Özbəkistanda prezident seçkiləri keçiriləcək
12.05.2023 [10:42]
İyulda növbədənkənar seçki haqda qərar verilib
Aprelin 30-da Özbəkistanda konstitusiyanın yeni redaksiyasına dair qanun layihəsinin qəbulu ilə bağlı referendum ölkənin tarixində yeni inkişaf mərhələsi yarada bilər. Belə ki, Özbəkistan prezidenti Şavkat Mirziyoyev ölkə parlamentinin palatalarının üzvləri, siyasi partiyaların və ictimaiyyətin nümayəndələri ilə görüşüb. Görüş zamanı çıxış edən Prezident Mirziyoyev deyib ki, ən böyük arzusu məhəllələrdə xalqı narahat edən problemləri müstəqil şəkildə həll edən əsl demokratik sistem yaradılmasıdır: “Bununla bağlı maliyyə, vergilər və məşğulluq sahələrindəki orqanların səlahiyyətlərinin azı 30 faizinin məhəllə səviyyəsinə keçirilməsi nəzərdə tutulur”.
Onun sözlərinə görə, “hakimiyyət demokratik inkişaf yolunu qətiyyətlə davam etdirəcək”. “Əsas qanunda biz bu prinsipin təminatlarını daha da gücləndirdik. Bizə insanın və biznesin problemlərini asanlaşdıran, onlara keyfiyyətli xidmət göstərən yığcam və səmərəli idarəetmə sisteminə ehtiyacımız var. Məhz bu məqsədlə biz inzibati islahatlara başlamışıq. Birinci mərhələdə hökumətin və nazirliklərin strukturları yığcamlaşdırılıb, onların iş üsulları dəyişdirilib. Növbəti vəzifə həm rayonlar, həm də rayonlar səviyyəsində idarəetmənin keyfiyyətini yüksəltməkdir”, - deyə prezident əlavə edib.
Görüş zamanı Özbəkistanda növbədənkənar prezident seçkiləri də elan edilib. Belə ki, bu il iyulun 9-da Özbəkistanda növbədənkənar prezident seçkiləri keçiriləcək.
15 milyondan çox insanın “hə” dediyi yeniliklər - prezident seçkilərinin vaxtı dəqiqləşdi
Xatırladaq ki, aprelin 30-da baş tutmuş referendum iştirak edən seçicilərin 90,21%-i tərəfindən dəstəklənib. Özbəkistan konstitusiyasının yeni redaksiyasına dair qanun layihəsinin referendumunda seçici fəallığı 84%-i keçib. Ölkənin əsas qanununa dəyişikliklərin lehinə 15 milyon 40 min 56 nəfər səs verib. “Referendum haqqında” Qanuna uyğun olaraq, referendumda iştirak edənlərin yarıdan çoxu tərəfindən dəstəklənən qərar qəbul edilmiş sayılır.
Özbəkistan Konstitusiyası 1992-ci ildə qəbul olunub. Ötən 31 ildə bir neçə dəfə konstitusiyada dəyişikliklər edilib. Yeni edilən dəyişikliklər isə mahiyyət və həcm etibarı ilə ən böyüyüdür - Əsas Qanuna 27 yeni maddə (ümumi say 128-dən 155-ə yüksəlir) və 159 norma (275-dən 434-ə yüksəlir) əlavə edilib. Bu isə Konstitusiyanın ümumi məzmununun müvafiq olaraq 65 faizinin dəyişməsi deməkdir. Dəyişikliklər arasında Özbəkistanın sosial dövlət elan edilməsi, senatorların sayının azaldılması kimi məsələlər diqqəti cəlb edir. Beləliklə, bu dəyişiklik və əlavələrin sayı və məzmunu Konstitusiyanın yeni redaksiyasının qəbul edilməsinin zəruriliyindən xəbər verir.
Bundan başqa, referundumda qəbul olunan yeni dəyişikliyə əsasən dövlət başçısının səlahiyyət müddəti də artırılr. Bu isə yeni prezident seçkilərinin keçirilməsini labüd edir ki, artıq bununla da bağlı qərar verilib.
Konstitusiyaya edilən əlavələr təhlükəsizliyin təminində də mühüm rol oynayacaq
Özbəkstan ictimaiyyətinin fikrincə, Konstitusiyaya edilən əlavə və dəişikliklərin ən mühüm mahiyyəti sosial, demokratik-hüquqi məsələlərlə bağlıdır. Bu isə əhalinin rifahının yüksəldilməsində, hüquq və mənafelərinin daha da yüksəldilməsində mühüm amilə çevriləcək, həyatın bütün sahələrinin liberallaşdırmasını təmin edəcək. Bir sözlə, yeni Konstitusiya Özbəkistanın inkişafının yeni mərhələsini formalaşdıracaq. Bəzi siyasi analitiklər isə referendumun nəticələrinin dövlətin təhlükəsizliyi və inkişafı ilə bağlı da mühüm əhəmiyyətə malik olduğunu qeyd edirlər. Belə ki, son illərdə post-Sovet məkananda baş verən hadisələr, o cümlədən bir sıra xarici mərkəzlərin milli dövlətlərin daxilində qeyri-stabillik yaratmaq kimi cəhdləri bu addımın əsas səbəblərindən biri kimi vurğulanır. Hətta bəzi regional problemlər də bu məsələni aktuallaşdırmaqdadır. İstər cənubda - Əfqanıstanda baş verənlər, istərsə də digər amillər mərkəzi hakimiyyətin daha da gücləndirilməsini zərurəi edir. Nəzərə alınmalıdır ki, Özbəkistan bir sıra regional iqtisadi və hərbi birliklərdə təmsil olunmur - daha çox milli maraqlara əsaslanan müstəqil siyasət yürüdür. O nöqteyi-nəzərdən də ölkənin milli təhlükəsizliyinin qorunması üçün belə bir addım vacib əhəmiyyət kəsb edə bilər. Rəsmi Daşkəndin yürütdüyü müstəqil və milli maraqlara söykənən xarici siyasət kursu bu gün mühüm perspektivlər yaradır. Bu mənada, qıcıqlanan bəzi xarici mərkəzlərin və dövlətlərin hər hansı bir təxribatına qarşı bu cür önləmlərin alınması da başadüşülən kimi dəyərləndirilir...
SADİQ
Xəbər lenti
Hamısına baxDünya
26 Sentyabr 16:19
Dünya
26 Sentyabr 15:32
Dünya
26 Sentyabr 15:10
Dünya
26 Sentyabr 14:45
Dünya
26 Sentyabr 14:17
Dünya
26 Sentyabr 13:59
Dünya
26 Sentyabr 13:25
Sosial
26 Sentyabr 12:44
Siyasət
26 Sentyabr 12:42
İqtisadiyyat
26 Sentyabr 12:40
Gündəm
26 Sentyabr 12:35
Gündəm
26 Sentyabr 12:13
Gündəm
26 Sentyabr 12:11
İqtisadiyyat
26 Sentyabr 11:45
Gündəm
26 Sentyabr 11:19
Analitik
26 Sentyabr 10:57
Xəbər lenti
26 Sentyabr 10:49
Xəbər lenti
26 Sentyabr 10:44
Siyasət
26 Sentyabr 10:22
Analitik
26 Sentyabr 09:41
Analitik
26 Sentyabr 09:17
Gündəm
26 Sentyabr 09:03
Ədəbiyyat
26 Sentyabr 08:51
Ədəbiyyat
26 Sentyabr 08:33
Gündəm
26 Sentyabr 08:14
Sosial
26 Sentyabr 07:45
Siyasət
26 Sentyabr 07:24
Siyasət
26 Sentyabr 07:23
Siyasət
25 Sentyabr 23:26
Siyasət
25 Sentyabr 23:25
Dünya
25 Sentyabr 23:18
Siyasət
25 Sentyabr 22:24
Dünya
25 Sentyabr 22:15
Dünya
25 Sentyabr 21:33
Siyasət
25 Sentyabr 21:25
Dünya
25 Sentyabr 20:17
Siyasət
25 Sentyabr 19:47
YAP xəbərləri
25 Sentyabr 19:37
Dünya
25 Sentyabr 19:20
Siyasət
25 Sentyabr 18:57
YAP xəbərləri
25 Sentyabr 18:30
YAP xəbərləri
25 Sentyabr 17:26
YAP xəbərləri
25 Sentyabr 16:24
YAP xəbərləri
25 Sentyabr 16:20
Siyasət
25 Sentyabr 15:29
YAP xəbərləri
25 Sentyabr 15:23
YAP xəbərləri
25 Sentyabr 15:13
YAP xəbərləri
25 Sentyabr 15:12
YAP xəbərləri
25 Sentyabr 15:07
YAP xəbərləri
25 Sentyabr 14:58
YAP xəbərləri
25 Sentyabr 14:44
YAP xəbərləri
25 Sentyabr 14:26
YAP xəbərləri
25 Sentyabr 13:24
İqtisadiyyat
25 Sentyabr 13:12
YAP xəbərləri
25 Sentyabr 13:08
Gündəm
25 Sentyabr 12:53
YAP xəbərləri
25 Sentyabr 12:36
Gündəm
25 Sentyabr 12:35
Gündəm
25 Sentyabr 12:18
Siyasət
25 Sentyabr 12:09
Gündəm
25 Sentyabr 12:09
Gündəm
25 Sentyabr 12:07
Gündəm
25 Sentyabr 12:05
Gündəm
25 Sentyabr 12:03
İqtisadiyyat
25 Sentyabr 12:03
Siyasət
25 Sentyabr 11:42
Gündəm
25 Sentyabr 11:36
İqtisadiyyat
25 Sentyabr 11:16
İqtisadiyyat
25 Sentyabr 10:58
İqtisadiyyat
25 Sentyabr 10:23

