Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Dünya / Britaniyada daha bir nazir istefa verib

Britaniyada daha bir nazir istefa verib

12.06.2026 [17:59]

Böyük Britaniyada hökumətin müdafiə xərcləri planı ətrafında yaranan narazılıq iki yüksəkvəzifəli rəsmisinin istefası ilə nəticələnib.

AZƏRTAC xəbər verir ki, müdafiə naziri Con Hilinin ardından silahlı qüvvələr naziri Al Karns da vəzifəsindən getdiyini bəyan edib. Karns istefa məktubunda bildirib ki, hökumət silahlı qüvvələrdən getdikcə daha təhlükəli dünyada fəaliyyət göstərməyi tələb edir, lakin bunun üçün ayrılan büdcə daha sakit dövrlərin reallıqlarına uyğun hazırlanıb.

Con Hili isə Baş nazir Kir Starmerə ünvanladığı məktubda qarşıdan gələn müdafiə investisiyası planının ölkənin və müdafiə sektorunun üzləşdiyi təhlükələrə adekvat cavab vermədiyini bildirərək vəzifəsindən ayrıldığını açıqlamışdı.

Dauninq Stritin məlumatına görə, təhlükəsizlik naziri Den Carvis yeni müdafiə naziri təyin edilib.

Paylaş:
Baxılıb: 474 dəfə

Xəbər lenti

Hamısına bax

Sosial

Siyasət

Ədəbiyyat

Gündoğanda ədəbiyyat

05 Sentyabr 08:54

Ədəbiyyat

Şənbə üçün nəzm

05 Sentyabr 08:30  

Maraqlı

Gündəm

Dövlətin sosial qayğısı

04 Sentyabr 12:37  

Gündəm

Sosial

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2 3 4 5
6 7 8 9 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30