Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / YAP xəbərləri / Xəzərin bu tayından o biri tayına ülvi körpü: Azərbaycan Qazaxıstan üçün Qərbə açılan ən etibarlı qapıdır

Xəzərin bu tayından o biri tayına ülvi körpü: Azərbaycan Qazaxıstan üçün Qərbə açılan ən etibarlı qapıdır

22.10.2025 [00:12]

Elçin Quliyev

YAP Nərimanov Rayon Təşkilatının sədri

Prezidentin Qazaxıstana rəsmi səfəri iki ölkə arasında mövcud olan dostluq və strateji tərəfdaşlıq münasibətlərinin yeni mərhələyə qədəm qoyduğunu göstərir. Səfər çərçivəsində təkcə ikitərəfli əlaqələrin genişləndirilməsi deyil, həm də Türk dünyasında inteqrasiyanın dərinləşməsi və regiondakı geosiyasi proseslərə dair ortaq mövqelərin formalaşdırılması hədəflənib.

Prezident İlham Əliyevin 18 oktyabr 2025-ci ildə “Kazinform” agentliyinə verdiyi müsahibədə Azərbaycanla Qazaxıstan arasındakı əlaqələrin bütün sahələrdə uğurla inkişaf etdiyi bildirdi. Son otuz il ərzində Astana ilə Bakı arasındakı əlaqələr çoxşaxəli inkişaf yolu keçib.

Ölkə başçısı "Kazinform" agentliyinə verdiyi müsahibə iki qardaş ölkə arasında münasibətlərin strateji mahiyyətini, regional və qlobal miqyasda əməkdaşlığın dərinliyini, eləcə də gələcəyə doğru baxışı aydın şəkildə ortaya qoyur.

Müsahibə təkcə siyasi bəyanat deyil, Azərbaycan-Qazaxıstan əlaqələrinin keçdiyi tarixi yolun, bu gün formalaşmış etibarlı tərəfdaşlığın və yeni mərhələyə yüksələn strateji əməkdaşlığın əhatəli təhlilidir.

Prezident İlham Əliyevin fikirləri bir daha göstərdi ki, iki ölkə arasında münasibətlər sırf diplomatik çərçivəni aşaraq türk birliyi ideyasına, qarşılıqlı etimada və dərin inteqrasiyaya söykənən çoxşaxəli strateji tərəfdaşlıq səviyyəsinə çatıb. Dövlət başçısı ilk növbədə qeyd edib ki, Azərbaycan və Qazaxıstan arasında siyasi əlaqələr bu gün ən yüksək etimad və möhkəmliklə xarakterizə olunur. Bu möhkəmliyin təməlində təkcə son illərin diplomatik fəallığı deyil, onilliklər ərzində formalaşmış tarixi qardaşlıq, ortaq türk kimliyi, oxşar mənəvi dəyərlər və mədəni ənənələr dayanır.

Ölkə prezidenti müsahibəsində də bildirdi ki, ötən onilliklər ərzində xalqlarımız arasında tarixi qardaşlığa, dostluğa və qarşılıqlı dəstəyə, ortaq türk kimliyinin möhkəm təməlinə, oxşar mədəni ənənələrə və mənəvi dəyərlərə əsaslanaraq, biz həqiqi strateji tərəfdaşlıq və müttəfiqlik münasibətləri qurmuşuq.

Digər tərəfdən, ikitərəfli əməkdaşlığın möhkəmlənməsinə töhfə verən mühüm amil də mövcuddur. Bu, ən yüksək səviyyədə aparılan və dövlətlərarası əlaqələrin bütün səviyyələrdə hərtərəfli dərinləşməsinə təkan verən fəal və konstruktiv dialoqdur.

Ən önəmli nüans ondan ibarətdir ki, iki dost ölkənin liderlərinin – Kasım-Jomart Tokayev və İlham Əliyevin səyləri sayəsində Qazaxıstan və Azərbaycan arasında ikitərəfli münasibətlər dinamik şəkildə inkişaf edir. Bu il qarşılıqlı ticarət dövriyyəsi 547 milyon ABŞ dollarına çatıb ki, bu da 2–3 il əvvəllə müqayisədə 2,5 dəfə çoxdur. Nizamnamə kapitalı 300 milyon ABŞ dolları olan Birgə İnvestisiya Fondu yaradılıb.

Qardaşlıq əlaqələrinin ən gözəl təcəssümü kimi Astana Azərbaycan Respublikasının Qarabağ bölgəsinin bərpasına dəstək göstərir. Qazaxıstan Füzuli şəhərində Kurmanqazı adına UşaqYaradıcılıq Mərkəzi inşa edib.

İki ölkə arasında ticarət dövriyyəsi artmaqda davam edir, humanitar əməkdaşlıq da genişlənir. Buna görə də Azərbaycan Prezidenti İlham Əliyevin Qazaxıstana səfəri dövlətlərimiz arasında sosial-iqtisadi əməkdaşlığın daha da inkişafı baxımından böyük əhəmiyyət daşıyır.

Bu səfər sənaye kooperasiyasının inkişafına, birgə infrastruktur layihələrinin reallaşdırılmasına və Avropa ilə Asiyanı Azərbaycan üzərindən birləşdirən nəqliyyat dəhlizinin təşviqinə güclü təkan verəcək. Qazaxıstan ictimaiyyəti bu səfəri səmimiyyətlə qarşılayır. Əminik ki, birgə inkişaf və ortaq gələcək üçün ölkələrimizin böyük potensialı mövcuddur.

Müsahibədə xüsusi vurğulanan digər strateji məqam iki ölkə arasında imzalanmış tərəfdaşlıq və müttəfiqlik münasibətləri haqqında Müqavilənin 20 illik yubileyidir. Ötən illər ərzində təqribən 170 sənəddən ibarət hüquqi baza formalaşıb, siyasi, iqtisadi-ticari, investisiya, mədəni-humanitar və digər sahələr üzrə səmərəli əməkdaşlıq mexanizmləri yaradılıb.

Bu sənəd iki ölkə arasında uzunmüddətli və davamlı əməkdaşlığın etibarlı hüquqi təməlini qoyub. Azərbaycan ilə Qazaxıstan yalnız ikitərəfli çərçivədə deyil, beynəlxalq təşkilatlar daxilində də bir-birini fəal şəkildə dəstəkləyir.

BMT, Türk Dövlətləri Təşkilatı, İslam Əməkdaşlıq Təşkilatı, CICA və digər platformalarda ortaq mövqelər nümayiş etdirilir. Bu həm siyasi həmrəylik, həm də regional və qlobal məsələlərdə ortaq maraqların müdafiəsi baxımından olduqca əhəmiyyətlidir. İkitərəfli münasibətlərin ən dinamik elementlərini isə iqtisadi-ticari əlaqələr təşkil edir. Prezidentin vurğuladığı kimi, iqtisadi əməkdaşlığın spektri son illərdə əhəmiyyətli dərəcədə genişlənib.

Ölkələr arasında etimad əsasında formalaşmış biznes əlaqələri və dövlət səviyyəsində aparılan məqsədyönlü siyasət sayəsində qarşılıqlı ticarət, investisiya və logistika əməkdaşlığı sürətlə artır. Bu günə qədər Qazaxıstan kapitalı ilə Azərbaycanda 250-yə yaxın kommersiya qurumunun qeydiyyatdan keçməsi xüsusi fakt kimi göstərilir. Bu, yalnız iqtisadi göstərici deyil, Azərbaycan biznes mühitinə olan yüksək etimadın ifadəsidir.

Azərbaycanın Qazaxıstan iqtisadiyyatına investisiyası 225 milyon dollara, Qazaxıstanın isə Azərbaycana sərmayəsi 136 milyon dollara çatıb. Göründüyü kimi, tərəflər arasında çoxsahəli əməkdaşlıq platforması formalaşıb. Ölkələr arasındakı iqtisadi əlaqələr ilə yanaşı, mədəni və humanitar sahədə də ciddi əməkdaşlıq müşahidə olunmaqdadır.

Cənab Prezidentin qeyd etdiyi kimi, ötən onilliklər ərzində Azərbaycan və Qazaxıstan xalqları arasında tarixi qardaşlığa, dostluğa və qarşılıqlı dəstəyə, ortaq türk kimliyinin möhkəm təməlinə, oxşar mədəni ənənələrə və mənəvi dəyərlərə əsaslanaraq, biz həqiqi strateji tərəfdaşlıq və müttəfiqlik münasibətləri qurulub. Xüsusən də son illər türk dövlətlərinin daha da yaxınlaşması ölkələr arasında əlaqələrdə yeni səhifə açıb. Hər iki dövlət başçılarının qarşılıqlı səfərləri ölkələr arasındakı iqtisadi və siyasi münasibətləri daha da gücləndirib.

Türk dövlətləri, o cümlədən Azərbaycanla Qazaxıstan arasında turistlərin sayının artması da insanlarımızın, yeni nəslin bir-birini tanıması baxımından çox önəmlidir. Sevindirici haldır ki, burada da müsbət dinamika var. Ötən il Qazaxıstandan Azərbaycana gələn turistlərin sayı 86 min nəfər olub ki, bu da 2023-cü ildəkindən 49 faiz çoxdur. Ümid edirəm ki, builki statistika daha ürəkaçan olacaq.

Cənab Prezidentin Qazaxıstana gözlənilən növbəti səfəri iki ölkə arasında əlaqələrin daha yüksək səviyyəyə qalxması ilə nəticələnəcək. Burada tam müttəfiqlikdən söhbət gedə bilər. Bu isə öz növbəsində türk dünyasının vahid güc, həm də qlobal miqyaslı güc kimi çıxış etməsi deməkdir.

Paylaş:
Baxılıb: 65 dəfə

Xəbər lenti

Hamısına bax

YAP xəbərləri

Mədəniyyət

YAP xəbərləri

YAP xəbərləri

YAP xəbərləri

YAP xəbərləri

Gündəm

İqtisadiyyat

Analitik

3-cü uğursuz görüş...

21 Oktyabr 10:15  

Siyasət

Dünya

İqtisadiyyat

YAP xəbərləri

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2 3 4
5 6 7 8 9 10 11
12 13 14 15 16 17 18
19 20 21 22 23 24 25
26 27 28 29 30 31