Böyük yeddiliyin böyük problemi: Rusiya
24.05.2023 [11:15]
G7 (Böyük Yeddilik) ölkələrinin Yaponiyada keçirilən sammitində müzakirə edilən əsas məsələ Ukrayna müharibəsi oldu. Xüsusilə Volodimir Zelenskinin bu sammitdə iştirakı sanki unudulmuş Ukraynanı yenidən beynəlxalq diplomatik gündəmin mərkəzinə qaytardı.
Sammitin gündəliyi süni intellektin sürətli inkişafından tutmuş Çinin elmi nailiyyətlərinə qədər çoxspektrli mövzuları əhatə etsə də, əsas diqqət Rusiyaya qarşı yeni iqtisadi sanksiyaların tətbiqi yollarına, eləcə də Kiyevə yeni hərbi yardım paketinin ayrılması məsələsinə yönəlmişdi.
Gözlənən nəticə özünü gecikdirmədi. Əvvəllər Ukraynaya F-16 qırıcıları verməkdə tərəddüd edən ABŞ artıq üçüncü ölkələrə də bu təyyarələrin tədarükünə icazə verdi. Vaşinqton eyni zamanda yüksək ixtisaslı ukraynalı pilotların hazırlanması üçün birgə formalaşdırılmış proqramları da rəsmən dəstəklədiyini bəyan etdi. Daha önəmli bir məqam ondan ibarətdir ki, sammit iştirakçıları Rusiyaya qarşı yeni sanksiyaları və Moskvaya qarşı görülmüş tədbirlərin bundan sonra da davam etdirilməsini yekdilliklə dəstəkləyiblər.
AntiRusiya ittifaqı genişlənir?
G7 ölkələrinin builki sammitində yaddaqalan əsas məqamlardan biri də tədbirin ənənəvi formatda keçirilməməsi oldu. Sammitə ev sahibliyi edən Yaponiyanın baş naziri Fumio Kişida tədbirə təkcə “böyük yeddilər”i deyil, inkişafda olan və orta gəlirli iqtisadiyyata malik ölkələri də dəvət eləmişdi. Beləliklə, qlobal toplantıda “Böyük yeddilik” ölkələrinin (Böyük Britaniya, Almaniya, İtaliya, Kanada, Fransa, Yaponiya və ABŞ) nümayəndələri ilə bərabər Hindistan, Braziliya, Cənubi Koreya, Avstraliya, Vyetnam və İndoneziya liderləri də iştirak ediblər. Bundan başqa, Kişida “Sakit Okean Adaları Forumu”nun hazırkı rəhbəri kimi “Afrika İttifaqı”na rəhbərlik edən Komor və Kuk adalarının liderlərini də tədbirə çağırmışdı. Yaponiya hökumətinin başçısı bu toplantıya inkişaf etməkdə olan ölkələri cəlb eləməklə həmin ölkələrin potensialından Ukrayna müharibəsi və digər qlobal problemlərin həlli üçün istifadə imkanlarını nəzərdən keçirdi.
Sammitdə təşkilatın ümumi problemləri də müzakirə olunub. “G7” planetin güc mərkəzi sayılsa da, yeddiliyin dünya iqtisadiyyatındakı payı 1980-ci illərlə müqayisədə təqribən 70 faizdən 44 faizə enib. Bu da o deməkdir ki, bu gün “Böyük Yeddilik “ geniş beynəlxalq ictimaiyyətin dəstəyi olmadan Rusiyaya qarşı lazımi səviyyədə dirəniş göstərmək qabiliyyətinə malik deyil.
Yaponiya hökuməti ümid edir ki, Zelenskinin səfəri “Qlobal Cənub”a Ukraynadakı vəziyyəti daha dərindən anlamağa kömək edəcək. Xirosimaya gəldikdən bir neçə saat sonra Zelenski Böyük Britaniyanın baş naziri Rişi Sunak, Almaniya kansleri Olaf Şolz, İtaliyanın baş naziri Corc Meloni və Fransa prezidenti Emmanuel Makronla ikitərəfli danışıqlar aparıb.
Hindistan və Braziliya kimin yanındadır?
Ekspertlərin fikrincə, uzun müddətdir Ukraynaya bütün mənalarda yardım etmək öhdəliyini üzərinə götürən Qərb liderləri ilə görüşləri nəzərə almasaq, Zelenskinin sammitdə iştirakının əsas məqsədi “G7” nümayəndələrinin dəstəyi ilə “qərarsız”, daha çox bitərəf mövqedə duran ölkələrin liderlərinə təzyiq göstərməyə çalışmaqdan ibarət olub. Necə deyərlər, öz ölkəsində oturub Zelenskinin istəklərinə, Putinin kaprizlərinə məhəl qoymamaq başqa şeydir, ABŞ prezidentinin yanında dayanıb çağırış edən Ukrayna liderinə məhəl qoymamaq isə tamam başqadır.
Məsələn, bu görüşdə Zelenski Moskvaya qarşı təzyiq kampaniyasına qoşulmaqda tərəddüd edən Hindistanın baş naziri Narendra Modi ilə şəxsən görüşüb. Modi indiyədək Rusiyanın işğal siyasətini qınamayıb, əksinə, müharibə başlayandan bəri Hindistanla Rusiya arasında ticarət dövriyyəsi artıb. Hindistan Rusiyadan neft, kömür və qaz idxalını artıraraq sanksiyaların Rusiya iqtisadiyyatına təsirini yumşaltmağa çalışıb. Zelenski ilə Modinin görüşü Dehlinin mövqeyini dərhal dəyişməsə də, Ukrayna prezidenti Hindistanın baş nazirinə ölkəsinin ərazi bütövlüyünü və suverenliyini dəstəklədiyinə görə təşəkkür edib.
Xarici medianın yaydığı kadrlarda Modi Zelenskiyə müharibənin təkcə ölkələrarası məsələ deyil, əslində, “bütün dünyanın problemi” olduğunu deyib. “Mən müharibəni siyasi və ya iqtisadi məsələ kimi görmürəm. Mənim üçün bu, insanlıq məsələsidir, insani dəyərlər problemidir”, - deyən Hindistanın baş naziri özünü humanist göstərməyə çalışıb.
Yeri gəlmişkən, Zelenskinin beynəlxalq dəstək və tərəfdaş axtarışları təkcə Hindistanla yekunlaşmayıb. Ukrayna prezidentinin müharibədə həm Kiyevin, həm də Moskvanın günahkar olduğunu və Ukraynanın müharibəni dayandırmaq istəmədiyini iddia edən Braziliya prezidenti Luiz İnasio Lula da Silva ilə də danışmaq istədiyi məlum olub. Hələlik Silva tərəfindən bu çağırışa cavab verilməsə də, Braziliya rəsmiləri Zelenskinin sammitdə iştirakının G7 - yə daxil olmayan iştirakçılar üçün potensial “tələ” ola biləcəyindən narahatlıqlarını ifadə ediblər. “Braziliya rəhbərinin hər hansı dövlət başçısı ilə danışıqlar masasına əyləşməsində problem yoxdur, lakin biz buna məcbur edilməməliyik”, - deyə bu ölkənin yüksək rütbəli dövlət nümayəndəsi bildirib.
“Gözü çıxmış qardaş” nümunəsi - Ukrayna
Braziliyanın ehtiyatlı davranışı, münaqişə tərəfləri arasında bitərəf qalma istəyi hələlik günəşli ölkənin Rusiyaya qarşı blokda yer almamaq niyyətindən xəbər verir. Hindistan, Vyetnam, İndoneziya kimi orta xətt tutan ölkələr isə, görünür, hələ xeyli müddət G7 dövlətlərinin Rusiyaya qarşı tədbirlər planına qoşulmaqda tərəddüd edəcəklər. Onları başa düşmək elə də çətin deyil, Qərb nə qədər dəstək verirsə versin, ortada gözü çıxmış qardaş - Ukrayna nümunəsi var. Həm də çox acı, faciəli bir nümunə!
Murad Köhnəqala
Xəbər lenti
Hamısına baxDünya
25 Avqust 23:58
Dünya
25 Avqust 23:36
İdman
25 Avqust 23:36
Dünya
25 Avqust 22:57
Dünya
25 Avqust 22:36
Elanlar
25 Avqust 22:24
Siyasət
25 Avqust 21:57
Dünya
25 Avqust 21:56
Siyasət
25 Avqust 21:45
Dünya
25 Avqust 21:32
Dünya
25 Avqust 20:59
Dünya
25 Avqust 20:39
Dünya
25 Avqust 19:58
Dünya
25 Avqust 19:27
İqtisadiyyat
25 Avqust 18:56
İqtisadiyyat
25 Avqust 18:25
Elm
25 Avqust 17:58
Elm
25 Avqust 17:25
Sosial
25 Avqust 17:16
Sosial
25 Avqust 16:55
İqtisadiyyat
25 Avqust 16:51
Sosial
25 Avqust 16:40
Sosial
25 Avqust 16:39
Siyasət
25 Avqust 16:15
Elm
25 Avqust 16:10
Siyasət
25 Avqust 16:02
Elm
25 Avqust 15:35
İqtisadiyyat
25 Avqust 14:47
Dünya
25 Avqust 14:16
Dünya
25 Avqust 13:38
Dünya
25 Avqust 12:45
Analitik
25 Avqust 11:50
Siyasət
25 Avqust 11:35
Analitik
25 Avqust 11:15
Analitik
25 Avqust 10:35
Ədəbiyyat
25 Avqust 10:15
Analitik
25 Avqust 09:25
Dünya
24 Avqust 23:58
Dünya
24 Avqust 23:36
Dünya
24 Avqust 22:58
Dünya
24 Avqust 22:23
Dünya
24 Avqust 21:52
Dünya
24 Avqust 21:31
Dünya
24 Avqust 20:55
Dünya
24 Avqust 20:28
Dünya
24 Avqust 19:58
Gündəm
24 Avqust 19:50
Dünya
24 Avqust 19:36
Elm
24 Avqust 18:55
Sosial
24 Avqust 18:25
Mədəniyyət
24 Avqust 17:55
Elm
24 Avqust 17:25
Gündəm
24 Avqust 17:02
Gündəm
24 Avqust 16:58
Gündəm
24 Avqust 16:46
Sosial
24 Avqust 16:42
Sosial
24 Avqust 15:50
Siyasət
24 Avqust 15:43
Siyasət
24 Avqust 15:42
Siyasət
24 Avqust 15:39
Mədəniyyət
24 Avqust 15:31
Mədəniyyət
24 Avqust 14:59
İqtisadiyyat
24 Avqust 14:28
Dünya
24 Avqust 13:47
Dünya
24 Avqust 12:45
Gündəm
24 Avqust 11:59
Dünya
24 Avqust 11:45
Gündəm
24 Avqust 11:19
Dünya
24 Avqust 10:30
Dünya
24 Avqust 09:33

