/ / Azərbaycan və Qazaxıstan beynəlxalq təşkilatlar çərçivəsində bir-birini ardıcıl şəkildə dəstəkləyirlər
Azərbaycan və Qazaxıstan beynəlxalq təşkilatlar çərçivəsində bir-birini ardıcıl şəkildə dəstəkləyirlər
21.10.2025 [18:09]
Azərbaycan lideri İlham Əliyevin Qazaxıstanın nüfuzlu "Kazinform" agentliyinə müsahibəsi bir tərəfdən iki ölkə arasındakı əlaqələrinin yüksək səviyyəsini nümayiş etdirir, digər tərəfdən isə müasir dövrdə Türk dünyasının birliyinə, regional əməkdaşlığa və sülhə yönəlmiş aydın siyasi baxışın ifadəsidir. Ölkə başçımızın səsləndirdiyi fikirlər təkcə iki qardaş ölkə arasındakı münasibətlərin möhkəm təməllər üzərində qurulduğunu göstərmir, eyni zamanda Türk dövlətləri arasında yaranan etimad, həmrəylik və ortaq gələcək vizionunun canlı təzahürünə çevrilir. Prezidentin qardaş Qazaxıstana ünvanladığı səmimi mesajlar, regional sabitlik, enerji təhlükəsizliyi və nəqliyyat əlaqələrinin inkişafı ilə bağlı açıqlamaları bir daha təsdiqləyir ki, Azərbaycan bu gün sülhün, əməkdaşlığın və qarşılıqlı hörmətin etibarlı dayağı kimi çıxış edir. İki ölkə arasında münasibətlərin bu səviyyəyə yüksəlməsi illər ərzində formalaşmış qarşılıqlı anlayışın, liderlər arasında səmimi dostluğun və ortaq strateji məqsədlərin nəticəsidir. Azərbaycan və Qazaxıstan təkcə ikitərəfli münasibətlərdə deyil, həm də beynəlxalq təşkilatlar çərçivəsində bir-birini ardıcıl şəkildə dəstəkləyirlər. Hər iki ölkə Birləşmiş Millətlər Təşkilatı, BMT, Türk Dövlətləri Təşkilatı, İslam Əməkdaşlıq Təşkilatı, Asiyada Qarşılıqlı Fəaliyyət və Etimad Tədbirləri Müşavirəsi və digər beynəlxalq platformalarda səmərəli əməkdaşlıq edir, qlobal miqyasda sülhün, əməkdaşlığın və ədalətin möhkəmlənməsi üçün səylərini birləşdirirlər. Təbii ki, bu qarşılıqlı dəstək həm siyasi etimadın, həm də ortaq maraqların təzahürüdür. Qazaxıstan daim Azərbaycanın beynəlxalq təşəbbüslərini, xüsusilə də sülh gündəmini, dayanıqlı inkişaf layihələrini və regional əməkdaşlıq təşəbbüslərini dəstəkləyir. Eyni zamanda, Azərbaycan da qardaş Qazaxıstanın beynəlxalq arenadakı mövqelərini və təşəbbüslərini hər zaman diqqətlə izləyir və dəstək verir. Bu qarşılıqlı əməkdaşlıq iki dövlətin münasibətlərini təkcə siyasi deyil, həm də strateji müttəfiqlik səviyyəsinə yüksəldib. Onu da bildirim ki, ölkələrimiz arasında imzalanmış strateji tərəfdaşlıq və müttəfiqlik münasibətləri haqqında Müqavilənin 20 yaşı var. Bu illər ərzində Azərbaycanla Qazaxıstan arasında təqribən 170 sənəd hazırlanıb, siyasi, iqtisadi-ticari, investisiya, mədəni-humanitar və digər sahələrdə səmərəli əməkdaşlıq mexanizmləri yaradılıb. Cənab Prezident müsahibəsində vurğuladı ki, TDT Azərbaycan ilə Qazaxıstan arasında qardaşlıq əlaqələrinin möhkəmləndirilməsində aparıcı rola malikdir, siyasi dialoqun dərinləşdirilməsi, iqtisadi əlaqələrin genişləndirilməsi və humanitar əməkdaşlığın inkişafı üçün hərəkətverici platforma rolunu oynayır. 2009-cu ildə qədim Azərbaycan torpağı Naxçıvanda yaradılan Türk Dövlətləri Təşkilatı bu gün türkdilli dövlətlər arasında qarşılıqlı etimadın, strateji tərəfdaşlığın və birliyə əsaslanan inkişaf modelinin simvoluna çevrilib. O dövrdən etibarən təşkilat təkcə iqtisadi və siyasi deyil, həm də mədəni və mənəvi sahədə türk dünyasının inteqrasiyasına mühüm töhfələr verib. Son illər TDT-nin fəaliyyətində yeni mərhələ başlanıb. Keçən il Azərbaycanın mədəniyyət paytaxtı Şuşada keçirilən ilk qeyri-rəsmi Zirvə Görüşü Türk dünyasının birliyinin gücləndirilməsi istiqamətində mühüm siyasi mesaj verdi. Bu görüş həm türk dövlətləri arasında qarşılıqlı etimadın və həmrəyliyin təcəssümü, həm də işğaldan azad edilmiş Azərbaycan torpaqlarında sülh, inkişaf və qardaşlığın rəmzi oldu. Bu mötəbər toplantı Türk dünyasının gələcək inkişaf istiqamətlərinin müəyyənləşdirilməsi baxımından mühüm əhəmiyyət kəsb etdi. Zirvə çərçivəsində aparılan müzakirələr təşkilatın daha da möhkəmlənməsinə, türk dövlətləri arasında qarşılıqlı iqtisadi əlaqələrin genişləndirilməsinə, enerji, nəqliyyat, logistika, rəqəmsal transformasiya və müdafiə sahələrində strateji əməkdaşlığın dərinləşməsinə xidmət edir. Bu gün TDT yalnız siyasi və iqtisadi platforma deyil, həm də mədəni kimliyin, tarixi yaddaşın və mənəvi birliyin qorunması missiyasını da daşıyır. TDT çərçivəsində Azərbaycanla Qazaxıstan arasında mədəniyyət, humanitar və təhsil sahələrində əməkdaşlıq da sistemli və ardıcıl xarakter daşıyır. Birgə təşəbbüslər festivalların, sərgilərin, ədəbi gecələrin və konfransların təşkilindən tutmuş, elm və təhsil müəssisələri arasında fəal əməkdaşlığa qədər geniş istiqamətləri əhatə edir. Bu qarşılıqlı əlaqələr təkcə iki ölkə arasında deyil, ümumilikdə Türk dünyasında ortaq mənəvi dəyərlərin qorunmasına və gələcək nəsillərin milli kimlik ruhunda tərbiyəsinə xidmət edir.
Arifə Abbasova
Yap Tovuz rayon təşkilatının məsləhətçisi
Xəbər lenti
Hamısına baxİqtisadiyyat
25 Avqust 16:51
Siyasət
25 Avqust 16:15
Elm
25 Avqust 16:10
Elm
25 Avqust 15:35
İqtisadiyyat
25 Avqust 14:47
Dünya
25 Avqust 14:16
Dünya
25 Avqust 13:38
Dünya
25 Avqust 12:45
Analitik
25 Avqust 11:50
Siyasət
25 Avqust 11:35
Analitik
25 Avqust 11:15
Analitik
25 Avqust 10:35
Ədəbiyyat
25 Avqust 10:15
Analitik
25 Avqust 09:25
Dünya
24 Avqust 23:58
Dünya
24 Avqust 23:36
Dünya
24 Avqust 22:58
Dünya
24 Avqust 22:23
Dünya
24 Avqust 21:52
Dünya
24 Avqust 21:31
Dünya
24 Avqust 20:55
Dünya
24 Avqust 20:28
Dünya
24 Avqust 19:58
Gündəm
24 Avqust 19:50
Dünya
24 Avqust 19:36
Elm
24 Avqust 18:55
Sosial
24 Avqust 18:25
Mədəniyyət
24 Avqust 17:55
Elm
24 Avqust 17:25
Gündəm
24 Avqust 17:02
Gündəm
24 Avqust 16:58
Gündəm
24 Avqust 16:46
Sosial
24 Avqust 16:42
Sosial
24 Avqust 15:50
Siyasət
24 Avqust 15:43
Siyasət
24 Avqust 15:42
Siyasət
24 Avqust 15:39
Mədəniyyət
24 Avqust 15:31
Mədəniyyət
24 Avqust 14:59
İqtisadiyyat
24 Avqust 14:28
Dünya
24 Avqust 13:47
Dünya
24 Avqust 12:45
Gündəm
24 Avqust 11:59
Dünya
24 Avqust 11:45
Gündəm
24 Avqust 11:19
Dünya
24 Avqust 10:30
Dünya
24 Avqust 09:33
Sosial
24 Avqust 08:45
Dünya
23 Avqust 23:56
Gündəm
23 Avqust 23:17
Dünya
23 Avqust 23:15
Gündəm
23 Avqust 22:54
Gündəm
23 Avqust 22:50
Dünya
23 Avqust 22:47
Gündəm
23 Avqust 22:35
Dünya
23 Avqust 21:57
Gündəm
23 Avqust 21:35
Dünya
23 Avqust 21:35
Ədəbiyyat
23 Avqust 21:05
Gündəm
23 Avqust 20:54
Dünya
23 Avqust 20:53
Gündəm
23 Avqust 20:35
Dünya
23 Avqust 20:32
Gündəm
23 Avqust 20:18
Dünya
23 Avqust 19:59
Dünya
23 Avqust 19:38
Gündəm
23 Avqust 19:22
Gündəm
23 Avqust 19:05
İqtisadiyyat
23 Avqust 18:57
Elm
23 Avqust 18:26

