Azərbaycan - Qazaxıstan əlaqələri böyük perspektivlər vəd edir
21.10.2025 [12:32]
Bayram Aslanov,
YAP İdarə Heyətinin üzvü, YAP Gəncə şəhər təşkilatının sədri
Şərqdən Qərbə uzanan türk dünyası dövlətlərinin birliyi Azərbaycanın xarici siyasətinində mühüm prioritet məsələlərdən biridir. Tarixin müxtəlif çağlarında ölkəmizin türkdilli dövlətlərlə iqtisadi, siyasi, humanitar, həmçinin digər sahələr üzrə əməkdaşlıq əlaqələri bu gün də uğurla davam edir. Müstəqil Azərbaycanın Prezidenti cənab İlham Əliyevin Mərkəzi Asiyada yerləşən ölkələrə mütəmadi səfərləri, həmçinin regional təşkilatların tədbirlərində fəxri qonaq qismində iştirakı ölkəmizin bu dövlətlər ilə əlaqələrinin dinamikasını nümayiş etdirir.
Azərbaycanın türk dilli dövlətlərlə, o cümlədən Qazaxıstanla əməkdaşlığı müasir dövrümüzdə yeni mərhələyə qədəm qoyub, yüksələn xətt üzrə inkişaf etməkdədir. Azərbaycanın Qazaxıstanla münasibətləri həm ikitərəfli dövlətlərarası münasibətlər zəminində, həm beynəlxalq və regional təşkilatlar, o cümlədən BMT, Türk Dövlətləri Təşkilatı, İslam Əməkdaşlıq Təşkilatı, Asiyada Qarşılıqlı Fəaliyyət və Etimad Tədbirləri Müşavirəsi və digərləri çərçivəsində də uğurla inkişaf edir, iqtisadi əlaqələr dərinləşir. Beynəlxalq arenada da ölkələrimiz bir-birini dəstəkləyir, bir çox məsələlərdə ortaq mövqeyi bölüşür.
Dövlət Başçısı cənab İlham Əliyevin 18 oktyabr 2025-ci ildə “Kazinform” agentliyinə verdiyi müsahibədə qeyd etdiyi kimi, Azərbaycan ilə Qazaxıstan arasında siyasi əlaqələr hazırda yüksək dərəcədə möhkəmlik və qarşılıqlı etimad ilə xarakterizə olunur. Ötən onilliklər ərzində xalqlarımız arasında tarixi qardaşlığa, dostluğa və qarşılıqlı dəstəyə, ortaq türk kimliyinin möhkəm təməlinə, oxşar mədəni ənənələrə və mənəvi dəyərlərə əsaslanaraq, biz həqiqi strateji tərəfdaşlıq və müttəfiqlik münasibətləri qurmuşuq. Sözsüz ki, ikitərəfli əməkdaşlığın möhkəmlənməsinə töhfə verən mühüm amil ən yüksək səviyyədə aparılan və dövlətlərarası əlaqələrin bütün səviyyələrdə hərtərəfli dərinləşməsinə təkan verən fəal və konstruktiv dialoqdur.
İki dost ölkə arasında 20 il əvvəl Azərbaycan-Qazaxıstan əməkdaşlığının inkişafının etibarlı təməlini qoyan strateji Müqavilə imzalanıb. Bu illər ərzində Azərbaycan ilə Qazaxıstan arasında təqribən 170 sənəd işləyib hazırlanıb, siyasi, iqtisadi-ticari, investisiya, mədəni-humanitar və digər sahələrdə səmərəli əməkdaşlıq mexanizmləri yaradılıb.
Artıq Azərbaycan Qazaxıstan ilə fəal şəkildə investisiya layihələri həyata keçirir. Azərbaycanla Mərkəzi Asiya ölkələri, o cümlədən Qazaxıstan arasında qarşılıqlı əlaqələri 44 günlük Vətən müharibəsindəki Zəfərimizdən sonra daha da inkişaf edib. Ölkəmizin regionda nəqliyyat-logistika imkanlarının genişlənməsi, Şərqlə Qərb arasında mühüm nəqliyyat qovşağına çevirilməsi diqqətləri Azərbaycana yönəldir. Bu günə qədər ölkədə Qazaxıstan kapitalı ilə 250-yə yaxın kommersiya strukturu qeydə alınıb. İki ölkə arasında qarşılıqlı ticarətdə də müsbət dinamika özünü aydın şəkildə göstərir. Belə ki, 2024-cü ildə iki ölkə arasında əmtəə dövriyyəsinin həcmi 470 milyon dollar təşkil edib. 2025-ci ilin yanvar-avqust aylarında isə ötən ilin müvafiq dövrü ilə müqayisədə üç dəfə çox olmaqla, 547 milyon dollara çatıb. Bu artım Orta Dəhlizin potensialından səmərəli istifadə, nəqliyyat və logistika infrastrukturunun sistemli modernləşdirilməsi ilə bağlıdır. Azərbaycanın Qazaxıstan iqtisadiyyatına investisiyası 225 milyon dollara, Qazaxıstanın isə Azərbaycana sərmayəsi 136 milyon dollara çatıb. Bu göstəricilər tərəflərin uzunmüddətli tərəfdaşlığa və davamlı inkişafa qarşılıqlı marağını nümayiş etdirir.
Ölkəmizin Prezidenti cənab İlham Əliyevin “Kazinform” agentliyinə verdiyi müsahibədə söylədiyi fikirlər bir daha onu təsdiq edir ki, Azərbaycan ilə Qazaxıstan arasında əlaqələr böyük perspektivlər vəd edir.
Xəbər lenti
Hamısına baxMaraqlı
20 İyun 23:20
Maraqlı
20 İyun 22:38
Dünya
20 İyun 21:25
Dünya
20 İyun 20:54
Maraqlı
20 İyun 20:37
Dünya
20 İyun 19:59
Maraqlı
20 İyun 19:22
Dünya
20 İyun 18:35
Dünya
20 İyun 18:12
Dünya
20 İyun 17:50
Dünya
20 İyun 17:19
Dünya
20 İyun 16:43
Dünya
20 İyun 16:21
Dünya
20 İyun 15:58
Dünya
20 İyun 15:30
Dünya
20 İyun 14:42
Dünya
20 İyun 14:17
Siyasət
20 İyun 14:08
Dünya
20 İyun 13:51
Gündəm
20 İyun 13:25
Gündəm
20 İyun 12:59
Siyasət
20 İyun 12:20
Siyasət
20 İyun 11:52
Gündəm
20 İyun 11:35
Siyasət
20 İyun 11:13
Sosial
20 İyun 10:49
Analitik
20 İyun 10:32
Ədəbiyyat
20 İyun 10:14
Sosial
20 İyun 09:58
Sosial
20 İyun 09:30
MEDİA
20 İyun 09:15
Ədəbiyyat
20 İyun 08:50
Sosial
20 İyun 08:33
İqtisadiyyat
20 İyun 07:22
Dünya
19 İyun 23:45
İqtisadiyyat
19 İyun 23:18
İdman
19 İyun 22:56
Dünya
19 İyun 22:20
Dünya
19 İyun 22:05
Xəbər lenti
19 İyun 21:49
Sosial
19 İyun 21:26
Siyasət
19 İyun 21:17
Dünya
19 İyun 21:10
İqtisadiyyat
19 İyun 20:45
Dünya
19 İyun 20:30
Sosial
19 İyun 20:17
Elm
19 İyun 19:53
Siyasət
19 İyun 19:44
Siyasət
19 İyun 19:43
Sosial
19 İyun 19:21
İdman
19 İyun 19:13
Dünya
19 İyun 18:37
İqtisadiyyat
19 İyun 18:22
Sosial
19 İyun 18:04
Sosial
19 İyun 17:19
Xəbər lenti
19 İyun 16:30
Sosial
19 İyun 16:30
Sosial
19 İyun 15:47
İqtisadiyyat
19 İyun 15:45
YAP xəbərləri
19 İyun 15:40
Dünya
19 İyun 15:34
YAP xəbərləri
19 İyun 15:34
İqtisadiyyat
19 İyun 15:31
Diaspor
19 İyun 15:21
Xəbər lenti
19 İyun 14:52
YAP xəbərləri
19 İyun 14:51
Gündəm
19 İyun 14:49
Siyasət
19 İyun 14:48
Elanlar
19 İyun 14:48
Elm
19 İyun 14:44

