/ / Qarabağ və Şərqi Zəngəzurda kənd təsərrüfatının 2026–2030-cu illər üzrə inkişafı müzakirə edilib
Qarabağ və Şərqi Zəngəzurda kənd təsərrüfatının 2026–2030-cu illər üzrə inkişafı müzakirə edilib
12.06.2026 [15:23]
İyunun 12-də Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonunda Azərbaycan Respublikası Prezidentinin 2026-cı il 25 may tarixli Sərəncamı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında kənd təsərrüfatı, balıqçılıq və akvakultura məhsullarının istehsalı və emalı sahələrinin inkişafına dair 2026–2030-cu illər üçün Dövlət Proqramı”nın müzakirəsi ilə bağlı regional müşavirə keçirilib.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, tədbir Prezident İlham Əliyevin sədrliyi ilə bu il mayın 25-də kənd təsərrüfatı məsələlərinə həsr olunmuş müşavirədə verilmiş tapşırıqların icrası və Dövlət Proqramında nəzərdə tutulan tədbirlərin regionlar üzrə əlaqələndirilmiş, çevik və səmərəli həyata keçirilməsinin təmin olunması məqsədilə təşkil edilib.
Tədbirdə aidiyyatı dövlət qurumlarının nümayəndələri, Zəngilan, Cəbrayıl, Qubadlı, Ağdam, Füzuli, Xocalı, Xocavənd, Şuşa, Kəlbəcər və Laçın rayonlarından olan fermer və sahibkarlar iştirak ediblər.
Cəbrayıl, Qubadlı və Zəngilan rayonlarında Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəsi Vahid Hacıyev Prezident İlham Əliyevin kənd təsərrüfatı sahəsinin inkişafı ilə bağlı müəyyən etdiyi prioritetlər və bu istiqamətdə keçirilmiş müşavirədə müzakirə olunan məsələlər barədə danışıb, həmçinin yeni Dövlət Proqramının qarşıya qoyduğu əsas hədəflər haqqında iştirakçılara ətraflı məlumat verib. Xüsusi nümayəndə qeyd edib ki, proqram aqrar sahədə məhsuldarlığın artırılması, ərzaq təhlükəsizliyinin gücləndirilməsi və yerli istehsalın inkişafına xidmət edir.
Sonra kənd təsərrüfatı naziri Məcnun Məmmədov aqrar sahədə əldə olunmuş nəticələr, mövcud çağırışlar və qarşıdakı dövr üçün müəyyən edilmiş inkişaf hədəfləri barədə məlumat verib. Nazir qeyd edib ki, Dövlət Proqramı çərçivəsində məhsuldarlığın artırılması, aqrar sığortanın əhatə dairəsinin genişləndirilməsi, balıqçılıq və akvakulturanın inkişafı, eləcə də aqrar xidmətlərin tam rəqəmsallaşdırılması nəzərdə tutulur. Həmçinin nazir Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonlarında həyata keçirilən aqrar layihələr, yaradılan aqroparklar və kənd təsərrüfatı istehsalının genişləndirilməsi istiqamətində görülən işlərdən bəhs edib.
Tədbirdə Aqrar Tədqiqatlar Mərkəzinin direktoru Rəşad Hüseynov çıxış edərək, “Azərbaycan Respublikasında kənd təsərrüfatı, balıqçılıq və akvakultura məhsullarının istehsalı və emalı sahələrinin inkişafına dair 2026-2030-cu illər üçün Dövlət Proqramı”nın təqdimatını keçirib. Diqqətə çatdırılıb ki, Dövlət Proqramında fundamental və dəstəkləyici tədbirlər əks olunub.
Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyinin yanında Suların İstifadəsinə və Mühafizəsinə Dövlət Nəzarəti Xidmətinin rəisi Rafiq Aslanov su ehtiyatlarından səmərəli istifadənin, müasir suvarma sistemlərinin tətbiqinin və meliorasiya infrastrukturunun inkişafının aqrar sahənin dayanıqlı inkişafında mühüm əhəmiyyəti barədə danışıb. O, işğaldan azad edilmiş ərazilərdə həyata keçirilən su təsərrüfatı layihələri və kənd təsərrüfatının su təminatının gücləndirilməsi istiqamətində görülən işlər barədə məlumat verib.
Ağdam, Füzuli və Xocavənd rayonlarında Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəsi Emin Hüseynov işğaldan azad edilmiş ərazilərdə aqrar sahənin inkişafı üçün yaradılan infrastruktur, mövcud investisiya imkanları və regionun kənd təsərrüfatı potensialı barədə danışıb. Xüsusi nümayəndə bildirib ki, əsas məqsəd bu ərazilərdə müasir texnologiyalara əsaslanan, rəqabətqabiliyyətli və ixracyönümlü aqrar istehsalın formalaşdırılması, eləcə də özəl investisiyaların cəlb edilməsidir. O, aqroparkların və emal müəssisələrinin yaradılmasının, logistika imkanlarının genişləndirilməsinin və özəl sektorun fəal iştirakının bu hədəflərə nail olunmasında mühüm rol oynadığını bildirib.
Müzakirələr zamanı aqrar sahədə fəaliyyət göstərən fermer və sahibkarlardan Səfər Sadıxov, Nicat Məmmədov və Həsən Əliyev çıxış edərək, təmsil etdikləri müəssisələrdə həyata keçirilən layihələr və inkişaf planları barədə məlumat veriblər. Onlar çıxışlarında Prezident İlham Əliyev tərəfindən aqrar sahəyə göstərilən diqqət və dövlət dəstəyinə görə təşəkkürlərini bildirərək, yaradılmış əlverişli investisiya mühitinin kənd təsərrüfatının inkişafına mühüm töhfə verdiyini vurğulayıblar. Həmçinin sahibkarlar Dövlət Proqramı çərçivəsində nəzərdə tutulan tədbirlərin yeni istehsal sahələrinin yaradılmasına, mövcud təsərrüfatların genişləndirilməsinə və aqrar sektorun rəqabət qabiliyyətinin artırılmasına əlavə stimul verəcəyini qeyd ediblər.
Müşavirənin yekununda Cəbrayıl, Qubadlı və Zəngilan rayonlarında Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəsi Vahid Hacıyev Dövlət Proqramında nəzərdə tutulan hədəflərə nail olunmasının bütün aidiyyəti qurumların, sahibkarların və fermerlərin birgə səylərindən asılı olduğunu bildirib. Xüsusi nümayəndə Prezident İlham Əliyevin aqrar sahədə fəaliyyət göstərən sahibkarlara ünvanladığı çağırışları diqqətə çatdıraraq, ölkəyə idxal olunan məhsulların yerli istehsal hesabına əvəzlənməsi, özünütəminetmə səviyyəsinin yüksəldilməsi və Dövlət Proqramının icrasında özəl sektorun fəal iştirakının təmin edilməsinin əsas vəzifələrdən olduğunu qeyd edib. O, həmçinin proqramdan irəli gələn tapşırıqların icrasına vaxt itirmədən başlanılmasının və bütün tərəflərin bu prosesə fəal qoşulmasının vacibliyini vurğulayıb.
Xəbər lenti
Hamısına baxDünya
17 İyul 20:42
İqtisadiyyat
17 İyul 20:31
Dünya
17 İyul 20:17
Elm
17 İyul 19:50
Dünya
17 İyul 19:28
İqtisadiyyat
17 İyul 19:10
Mədəniyyət
17 İyul 18:50
İdman
17 İyul 18:48
Dünya
17 İyul 18:45
Dünya
17 İyul 18:30
Dünya
17 İyul 18:05
Siyasət
17 İyul 17:54
Elm
17 İyul 17:50
YAP xəbərləri
17 İyul 17:49
Dünya
17 İyul 17:44
Dünya
17 İyul 17:25
YAP xəbərləri
17 İyul 17:24
Sosial
17 İyul 17:10
İqtisadiyyat
17 İyul 17:07
Elm
17 İyul 17:03
Gündəm
17 İyul 17:00
Elm
17 İyul 16:52
Dünya
17 İyul 16:45
İqtisadiyyat
17 İyul 16:30
Siyasət
17 İyul 16:27
Xəbər lenti
17 İyul 16:10
YAP xəbərləri
17 İyul 16:07
Xəbər lenti
17 İyul 16:03
YAP xəbərləri
17 İyul 15:20
Sosial
17 İyul 14:50
İqtisadiyyat
17 İyul 14:21
Siyasət
17 İyul 13:57
Siyasət
17 İyul 13:57
Hadisə
17 İyul 13:50
İdman
17 İyul 13:19
İqtisadiyyat
17 İyul 12:49
YAP xəbərləri
17 İyul 11:55
Gündəm
17 İyul 11:46
Ədəbiyyat
17 İyul 11:42
Gündəm
17 İyul 11:35
İqtisadiyyat
17 İyul 11:31
Analitik
17 İyul 11:30
Gündəm
17 İyul 11:24
Gündəm
17 İyul 11:22
Gündəm
17 İyul 11:15
Analitik
17 İyul 11:15
Gündəm
17 İyul 11:14
İqtisadiyyat
17 İyul 11:14
Mədəniyyət
17 İyul 11:13
Gündəm
17 İyul 11:10
Siyasət
17 İyul 11:08
Dünya
17 İyul 10:55
Dünya
17 İyul 10:29
İdman
17 İyul 10:27
Analitik
17 İyul 10:09
Siyasət
17 İyul 09:56
Elm
17 İyul 09:48
Dünya
17 İyul 09:42
Sosial
17 İyul 09:34
Dünya
17 İyul 09:17
Hadisə
17 İyul 08:47
Dünya
16 İyul 22:41
Dünya
16 İyul 22:16
Dünya
16 İyul 21:58
Dünya
16 İyul 21:23
İqtisadiyyat
16 İyul 20:42
Dünya
16 İyul 20:17
İdman
16 İyul 19:54
YAP xəbərləri
16 İyul 19:30
Elm
16 İyul 19:20

