Xalqını zamanın mürəkkəb sınaqlarından uğurla çıxarmış qüdrətli şəxsiyyət
14.11.2023 [10:33]
“Mən çox şadam və çox böyük qürur hissi keçirirəm ki, biz - Heydər Əliyevin davamçıları ölkəmizi onun istədiyi kimi idarə edirik. Biz ölkəmizi idarə edərkən ilk növbədə onun kimi, Heydər Əliyev kimi öz siyasətimizi xalqın inamına arxalanaraq, xalqın iradəsi ilə aparırıq. Bu, hər bir ölkənin uğurlu inkişafı üçün başlıca şərtdir. Bütün başqa amillərlə bərabər, ən başlıca şərt xalqla iqtidar arasında olan birlikdir, aparılan siyasətə xalq tərəfindən olan dəstək və bütün cəmiyyətin ümumi bir ideya ətrafında, milli ideya ətrafında birləşməsi və vətəndaş həmrəyliyidir. Bu ideyanı- azərbaycançılıq fəlsəfəsi, azərbaycançılıq ideologiyasını da Heydər Əliyev bizə əmanət edib. Bu, bizim dövlətimizin əsas ideoloji sütunudur.” Dövlət başçısı İlham Əliyev bu fikirləri ilə ümumiləşdirilmiş şəkildə müasir müstəqil Azərbaycan dövlətinin qurucusu, ulu öndər Heydər Əliyevin dövlətimiz, xalqımız qarşısındakı xidmətlərinin aydın mənzərəsini təqdim edir. Dünya təcrübəsi göstərir ki, böyük şəxsiyyətlərin ideyaları cəmiyyətdə baş verən hadisələrə çox ciddi təsir göstərir. Bu baxımdan milli liderin dünyagörüşü, həyat təcrübəsi və siyasi iradəsi inkişaf strategiyasını şərtləndirir, ən çətin məqamlarda düzgün seçim etməyə imkan yaradır.
İlham Əliyevin Sərəncamı ilə 2023-cü ilin “Heydər Əliyev İli” elan edilməsi dahi şəxsiyyətin xidmətlərinin həm ölkə daxilində, həm də onun hüdudlarından kənarda geniş təbliğini bir tələb kimi qarşımıza qoyur. Bu gün müasir müstəqil, eyni zamanda, qalib Azərbaycanın uğurlarından qürurla bəhs ediriksə, buna görə Ümummilli Lider Heydər Əliyevə borcluyuq. Ulu Öndər 1993-cü ildə xalqın təkidli tələbi ilə hakimiyyətə qayıtmasaydı, bu gün Azərbaycan adlı dövlətdən danışmaq mümkün deyildi. O, yeni Azərbaycan qurdu, onun bu günü və gələcəyi üçün möhkəm təməl formalaşdırdı.
Dahi şəxsiyyət Heydər Əliyevin dövlətimiz, xalqımız qarşısındakı xidmətlərini düzgün təhlil etmək və dəyərləndirmək üçün hakimiyyətinin hər iki dövründə mövcud vəziyyətə diqqət yetirmək gərəkdir. Bütün dövrlərdə Ulu Öndərin bir amalı var idi - Azərbaycanı inkişaf etdirmək, xalqın rifah halını yaxşılaşdırmaq, ölkəmizi daim irəliyə aparmaq. Hakimiyyətinin birinci mərhələsində Azərbaycanı keçmiş İttifaqda ən geridə qalmış respublikadan ən qabaqcıl ölkəyə çevirdi. Güclü sənaye potensialı yaradıldı. Ümummilli lider Heydər Əliyev özünün qeyri-adi idarəçilik bacarığı, polad iradəsi və yüksək vətənpərvərliyi sayəsində, uzaqgörən və məqsədyönlü qərarları ilə çox qısa müddətdə respublikamızda sosial-iqtisadi, elmi-texniki və mədəni sahələrin inkişafında böyük sıçrayışa nail olmuşdur. 1969-82-ci illərdə Azərbaycandakı intibahı şərtləndirən amillərdən biri respublikada təhsilin inkişafına xüsusi diqqətin göstərilməsi, gəncliyin ana dilində təhsilinə üstünlüyün verilməsi oldu. Milli hərbçi kadrların hazırlanması da xalqın müstəqil gələcəyini düşünən Ümummillli Lider üçün böyük əhəmiyyətli məsələ idi. Cəmşid Naxçıvanski adına hərbi lisey o illərdə yaradılmışdır. Ümumilikdə dahi şəxsiyyətin Azərbaycanın müstəqil gələcəyini düşünərək atdığı addımların xronologiyasına diqqət yetirdikdə torpaq, Vətən sevgisi, dövlətinə, xalqına bağlılığı özünü qabarıq şəkildə nümayiş etdirir. Bu mənada azərbaycançılığın ən parlaq səhifələri ulu öndər Heydər Əliyevin məhz hakimiyyətinin birinci dövründə yazılıb. Milli ruhun, milli özünüdərkin yüksəlişi, xalqın tarixi yaddaşının özünə qaytarılması, müstəqil dövlətçilik ideyalarının gerçəkləşməsi istiqamətində biri-birindən mühüm addımlar atıldı. Tariximizin gedişatının və həyatımızın ahənginin köklü surətdə dəyişdiyi, azadlıq və müstəqillik duyğularının milli düşüncəmizdə üstünlük təşkil etməyə başladığı bu illər Azərbaycanın quruculuq salnaməsinin ən parlaq səhifələridir. Bu baxımdan böyük əminliklə qeyd edirik ki, Azərbaycanın müstəqil dövlət quruculuğuna aparan yolu, əslində 1969-cu ildən başlamışdır.
Böyük siyasi iradəyə, sarsılmaz əqidəyə malik olan Heydər Əliyevin tükənməz dövlət idarəçiliyi istedadı onun SSRİ-nin rəhbərlərindən biri kimi çalışdığı və irimiqyaslı layihələr həyata keçirdiyi illərdə özünü bir daha parlaq surətdə təzahür etdirmişdir. Ümummilli Lider bütün varlığı ilə sevdiyi doğma xalqının mənafelərini daim önə çəkmiş və respublikamızın inkişafı üçün malik olduğu bütün imkanlardan istifadə etmişdir. Azərbaycanın şöhrətini yaymağa, elmini, mədəniyyətini, adət-ənənələrini, dünyada tanınmış şəxsiyyətlərini təbliğ etməyə xidmət edən genişmiqyaslı tədbirlər Ulu Öndərin titanik fəaliyyətinin mühüm istiqaməti idi. Bütün dünyaya sübut edildi ki, Azərbaycan neft, pambıq, üzüm diyarı deyil, eyni zamanda, qədim və yüksək mədəniyyətə malik ölkədir.
Dahi şəxsiyyətin 1993-cü ildə xalqın təkidli tələbi ilə hakimiyyətə qayıdışından bəhs edərkən ilk olaraq göz önünə Onun xilaskarlıq missiyası gəlir. Bu baxımdan ki, Ulu Öndər elə bir zamanda xalqın təkidli tələbi ilə hakimiyyətə qayıtdı ki, Azərbaycanın sabahına ümid yox idi. 1991-ci il 18 oktyabr tarixində müstəqilliyini yenidən bərpa edən Azərbaycan ilk illərdə ölkəyə rəhbərlik edənlərin səriştəsizliyi, idarəçlilik qabiliyyətlərinin yoxluğu, öz şəxsi ambisiyalarını dövlət maraqlarından üstün tutmaları ucbatından müstəqilliyini itirmək, bir dövlət olaraq dünya xəritəsindən silinmək təhlükəsi ilə üz-üzə qalmışdır. Ulu Öndər Azərbaycanı böyük bəlalardan, dağılmaqdan xilas etdi.
1991-1993-cü illər Azərbaycanın çoxəsrlik tarixinin qaranlıq səhifəsi kimi xarakterizə edilir. Böyük qətiyyəti, siyasi iradəsi ilə xilaskarlıq missiyasını yerinə yetirən Ümummilli Lider Azərbaycanı qısa müddətdə sabitlik, eyni zamanda, böyük investisiyalar məkanına çevirdi. Dahi şəxsiyyət ilk gündən belə bir çağırışı səsləndirdi ki, sabitlik olmasa, heç bir sosial-iqtisadi layihədən danışmaq mümkün deyil. Bu reallıq daim önə çəkilir ki, Azərbaycan yerləşdiyi coğrafi məkana, malik olduğu təbii resurslara görə hər zaman dünyanın diqqətində olub. Müstəqilliyimizin bərpasının ilk illərində ölkəmizdə ictimai-siyasi durumun gərginliyi iqtisadi əlaqələrin qurulmasında maraqlı olan dövlətlərin tərəddüdlərinə səbəb olmuşdur. Ümummilli Liderin hakimiyyətə qayıdışından sonra Azərbaycanın sabitlik diyarı kimi nüfuz qazanması bu tərəddüdlərin aradan qaldırılmasında stimulverici amil oldu. Ölkəmizdə normal biznes mühitinin yaradılması, investorların yatıracaqları vəsaitlərin təhlükəsizliyinə tam təminatın verilməsi Azərbaycanla iqtisadi əlaqələrin qurulmasında maraqlı olan dövlətlərin sayını daha da artırdı. Ulu öndər Heydər Əliyevin gərgin səyləri nəticəsində 1994-cü il mayın 12-də cəbhə xəttində atəşkəs sazişinin imzalanması Azərbaycanda daxili sabitliyin təmin olunmasında, digər sahələrdə əhəmiyyətli addımların atılmasında mühüm rol oynadı. Məhz həmin il sentyabrın 20-də tarixə “Əsrin müqaviləsi” kimi daxil olan neft sazişi imzalandı. Bu mühüm addım Azərbaycanın dünya iqtisadi sisteminə inteqrasiyasını sürətləndirməklə yanaşı, xalqımızın uzun illərdən bəri ürəyində gəzdirdiyi bu istəyinin reallığa çevrilməsi oldu. Daim öz təbii sərvətlərinin əsl sahibi olmaq istəyən Azərbaycan xalqı ulu öndər Heydər Əliyevin müəllifi olduğu neft strategiyasının uğurlarını gördükcə bundan daha da ruhlanır, gələcəyə böyük inamla addımlayır. Təbii ehtiyatların xalqa məxsusluğunu sözdə deyil, əməldə göstərilməsinin tərəfdarı olan ümummilli lider Heydər Əliyevin Fərmanı əsasında 1999-cu ilin dekabrında Dövlət Neft Fondunun yaradılması əldə olunan neft gəlirlərinin şəffaf və ədalətli bölünməsini təmin etdi. Dövlət siyasətinin prioritetlərini müəyyənləşdirən Dövlət Neft Fondu şəffaflıq kriteriyalarına görə nümunəvi qurum kimi dəyərləndirilir. Fondun vəsaitlərinin düzgün istiqamətləndirilməsi və şəffaflığın təminatı əhəmiyyətli sosial-iqtisadi layihələrin həyata keçirilməsini sürətləndirir.
Azərbaycanın davamlı uğurlarının təmin edilməsində iqtisadi və siyasi islahatların vəhdətliyi əhəmiyyətli rol oynayır. “Azərbaycan dövlətinin strateji yolu yalnız demokratiya, sərbəst iqtisadiyyat prinsiplərinin bərqərar olması, bazar iqtisadiyyatı və sahibkarlığın inkişafıdır” deyən Heydər Əliyev demokratik düşüncə və həyat tərzinin bütün dünyada diktə etdiyi bu meyarlara hər zaman sadiqlik göstərmiş, milli inkişaf naminə bu yolun alternativsizliyi fikrinin ictimai rəyə aşılanmasına nail olmuşdur. 1995-ci il 12 noyabrda ümumxalq səsverməsi yolu ilə qəbul edilən Konstitusiyamızdan sonrakı dövr dövlətçiliyin möhkəmlənməsi, demokratik prinsiplərin bərqərar olması, demokratik, hüquqi, dünyəvi dövlət quruculuğu prosesinin uğurla, sürətlə həyata keçirilməsi dövrü kimi xarakterizə olunur. Ümummilli Lider bildirmişdir ki, demokratik cəmiyyətin varlığını təsdiqləyən insan hüquq və azadlıqlarının qorunması, azad mətbuatın formalaşması, çoxpartiyalı sistemin yaradılması, seçkilərin demokratik, beynəlxalq standartlara uyğun keçirilməsi və sair kimi bütün atributlar ölkəmizdə bərqərar edilməlidir. Azərbaycanın bu gün demokratiya təcrübəsinin digər ölkələrə nümunə göstərilməsi də dahi şəxsiyyət Heydər Əliyevin Azərbaycanın gələcək inkişaf yolunun parametrlərini müəyyənləşdirərkən demokratik prinsipləri öndə saxlamasından irəli gəlir.
Azərbaycan xalqı zəngin tarixə, mədəniyyətə, milli-mənəvi dəyərlərə sahib olan xalq kimi tanınır. Ümummilli Lider hər zaman bu çağırışı edirdi ki, gənclərimiz milli ruhda tərbiyə edilməli, tariximizi, milli-mənəvi dəyərlərimizi, mədəniyyətimizi, dilimizi yaxşı bilməli və inkişafına öz töhfələrini verməlidirlər. “Heydər Əliyev İli” bu sahədə görülən işlərin təhlilində və hədəflərin açıqlanmasında öz sözünü deyir.
Təbii ki, bu çağırışlar dünyanın müxtəlif ölkələrində yaşayan soydaşlarımızın birliyini, həmrəyliyini də bir tələbə çevirdi. Müstəqillik yollarında ilk addımlarını atan ölkə üçün xaricdə varlığının təmin edilməsi əsas faktordur. Nəzərə alsaq ki, diaspor bir ölkənin xaricdə varlığı deməkdir, dövlətimizin bu sahədə atdığı addımlar davamlılığı ilə diqqətdədir. Diaspor quruculuğu dövlət siyasətinin əsas tərkib hissəsidir. Heydər Əliyevin təşəbbüsü və Sərəncamı ilə 2001-ci il noyabrın 9-10-da Bakıda Dünya Azərbaycanlılarının I Qurultayı keçirildi. Qurultay soydaşlarımızın milli mənlik şüurunun güclənməsinə, müxtəlif ölkələrdə azərbaycanlı icmalarının mütəşəkkilliyinin və fəallığının artmasına təsir göstərdi. Bu, ölkənin ictimai-siyasi həyatında yeni bir hərəkat, dövlət siyasətinin yeni bir istiqaməti idi. Həmin qurultayda Ulu Öndərin böyük iftixarla səsləndirdiyi “Mən həmişə fəxr etmişəm, bu gün də fəxr edirəm ki, mən azərbaycanlıyam!” çağırışı hər birimizin fəaliyyətinin əsasında dayanır, həyat amalımıza çevrilib. 44 günlük İkinci Qarabağ müharibəsində tarixi Zəfərimizdə bu birliyimiz, həmrəyliyimiz əhəmiyyətli rol oynadı. Ötən il Qarabağın tacı Şuşa dünya azərbaycanlılarını bir araya gətirərək tarixi Zəfərimizin reallıqları fonunda qarşıda dayanan vəzifələrin müzakirəsinə geniş imkanlar yaratdı. Zəfər Qurultayı adlandırılan Dünya Azərbaycanlılarının V Qurultayının burada keçirilməsi xalqımız üçün tarixi, siyasi və mənəvi cəhətdən müstəsna əhəmiyyət kəsb etməklə yanaşı, həm də dünyaya verilən olduqca mühüm bir mesaj oldu. Bütün dünya gördü ki, harada yaşamasından asılı olmayaraq hər bir azərbaycanlının qəlbi Vətən, Şuşa və Qarabağ sevgisi ilə döyünür, bütün dünya azərbaycanlıları Müzəffər Ali Baş Komandan İlham Əliyevin ətrafında “dəmir yumruq” kimi birləşib.
Ümummilli lider Heydər Əliyevin xalqın təkibli tələbi ilə hakimiyyətə qayıdışından sonra fəaliyyətinin əsas istiqamətlərindən biri məhz ölkəmizin ətrafında yaradılan informasiya blokadasının yarılması oldu və uğurlu siyasəti ilə bu istəyini gerçəkləşdirdi. Məhz Ümummilli Liderin qətiyyətli addımları sayəsində diplomatiyamızın fəal mövqeyi formalaşdı, xarici siyasətimizin əsas məsələsi olan Qarabağ münaqişəsinə dünya ictimaiyyətinin münasibəti dəyişdi, ölkəmizin suverenliyi, ərazi bütövlüyü və sərhədlərinin toxunulmazlığı bütün beynəlxalq hüququn normativ sənədlərində öz əksini tapdı.
Dahi şəxsiyyət düşünülmüş və məqsədyönlü siyasəti nəticəsində Azərbaycanın Günəş kimi dünyaya doğmasını təmin etdi. Ölkəmiz hər bir sahədə qazandığı uğurları, təcrübəsi ilə dünyanın diqqətində oldu. Müharibə şəraitində yaşayan ölkə olaraq Azərbaycan ordu quruculuğuna xüsusi diqqət yetirdi. Sirr deyil ki, müstəqilliyimizin bərpasının ilk illərində Silahlı Qüvvələrimizin torpaqlarımızın deyil, ayrı-ayrı qrupların maraqlarının müdafiəsinə xidmət etməsi ərazilərimizin işğalına səbəb oldu. 1993-cü ildə hakimiyyətə qayıdan Ümummilli Liderin düşünülmüş siyasəti nəticəsində nizami ordu yaradıldı, maddi-texniki bazası möhkəmləndi, döyüş ruhu artdı. Ordu quruculuğu sahəsində atılan addımların real nəticəsi hazırda torpaqlarımızın tarixi sahibinə qovuşmasıdır. Rəşadətli Ordumuz gücü, qüdrəti ilə dünya hərb tarixinə yeni səhifə yazdı. 44 gündə 30 ilin işğalına son qoymaqla hansı imkanlara malik olduğunu nümayiş etdirdi.
2003-cü ildən başlanan yol Heydər Əliyevin xidmətləri sırasında xüsusi yer tutur. Ümummilli Lider 1 oktyabr 2003-cü il tarixdə xalqa müraciətində uğurlarımızın davamlılığının təmin edilməsi üçün növbəti ünvanı dəqiq göstərdi. Cənab
İlham Əliyevə Özü qədər inandığını bildirərək axıra çatdıra bilmədiyi işləri, planları Onun axıra çatdıracağına əminliyini ifadə etdi.
Dövlət başçısı İlham Əliyevin yazının əvvəlində qeyd etdiyimiz fikirlərinə söykənərək bu gün böyük qürur hissi ilə qeyd edirik ki, tarixi Zəfərimiz Heydər Əliyev siyasətinin təntənəsidir. Prezident İlham Əliyevin ölkəmizə rəhbərlik etdiyi 2003-2023-cü illər çoxəsrlik milli dövlətçilik tariximizə bənzəri olmayan qızıl dövr kimi yazıldı. Bu illər Azərbaycan xalqının həyatında silsilə qələbələr, misli görünməmiş yüksəliş və tərəqqi illəri oldu. Cənab İlham Əliyev Ümummilli Liderin siyasi kursunu davam etdirərək, Onun səyləri nəticəsində yaradılmış möhkəm təmələ əsaslanaraq dövlətimizi strateji hədəflərə doğru uğurla apardı, müəyyənləşdirdiyi yol xəritəsi güclü iqtisadi potensialın formalaşdırılmasını, müasir cəmiyyət quruculuğunu, qarşıya qoyulmuş bütün vəzifələri yerinə yetirmək qüdrətində olan Silahlı Qüvvələrin yaradılmasını, beynəlxalq aləmlə bərabərhüquqlu, qarşılıqlı etimada və əməkdaşlığa əsaslanan əlaqələrin inkişaf etdirilməsini və bütün bunların son hədəfi kimi Azərbaycanın müstəqil siyasətini, ərazi bütövlüyünün və suverenliyinin bərpasını nəzərdə tutdu. Dövlət başçısı İlham Əliyev xalqımızın gələcəyi ilə bağlı nəyi, nə vaxt və necə etməyin lazım olduğunu çox aydın bilirdi. 44 günlük Vətən müharibəsində qazanılmış tarixi Zəfər Prezident İlham Əliyevin rəhbərliyi, düşünülmüş siyasəti, qətiyyəti və prinsipiallığı nəticəsində bütün istiqamətlərdə əldə olunmuş böyük uğurların, güclü dövləti xarakterizə edən bütün amillərin üzvi bağlılığının məntiqi nəticəsi oldu. Bu Qələbə bir daha göstərdi ki, milli maraqları hər şeydən uca tutan Liderin ətrafında sıx birləşmiş xalq bütün dünyaya öz sözünü deməyə, beynəlxalq münasibətlərdə formalaşmış stereotipləri sındırmağa və düşməni diz çökdürərək tarixi ədaləti bərpa etməyə qadirdir. Bu gün Azərbaycan Bayrağı Xankəndidə, Xocalıda, Ağdərədə və Xocavənddə dalğalanır. Müzəffər Ali Baş Komandan İlham Əliyev oktyabrın 15-də Xankəndidə Azərbaycan Bayrağını ucaltdı, noyabrın 8-də Zəfərimizin üçüncü ildönümünə həsr olunan hərbi paradda iştirak etdi. Azərbaycanın Zəfər dolu günləri biri-birini əvəzlədikcə böyük qürur hissi keçiririk. Prezident İlham Əliyev Xankəndidə keçirilən hərbi paradda bu çağırışı etdi: “Biz istədiyimizə nail olduq, beynəlxalq hüququ bərpa etdik, tarixi ədaləti bərpa etdik, milli ləyaqətimizi bərpa etdik, düşmənə onun yerini göstərdik. Düşmən bizim qabağımızda diz çökdü və bu gün mən burada müzəffər Silahlı Qüvvələrin qarşısında çıxış edirəm. Yəni, biz bütün vəzifələri icra etmişik.”
Ümummilli Liderin dövlətimiz, xalqımız qarşısındakı xidmətlərini bir yazıda əhatə etmək qeyri-mümkündür. Qeyd edilənlərin fonunda belə bir ümumiləşdirməni apara bilərik- Azərbaycan xalqı xoşbəxt xalqdır ki, ölkəmizin müasir tarixinin qısa bir kəsiyində ulu öndər Heydər Əliyevin rəhbərliyi ilə öz müstəqil dövlətini qurdu və Prezident İlham Əliyevin parlaq liderliyi ilə tarixi qələbələrə imza ataraq güclü, suveren və müstəqil Azərbaycanımızın firavan gələcəyinə doğru zəfər yolunu inamla davam etdirir.
Sahib Şükürov
YAP Göyçay rayon təşkilatının sədri
Xəbər lenti
Hamısına baxXəbər lenti
10 May 23:34
Dünya
10 May 22:12
Siyasət
10 May 22:06
Dünya
10 May 21:43
Sosial
10 May 19:23
Sosial
10 May 18:45
Siyasət
10 May 17:59
YAP xəbərləri
10 May 17:46
YAP xəbərləri
10 May 17:15
Siyasət
10 May 16:19
Siyasət
10 May 15:24
Gündəm
10 May 13:59
Siyasət
10 May 13:23
Siyasət
10 May 13:22
Gündəm
10 May 12:57
Gündəm
10 May 12:51
Siyasət
10 May 12:32
Siyasət
10 May 12:20
Hadisə
10 May 12:02
Siyasət
10 May 11:57
İdman
10 May 10:19
Gündəm
10 May 09:13
Siyasət
10 May 00:24
Gündəm
09 May 23:53
Dünya
09 May 23:21
Dünya
09 May 22:40
Dünya
09 May 21:15
Dünya
09 May 20:33
Gündəm
09 May 19:40
Dünya
09 May 19:18
Maraqlı
09 May 18:30
Gündəm
09 May 17:54
Gündəm
09 May 17:43
Dünya
09 May 17:41
Gündəm
09 May 17:18
Gündəm
09 May 17:10
Dünya
09 May 16:22
Dünya
09 May 15:38
Dünya
09 May 15:10
Dünya
09 May 14:54
Gündəm
09 May 14:46
Dünya
09 May 14:17
Siyasət
09 May 13:49
İdman
09 May 13:22
YAP xəbərləri
09 May 12:55
YAP xəbərləri
09 May 12:31
Gündəm
09 May 12:15
Xəbər lenti
09 May 12:09
Gündəm
09 May 12:01
İqtisadiyyat
09 May 11:54
Gündəm
09 May 11:52
Siyasət
09 May 11:31
İqtisadiyyat
09 May 11:17
İqtisadiyyat
09 May 10:54
Analitik
09 May 10:35
Siyasət
09 May 10:33
Analitik
09 May 10:12
Ədəbiyyat
09 May 09:57
Analitik
09 May 09:32
Sosial
09 May 09:15
Ədəbiyyat
09 May 08:51
Ədəbiyyat
09 May 08:39
Siyasət
09 May 08:17
Gündəm
09 May 08:10
Gündəm
09 May 07:42
Dünya
09 May 07:17
Xəbər lenti
09 May 06:36
Dünya
09 May 06:35
Dünya
08 May 23:34
Dünya
08 May 23:04

