Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / İqtisadiyyat / Qeyri-neft sektoru - Azərbaycanın iqtisadi gələcəyinin əsas təminatı

Qeyri-neft sektoru - Azərbaycanın iqtisadi gələcəyinin əsas təminatı

13.06.2026 [11:24]

Dünya iqtisadiyyatında baş verən dəyişikliklər, enerji bazarlarındakı qeyri-sabitlik və yaşıl iqtisadiyyata keçid prosesi təbii resurslarla zəngin ölkələr qarşısında yeni çağırışlar müəyyənləşdirir. Bu gün neft və qaz ehtiyatlarına malik dövlətlər üçün əsas məsələ mövcud sərvətlərdən əldə olunan gəlirləri dayanıqlı iqtisadi inkişafa çevirmək, gələcək nəsillər üçün rəqabətqabiliyyətli iqtisadi model formalaşdırmaqdır. Azərbaycan da son illərdə məhz bu istiqamətdə ardıcıl siyasət həyata keçirən ölkələr sırasında yer alır.

Müstəqilliyin ilk illərində iqtisadiyyatın dirçəldilməsi və dövlətçiliyin möhkəmləndirilməsi baxımından enerji sektorunun rolu danılmaz olub. Ümummilli Lider Heydər Əliyevin müəllifi olduğu yeni neft strategiyası ölkənin iqtisadi inkişafının əsasını qoydu, xarici investisiyaların cəlb edilməsinə və genişmiqyaslı infrastruktur layihələrinin həyata keçirilməsinə şərait yaratdı. Sonrakı dövrdə Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən iqtisadi siyasət isə bu uğurların davamlı inkişaf modelinə çevrilməsinə yönəldi.

Müasir mərhələdə Azərbaycanın qarşısında duran əsas məqsədlərdən biri iqtisadiyyatın şaxələndirilməsi və qeyri-neft sektorunun inkişaf etdirilməsidir. Bu istiqamətdə həyata keçirilən dövlət proqramları, institusional islahatlar, sənaye parklarının yaradılması, sahibkarlığın təşviqi və ixrac imkanlarının genişləndirilməsi iqtisadiyyatın yeni inkişaf mərhələsinə daxil olmasını şərtləndirib.

Rəsmi statistik göstəricilər də bu istiqamətdə müsbət dinamikanın müşahidə olunduğunu göstərir. 2025-ci ilin yekunlarına əsasən ölkədə ümumi daxili məhsulun həcmi 129,1 milyard manata çatıb. Həmin dövrdə neft-qaz sektorunda azalma müşahidə olunsa da, qeyri-neft-qaz sektorunda artım qeydə alınıb. Bu fakt iqtisadiyyatın yeni inkişaf mənbələrinin formalaşdığını göstərən mühüm göstəricilərdən biri hesab olunur.

Mütəxəssislərin fikrincə, qeyri-neft sektorunun inkişafı yalnız iqtisadi göstəricilərin yaxşılaşması ilə məhdudlaşmır. Bu proses həm də yeni iş yerlərinin yaradılması, regionların sosial-iqtisadi inkişafının sürətləndirilməsi, ixrac imkanlarının genişləndirilməsi və ölkənin xarici iqtisadi təsirlərə qarşı dayanıqlılığının artırılması baxımından strateji əhəmiyyət daşıyır.

Nərgiz Əhmədli,

Bakı Dövlət Universitetinin tələbəsi

Paylaş:
Baxılıb: 75 dəfə

Xəbər lenti

Hamısına bax

İqtisadiyyat

Ədəbiyyat

Elm

Ədəbiyyat

Şənbə üçün nəzm

13 İyun 08:30  

Sosial

Dünya

Dünya

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2 3 4 5 6
7 8 9 10 11 12 13
14 15 16 17 18 19 20
21 22 23 24 25 26 27
28 29 30