İllərin həsrətindən sonra...
09.05.2026 [09:15]
Ağdam və Xocavənddə həyat yenidən canlanır
Uzun illər həsrəti çəkilən işğaldan azad edilmiş torpaqlarımıza qayıdış davam edir. Doğma torpaqlarımız yenidən öz sakinlərinin səsi, həyəti, ocağı və nəfəsi ilə canlanmağa başlayır. Uzun fasilədən sonra həmin rayonlara köç karvanlarının yola salınması yaddaşların yenidən dirçəldilməsi, uşaqlıq xatirələrinin geri qayıtması və illərlə ürəklərdə qorunan “bir gün mütləq dönəcəyik” ümidinin gerçəyə çevrilməsidir.
Dünən respublikanın müxtəlif yerlərində, əsasən, yataqxanalarda, sanatoriya və inzibati binalarda müvəqqəti məskunlaşmış ailələrin bir qrupu Bakıdan Ağdam və Xocavənd şəhərlərinə yola salınıb. Bu mərhələdə Ağdam şəhərinə 41 ailə - 156 nəfər, Xocavənd şəhərinə isə 57 ailə - 206 nəfər köçürülüb.
Xatırladaq ki, Xocavənd və Ağdam 2020-ci ildə baş vermiş İkinci Qarabağ müharibəsindən sonra Azərbaycanın nəzarətinə qaytarıldı, amma proses fərqli yollarla oldu. Ağdam hərbi əməliyyatlardan sonra imzalanan 10 noyabr 2020-ci il üçtərəfli bəyanatına əsasən Ermənistan tərəfindən Azərbaycana təhvil verildi. Azərbaycan ordusu 20 noyabr 2020-ci ildə Ağdamı işğaldan azad etdi.
Xocavənd rayonunun böyük hissəsi isə müharibə zamanı Azərbaycan Ordusunun keçirdiyi əməliyyatlar nəticəsində azad edilmişdi. Rayonun bəzi ərazilərində bir müddət Rusiya sülhməramlıları yerləşmişdi. 2023-cü ilin sentyabrında keçirilən lokal antiterror tədbirlərindən sonra Xocavəndin qalan hissəsi də tam şəkildə Azərbaycanın nəzarətinə keçdi.
İşğaldan azad edilmiş digər torpaqlarımız kimi, Xocavəndə və Ağdama qayıdan ailələrin də hissləri sözlə ifadə olunacaq qədər sadə deyil. Çünki bu dönüş adi bir köç deyil, illərlə davam edən ayrılığın bitməsi, insanların taleyində yeni bir səhifənin açılması və Vətənə bağlılığın nə qədər güclü olduğunu bütün dünyaya göstərən böyük bir qayıdışdır. Yaşlı insanların torpağı öpərək göz yaşlarını gizlədə bilməməsi, gənclərin isə gələcək planlarını sevinc içində danışması bu günün nə qədər möhtəşəm və duyğulu olduğunu bir daha göstərir.
Dağıntılardan dirçəlişə...
Bu gün Ağdam və Xocavənddə qurulan yeni həyat müasir infrastruktur, rahat yaşayış şəraiti və yenilənən sosial mühitlə fərqlənsə də, həmin torpaqların ən böyük gözəlliyi illər sonra geri dönən insanların sevincində, doğma yurda qayıdışın yaratdığı qürur hissində öz əksini tapır. Çünki Qarabağa dönüş prosesi artıq tarix kitablarından çıxaraq canlı həyatın ən təsirli səhifəsinə çevrilməyə davam edir.
İşğaldan azad olunduqdan sonra Ağdam və Xocavənddə həyata keçirilən genişmiqyaslı bərpa və quruculuq prosesi təkcə dağıdılmış şəhər və kəndlərin yenidən tikilməsi ilə məhdudlaşmır. Eyni zamanda uzun illər ərzində viran qalmış bir bölgənin müasir texnologiyalar, dayanıqlı infrastruktur və innovativ şəhərsalma prinsipləri əsasında yenidən həyata qaytarılması kimi strateji və tarixi bir mərhələ diqqət çəkir.
Ağdamda salınan yeni avtomobil yolları, kommunikasiya xətləri, elektrik yarımstansiyaları, içməli su və kanalizasiya sistemləri bölgənin gələcək inkişafı üçün mühüm baza formalaşdırır. Vaxtilə tamamilə dağıdılmış ərazilərdə indi müasir yaşayış kompleksləri, məktəblər, xəstəxanalar və sosial obyektlər inşa olunur və bu dəyişikliklər şəhərin simasını tamamilə yeniləyərək onu regionun ən müasir yaşayış məkanlarından birinə çevirməyə başlayır.
Xocavənddə aparılan yenidənqurma işləri isə xüsusilə dağlıq relyefə uyğun planlaşdırılan infrastruktur layihələri ilə seçilir. Burada həm kənd təsərrüfatının inkişafı, həm turizm potensialının artırılması, həm də rahat yaşayış mühitinin yaradılması məqsədilə yeni yollar çəkilir, enerji təminatı gücləndirilir, internet və rabitə şəbəkələri qurulur. Eyni zamanda kənd və qəsəbələrdə müasir standartlara cavab verən evlər tikilərək bölgənin sosial-iqtisadi dirçəlişinə təkan verilir.
Azad edilmiş ərazilərdə tətbiq olunan “ağıllı kənd” və “ağıllı şəhər” konsepsiyaları Ağdam və Xocavənddə də xüsusi əhəmiyyət daşıyır. Çünki burada alternativ enerji mənbələrinin istifadəsi, rəqəmsal idarəetmə sistemləri, ekoloji balansın qorunması və müasir xidmət infrastrukturunun qurulması gələcəkdə bu rayonların yalnız yaşayış məkanı deyil, həm də innovativ inkişaf nümunəsi kimi tanınmasına imkan yaradır.
Bu gün Ağdam və Xocavənddə yüksələn yeni binalar, gecələr işıqlanan küçələr, yenilənən sosial obyektlər və mərhələli şəkildə geri qayıdan həyat onu göstərir ki, həmin ərazilərdə aparılan quruculuq prosesi yalnız fiziki dağıntıların aradan qaldırılması deyil, həm də insanların doğma torpaqlara bağlılığının, dövlətin gücünün və Qarabağın yenidən dirçələn ruhunun simvoluna çevrilib...
Yeganə BAYRAMOVA
Xəbər lenti
Hamısına baxMaraqlı
09 May 18:30
Gündəm
09 May 17:54
Gündəm
09 May 17:43
Dünya
09 May 17:41
Gündəm
09 May 17:40
Gündəm
09 May 17:18
Gündəm
09 May 17:10
Dünya
09 May 16:22
Dünya
09 May 15:38
Dünya
09 May 15:10
Dünya
09 May 14:54
Gündəm
09 May 14:46
Dünya
09 May 14:17
Siyasət
09 May 13:49
İdman
09 May 13:22
YAP xəbərləri
09 May 12:55
YAP xəbərləri
09 May 12:31
Gündəm
09 May 12:15
Xəbər lenti
09 May 12:09
Gündəm
09 May 12:01
İqtisadiyyat
09 May 11:54
Gündəm
09 May 11:52
Siyasət
09 May 11:31
İqtisadiyyat
09 May 11:17
İqtisadiyyat
09 May 10:54
Analitik
09 May 10:35
Siyasət
09 May 10:33
Analitik
09 May 10:12
Ədəbiyyat
09 May 09:57
Analitik
09 May 09:32
Sosial
09 May 09:15
Ədəbiyyat
09 May 08:51
Ədəbiyyat
09 May 08:39
Siyasət
09 May 08:17
Gündəm
09 May 08:10
Gündəm
09 May 07:42
Dünya
09 May 07:17
Xəbər lenti
09 May 06:36
Dünya
09 May 06:35
Dünya
08 May 23:34
Dünya
08 May 23:04
Formula 1
08 May 22:46
Dünya
08 May 22:34
Hərbi
08 May 22:31
İqtisadiyyat
08 May 22:18
Dünya
08 May 21:50
Xəbər lenti
08 May 21:23
İqtisadiyyat
08 May 21:22
Dünya
08 May 21:08
Dünya
08 May 20:43
Xəbər lenti
08 May 20:39
Dünya
08 May 20:30
İdman
08 May 20:16
Sosial
08 May 19:52
Sosial
08 May 19:28
Hadisə
08 May 19:10
Xəbər lenti
08 May 18:39
İqtisadiyyat
08 May 17:56
YAP xəbərləri
08 May 17:52
YAP xəbərləri
08 May 17:51
YAP xəbərləri
08 May 17:50
Xəbər lenti
08 May 17:04
Sosial
08 May 16:42
Dünya
08 May 16:42
YAP xəbərləri
08 May 16:26
Elm
08 May 16:23
Xəbər lenti
08 May 16:22
Mədəniyyət
08 May 15:49
Siyasət
08 May 15:40
YAP xəbərləri
08 May 15:20

