İrana növbəti ağır zərbə
01.08.2025 [12:16]
Budəfəki sanksiyalar daha təsirli olacaq
ABŞ hökuməti İrana qarşı son yeddi ilin ən genişmiqyaslı sanksiya paketini elan edib. Qeyd edək ki, yeni sanksiyalar paketinə İranın 50-dən çox fiziki və hüquqi şəxsi, habelə İran və Rusiya neftini daşıyan 50-dən çox gəmi daxil edilib. ABŞ Maliyyə Nazirliyinin məlumatına görə, sanksiyalar paketində əsasən İranın ali liderinin müşaviri Əli Şamxaninin oğlu Məhəmməd Hüseyn Şamxani ilə əlaqəli beynəlxalq gəmiçilik şəbəkəsi və onun ətrafında fəaliyyət göstərən onlarla şirkət hədəfə alınıb. Vaşinqton bu şəbəkənin İran rejiminə on milyardlarla dollar gəlir qazandırdığını və Tehranın terrorizmi maliyyələşdirməkdə bu strukturlardan istifadə etdiyini bildirir. ABŞ Maliyyə Nazirliyi əlavə edib ki, Şamxani ailəsi İran neftinin satışından əldə olunan vəsaitlə xaricdə lüks daşınmaz əmlak alır, müxtəlif ölkələrdə “qara pul”la pasport və vətəndaşlıq əldə edir. Qurumun bəyanatında qeyd olunur ki, sanksiya tətbiq edilən şəxslər, şirkətlər və gəmilər İran neftinin ticarəti ilə məşğul olan qlobal şəbəkənin bir hissəsidir və onların Belçika, Böyük Britaniya, Honq-Konq, Hindistan, İtaliya, Kipr, Marşal adaları, Birləşmiş Ərəb Əmirlikləri, Panama, Rumıniya, Sinqapur, Türkiyə, Fransa və İsveçrə də daxil olmaqla 20 ölkə və qurumla əlaqələri var. Qərb analitikləri hesab edirlər ki, bu sanksiyalar Vaşinqtonun həm Tehrana qarşı maksimum təzyiq strategiyasını gücləndirdiyini, həm də İran-Rusiya enerji ittifaqının qarşısını almaq niyyətini açıq şəkildə ortaya qoyur.
İrana qarşı yeni sanksiyalar Avropa İttifaqının Şamxani və onun bir neçə şirkətinə qarşı sanksiyalar tətbiq etməsindən, həmçinin ABŞ rezidenti Donald Trampın Tehrana qarşı məhdudiyyətlərin sərtləşdirilməsi ilə bağlı “qeyri-müəyyən siqnallar” göndərməsindən 1 həftə sonra qəbul edilib.
Yeni sanksiyalar daha sərtdir
Məsələ ilə bağlı Yaxın Şərq üzrə ekspert Vüqar Zifəroğlu “Yeni Azərbaycan” qəzetinə şərhində qeyd edib ki, ABŞ-ın bu dəfə İrana qarşı tətbiq etdiyi sanksiyalar bir neçə cəhətdən əvvəlkilərdən fərqlənir. Onun sözlərinə görə, yeni sanksiyalar potensial təsir baxımından daha sərt və geniş miqyaslıdır.
“Bu sanksiyalar son 7 ilin ən geniş əhatəli paketi kimi təqdim olunur. Hədəfdə olan şəxslər və qurumlar: Ali rəhbər Xameneinin müşaviri Əli Şamxaninin oğlu Hüseyn Şamxani və onunla əlaqəli onlarla şirkət və şəxslərdir. Gəmiçilik sektorunun hədəflənməsi isə xüsusilə Tehranın nəzarətində olan beynəlxalq gəmiçilik şəbəkəsi - bu, həm neft ixracatına, həm də digər ticarət əməliyyatlarına ciddi zərbədir. Əvvəlki sanksiyalar bəzən sektorial idi (nüvə proqramı, neft, bankçılıq və s.), bu dəfə isə şəbəkə əsaslı və əlaqəli aktorlar geniş şəkildə hədəflənib,” -deyə V.Zifəroğlu vurğulayıb ki, budəfəki sanksiyalar İranın bir sıra sektorlarına çox ciddi təsir göstərə bilər. “Bu sanksiyalar öz təsirini göstərəcəyi halda İran üçün neft və neft məhsullarının daşınması çətinləşəcək, İran neftinin ixracını təmin edən qeyri-rəsmi yollar bağlanacaq. Eyni zamanda şəffaf olmayan maliyyə və ticarət əməliyyatları ifşa olunacaq. Hökumətyönlü oliqarx strukturların sərvətinə zərbənin dəyəcəyi də istisna deyil. Şamxani ailəsi və ona bağlı biznes imperiyası iqtisadi və siyasi güc mərkəzlərindən biridir. Onların hədəf alınması daxili iqtisadi və siyasi gərginliyi artıra bilər. Nəticə etibarilə, əvvəlki illərdəki sektorial sanksiyalarla müqayisədə bu tədbirlər İranda sistemli və strateji güc mərkəzlərini iflic etməyə hesablanıb”.
İrana qarşı “maksimum təzyiq” siyasəti
V.Zifəroğlu hesab edir ki, yeni sanksiyalar yalnız iqtisadi deyil, siyasi və psixoloji təzyiq vasitəsi kimi də dəyərləndirilə bilər. “Donald Trampın qayıdışı ilə paralel olaraq bu sərtləşmə, onun İrana qarşı “maksimum təzyiq” siyasətinin yenidən gündəmə gəldiyinə işarədir. Avropa İttifaqı ilə koordinasiyalı addımlar (Aİ-nin də eyni anda Şamxaniyə sanksiya tətbiq etməsi) bu dəfəki tədbirlərin transatlantik strategiyanın tərkib hissəsi ola biləcəyini göstərir. Yeni sanksiyaların İranın iqtisadiyyatına əvvəlkilərə nisbətən daha güclü və sistemli zərbə vurması ehtimalı yüksəkdir. Xüsusilə, qeyri-rəsmi ticarət yollarının bağlanması və siyasi elitanın sərvət şəbəkəsinin hədəf alınması daxili sabitliyi də risk altına ata bilər”.
Yunis ABDULLAYEV
Xəbər lenti
Hamısına baxİqtisadiyyat
20 Aprel 22:30
Dünya
20 Aprel 22:17
Dünya
20 Aprel 21:59
İqtisadiyyat
20 Aprel 21:24
Dünya
20 Aprel 21:10
Elm
20 Aprel 20:46
Dünya
20 Aprel 20:35
Sosial
20 Aprel 20:18
Dünya
20 Aprel 19:50
İqtisadiyyat
20 Aprel 19:30
Sosial
20 Aprel 19:22
Sosial
20 Aprel 18:00
İqtisadiyyat
20 Aprel 17:59
Gündəm
20 Aprel 17:58
Dünya
20 Aprel 16:28
Siyasət
20 Aprel 15:46
Dünya
20 Aprel 15:34
Elanlar
20 Aprel 15:23
İqtisadiyyat
20 Aprel 15:22
İdman
20 Aprel 14:35
Elm
20 Aprel 14:31
Siyasət
20 Aprel 13:53
Dünya
20 Aprel 13:20
Sosial
20 Aprel 13:10
Xəbər lenti
20 Aprel 12:40
Dünya
20 Aprel 12:39
Sosial
20 Aprel 12:36
Siyasət
20 Aprel 12:32
Hadisə
20 Aprel 12:11
Sosial
20 Aprel 11:58
İqtisadiyyat
20 Aprel 11:21
İqtisadiyyat
20 Aprel 11:21
Xəbər lenti
20 Aprel 11:02
Gündəm
20 Aprel 10:56
Dünya
20 Aprel 10:45
İqtisadiyyat
20 Aprel 10:26
Dünya
20 Aprel 10:19
Dünya
20 Aprel 09:51
Dünya
20 Aprel 09:17
Gündəm
20 Aprel 09:08
Dünya
20 Aprel 08:49
Dünya
20 Aprel 08:23
Dünya
20 Aprel 08:20
Dünya
20 Aprel 07:57
Elm
19 Aprel 23:18
Dünya
19 Aprel 22:35
Dünya
19 Aprel 21:20
Hadisə
19 Aprel 20:33
Hadisə
19 Aprel 19:15
Siyasət
19 Aprel 19:11
Sosial
19 Aprel 19:09
Sosial
19 Aprel 18:27
Dünya
19 Aprel 17:24
Gündəm
19 Aprel 16:53
Maraqlı
19 Aprel 16:39
Analitik
19 Aprel 14:32
Dünya
19 Aprel 14:25
Dünya
19 Aprel 13:41
Dünya
19 Aprel 12:38
Siyasət
19 Aprel 11:24
Dünya
19 Aprel 11:06
Dünya
19 Aprel 10:50
Dünya
19 Aprel 10:17
Siyasət
19 Aprel 09:45
Dünya
19 Aprel 09:22
Dünya
19 Aprel 08:51
İdman
19 Aprel 08:38
Dünya
19 Aprel 08:09
Siyasət
19 Aprel 08:03
Siyasət
19 Aprel 08:02

