Redikül müxalifətin bayram kədəri
11.11.2023 [19:05]
Və ya Azərbaycan müxalifətinə Engels "diaqnozu"
“Biz ayaqqabı şotkasını məməli heyvanlar sinfinə aid etsək, bununla onda süd vəzi əmələ gəlməyəcəkdir"…
Vətən müharibəsindən başlanan Zəfər yolumuzun bu ilki işığı tamam fərqli oldu. Bu il ən azı 30 ildən sonra ilk dəfə suverenliyi tam bərpa olunmuş Azərbaycanımızın istisinə, işığına Xankəndidə toplaşdıq. Xankəndi paradı Zəfər yaddaşımızın ən yeni səhifəsi kimi tarixmizə yazıldı. Bu ilin bayramı tamam fərqli ab-hava, tamam fərqli mahiyyət, tamam fərqli sevinc və şövq yaşatdı bütün azərbaycanlılarımıza…
Amma bu dəfə də kədərə, qüssəyə, qəmə düşənlər oldu ki, onların da "dərdi" başadüşüləndir. Qarabağ Zəfərinə Paşinyan-Makron zehniyyəti və təsiri ilə yanaşan Əli Kərimli və Tofiq Yaqublu kimiləri sevinmək, həm də torpaqlarımızın azad edilməsinə ürəkdən sevinmək, suverenliyimizin tam bərpasına ürəkdən şad olmaq əvəzinə kədərlənirlər. Eynən Makron - Paşinyan mahiyyəti ilə…
Kərimli yenə öz ampluasında…
Əli Kərimlinin sosial şəbəkələrdə yazdığı "təbrik postu" çox şeydən xəbər verir. Əvvəla bildirmək yerinə düşər ik, Şuşanın dövlətimiz və xalqımız üçün hansı böyük əhəmiyyət daşıdığını hər kəs bilir – hətta cənab Prezidentimiz də bildirmişdi ki, Şuşasız qələbə yarımçıq olardı. 8 noyabr Zəfər günü isə bütövlükdə işğal altında olan torpaqlarımızın azadlığının simvolu günüdür. Əli Kərimli yazdığı naqolay postu ilə yenə də Zəfəfrimizi kiçiltməyə, onun sərhədlərini "cızmağa" çalışır. Bu isə onun düşmən xislətindən, xain mahiyyətindən xəbər verir. Azərbaycanın qələbəsini daima "kiçiltməyə" çalışan Əli Kərimli özünün kimliyini, iç üzünü və xalqa, dövlətə münasibətini bununla ortaya qoymuş olur. O bununla kimlərin qazanının çömçəsi olduğunu ifşa edir – üzü Parisə tərəf boylandığını etiraf etmiş olur.
Yaqublunun "demokrat Paşinyanı"…
Tofiq Yaqublunun "bayram kədəri" isə daha qatı və qara rəngdədir. Bu şəxs içindəki zəhəri və düşmənçiliyi biruzə verir – Zəfər gününün mahiyyətinə uyğun olmayan, şəxsi kindən qaynaqlanan arqumentsiz, dağınıq iddiaları ilə sanki bayrama kölgə salmağa çalışır. Ermənidən betər ermənilyini hər addımda ortaya qoyan Yaqublu Azərbaycanın Vətən müharibəsi Zəfərini belə "demokrat Paşinyan" ilə bağlayır. Nə qədər içdən çürümək olar ki, Azərbaycan xalqının birliyinin, bütövlüyünün, həmrəyliyinin simvoluna çevrilən, gücünün, qüdrətinin, davamlı və məqsədli dövlət siyasətimizin bəhrəsi olaraq meydana çıxan qələbəmizi Paşinyanla "əlaqələndirə" biləsən? Tofiq Yaqublu kor təfəkkürü ilə cəmisi 3 il öncə sərxoş vəziyyətdə Şuşada yallı gedən, "Qarabağ Ermənistandır və nöqtə" deyə özündən, boyundan böyük sərsəmləmələr söyləyən Paşinyanı "demokrat" adlandırmaqla azərbaycanlı olmadığını bir daha isbatladı. Özünü azərbaycanlı hesab edən birisi xalqın, dövlətin, ordunun gücü ilə torpaqlarımızın azadlığına qovuşmasını "demokrat Paşinyan" ilə əlaqələndirməzdi…
Bu faktlar özlüyündə çox şeydən xəbər verir – məntiqsiz Makron-Paşinyan cütlüyünün uğursuz proyeksiyası kimi meydana çıxan Kərimli-Yaqublu "əməkdaşlığı" xəyanətin, xainliyin, satqınlığın mücəssəməsidir. Bu xəyanət isə xalqımızın, dövlətimizin Zəfərinə kölgə salmağa hesablanıb. Onların içindəki kin və Azərbaycan xalqına qarşı istiqamətlənmiş ucuz qisasçılıq hissi onların nə vaxtsa dəyişmə ehtimalına da yer qoymur… Bizim Zəfərimizə kədərlənən "bizimkilər" barədə ən dəqiqini isə Fridrix Engels deyib: "Biz ayaqqabı şotkasını məməli heyvanlar sinfinə aid etsək, bununla onda süd vəzi əmələ gəlməyəcəkdir"…
SADİQ
Xəbər lenti
Hamısına baxDünya
09 May 23:21
Dünya
09 May 22:40
Dünya
09 May 21:15
Dünya
09 May 20:33
Dünya
09 May 19:18
Maraqlı
09 May 18:30
Gündəm
09 May 17:54
Gündəm
09 May 17:43
Dünya
09 May 17:41
Gündəm
09 May 17:40
Gündəm
09 May 17:18
Gündəm
09 May 17:10
Dünya
09 May 16:22
Dünya
09 May 15:38
Dünya
09 May 15:10
Dünya
09 May 14:54
Gündəm
09 May 14:46
Dünya
09 May 14:17
Siyasət
09 May 13:49
İdman
09 May 13:22
YAP xəbərləri
09 May 12:55
YAP xəbərləri
09 May 12:31
Gündəm
09 May 12:15
Xəbər lenti
09 May 12:09
Gündəm
09 May 12:01
İqtisadiyyat
09 May 11:54
Gündəm
09 May 11:52
Siyasət
09 May 11:31
İqtisadiyyat
09 May 11:17
İqtisadiyyat
09 May 10:54
Analitik
09 May 10:35
Siyasət
09 May 10:33
Analitik
09 May 10:12
Ədəbiyyat
09 May 09:57
Analitik
09 May 09:32
Sosial
09 May 09:15
Ədəbiyyat
09 May 08:51
Ədəbiyyat
09 May 08:39
Siyasət
09 May 08:17
Gündəm
09 May 08:10
Gündəm
09 May 07:42
Dünya
09 May 07:17
Xəbər lenti
09 May 06:36
Dünya
09 May 06:35
Dünya
08 May 23:34
Dünya
08 May 23:04
Formula 1
08 May 22:46
Dünya
08 May 22:34
Hərbi
08 May 22:31
İqtisadiyyat
08 May 22:18
Dünya
08 May 21:50
Xəbər lenti
08 May 21:23
İqtisadiyyat
08 May 21:22
Dünya
08 May 21:08
Dünya
08 May 20:43
Xəbər lenti
08 May 20:39
Dünya
08 May 20:30
İdman
08 May 20:16
Sosial
08 May 19:52
Sosial
08 May 19:28
Hadisə
08 May 19:10
Xəbər lenti
08 May 18:39
İqtisadiyyat
08 May 17:56
YAP xəbərləri
08 May 17:52
YAP xəbərləri
08 May 17:51
YAP xəbərləri
08 May 17:50
Xəbər lenti
08 May 17:04
Sosial
08 May 16:42
Dünya
08 May 16:42
YAP xəbərləri
08 May 16:26

