Yüksələn xətlə inkişaf edən əlaqələr
21.10.2025 [13:51]
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Qazaxıstan Respublikasına gözlənilən dövlət səfəri ərəfəsində “Kazinform” agentliyinə verdiyi eksklüziv müsahibə Azərbaycan və Qazaxıstan arasındakı münasibətlərin yüksələn xətlə inkişafını bir daha təsdiq etdi.
Azərbaycan ilə Qazaxıstan arasında münasibətlər siyasi, iqtisadi, mədəni və humanitar sahələrdə tam gücü ilə inkişaf edir. Son onilliklər ərzində xalqlarımız arasında formalaşmış tarixi qardaşlıq, dostluq və ortaq türk kimliyi strateji tərəfdaşlığın əsasını təşkil edir. Bu münasibətlər qarşılıqlı hörmət, ortaq dəyərlər, mədəni ənənələr və mənəvi yaxınlıq üzərində qurulub.Bu gün iki ölkə arasında qurulan Ali Dövlətlərarası Şura münasibətlərin institusional səviyyədə dərinləşdirilməsinə xidmət edir. İlk iclasın Bakıda, ikinci iclasın isə Astanada keçirilməsi diplomatik dialoqun dinamikliyindən xəbər verir. Bu Şura dövlət başçıları səviyyəsində qərarların operativ razılaşdırılmasına, iqtisadi və siyasi gündəlikdə duran məsələlərin çevik həllinə imkan yaradır. Prezident İlham Əliyevin qeyd etdiyi kimi, bu mexanizm qarşılıqlı faydalı əməkdaşlığın perspektivlərini müəyyənləşdirmək və iki ölkə əlaqələrini yeni mərhələyə çıxarmaq baxımından xüsusi əhəmiyyət daşıyır.
İkitərəfli əlaqələrin davamlı inkişafında dövlət başçıları arasında olan fəal və konstruktiv dialoq mühüm rol oynayır. Son üç ildə Prezident İlham Əliyevin Qazaxıstana bu, yeddinci səfəridir. Prezident Kasım-Jomart Tokayev isə eyni dövrdə Azərbaycana altı dəfə səfər edib. Bu müntəzəm təmaslar aktual məsələlərin operativ şəkildə həllinə, həmçinin əməkdaşlığın əsas istiqamətləri üzrə razılaşdırılmış mövqelərin müəyyənləşdirilməsinə şərait yaradır.
Azərbaycan və Qazaxıstan təkcə ikitərəfli formatda deyil, həm də çoxtərəfli çərçivələrdə – xüsusən BMT, Türk Dövlətləri Təşkilatı (TDT), İslam Əməkdaşlıq Təşkilatı, Asiyada Qarşılıqlı Fəaliyyət və Etimad Tədbirləri Müşavirəsi kimi beynəlxalq platformalarda da bir-birini dəstəkləyir.Bu dəstək, xüsusən Türk Dövlətləri Təşkilatı daxilində, yeni bir siyasi və mənəvi güc mərkəzinin formalaşmasına şərait yaradır. 2009-cu ildə Naxçıvanda əsası qoyulan təşkilat bu gün türk xalqlarının inteqrasiyasının aparıcı platformasına çevrilib. Şuşa və Qəbələdə keçirilmiş Zirvə görüşləri Türk birliyinin strateji mahiyyətini daha da gücləndirib.
Azərbaycan və Qazaxıstan arasında İqtisadi və ticarət əlaqələri sürətlə genişlənir. 2025-ci ilin yanvar–avqust aylarında iki ölkə arasında əmtəə dövriyyəsinin həcmi ötən ilin eyni dövrü ilə müqayisədə üç dəfə artaraq 547 milyon ABŞ dollarına çatıb. Bu artım, ilk növbədə, Orta Dəhlizin potensialından səmərəli istifadə və enerji-logistika infrastrukturunun modernləşdirilməsi ilə bağlıdır.
Hazırda Qazaxıstan kapitallı təxminən 25 kommersiya qurumu Azərbaycanda fəaliyyət göstərir ki, bu da ölkəmizə olan yüksək investisiya etimadını göstərir. 2024-cü ildə iki ölkə arasında tranzit daşımalarının həcmi 20 faiz artaraq 3,5 milyon tondan çox olub. Azərbaycan və Qazaxıstan Orta Dəhlizin fasiləsiz fəaliyyətini təmin etməkdə əsas rol oynayır. 2022-ci ildə Aktauda Azərbaycan, Qazaxıstan və Türkiyə arasında 2022–2027-ci illər üçün Orta Dəhlizin inkişafı üzrə Yol Xəritəsi imzalanıb.
Azərbaycan və Qazaxıstan arasında münasibətlərin yüksək səviyyəyə çatmasında dövlət başçılarının şəxsi dostluğu, siyasi iradəsi və mütəmadi təmasları əsas həlledici amillərdəndir. Prezident İlham Əliyevin son üç ildə Qazaxıstana yeddinci səfəri, Prezident Kasım-Jomart Tokayevin isə altı dəfə Azərbaycana səfər etməsi bu qarşılıqlı dinamikanın göstəricisidir. Hər iki liderin siyasətində nəzərə çarpan ortaq cəhət – müstəqilliyin möhkəmləndirilməsi, milli maraqların qorunması və türk dünyasının gücləndirilməsi istiqamətində ardıcıl fəaliyyət – əlaqələrin təbii əsasını təşkil edir.
İki ölkə arasında mədəni əlaqələr də yüksələn xətlə inkişaf edir. 2023-cü ildə Qazaxıstanda Azərbaycan Mədəniyyəti Günləri, 2024-cü ildə isə Azərbaycanda Qazaxıstan Mədəniyyəti Günləri keçirilib. Bundan əlavə, 2023-cü ildə Bakıda Kemel Tokayevin 100, Mir Cəlal Paşayevin isə 115 illik yubileylərinə həsr edilmiş beynəlxalq elmi konfranslar təşkil olunub.
İşğaldan azad edilmiş ərazilərdə, xüsusən Füzuli şəhərində Qazaxıstan tərəfindən inşa edilmiş Kurmanqazı adına Uşaq İncəsənət Mərkəzi bu əməkdaşlığın humanitar ölçüsünü təcəssüm etdirir. Bu təşəbbüs təkcə bir mədəni layihə deyil, həm də türk həmrəyliyinin canlı nümunəsidir. Beləliklə, Azərbaycan-Qazaxıstan münasibətləri təkcə strateji deyil, eyni zamanda mənəvi müttəfiqliyin ifadəsidir.
Rövlan Heydərov
YAP Naftalan şəhər təşkilatının sədri
Xəbər lenti
Hamısına bax
Mədəniyyət
21 Oktyabr 16:40

Dünya
21 Oktyabr 16:34
YAP xəbərləri
21 Oktyabr 16:22

YAP xəbərləri
21 Oktyabr 16:09

YAP xəbərləri
21 Oktyabr 16:07

YAP xəbərləri
21 Oktyabr 16:05

Dünya
21 Oktyabr 15:21

YAP xəbərləri
21 Oktyabr 15:20

YAP xəbərləri
21 Oktyabr 15:14

Gündəm
21 Oktyabr 15:14

YAP xəbərləri
21 Oktyabr 15:10

YAP xəbərləri
21 Oktyabr 14:42

YAP xəbərləri
21 Oktyabr 14:30

Dünya
21 Oktyabr 14:30

Gündəm
21 Oktyabr 14:28

Siyasət
21 Oktyabr 14:18

YAP xəbərləri
21 Oktyabr 14:12

YAP xəbərləri
21 Oktyabr 14:08

Sosial
21 Oktyabr 14:06

YAP xəbərləri
21 Oktyabr 13:51

Gündəm
21 Oktyabr 13:49

Gündəm
21 Oktyabr 13:47

Dünya
21 Oktyabr 13:26

Dünya
21 Oktyabr 12:55

YAP xəbərləri
21 Oktyabr 12:50

YAP xəbərləri
21 Oktyabr 12:36

YAP xəbərləri
21 Oktyabr 12:32

Dünya
21 Oktyabr 12:18

Gündəm
21 Oktyabr 12:15

YAP xəbərləri
21 Oktyabr 12:05

YAP xəbərləri
21 Oktyabr 11:58

YAP xəbərləri
21 Oktyabr 11:50

Gündəm
21 Oktyabr 11:46

Gündəm
21 Oktyabr 11:46

Gündəm
21 Oktyabr 11:28

Hadisə
21 Oktyabr 11:19

Siyasət
21 Oktyabr 10:53

İqtisadiyyat
21 Oktyabr 10:39

İqtisadiyyat
21 Oktyabr 10:33

İqtisadiyyat
21 Oktyabr 10:31

Sosial
21 Oktyabr 10:29

Gündəm
21 Oktyabr 10:16

Analitik
21 Oktyabr 10:15

Siyasət
21 Oktyabr 09:54

Dünya
21 Oktyabr 09:32

İqtisadiyyat
21 Oktyabr 09:10

Mədəniyyət
21 Oktyabr 08:49

Ədəbiyyat
21 Oktyabr 08:17

Siyasət
21 Oktyabr 08:17

YAP xəbərləri
20 Oktyabr 23:52

YAP xəbərləri
20 Oktyabr 23:48

YAP xəbərləri
20 Oktyabr 23:10

YAP xəbərləri
20 Oktyabr 22:46

YAP xəbərləri
20 Oktyabr 22:19

Diaspor
20 Oktyabr 21:38

Siyasət
20 Oktyabr 21:37

YAP xəbərləri
20 Oktyabr 21:16

YAP xəbərləri
20 Oktyabr 21:09

YAP xəbərləri
20 Oktyabr 20:57

YAP xəbərləri
20 Oktyabr 20:14

YAP xəbərləri
20 Oktyabr 19:43

YAP xəbərləri
20 Oktyabr 19:21

YAP xəbərləri
20 Oktyabr 19:14

YAP xəbərləri
20 Oktyabr 18:31

YAP xəbərləri
20 Oktyabr 18:04

YAP xəbərləri
20 Oktyabr 17:59

Sosial
20 Oktyabr 17:55

YAP xəbərləri
20 Oktyabr 17:51

Siyasət
20 Oktyabr 17:49

YAP xəbərləri
20 Oktyabr 17:31
