Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Dünya / İndoneziyada vulkan püskürüb, ölənlər var

İndoneziyada vulkan püskürüb, ölənlər var

08.05.2026 [20:43]

İndoneziyanın Şimali Maluku əyalətində yerləşən Dukono vulkanını püskürüb və nəticədə iki nəfər həlak olub.

AZƏRTAC Sinxua agentliyinə istinadla xəbər verir ki, bu barədə yerli polis məlumat yayıb. Bildirilib ki, axtarış-xilasetmə qrupları vulkan püskürməsi nəticəsində ərazidə ilişib qalan təxminən 20 turistin təxliyəsi istiqamətində əməliyyatları davam etdirirlər.

Məlumata görə, Dukono vulkanı yerli vaxtla səhər saat 07:40 radələrində püskürüb və nəticədə vulkan külü təxminən 10 kilometr yüksəklikdə atmosferə yayılıb.

Yerli xilasetmə xidmətləri sakinlərə kraterdən 4 kilometr radiusda yerləşən ərazilərə yaxınlaşmamaq barədə xəbərdarlıq edib. Həmçinin yağışlar zamanı vulkanik palçıq axınlarının yarana biləcəyi bildirilib.

Paylaş:
Baxılıb: 614 dəfə

Xəbər lenti

Hamısına bax

İqtisadiyyat

Sosial

Sosial

Siyasət

Ədəbiyyat

Elm

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2 3 4 5
6 7 8 9 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30