Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Xəbər lenti / 16-cı kütləvi məzarlıq...

16-cı kütləvi məzarlıq...

02.04.2024 [10:43]

Araşdırmalar davam edir

Ermənistanın işğalçı siyasəti dövründə azərbaycanlıların qətlə yetirilməsi və kütləvi şəkildə basdırılmasını sübut edən faktların sayı artmaqdadır. 30 illik işğalçılıq zamanı xalqımıza qarşı saysız-hesabsız cinayətlər törədilib. Bu cinayətlər sırasında Birinci Qarabağ müharibəsi dövründə 4 minə yaxın azərbaycanlının itkin düşməsi və onlara qarşı qeyri-insani rəftar xüsusi yer tutur. Ermənistan hələ də onların taleyi haqqında heç bir məlumat vermir. Bu isə beynəlxalq cinayətdir. Ərazi bütövlüyümüz və suverenliyimiz təmin olunduqdan sonra erməni vəhşiliyi faktlarla ortaya çıxır. İşğaldan azad edilmiş ərazilərimizdə kütləvi məzarlıqların aşkar edilməsi də bunu təsdiqləyir.

Martın 31-də Əsir və itkin düşmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyası işçi qrupu rəhbərinin müavini Eldar Səmədov jurnalistlərə açıqlamasında deyib ki, indiyədək azad edilən ərazilərdə 16 kütləvi məzarlıq müəyyən edilib. Onun sözlərinə görə, Prezident İlham Əliyevin tapşırığına əsasən, azad edilən ərazilərdə axtarış, ekshumasiya, qazıntı işləri aparılmaqdadır.

Xatırladaq ki, ilk olaraq Fərrux yüksəkliyində, Daşaltı kəndində, Xocavənd rayonunun Edilli kəndində kütləvi məzarlıqlar aşkar edildi. Daha sonra, Kəlbəcərin Başlıbel kəndində, Şuşa türməsinin ərazisində, Ağdam rayonunda, Kəlbəcərdə də belə məzarlıqlar üzə çıxarıldı. Bu yaxınlarda isə Xocalı soyqırımının qurbanlarının bir hissəsinin kütləvi basdırıldığı ərazilər aşkarlandı. Bütün bunlar erməni vandalizminin göstəriciləridir. Kütləvi məzarlıqda aşkar olunan cəsədlərdə zorakılıqlar aşkar olunub, inanlar əli qandallı basdırılıblar. Bütün bunlar ermənilərin insanlığa qarşı cinayətləridir. Müvafiq qurumlar DNT analizi vasitəsilə həmin cəsədlərin kimə məxsus olduğunu müəyyən edir. Artıq onların bəziləri müəyyən edilərək doğmalarına təhvil verilib.

Yeri gəlmişkən, Xocalı şəhərinin mərkəzində (keçmiş Xalça fabrikinin yaxınlığında) aparılan qazıntı işləri zamanı kütləvi məzarlıqda qalıqları aşkarlanan və şəxsiyyətləri dəqiqləşdirilmiş 7 nəfərin cənazəsi martın 31-də Xocalıda yeni salınan Şəhidlər xiyabanında dəfn edilib. Əvvəlcə Bərdə rayonunda məcburi köçkünlər üçün salınmış şəhərcikdə vida mərasimi keçirilmiş, sonra cənazələr Xocalıya yola salınmışdı. Dəfn mərasimində mərhumların yaxınları, dövlət qurumlarının rəsmiləri, ictimaiyyət nümayəndələri iştirak ediblər.

Ümumiyyətlə, Birinci Qarabağ müharibəsində 3890 vətəndaşımız Azərbaycan Respublikasının Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyasında itkin düşmüş şəxs kimi qeydiyyata alınıb  və aşkar olunmuş kütləvi məzarlıqlarda onların bəzilərinin qalıqları eyniləşdirilib. Hazırda işğaldan azad edilmiş ərazilərimizdə bu istiqamətdə davamlı olaraq işlər aparılır. Bugünlərdə Xocalı soyqırımının qurbanı olan bir neçə nəfərin cəsədlərinin kütləvi məzarlıqda aşkarlanması da bunu təsdiqləyir. 

İnsanlığa qarşı törədilən bu cinayətlər cəzasız qalmamalıdır və qalmır. 44 günlük Vətən müharibəsində xalqımıza qarşı cinayətlər törətmiş ermənilərin bir qismi öz cəzalarını aldılar. Eləcə də, ötən ilin sentyabr ayında Qarabağda keçirilmiş antiterror tədbirləri zamanı separatçılar diz çökdürüldü, onların başçıları həbs olunaraq Bakıya gətirildilər. Bu canilər törətdikləri cinayətlərə görə cavab verəcəklər. Lakin minlərlə azərbaycanlının taleyi haqqında hələ də məlumat yoxdur. Ermənistan tərəfi bu məlumatları verməlidir. Ermənistana öz öhdəliklərini yerinə yetirmək üçün beynəlxalq səviyyədə təzyiq göstərilməlidir. Çünki itkin düşmüş azərbaycanlıların taleyi haqqında məlumat vermək rəsmi İrəvanın üzərinə götürdüyü öhdəliklər sırasındadır. Bununla belə, itkin düşmüş həmvətənlərimizin taleyi ilə bağlı dövlətimiz bütün imkanlardan istifadə edir.

Qeyd edək ki, Xocalıda kütləvi məzarlıqda tapılan daha bir nəfərin şəxsiyyəti müəyyənləşib. Bu barədə Baş Prokurorluğun mətbuat xidməti məlumat yayıb.

Xəbər verildiyi kimi, işğaldan azad edilmiş Xocalı şəhərinin mərkəzində (keçmiş ?alça fabrikinin yaxınlığında) həyata keçirilən əsaslı bərpa-quruculuq işləri çərçivəsində aparılan qazıntı işləri zamanı basdırılmış vəziyyətdə kütləvi insan qalıqlarının aşkar olunması faktı ilə bağlı araşdırmalar davam etdirilir.

Qeyd olunan ərazidə həyata keçirilən baxış istintaq hərəkəti nəticəsində aşkar edilmiş insan qalıqlarının müayinəsi zamanı onların 18 nəfər şəxsə məxsus olması (4 nəfərin azyaşlı olması ehtimal edilir), müxtəlif üsullarla işgəncə, fiziki zorakılıq və qeyri-insani rəftara məruz qalmaları, fərdi şəkildə və mənsub olduqları dinin tələblərinə uyğun qaydada dəfn olunmamaları, həmişə tapıla bilmələri üçün lazımi qaydada qorunmaları və nişanlanmalarının təmin olunmaması müəyyən edilib.

Həmçinin aşkar edilmiş insan qalıqları xüsusiyyətlərinə görə ən azı 25 il əvvəl basdırılıb.

Baş Prokurorluq tərəfindən Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyası, Səhiyyə Nazirliyinin “Məhkəmə-Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyi” Publik Hüquqi Şəxsi, Azərbaycan Milli Elmlər Akademiyası və Beynəlxalq Qızıl Xaç Komitəsinin (BQXK) Azərbaycan Nümayəndəliyinin əməkdaşlarının iştirakı ilə hadisə yerinə baxış keçirilərək aşkar edilmiş sümük fraqmentləri üzrə zərərçəkmişlərin şəxsiyyətinin, həmçinin iş üzrə əhəmiyyət kəsb edən digər halların müəyyən edilməsi məqsədilə ekspertiza və laborator müayinələr aparılır, eləcə də digər zəruri prosessual hərəkətlər həyata keçirilir.

Dövlət Təhlükəsizliyi Xidmətinin Hərbi-Tibb Baş İdarəsi tərəfindən keçirilən məhkəmə-genetik ekspertizasının hazırkı mərhələsində Xankəndi sakini olmuş daha 1 nəfərin şəxsiyyəti müəyyən edilib. Bununla da, kütləvi məzarlıqda aşkar olunan insan qalıqlarından 10 nəfərin şəxsiyyəti müəyyən edilib. İstintaq materiallarına əsasən həmin şəxslər 26.02.1992-ci il tarixdə Xocalı rayonu ərazisində itkin düşüb.

Toplanmış materiallar Baş Prokurorluğun İstintaq İdarəsində ibtidai istintaqı aparılan cinayət işinə əlavə edilərək araşdırılır.

NARDAR

Paylaş:
Baxılıb: 125 dəfə

Xəbər lenti

Hamısına bax

Xəbər lenti

Xəbər lenti

Xəbər lenti

Xəbər lenti

İqtisadiyyat

Siyasət

Siyasət

Siyasət

1 il tez...

18 Aprel 10:21

Gündəm

Xəbər lenti

Xəbər lenti

Xəbər lenti

Xəbər lenti

Xəbər lenti

Xəbər lenti

Xəbər lenti

Xəbər lenti

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2 3 4 5 6
7 8 9 10 11 12 13
14 15 16 17 18 19 20
21 22 23 24 25 26 27
28 29 30