən məqsədyönlü və planlı dövlət siyasətinin sübutudur. Ölkənin modernləşdirilməsinə və iqtisadiyyatın şaxələndirilməsinə yönəlmiş islahatların uğurla həyata keçirilməsi xüsusilə heyranedicidir. Bu əlamətdar nəticələr münasibətilə bütün qardaş Qazaxıstan xalqını təbrik etmək istərdim. Bu müddət ərzində Qazaxıstan Prezidenti Qasım-Jomart Tokayev altı dəfə Azərbaycana səfər edib. Bütün bunlar bizim ölkələrimiz arasında hərtərəfli tərəfdaşlıq və strateji qarşılıqlı əlaqələri inkişaf etdirmək istəyimizi nümayiş etdirir. Bundan əlavə, müntəzəm təmaslar bizə gündəlikdəki aktual məsələləri operativ şəkildə həll etməyə və əməkdaşlığın əsas istiqamətləri üzrə razılaşdırılmış mövqeləri inkişaf etdirməyə imkan verir. Fürsətdən istifadə edərək, işğaldan azad edilmiş Füzuli şəhərində Kurmanqazı Uşaq Yaradıcılıq Mərkəzini tikən qardaş Qazaxıstana bir daha minnətdarlığımı bildirmək istəyirəm. Bu mərkəz bu gün 100-ə yaxın uşağın təhsil aldığı mühüm mədəni-maarif ocağına çevrilib”, - dövlət başçısı bildirib.
Prezident İlham Əliyev qeyd edib ki, ötən illər ərzində iki ölkə möhkəm hüquqi baza - 170-ə yaxın sənəd hazırlayıb, siyasi, ticari-iqtisadi, investisiya, mədəni-humanitar və digər sahələrdə səmərəli əməkdaşlıq mexanizmləri yaradıb: “Mən Azərbaycan və Qazaxıstan arasında strateji tərəfdaşlıq və müttəfiqlik haqqında Müqavilənin əhəmiyyətini vurğulamaq istərdim. Eyni zamanda, bu il biz bu mühüm sənədin imzalanmasının 20 illiyini qeyd etdik. Bu sənəd Azərbaycan-Qazaxıstan əməkdaşlığının müxtəlif sahələrdə inkişafı üçün möhkəm zəmin yaradıb və ötən illər ərzində ölkələrimiz arasında bütün istiqamətlərdə əməkdaşlıq əhəmiyyətli dərəcədə genişlənib. Ali Dövlətlərarası Şuranın keçirilməsinin vacibliyini də qeyd etmək lazımdır. Onun ilk iclası ötən il Qazaxıstan Prezidentinin Azərbaycana dövlət səfəri zamanı keçirilib. Astanada keçiriləcək ikinci görüşdə qarşılıqlı faydalı əməkdaşlığın perspektivləri və Azərbaycan-Qazaxıstan münasibətlərinin yeni səviyyəyə çıxarılması istiqamətində atılan addımlar müzakirə olunacaq.
Qazaxıstanın regionda sülhün, təhlükəsizliyin və iqtisadi əməkdaşlığın təşviq edilməsinə yönəlmiş fəaliyyəti, habelə Asiyada təhlükəsizliyin möhkəmlənməsi sahəsində “Asiyada Qarşılıqlı Əməkdaşlıq və Etimad Tədbirləri üzrə Müşavirə”nin yaradılması ilə bağlı təşəbbüsünü ilk dəstəkləyən ölkələrdən biri Azərbaycan olub. Eyni zamanda, ölkələrimiz arasında geniş hüquq-müqavilə bazası formalaşıb. İndiyədək Azərbaycanla Qazaxıstan arasında 150-yə yaxın sənəd imzalanıb. Bu normativ-hüquqi baza tədricən daha da genişlənir və təkcə 1 il 6 ay ərzində 40-a yaxın mühüm ikitərəfli sənəd imzalanıb. Bu sənədlər arasında “Azərbaycan Respublikası və Qazaxıstan Respublikası arasında dostluq münasibətləri və strateji tərəfdaşlıq haqqında Bəyannamə” (2004-cü il 1 mart, Astana), “Azərbaycan Respublikası və Qazaxıstan Respublikası arasında strateji tərəfdaşlıq və müttəfiqlik münasibətləri haqqında Müqavilə” (2005-ci il 24 may, Bakı), “Azərbaycan Respublikası ilə Qazaxıstan Respublikası arasında strateji münasibətlərin möhkəmləndirilməsi və müttəfiqlik qarşılıqlı fəaliyyətinin dərinləşdirilməsi haqqında Bəyannamə” (2022-ci il 24 avqust, Bakı) xüsusi vurğulanmalıdır. Regionda yaranmış yeni reallıqlar çərçivəsində nəqliyyat-kommunikasiya xətlərinin açılması istiqamətində aparılan işlər və postmünaqişə dövrünün reallığı olan Zəngəzur dəhlizi Mərkəzi Asiya regionu, o cümlədən Qazaxıstan üçün də yeni fürsətlər yaradır. Ölkələrimizin maraqları bu məsələdə də üst-üstə düşür. Ölkələrimizin beynəlxalq nəqliyyat-kommunikasiya dəhlizinə çevrilmələrinə xidmət edən "Rəqəmsal İpək Yolu" (Digital Silk Way) layihəsinin əsas hissəsi olan Xəzəraltı fiber-optik kabel magistralının inşası istiqamətində görülmüş işlər təqdirəlayiqdir.
Bütün bunlar onu deməyə əsas verir ki, ortaq soykök və tarixi-mədəni əlaqələrə malik ölkələrimiz arasındakı münasibətlər bundan sonra da hər iki xalqın və dövlətin maraqlarına uyğun inkişaf edəcək və genişlənəcək.
Müşfiq Səfərov
Yeni Azərbaycan Partiyası Beyləqan rayon təşkilatının sədri
Xəbər lenti
Hamısına baxDünya
03 May 23:16
Dünya
03 May 22:41
Dünya
03 May 21:27
Dünya
03 May 20:18
Gündəm
03 May 19:45
Maraqlı
03 May 19:25
Dünya
03 May 18:40
Sosial
03 May 18:16
İdman
03 May 18:14
Dünya
03 May 17:15
İdman
03 May 16:52
Maraqlı
03 May 16:39
Dünya
03 May 15:22
Analitik
03 May 14:54
Elm
03 May 14:31
Dünya
03 May 13:40
İqtisadiyyat
03 May 12:45
Dünya
03 May 12:17
Dünya
03 May 11:49
Dünya
03 May 11:20
İdman
03 May 10:58
Dünya
03 May 10:36
İdman
03 May 10:20
Dünya
03 May 09:43
İqtisadiyyat
03 May 09:14
İdman
03 May 08:50
Elm
03 May 08:22
İdman
03 May 07:30
Elm
03 May 07:24
İdman
02 May 23:35
Sosial
02 May 22:45
Analitik
02 May 21:56
Dünya
02 May 20:42
Dünya
02 May 19:34
YAP xəbərləri
02 May 18:39
Dünya
02 May 18:36
Sosial
02 May 17:36
Hadisə
02 May 16:29
Mədəniyyət
02 May 15:17
Sosial
02 May 14:22
İdman
02 May 13:31
Mədəniyyət
02 May 12:39
Gündəm
02 May 11:59
Gündəm
02 May 11:32
Siyasət
02 May 11:18
İqtisadiyyat
02 May 10:53
Gündəm
02 May 10:35
İqtisadiyyat
02 May 10:17
Analitik
02 May 09:56
Analitik
02 May 09:30
Sosial
02 May 09:16
Ədəbiyyat
02 May 08:54
Ədəbiyyat
02 May 08:31
Dünya
01 May 23:49
İqtisadiyyat
01 May 23:20
Sosial
01 May 22:46
Xəbər lenti
01 May 22:19
Siyasət
01 May 22:07
Dünya
01 May 21:55
Hadisə
01 May 21:23
İqtisadiyyat
01 May 20:42
Mədəniyyət
01 May 20:17
Maraqlı
01 May 19:50
Dünya
01 May 19:23
Dünya
01 May 18:25
Dünya
01 May 17:32
Gündəm
01 May 16:55
Dünya
01 May 16:55
Maraqlı
01 May 16:39
YAP xəbərləri
01 May 15:50

