Ermənistanda kütləvi həbslər
22.10.2025 [09:34]
Kilsəyə qarşı yeni “əməliyyat”...
Ermənistanda yeni siyasi böhran baş verməkdədir. Parlament seçkilərinə aylar qalmış baş verən hadisələr prosesin qızğın keçəcəyindən xəbər verir. Belə ki, müxalifətlə iqtidar arasında baş verən toqquşmalar hətta siyasi qarşıdurmalar səviyyəsinə yüksəlib. Hakimiyyət əlində olan resursları rəqiblərə qarşı təzyiq vasitəsinə çevirmək həvəsində, müxalifət isə parçalanmış halda fərqli “çətirlər” axtarışındadır. Bu düşərgənin təmsilçilərinin seçki hazırlıqlarını bağlı olduqları xarici dairələrdən aldıqları sifarişlərə uyğun qurmağa çalışması ilk baxışdan bəlli olur.
Potensial rəqiblərin həbslər vasitəsilə neytrallaşdırılması
Baş nazir Nikol Paşinyanın ətrafında cəmləşən koalisiya 2026-cı il parlament seçkilərində mütləq qələbəni təmin etməyin yolunu rəqib sayılan siyasi fiqurları bəri başdan neytrallaşdırmaqda görür. Yəni elə bir ssenari hazırlanıb ki, seçkilər ərəfəsində Nikol Paşinyan və onun komandası Ermənistan cəmiyyətinin favoritinə çevrilsin. Aparılan təbliğat, o cümlədən də Koçaryan, Sarkisyan, Petrosyan, Karapetyan kimi rəqiblərin cinayət dosyeləri ətrafında geniş ictimai müzakirələrin davamlı olaraq gündəmdə saxlanılması, adları çəkilənlərin Ermənistan cəmiyyətində onsuz da arzuolunmaz obrazlarını daha da qatılaşdırır. 44 günlük müharibədən sonra sabiq liderlər aktivləşərək məğlubiyyətin bütün günahlarını N.Paşinyanın ayağına yazmağa çalışsalar da, buna nail ola bilmədilər - hakim komanda israrla bildirirdi ki, Ermənistanı məğlubiyyətə aparan yol sabiqlər dönəmindən başlayıb. Məhz sabiqlər hakimiyyətlərinin ömrünü uzatmaq, varlanmaq məqsədilə Qarabağ kartından istifadə ediblər, cəmiyyəti aldadıblar. N.Paşinyanın arqumentləri son parlament seçkilərində işə yaradı - müharibədən məğlub çıxan hakim komanda seçkilərin qalibi oldu. Seçkilərin nəticələri həm də Ermənistan cəmiyyətinin çarəsizliyinin əlaməti idi. Seçicilərin sabiq liderlərə nifrəti başadüşülən idi, ancaq onların seçim alternativləri də yox idi. Belə görünür ki, hakim komanda eyni ssenarini 2026-cı il seçkilərində də təkrarlana bilər.
Qukasyanın həbsi...
Ermənistanda son baş verən həbslər isə vəziyyəti daha da dramatikləşdirir. Son həbslərdən biri Ermənistanın ikinci ən böyük şəhəri sayılan Gümrüdə bu günlərdə reallaşdırılıb. Belə ki, Gümrünün meri Vardan Qukasyan və şəhər meriyasının 7 əməkdaşı Antikorrupsiya Komitəsində aparılan cinayət işi çərçivəsində saxlanılıblar. Milli Təhlükəsizlik Xidmətinin və Ermənistan Baş Prokurorluğunun İstintaq Komitəsinin mətbuat xidmətinin məlumatına görə, Gümrü meri və şəhərin baş memarı ilə bağlı rüşvət faktları üzrə cinayət işləri başlanıb.
Xatırlatmaq istərdik ki, 2025-ci ilin aprelində keçirilən yerli seçkilərdə hakim komanda Gümrüdə məğlubiyyətlə üzləşmişdi və Vardan Qukasyan şəhərin meri seçilmişdi. O, hazırkı hakimiyyətə qarşı müxalif mövqeyi ilə tanınır və Baş nazir Nikol Paşinyan hökumətini ölkəni “Türkiyənin vilayətinə” çevirməyə çalışmaqda ittiham edib.
Gümrü merinin həbsi Ermənistanda geniş rezonans doğurmadı, yalnız şəhərin özündə azsaylı etiraz aksiyası baş tutdu. Gümrü meriyası yaxınlığında keçirilən etiraz aksiyasından sonra 33 nəfər saxlanılıb. İstintaq Komitəsindən bildirilib ki, onlar kütləvi iğtişaşlar törətmə işi çərçivəsində saxlanılıblar.
Kilsə mifi dağılır
Ermənistanda həm siyasi sabitliyə, həm də ümumi inkişafa, ölkənin regionda normal münasibətlər quran dövlətə çevrilməsində ən böyük təhdid kimi xarakterizə olunan kilsə isə “sakitləşmək” fikrində deyil. Kilsə illərlə Ermənistan cəmiyyətinə təlqin etdiyi xəstə ideologiyanın pərdəsi altında yeni təbliğat işi qurmağa çalışır. N.Paşinyan da anlayır ki, kilsə qarşıdan gələn seçkilərə də nüfuz edə bilər. Buna görə də Baş nazir artıq xeyli müddətdir ki, Ermənistan cəmiyyətinə hakim kəsilmiş kilsə miflərini darmadağın etməklə məşğuldur və müəyyən qədər də istəyinə nail olub. Xatırladaq ki, bundan əvvəl N.Paşinyan katolikos II Qaregini kilsə andını pozmasına görə ittiham edib. İndiyədək kilsə Ermənistan cəmiyyətində müqəddəs və toxunulmaz sayılırdı. Baş keşişin kilsə andını pozması ittihamları bütün Ermənistan cəmiyyəti və milli-mənəvi dəyərləri üçün böyük təhqir anlamında qəbul olundu. Bu, kilsə mifinin puç olması deməkdir.
N.Paşinyan kilsəyə vurduğu ideoloji zərbənin davamını keşişlərin həbsə alınması ilə gətirib. Bir neçə gün bundan əvvəl Ermənistanda 5 yüksək vəzifəli keşiş İstintaq İdarəsinə çağırılıb. “Müqəddəs Eçmiədzin” monastır kompleksinin məlumatına əsasən, onların arasında katolikos II Qareginin qardaşı oğlu, yepiskop Mkrtıç Proşyan da var. Bildirilib ki, Mkrtıç Proşyanla yanaşı, 12 keşiş və yeparxiyanın mühasibi, xəzinədarı və referentin də yaşadığı mənzildə axtarış aparılıb. Proşyan da daxil olmaqla 6 keşiş barəsində 2 ay müddətinə həbs-qətimkan tədbiri seçilib.
Yepiskopa qarşı Cinayət Məcəlləsinin “seçki hüququnun həyata keçirilməsinə və seçki komissiyalarının işinə maneçilik” və “mitinq keçirilməsinə və ya mitinqdə iştirak etməyə maneçilik, həmçinin iştirak, yaxud imtina üçün maddi həvəsləndirmə” maddələri üzrə ittiham irəli sürülüb.
Kilsə təmsilçilərinin kütləvi şəkildə həbsinə hakim komandanın rəqiblərindən reaksiyalar özünü çox gözlətməyib. Keçmiş ombudsman və “Birlik qanadları” təşəbbüsünün rəhbəri Arman Tatoyan baş verənləri Nikol Paşinyanın kilsəyə qarşı siyasi kampaniyasının bir hissəsi adlandırıb: “O, məhkəmə, prokuror, müstəntiq və əməliyyat işçisi funksiyalarını öz üzərinə götürüb. Kilsə ilə siyasi hesablaşma ssenarisini əvvəlcə onu nüfuzdan salan hakimiyyət, indi təbliğatı konkret hərəkətlərlə həyata keçirməyə başlayıb”, - deyə keçmiş ombudsman bildirib.
Hökumət başçısı Nikol Paşinyan isə kilsəyə qarşı hücumlar barədə ittihamları rədd edərək deyib ki, kilsə və yepiskop eyni şey deyil. “Erməni Apostol Kilsəsinin tarixində yepiskopların cinayət təqibi halları olsa da, kilsə fəaliyyət göstərməyə davam edib. Hüquq-mühafizə orqanlarının əməliyyatları xarici bəyanatlarla əlaqəsi olmayan müstəqil istintaq tədbirləridir”, - deyə Baş nazir mövqeyini qəti şəkildə bildirib. Bəyan olunan ittihamlardan aydın şəkildə görünür ki, hakimiyyətin kilsəyə qarşı hücumları da seçki hazırlıqlarının tərkib hissəsindən başqa bir şey deyil...
Mübariz FEYİZLİ
Xəbər lenti
Hamısına baxYAP xəbərləri
22 Oktyabr 00:12

YAP xəbərləri
21 Oktyabr 23:10

YAP xəbərləri
21 Oktyabr 22:41

Maraqlı
21 Oktyabr 21:30

Xəbər lenti
21 Oktyabr 21:28

YAP xəbərləri
21 Oktyabr 21:12

YAP xəbərləri
21 Oktyabr 20:57

Dünya
21 Oktyabr 20:18
YAP xəbərləri
21 Oktyabr 20:01

YAP xəbərləri
21 Oktyabr 19:46

Dünya
21 Oktyabr 19:15

Dünya
21 Oktyabr 18:19

YAP xəbərləri
21 Oktyabr 18:09

Analitik
21 Oktyabr 17:56

YAP xəbərləri
21 Oktyabr 17:43

Yeni texnologiyalar
21 Oktyabr 17:25
YAP xəbərləri
21 Oktyabr 17:21

YAP xəbərləri
21 Oktyabr 16:55

Gündəm
21 Oktyabr 16:51

Mədəniyyət
21 Oktyabr 16:40

Dünya
21 Oktyabr 16:34
YAP xəbərləri
21 Oktyabr 16:22

YAP xəbərləri
21 Oktyabr 16:09

YAP xəbərləri
21 Oktyabr 16:07

YAP xəbərləri
21 Oktyabr 16:05

Dünya
21 Oktyabr 15:21

YAP xəbərləri
21 Oktyabr 15:20

YAP xəbərləri
21 Oktyabr 15:14

Gündəm
21 Oktyabr 15:14

YAP xəbərləri
21 Oktyabr 15:10

YAP xəbərləri
21 Oktyabr 14:42

YAP xəbərləri
21 Oktyabr 14:30

Dünya
21 Oktyabr 14:30

Gündəm
21 Oktyabr 14:28

Siyasət
21 Oktyabr 14:18

YAP xəbərləri
21 Oktyabr 14:12

YAP xəbərləri
21 Oktyabr 14:08

Sosial
21 Oktyabr 14:06

YAP xəbərləri
21 Oktyabr 13:51

Gündəm
21 Oktyabr 13:49

Gündəm
21 Oktyabr 13:47

Dünya
21 Oktyabr 13:26

Dünya
21 Oktyabr 12:55

YAP xəbərləri
21 Oktyabr 12:50

YAP xəbərləri
21 Oktyabr 12:36

YAP xəbərləri
21 Oktyabr 12:32

Dünya
21 Oktyabr 12:18

Gündəm
21 Oktyabr 12:15

YAP xəbərləri
21 Oktyabr 12:05

YAP xəbərləri
21 Oktyabr 11:58

YAP xəbərləri
21 Oktyabr 11:50

Gündəm
21 Oktyabr 11:46

Gündəm
21 Oktyabr 11:46

Gündəm
21 Oktyabr 11:28

Hadisə
21 Oktyabr 11:19

Siyasət
21 Oktyabr 10:53

İqtisadiyyat
21 Oktyabr 10:39

İqtisadiyyat
21 Oktyabr 10:33

İqtisadiyyat
21 Oktyabr 10:31

Sosial
21 Oktyabr 10:29

Gündəm
21 Oktyabr 10:16

Analitik
21 Oktyabr 10:15

Siyasət
21 Oktyabr 09:54

Dünya
21 Oktyabr 09:32

İqtisadiyyat
21 Oktyabr 09:10

Mədəniyyət
21 Oktyabr 08:49

Ədəbiyyat
21 Oktyabr 08:17

Siyasət
21 Oktyabr 08:17

YAP xəbərləri
20 Oktyabr 23:52

YAP xəbərləri
20 Oktyabr 23:48
