Monqolların Avropadakı son qalası - Krım xanlığı
19.04.2023 [10:41]
Yarımadanın Rusiyaya birləşdirilməsindən 240 il ötür...
1206-cı ildə bütün monqol aristokratiyası nümayəndələrinin iştirakı ilə keçirilən Qurultayda “xan” seçilən Çingiz xanın ucsuz-bucaqsız imperiyası uzaq monqol çöllərindən başlayaraq Mərkəzi Avropaya qədər uzanırdı. 24 milyon kv.km göstərici ilə dünyanın 16,11 faiz torpaqlarını birləşdirən və tarixin gəlmiş-keçmiş ən böyük ikinci imperiyası sayılan Monqol imperiyasının süqutu rəsmi olaraq 1368 -ci il kimi göstərilsə də, bu imperiyanın sonuncu qalası XVIII əsrin sonuna qədər yarımüstəqil də olsa, yaşaya bilmişdi. Söhbət tarixi Krım xanlığından gedir. XXI əsrin ikinci onilliyində yenidən Rusiya ilə Ukrayna arasındakı müharibənin əsas səbəblərindən olan Krım tarixin bu günündə - 1783-cü il aprelin 19-da II Yekaterinanın imzaladığı “Krımın Rusiyaya birləşdir?liməsi haqqında” manifest ilə Rusiyaya birləşdirilmişdi - varlığına son qoyulan Krım xanlığı isə Mərkəzi Avropada Monqol imperiyasının sonuncu qalası kimi tarixə düşmüşdü...
“Qırım yurtu” necə xanlıq oldu?
Avropa coğrafiyasında və Yeni dövrün tarixşünaslığında - Kiçik Tatariya adlanan Krım xanlığı Şimali Qara dəniz regionunda və ona bitişik ərazilərdə yaranmış dövlət idi. Bu dövlət əvvəllər Qızıl Orda xanlığının ulusu olmuşdu - xanlıq dağıldıqdan sonra 1441-ci ildə müstəqillik əldə etmişdi. Müstəqil tatar xanlığı sayılan Krım xanlığı dövləti 1441-ci ildə Çingiz xan nəslindən olan Hacı Gəray tərəfindən qurulmuşdu və özünü Qızıl Orda Deşt-i-Qıpçaq xanlığının birbaşa varisi elan etmişdi.
Əhalisinin əsas hissəsi Krım tatarlarından ibarət olan xanlıqda karaitlər, italyanlar, yunanlar və digər xalqların icmaları yaşayırdı. 16-cı əsrin əvvəllərində isə quraqlı? və qida çatışmazlığından noqayların (manqitlərin) bir hissəsi də Krım yarımadasına köç etmişdi.
Qeyd edildiyi kimi, özünü Qızıl Orda Dəşti Qıpçaqın varisi elan edən Krım xanları özlərini “Böyük Orda, Böyük Ölkə və Krım taxtı”nın xanları” adlandırırdılar. Krım xanlarının rəsmi sənədlərdə və xarici hökmdarlarla yazışmalarında istifadə edilən, xanlığın mövcud olduğu üç əsr ərzində sənəddən-sənədə bir qədər fərqlənən tam adı da məhz belə səslənirdi. Tatarlar öz xanlığını isə “Qırım yurtu” adlandırırdı. Xanlığın əsas şəhəri, 1266-cı ildə Oran-Timur xanın paytaxtı olmuş Solkhat (müasir Köhnə Krım) kimi tanınan Kyrym şəhəri idi. Müstəqillik əldə etdikdən sonra isə paytaxt əvvəlcə Qırx-Ər qalası, daha sonra Qırx-Ər qalasının ətəyindəki vadidə salınmış Salaçik, nəhayət, 1532-ci ildə yeni salınmış Baxçasaray şəhəri oldu.
Litvada doğulmuş Çingiz xan nəvəsi - Gəray nəsli Krıma necə sahib oldu?
Xanlığın idarəsi isə Gəray nəslində (Girey xan) məxsus idi. Nəsil öz başlanğıcını Çingiz Xanın oğullarından Cuçinin kiçik oğlu Toka Teymurun soyundan götürürdü. İlk idarəçi xan kimi tarixə Hacı Gərayın adı yazıldı...
Hacı Gəray XV əsrin əvvəllərində Litvada doğulmuşdu. Böyüdükdən sonra “Şirin” qəbiləsinin köməkliyi ilə Krımda hakimiyyətə yiyələndi və 1441-ci ildə adına pul kəsdirdi. Onun ölümündən sonra uzun müddət oğulları arasında taxt qovğası başladı. Osmanlı imperiyası mübarizənin daha da uzanmaması və Krım taxtında Osmanlıya sadiq birinin oturması üçün Hacı Gərayın oğlanlarından Məngli Gəraya qardaşlarına qarşı mübarizədə kömək etdi və Krım xanı kimi “iki qitənin və iki dənizin xanı” titulunu əldə etməsinə yardım etdi. Daha sonra dövrün Osmanlı sultanı Fateh Sultan Mehmetin əmri ilə yarımadaya gedən Gedik Əhməd Paşa Balaklava, Sudak və Kefeni (Feodosiya) Osmanlı İmperiyasının ərazisi elan etdi - Krım xanlığını öz himayəsinə götürdü. Artıq Krım xanlarını seçmək hüququ Osmanlı sultanlarının əlində idi. Bununla belə Osmanlı dövləti Krım xanının daxili idarəetmə hüququna toxunmadı və idarəetmənin Çingiz xanın nəslindən gələnlərdə qalmasına icazə verdi.
Krım xanları Moskvanı yandırmış, Rusiyanı vergi ödəməyə məcbur etmişdi...
Osmanlı sultanları çox vaxt Krım xanlığını özündən asılı dövlət kimi deyil öz müttəfiqi olaraq görürdü. Krım xanlarının xarici işlər barədə qərar vermək hüququ var idi. Həmçinin xan öz adına pul kəsdirə və xütbə oxutdura bilərdi. Bu iki amil müstəqilliyin önəmli simvolu idi. Krım xanlığı Osmanlı imperiyasına vergi ödəmirdi. Bunun əvəzinə müharibələrdə Osmanlı dövləti tatarların istedadlı süvarilərindən istifadə edirdi. Krım qoşunları ilk dəfə Osmanlı ilə birlikdə Sultan II Bəyazidin rəhbərliyi altında 1484-cü ildəki Akkerman yürüşündə iştirak edib. 1502-ci ildə Məngli Gəray Qızıl Orda Xanlığına son böyük zərbəni vurdu - artıq Orda torpaqları Krım Xanlığının hakimiyyətinə keçməyə başladı. Qazan (Kazan) və Həştərxan xanlıqları da ələ keçirildi. Bu isə Moskva Knyazlığı ilə rəqabətə səbəb oldu. 1521-ci ildə Mehmed Gəray rusları məğlub edərək Moskvanı fəth edib onları vergiyə bağladı. Ruslar I Pyotr dövrünə qədər Krıma vergi ödədi...
1551-ci ildə taxta çıxan I Dövlət Gəray 1571-ci ildə yenidən Moskvanı mühasirəyə aldı. Çərkəzlər, noqaylar və qıpçaqlardan ibarət olan böyük ordusuyla rusları məğlub edərək Rusiya paytaxtını yandırdı (Moskva Yanğını). Bu yürüşdən sonra Dövlət Gəray, növbəti il üçün bütün Rusiyanı əhatə edən böyük miqyaslı fəth planı hazırladı, amma 1572-ci ildə Moskvanın 60 km cənubunda, Molodidə baş vermiş böyük məğlubiyyət səbəbilə plan ləğv oldu. Bu dövrdə, həmçinin Moskvaya qarşı döyüşmək və sərhəd bölgələrdə yaşamaq üçün bir çox türk boyu xanlıq torpaqlarına yerləşdirildi. Xüsusilə 16-cı əsrdə Tatar orduları bugünkü Belarusiya, Polşa və Moldova torpaqlarına bir çox yürüş təşkil etdi. Cənubda isə Don-Volqa planına dəstək verildi. 1676-1681-ci ildə baş vermiş Rus-Osmanlı müharibəsinin nəticələrinə görə isə, ruslarla görüşmə səlahiyyətləri Krım Xanlığına verildi. Krım Xanı Murad Gəray ruslarla 20 illik sülh imzaladı.
Xanlığın süqutu...
XVII əsrin sonlarına yaxın Moskva çarlığı artıq güclü dövlət olan Rusiya imperiyası halına gəlmişdi. Tatarlar üçün artıq Moskvaya hücum etmək və ya vergiyə bağlamaq çox çətin idi. Moskva xaricində isə Polşa Krallığı olduqca güclənmiş, Rusiyanın hər yerinə yayılan kazaklar isə davamlı yürüşlər edəcək qədər güclənmişdilər. Osmanlıların Avropa qarşısında geriləməsi və Rus çarlığının yüksəlişi Krıma olduqca pis təsir etdi. 1735-1739-cu illərdə Osmanlı-Rus müharibəsində, ruslar Bağçasaraya qədər irəliləyib bölgəni qarət etdilər. 1768-1774-cü illlərdəki Osmanlı-Rus müharibəsində Bessarabiya (1770), Krım yarımadası (1771), ruslar tərəfindən işğal edildi. 21 iyul 1774-cü il tarixli Kiçik Qaynarca müqaviləsi ilə Krım Osmanlı himayəsindən çıxdı və tam müstəqil oldu. Yalnız dini işlər üçün Osmanlı xəlifəsinin səlahiyyəti tanındı. 1777-ci ildə Rus tərəfdarı olaraq bilinən Şahin Gəray taxta çıxdı, Osmanlı tərəfdarı olan II Bahadır Gəray xanlıq mübarizəsində Şahin Gəraya uduzdu. 1779-cu ildə imzalanan Aynalıqovaq əhdi ilə Krım xanlarının sərbəst seçilməsi, Rus əsgərlərinin Krımdan çəkilməsi, Osmanlı Dövlətinin Şahin Gərayı tanıması maddələrini qəbul edilsə də, ruslar müqaviləyə riayət etmədi. 1783-cü ildə aprelin 19-da II Yekaterinanın əmriylə Krım işğal edildi. Artan Rus təsirinə qarşı xalq qiyamı qalxsa da, qiyam yatırıldı. Osmanlı dövləti Krıma girən ruslara qarşı yeni döyüşə başladı, lakin müvəffəqiyyət qazana bilmədi - 1792-ci ildə Yassı müqaviləsi ilə Krımın Rusiyaya birləşməsi qəbul edildi.
“Kleopatra donanması” Krımın Rusiyaya birləşdirilməsinin təntənəsinə çevrildi...
Krımın Rusiyaya ilhaqında xüsusi rol oynamış knyaz Qriqori Potyomkin isə həmin tarixdən sonra parlaq karyeraya qədəm qoydu. Onun fərasəti və qabiliyyətləri ambisiyalarına tam uyğun gəlirdi. O, Yekaterinanın yeganə favoritlərindən biri kimi Rusiyanın idarəçiliyində geniş siyasi rol oynamağa başladı. Patyomkin nazir kimi qeyri-məhdud səlahiyyətlərə malik idi. Knyaz Potyomkin 1791-ci ildə öldü. O, Krımın Rusiyaya birləşdirilməsi planının hazırlanması və həyata keçirilməsinin təşəbbüsçülərindən biri kimi “Tavriyanın şöhrətli knyazı” titulunu almışdı. Onun rəhbərliyi ilə Krımda yeni qalalar və limanlar salınmışdı - bunlara Xerson, Sevastopol, Yekaterinoslav qalaları idi. Eləcə də Potyomkin Qara dənizdə hərbi və ticarət donanmasının qurulmasına rəhbərlik etmişdi.
Krımın ilhaqından bəhs açılan zaman Yekaterinanın 1787-ci ildə Potyomkin tərəfindən təşkil edilmiş Krıma səyahətinə toxunmamaq olmaz. “Min bir gecə” nağıllarındakına bənzər bayram atmosferində imperatriça yarımadanı dolaşdı - yeni əyalətləri öz mülkiyyətinə götürdüyünü əyani şəkildə nümayiş etdirdi. Avstriya imperatoru, Polşa kralı və saysız-hesabsız diplomatlar onu şərəfləndirməyə və Kidn çayındakı “Kleopatra donanması” kimi məşhurlaşan bu təmtəraqı izləmək üçün çay sahilinə yığılmışdı. Yekaterina və onun sarayı isə su ilə hərəkət edirdi...
P.İSMAYILOV
Xəbər lenti
Hamısına bax
Dünya
20 Sentyabr 20:18

YAP xəbərləri
20 Sentyabr 20:04

Xəbər lenti
20 Sentyabr 19:23

YAP xəbərləri
20 Sentyabr 19:15

YAP xəbərləri
20 Sentyabr 19:13

YAP xəbərləri
20 Sentyabr 19:09

YAP xəbərləri
20 Sentyabr 19:03

YAP xəbərləri
20 Sentyabr 18:58

İdman
20 Sentyabr 18:36

YAP xəbərləri
20 Sentyabr 17:28

Xəbər lenti
20 Sentyabr 17:12

YAP xəbərləri
20 Sentyabr 16:36

YAP xəbərləri
20 Sentyabr 15:29

Gündəm
20 Sentyabr 15:25

YAP xəbərləri
20 Sentyabr 14:41

YAP xəbərləri
20 Sentyabr 14:28

YAP xəbərləri
20 Sentyabr 13:54

Gündəm
20 Sentyabr 13:39

YAP xəbərləri
20 Sentyabr 13:22

Gündəm
20 Sentyabr 13:08

Gündəm
20 Sentyabr 12:56

YAP xəbərləri
20 Sentyabr 12:51

YAP xəbərləri
20 Sentyabr 12:38

Gündəm
20 Sentyabr 12:35

Gündəm
20 Sentyabr 12:16

Gündəm
20 Sentyabr 11:58

MEDİA
20 Sentyabr 11:35
YAP xəbərləri
20 Sentyabr 11:24

Sosial
20 Sentyabr 11:19

YAP xəbərləri
20 Sentyabr 11:06

Analitik
20 Sentyabr 10:53

Analitik
20 Sentyabr 10:34

Analitik
20 Sentyabr 10:15

YAP xəbərləri
20 Sentyabr 09:54

Analitik
20 Sentyabr 09:29

Analitik
20 Sentyabr 09:12

Sosial
20 Sentyabr 08:56

Ədəbiyyat
20 Sentyabr 08:32

Gündəm
20 Sentyabr 00:34

YAP xəbərləri
19 Sentyabr 23:19

Siyasət
19 Sentyabr 22:15

YAP xəbərləri
19 Sentyabr 22:15

YAP xəbərləri
19 Sentyabr 22:00

YAP xəbərləri
19 Sentyabr 21:14

YAP xəbərləri
19 Sentyabr 20:42

YAP xəbərləri
19 Sentyabr 20:10

YAP xəbərləri
19 Sentyabr 19:07

Xəbər lenti
19 Sentyabr 18:49

Dünya
19 Sentyabr 18:25

YAP xəbərləri
19 Sentyabr 18:01

YAP xəbərləri
19 Sentyabr 18:00

Xəbər lenti
19 Sentyabr 17:54

Dünya
19 Sentyabr 17:19

Elm
19 Sentyabr 17:09

YAP xəbərləri
19 Sentyabr 17:06

YAP xəbərləri
19 Sentyabr 17:05

YAP xəbərləri
19 Sentyabr 17:03

Dünya
19 Sentyabr 16:51

Dünya
19 Sentyabr 16:22

YAP xəbərləri
19 Sentyabr 16:11

YAP xəbərləri
19 Sentyabr 16:04

Dünya
19 Sentyabr 15:33

Dünya
19 Sentyabr 15:12

YAP xəbərləri
19 Sentyabr 15:02

YAP xəbərləri
19 Sentyabr 15:01

YAP xəbərləri
19 Sentyabr 15:00

Dünya
19 Sentyabr 14:48

Formula 1
19 Sentyabr 14:47

Xəbər lenti
19 Sentyabr 14:46

YAP xəbərləri
19 Sentyabr 14:46
