Avropa Rusiyaya qarşı yeni sanksiyalar paketi hazırlayacaq
22.10.2025 [09:15]
19-cu qəbul olunan kimi, 20-cinin müzakirəsinə başlanılacaq
Bir müddətdir ki, müzakirə olunan Avropa İttifaqının (Aİ) Rusiyaya qarşı 19-cu sanksiyalar paketinin qəbul ediləcəyi zaman açıqlanıb. Bu barədə Polşa xarici işlər nazirinin müavini İqnasi Niemçiçki məlumat verib. Onun sözlərinə görə, 19-cu sanksiyalar paketi intensiv şəkildə müzakirə edilir. Bildirib ki, Aİ sanksiyalar paketini bu həftə qəbul etməyi planlaşdırır.
Qeyd edək ki, ötən ay 19-cu sanksiyalar paketi ilə bağlı mühüm müzakirələr aparılmışdı. Avropa Komissiyasının sədri Ursula fon der Leyen Aİ ölkələrinin dövlət və hökumət başçılarının Kopenhagendə keçirilən qeyri-rəsmi sammitindən sonra bildirmişdi ki, Avropa İttifaqı ölkələri Rusiyaya qarşı daha sərt məhdudiyyətlər tətbiq etməyi planlaşdırır. “Biz sanksiyalara yeni yanaşma təklif edirik. Biz artıq addım-addım yanaşma deyil, enerji, maliyyə xidmətləri və ticarətdə çox daha sərt tədbirlər təklif edirik”, - deyən AK rəhbəri əlavə etmişdi ki, bu yanaşma artıq müzakirə olunan 19-cu sanksiyalar paketinin hazırlanmasında tətbiq olunur.
19-cu paket “qapıda”...
Vurğulayaq ki, bu paketdə yer alan mühüm məsələlər sırasına 2027-ci ilin yanvarından etibarən Rusiya maye qazının Aİ-yə idxalına qadağa, həmçinin kriptovalyuta və banklara qarşı tədbirlər daxildir. Avropanın əsas hədəfi Kremlin istənilən gəlir mənbəyini sanksiyalara məruz qoymaqdır - Qərb sanksiyaların Rusiyanın dövlət maliyyəsinə və iqtisadi artımına əhəmiyyətli təsir göstərdiiyni bildirir. Yeni paket isə Rusiyanın silah istehsalı üçün lazım olan texnologiyalara və kritik resurslara çıxışını da məhdudlaşdıracaq. Təklif olunan paketdə bir çox yeni məhdudiyyətlər yer almaqdadır. Təkliflər arasında Rusiyanın iri neft şirkətlərinə və onların treyderlərinə qarşı sanksiyalar, üçüncü ölkə şirkətlərinə ikinci dərəcəli sanksiyaların genişləndirilməsi, qiymət hədləri və çatdırılma üzərində nəzarət, banklara və enerji şirkətlərinə qarşı yeni məhdudiyyətlər, kriptovalyutalara nəzarətin gücləndirilməsi, idxal qadağalarının və tariflərinin genişləndirilməsi, Rusiya neft və qazını alan ölkələr üçün mümkün məhdudiyyətlər və bu kimi bir çox məhdudiyyətlər yer alır. Bundan başqa, Avropa texnologiyaları, o cümlədən Rusiya müdafiə sənayesi üçün komponentlər üzrə ixrac nəzarətinin gücləndirilməsi, lisenziyalaşdırılmalı olan ikili təyinatlı malların siyahısının genişləndirilməsi, sanksiyaların icrasına nəzarət üçün ümumavropa mexanizminin yaradılması və pozuntular haqqında daha sıx məlumat mübadiləsi də böyük ehtimalla yeni paketdə yer ala bilər.
Müzakirə olunan məsələlərdən biri də dondurulmuş Rusiya aktivlərindən əldə olunan gəlirlərin Ukraynanın yenidən qurulmasını dəstəkləmək üçün istifadə edilməsidir. Aİ Rusiya Mərkəzi Bankının dondurulmuş aktivlərindən müsadirə yolu ilə deyil, Ukraynaya 140 milyard avroya qədər faizsiz kreditlər mənbəyi kimi istifadə edilmək planının açıqlayıb.
Aİ 20-ci sanksiya paketini də dəstəkləyir...
Beləliklə, sanksiya paketi artıq bir addımlıqdadır - Avropa İttifaqının (Aİ) xarici işlər və təhlükəsizlik siyasəti üzrə ali nümayəndəsi Kaya Kallas bildirib ki, Aİ ölkələri Rusiyaya iqtisadi təzyiqi davam etdirmək məqsədilə ölkəyə qarşı artıq 20-ci sanksiya paketinin tətbiqi ideyasını dəstəkləyib. Onun sözlərinə görə, Aİ Rusiyaya iqtisadi təzyiqi gücləndirmək və Ukraynaya maliyyə və enerji yardımının təqdim edilməsini sürətləndirmək niyyətindədir. “Bu həftə Aİ Rusiyaya qarşı yeni sanksiya paketi qəbul etmək niyyətindədir. Rusiyanın əlindən aldığımız hər avro onun müharibəyə xərcləyə bilməyəcəyi avrodur”, - o vurğulayıb və əlavə edib ki, üzv dövlətlər artıq 20-ci sanksiya paketi ideyasını dəstəkləyib, bu, növbəti addım olacaq. Ali nümayəndə həmçinin bildirib ki, nazirlər ABŞ Prezidenti Donald Trampın müvafiq çağırışını dəstəkləyərək Rusiyadan neft və qaz alışını dayandırmağa razılıq veriblər.
Kallas təsdiq edib ki, Aİ Ukraynanın təcili müdafiə ehtiyaclarının qarşılanması üçün Rusiyanın dondurulmuş aktivlərini səfərbər etməyə hazırlaşır. Bundan əlavə, Aİ Rusiyanın yeni hücumlarına məruz qalan Ukraynanın enerji infrastrukturunun müdafiəsi üçün əlavə tədbirlər təklif etmək niyyətindədir. İttifaq Ukraynaya qaz tədarükünü artırmağı və zədələnmiş obyektlərin təmirinə kömək etməyi planlaşdırır.
Macarıstan əngəl olmayacaq, Slovakiya isə...
Bir müddət öncəyə qədər Avropa Komissiyasının Rusiyaya təzyiqi artırmaq istəyinə baxmayaraq, Aİ ölkələrinin heç də hamısının anti-Rusiya sanksiyalarının tətbiqini dəstəkləmədiyi bildirilirdi. Bu sırada daha çox Macarıstanın adı hallanırdı - hətta “Bloomberg” Avropadakı çoxsaylı daxili fikir ayrılıqları səbəbindən yaranan problemlərə də diqqət çəkmişdi. Amma bu istiqamətdə də deyəsən vəziyyət dəyişib. Macarıstanın xarici işlər naziri Peter Siyarto bildirib ki, rəsmi Budapeşt Avropa İttifaqının Rusiyaya qarşı 19-cu sanksiya paketini əngəlləmək niyyətində deyil, çünki razılaşmadığı bütün müddəaları aradan qaldırmağa nail olub. “Bizim bunu bloklamaq planımız yoxdur. Biz milli maraqlarımıza zidd olan bütün tədbirləri aradan qaldırmağa müvəffəq olmuşuq”, - o deyib.
Bununla belə, qeyd olunur ki, Slovakiya hələ də yeni sanksiyalar paketinin qəbulunu əngəlləyir. Nəşr qeyd edir ki, cümə axşamı Avropa İttifaqının sammitində Aİ liderlərinin Slovakiyanın Baş naziri Robert Fitsonu paketi təsdiqləməyə razı salmağa çalışacaqları gözlənilir.
ABŞ G7 vasitəsilə...
Paralel olaraq ABŞ-da sanksiyaların, təzyiqlərin daha da artırılmasının tərəfdarı kimi çıxış edir. Belə ki, Vaşinqton administrasiyası Yeddilik (G7) vasitəsilə Rusiyaya iqtisadi təzyiqlərin artırılmasını gözləyir. Bunu ABŞ-ın maliyyə naziri Skott Bessent Böyük Britaniya, Almaniya və Kanadadakı həmkarlarına deyib. Onun fikirlərini ABŞ Maliyyə Nazirliyi yayıb. Yazılı açıqlamalara görə, Bessent keçən həftə Vaşinqtonda həmkarları ilə bir sıra görüşlər keçirib. Bunlara Böyük Britaniyanın maliyyə naziri Reyçel Rivz, Almaniyanın maliyyə naziri Lars Klinqbeyl və Kanadanın maliyyə naziri Fransua-Filip Şampan daxildir.
ABŞ Maliyyə Nazirliyinin məlumatına görə, Bessent “Rivzlə görüşdə vurğulayıb ki, ABŞ administrasiyası Avropanın G7-nin razılaşdırılmış fəaliyyəti vasitəsilə Rusiyaya təzyiqin artırılmasında aparıcı rol oynayacağını gözləyir”. Bessent Klinqbeylə deyib ki, Vaşinqton Avropa ölkələrindən “Böyük yeddilik vasitəsilə Rusiyaya təzyiqi aktiv şəkildə artırmağı” istəyir. Kanadalı həmkarı ilə görüşdə ABŞ-ın maliyyə naziri həmçinin qeyd edib ki, ABŞ tərəfi Kanadadan “G7-nin əlaqələndirilmiş səyləri vasitəsilə Avropa və Böyük Britaniya ilə Rusiyaya birgə iqtisadi təzyiqi artıracağını” gözləyir. Bundan əlavə, İqtisadi Məsələlər və Məhsuldarlıq üzrə Avropa Komissarı Valdis Dombrovskis ilə görüşdə Bessent “Avropa G7-nin Rusiyaya iqtisadi təzyiqini aktiv şəkildə artırmalıdır” deyib.
P.İSMAYILOV
Xəbər lenti
Hamısına baxYAP xəbərləri
22 Oktyabr 00:12

YAP xəbərləri
21 Oktyabr 23:10

YAP xəbərləri
21 Oktyabr 22:41

Maraqlı
21 Oktyabr 21:30

Xəbər lenti
21 Oktyabr 21:28

YAP xəbərləri
21 Oktyabr 21:12

YAP xəbərləri
21 Oktyabr 20:57

Dünya
21 Oktyabr 20:18
YAP xəbərləri
21 Oktyabr 20:01

YAP xəbərləri
21 Oktyabr 19:46

Dünya
21 Oktyabr 19:15

Dünya
21 Oktyabr 18:19

YAP xəbərləri
21 Oktyabr 18:09

Analitik
21 Oktyabr 17:56

YAP xəbərləri
21 Oktyabr 17:43

Yeni texnologiyalar
21 Oktyabr 17:25
YAP xəbərləri
21 Oktyabr 17:21

YAP xəbərləri
21 Oktyabr 16:55

Gündəm
21 Oktyabr 16:51

Mədəniyyət
21 Oktyabr 16:40

Dünya
21 Oktyabr 16:34
YAP xəbərləri
21 Oktyabr 16:22

YAP xəbərləri
21 Oktyabr 16:09

YAP xəbərləri
21 Oktyabr 16:07

YAP xəbərləri
21 Oktyabr 16:05

Dünya
21 Oktyabr 15:21

YAP xəbərləri
21 Oktyabr 15:20

YAP xəbərləri
21 Oktyabr 15:14

Gündəm
21 Oktyabr 15:14

YAP xəbərləri
21 Oktyabr 15:10

YAP xəbərləri
21 Oktyabr 14:42

YAP xəbərləri
21 Oktyabr 14:30

Dünya
21 Oktyabr 14:30

Gündəm
21 Oktyabr 14:28

Siyasət
21 Oktyabr 14:18

YAP xəbərləri
21 Oktyabr 14:12

YAP xəbərləri
21 Oktyabr 14:08

Sosial
21 Oktyabr 14:06

YAP xəbərləri
21 Oktyabr 13:51

Gündəm
21 Oktyabr 13:49

Gündəm
21 Oktyabr 13:47

Dünya
21 Oktyabr 13:26

Dünya
21 Oktyabr 12:55

YAP xəbərləri
21 Oktyabr 12:50

YAP xəbərləri
21 Oktyabr 12:36

YAP xəbərləri
21 Oktyabr 12:32

Dünya
21 Oktyabr 12:18

Gündəm
21 Oktyabr 12:15

YAP xəbərləri
21 Oktyabr 12:05

YAP xəbərləri
21 Oktyabr 11:58

YAP xəbərləri
21 Oktyabr 11:50

Gündəm
21 Oktyabr 11:46

Gündəm
21 Oktyabr 11:46

Gündəm
21 Oktyabr 11:28

Hadisə
21 Oktyabr 11:19

Siyasət
21 Oktyabr 10:53

İqtisadiyyat
21 Oktyabr 10:39

İqtisadiyyat
21 Oktyabr 10:33

İqtisadiyyat
21 Oktyabr 10:31

Sosial
21 Oktyabr 10:29

Gündəm
21 Oktyabr 10:16

Analitik
21 Oktyabr 10:15

Siyasət
21 Oktyabr 09:54

Dünya
21 Oktyabr 09:32

İqtisadiyyat
21 Oktyabr 09:10

Mədəniyyət
21 Oktyabr 08:49

Ədəbiyyat
21 Oktyabr 08:17

Siyasət
21 Oktyabr 08:17

YAP xəbərləri
20 Oktyabr 23:52

YAP xəbərləri
20 Oktyabr 23:48
