Tayvan məsələsi “unudulur”?
01.02.2023 [10:53]
ABŞ ilə Çin arasındakı dərin səssizliyin əsas səbəbləri...
2022-ci ilin sonunda dünyada yaşanan yeni kataklizmlər, ən əsası isə Qərbin növbəti dəfə Yaxın şərq siyasətinə “müraciəti” ötən ilin ən aktual problemlərini ikinci plana daşıdı. Bunların arasında isə uzun müddətdir ki, davam edən, Qərb-Çin münasibətlərinin “lakmus”una çevrilmiş Tayvan məsələsi diqqəti cəlb edir. Halbuki, 2022-ci ildə həm Qərbin, həm də Çinin rəsmiləri yeni hərbi qarşıdurmaları qaçılmaz sayırdılar. 2023-cü il isə diqqəti bütünlüklə Uzaq Şərqdən yayındırmaqdadır. Belə ki, məsələnin hərbi eskalasiya yolu artıq mütləq şəkildə istisna olunur.
ABŞ niyə geri çəkilir?
Bu ilin əvvəlində Rusiya xarici işlər nazirinin müavini Andrey Rudenko bildirmişdi ki, Çin Tayvan məsələsini diplomatik yollarla həll etməyə ümidlidir. O, həmçinin vurğulamışdı ki, ada ilə “münasibətlərin tənzimlənməsi” ÇXR-in daxili işidir və üçüncü tərəfin bu məsələyə müdaxiləsi qəbuledilməzdir. Bununla belə, Çinin suverenliyini tanıdığını iddia edən bəziləri dövlətin sərhədlərinə hörmət etmir. “Vəziyyət ABŞ Nümayəndələr Palatasının sədri Pelosinin 2022-ci ilin avqustunda adaya (Tayvana) səfəri, ardınca Amerika, Yaponiya və Avropa rəsmilərinin oraya çoxsaylı səfərləri ilə ciddi şəkildə alovlanıb. Bu cür “təxribatçı fəaliyyət” isə əlavə eskalasiya raundu təhdidi yaradır. Pekin yaxşı bilir ki, Rusiya tərəfi Tayvan məsələsində ÇXR-i ardıcıl dəstəkləyib. Bizim siyasətimiz vahid Çin prinsipinə əsaslanır. ÇXR hökuməti bütün Çini təmsil edən yeganə legitim hökumətdir, Tayvan isə onun tərkib hissəsidir”, - nazir müavini deyib.
Göründüyü kimi, Tayvan məsələsi 2023-cü ildə tamamilə plandan çıxarılmayıb - sadəcə, aktuallağını itirib. Ara-sıra bununla bağlı hər hansı bir hərəkətlənmə olsa da, hələ hərbi qarşıdurmaya rəvac verəcək addımlara rast gəlinmir. Məsələn, ötən il dekabrın 30-da Çin Müdafiə Nazirliyinin sözçüsü Tan Kefei Vulkan tank əleyhinə sistemlərinin Tayvana mümkün transferi ilə bağlı risklər barədə ABŞ hakimiyyətinə xəbərdarlıq etmişdi.
Bəzi xarici mütəxəssislər isə ABŞ-ın məsələdə tam gözləmə mövqeyi tutmasını bir sıra məqamlarla izah edir:
- Vaşinqton Tayvanı müdafiə etmək üçün resursları genişləndirməkdə gecikib;
- ÇXR-in Hind-Sakit okean sularında ABŞ-ın hökmranlığına meydan oxumaq üçün kifayət qədər böyük donanmasının, eləcə də təyyarələrinin və ballistik raketlərinin varlığı;
- Çinin yeni iqtisadi nizamda tutacağı yer - Şərq-Qərb tranzitinin bir qütbü məhz Çinə “aparır”...
Beləliklə, ABŞ hələ də tərəddüd içindədir. Düzdür, dekabrın 5-də məlum olmuşdu ki, ABŞ Tayvanı “Patriot” raketdən müdafiə sistemləri üçün 100-ə yaxın raketlə təchiz etməyi planlaşdırır - hətta radar avadanlıqları da adaya çatdırıla bilər. Müqavilənin dəyəri isə təxminən 882 milyon dollar kimi qiymətləndirilirdi. Amma sonradan bu məsələ yubandı.
Çinin susqunluğunun əsas sirri...
Bununla belə, hələ də hərbi eskalasiya təhlükəsinin tam sovuşmadığını düşünənlər var. Məsələn, bəzi analitiklər ABŞ hakimiyyətinin Çin və Tayvan arasında gərginliyə təhrik etdiyini düşünürlər. Onların fikrincə, Vaşinqton Çindəki daxili siyasi vəziyyəti bir az da “çalxalamaqda” davam edəcək - bura Tayvanla yanaşı, uyğur məsələsi də aid edilir. Bütün bunlar isə bütövlükdə, Çində, Tayvan boğazında və hətta Koreya yarımadasında gərginliyə yol aça bilər. Həmin analitiklər 2023-cü ildə də dünyanın bir sıra regionlarında “demokratiya oyunu”nun davam edəcəyinə əmindirlər. Çünki ABŞ 2023-cü ilin hərbi büdcəsində Tayvanın hərbi potensialını gücləndirmək üçün 10 milyard dollar ayırıb. Pekin isə bu addıma ada ətrafında mütəmadi olaraq genişmiqyaslı hərbi təlimlər keçirməklə cavab verir. Çin hərbi təyyarələri dəfələrlə Tayvanın hava hücumundan müdafiə identifikasiya zonasına daxil olub və Çin gəmiləri adanı materikdən ayıran Tayvan boğazını daim diqqətdə saxlayır.
Beləliklə, eskalasiyanın genişmiqyaslı münaqişə ilə nəticələnə biləcəyi ilə bağlı ehtimallar da güclənir. Hazırki səssizlik isə bəlkə də qarşıdakı fırtınanın anonsudur. Çində Tayvana qarşı daha sərt addımların atılmasını arzulayanların əsas mesajı isə qətidir. Bu xəttin tərəfdarları amerikalıların Tayvanın müstəqilliyinin tanınması üzərində işlədiyinə belə “inanır”. Nəzərə alsaq ki, hazırda Tayvanda müstəqil ölkənin yaradılmasının tərəfdarı olan separatçı partiya hakimiyyətdədir (indi konstitusiyaya görə, Tayvan Çinin bir hissəsidir), bu, gərginliyi artıran başqa bir amildir.
Digər bir əsas amil isə Rusiya-Ukrayna müharibəsinin gələcək “taleyidir”. Çin anlayır ki, indiki halda Tayvana qarşı hərbi gücdən istifadə münaqişəni regional çərçivədə məhdudlaşdıra bilməyəcək - bu, heç kimin arzulamadığı qlobal münaqişə olacaq. Çin Rusiyanın Ukraynada qarşılaşdığı vəziyyətdən “dərs” çıxarır - ABŞ-ın işə qarışması ilə adanı tez bir zamanda ələ keçirə biləcəklərinə şübhə edirlər. Üstəlik, bu münaqişənin qlobal iqtisadi böhrana və Çinə qarşı sanksiyalara səbəb olacağını düşünür.
2023-cü ilin əvvəlindən başlayaraq hökm sürən səssizlik Tayvan məsələsinin qlobal müstəvidə “yaddan çıxarılmasına” da xidmət edə bilər. Sadəcə, burada tərəflərin hər birinin özünün maraqları var:
-Çin ABŞ-ın bütün diqqətini Ukrayna cəbhəsinə və ya Yaxın Orta Şərqə yönəltməsini;
- ABŞ Çinin daxilində yeni gərginliklərin yaranmasını;
- Tayvan isə yarana biləcək situasiyadan istifadə etməyi düşünür.
Tayvanın “qırmızı xətti” keçməsi isə hər bir halda hərbi qarşıdurma vəd edir.
PƏRVİZ
Xəbər lenti
Hamısına baxDünya
21 İyul 23:35
Dünya
21 İyul 22:47
Dünya
21 İyul 22:20
Dünya
21 İyul 21:50
Dünya
21 İyul 21:20
Dünya
21 İyul 20:45
Dünya
21 İyul 20:15
Dünya
21 İyul 19:45
Dünya
21 İyul 19:17
Siyasət
21 İyul 18:36
Dünya
21 İyul 18:20
Siyasət
21 İyul 17:41
YAP xəbərləri
21 İyul 17:10
YAP xəbərləri
21 İyul 16:49
Elanlar
21 İyul 16:33
Gündəm
21 İyul 16:29
Gündəm
21 İyul 15:52
YAP xəbərləri
21 İyul 15:47
Hadisə
21 İyul 15:32
Elm
21 İyul 15:32
Sosial
21 İyul 15:31
Sosial
21 İyul 15:31
Sosial
21 İyul 15:30
Siyasət
21 İyul 15:04
Gündəm
21 İyul 14:26
Gündəm
21 İyul 14:08
Gündəm
21 İyul 12:47
Müsahibə
21 İyul 12:00
İqtisadiyyat
21 İyul 11:55
Ədəbiyyat
21 İyul 11:50
Gündəm
21 İyul 11:40
Gündəm
21 İyul 11:03
Mədəniyyət
21 İyul 10:59
Turizm
21 İyul 10:54
Dünya
21 İyul 10:41
İqtisadiyyat
21 İyul 10:21
Dünya
21 İyul 10:17
Analitik
21 İyul 10:16
Dünya
21 İyul 09:53
Analitik
21 İyul 09:38
Ədəbiyyat
21 İyul 09:25
Dünya
21 İyul 09:22
Dünya
21 İyul 08:39
Dünya
20 İyul 23:41
Dünya
20 İyul 23:25
Dünya
20 İyul 22:55
Gündəm
20 İyul 22:34
Dünya
20 İyul 22:30
Dünya
20 İyul 21:55
Dünya
20 İyul 21:30
Gündəm
20 İyul 21:25
Dünya
20 İyul 21:05
YAP xəbərləri
20 İyul 20:47
Dünya
20 İyul 20:45
Elm
20 İyul 20:40
Dünya
20 İyul 20:15
Dünya
20 İyul 19:55
Dünya
20 İyul 19:30
Dünya
20 İyul 19:15
Dünya
20 İyul 18:55
Dünya
20 İyul 18:35
Dünya
20 İyul 18:24
Dünya
20 İyul 17:19
YAP xəbərləri
20 İyul 17:11
Dünya
20 İyul 16:35
Dünya
20 İyul 15:29
YAP xəbərləri
20 İyul 15:10
Sosial
20 İyul 15:10
Dünya
20 İyul 14:32
Gündəm
20 İyul 13:57

