Tarixi razılaşma: ya İslamabadda, ya da Cenevrədə...
09.05.2026 [09:32]
ABŞ İranla yeni danışıqlar ərəfəsində
ABŞ ilə İran arasındakı danışıqlar müsbət nəticə verə bilər. Xarici media Hörmüz boğazındakı vəziyyətin pik həddə çatdığını yazır. CNN telekanalı bildirib ki, hazırda təxminən 1600 tanker və digər gəmilər Hörmüz boğazının yaxınlığında qalıb və oradan keçə bilmir. Xəbər verilir ki, ABŞ Hərbi Dəniz Qüvvələri indiyədək yalnız iki gəmini boğazdan keçirə bilib. Telekanalın məlumatına görə, ABŞ və İran arasında münaqişənin başlanmasından bəri Hörmüz boğazında 32 gəmi atəşə tutulub, nəticədə 10 nəfər ölüb, onlarla insan yaralanıb. Bir müddət öncə boğazda qalan gəmilərin müşaiyəti ilə bağlı Azadlıq Layihəsi Əməliyyatı elan edilsə də, ABŞ Prezidenti Donald Tramp mayın 5-də əməliyyatı dayandırmaq əmri verib. Qeyd olunub ki, İranla danışıqların uğurla başa çatacağı və razılaşma imzalanacağı barədə məlumat alanadək Hörmüz boğazından gəmilərin keçidini təşkil edən “Azadlıq layihəsi” əməliyyatını dayandırılb.
İran isə boğazdan keçəcək gəmilərdən əvvəlcədən məlumat təqdim edilməsini tələb edəcək. Məlumata görə, İranın yeni yaradılmış Körfəz Boğazları İdarəsi tərəfindən hazırlanan “Gəmi Məlumat Bəyannaməsi” tranzit gəmilər üçün məcburi olacaq. Sənəddə gəmi, onun sahibi, operatoru, heyət üzvləri və yük barədə məlumatların təqdim edilməsi tələb olunur. Bəyannamənin elektron poçt vasitəsilə göndərilməsi tövsiyə edilir. Keçid üçün ödəniş tətbiq olunacağı hələlik açıqlanmayıb.
Razılaşmanın bir addımlığında
Bu arada “Əl-Ərəbiyyə” kanalı Tehran və Vaşinqton İran blokadasının yumşaldılması ilə bağlı anlaşma əldə etdikləri ilə bağlı Pakistan rəsmisinə istinadən məlumat yayıb. Başqa bir mənbə isə bildirib ki, Amerika və İran tərəfləri arasında təmaslar heç bir maneə olmadan davam edir. Mənbə həmçinin razılığa gəlmə ehtimalına işarə edib. Əl-Ərəbiyyənin məlumatına görə, ABŞ prezidenti Donald Tramp İran tərəfindən onun təklifinə “sürətli cavab” tələb edib.
14 maddəlik yeni memorandum...
“Axios” isə yazıb ki, Tehran anlaşma memorandumuna cavab verməsə, ABŞ İrana qarşı hərbi əməliyyatlara başlaya bilər. Nəşrin qeyd etdiyi kimi, Donald Tramp 15 mayda Çinə səfərinin sonuna qədər diplomatik irəliləyiş əldə olunacağına ümid edir. Axios-un Amerika mənbələrinə istinadən verdiyi məlumata görə, Tehran iki gün ərzində anlaşma memorandumuna cavab verməsə, ABŞ İrana qarşı hərbi əməliyyatlara başlaya bilər.
Ağ Evin təklif etdiyi 14 maddəlik memorandumda ABŞ sanksiyalarının qaldırılması, aktivlərin dondurulmasının aradan qaldırılması və Hörmüz boğazından sərbəst naviqasiyanın bərpası müqabilində uranın zənginləşdirilməsinə moratorium nəzərdə tutulur. “Axios” xəbər verir ki, ABŞ prezidentinin xüsusi elçisi Stiven Vitkoff və iş adamı Cared Kuşner bir neçə İran rəsmisi ilə birgə memorandumu müzakirə edirlər. Danışıqlar “həm birbaşa, həm də vasitəçilər vasitəsilə” aparılır. Memorandumun qəbulu ilə ABŞ-ın Tehrana qarşı sanksiyalarının ləğvi üçün ətraflı razılaşma üzrə 30 günlük danışıqlar müddətinin başlanması elan ediləcək. Bu danışıqlar İslamabadda və ya Cenevrədə baş tuta bilər. ABŞ rəsmilərindən birinin sözlərinə görə, 30 günlük müddət ərzində İranın boğazdan gəmiçiliklə bağlı məhdudiyyətləri və ABŞ-ın dəniz blokadası tədricən aradan qaldırılacaq.
Uran üçün 15 il?
Uranın zənginləşdirilməsi moratoriumunun müddəti aktiv danışıqların mövzusu olacaq. Müddət məsələsi isə hələ dəqiqləşməyib - bəzi mənbələr moratoriumun 12, bəzi mənbələr isə 15 il olacağı ehtimalını irəli sürürlər. İran əvvəllər 5 illik zənginləşdirmə moratoriumu təklif etsə də, ABŞ 20 il tələb etmişdi. Mənbə bildirib ki, ABŞ müqaviləyə İranın zənginləşdirmə şərtlərini pozduğu təqdirdə moratoriumun uzadılmasını nəzərdə tutan bir müddəa daxil etmək istəyir. Bu müddətdən sonra İran uranı 3,67 faizə qədər zənginləşdirə biləcək.
Memorandumda İran nüvə silahı əldə etməməyi və BMT müfəttişləri tərəfindən planlaşdırılmamış yoxlamalar da daxil olmaqla gücləndirilmiş yoxlama rejiminə riayət etməyi öhdəsinə götürür. ABŞ rəsmisinin sözlərinə görə, tərəflər İranın yeraltı nüvə obyektlərini işlətməməsini tələb edən bəndi müzakirə edirlər.
Axios həmçinin iki mənbəyə istinadən xəbər verir ki, İran yüksək dərəcədə zənginləşdirilmiş uranı ölkədən çıxarmağa razı olacaq. Bu, ABŞ-ın əsas tələblərindən biridir və Tehran əvvəllər bundan imtina etmişdi. Uran birbaşa ABŞ-a göndərilə bilər. Memoranduma əsasən, ABŞ İrana qarşı sanksiyaları tədricən aradan qaldırmağı və dünya miqyasında dondurulmuş milyardlarla dollarlıq İran vəsaitlərini azad etməyi öhdəsinə götürür.
Tramp nikbindir...
Donald Tramp çərşənbə axşamı Ağ Evin İranla münaqişənin diplomatik yolla həlli ehtimalına nikbin baxdığını təsdiqləyib. Dövlət bşaçısı “Oval kabinetdə” jurnalistlərə bildirib ki, “Onlar razılaşma əldə etmək istəyirlər. Son 24 saat ərzində çox yaxşı danışıqlar apardıq və razılığa gəlməyimiz mümkündür.”
ABŞ prezidenti həmçinin razılaşmaya nail olmaq üçün 30 günlük müddətə ehtiyac olmaya biləcəyinə də işarə edib. Jurnalistlərə açıqlamasında Tramp “heç bir son tarix yoxdur” deyib.
Bu arada, administrasiya danışıqların təfərrüatları barədə faktiki olaraq susur - baxmayaraq ki, Tramp və digər rəsmilər müntəzəm olaraq bu istiqamətdə uğura doğru irəlilədiklərini bildirirlər. Ağ Ev problemin “zorla həllinin” istisna edilmədiyinə işarə etsə də, yenə də açıq şəkildə bunun baş verməyəcəyinə əminliyini ifadə edir. Bir sıra siyasi şərhçilər Prezident Trampın Hörmüz boğazında elan edilmiş Azadlıq Layihəsi Əməliyyatından imtinasını da kövrək atəşkəsi pozmamaq qərarının bir hissəsi kimi dəyərləndirirlər.
Danışıqlar uğursuz olarsa...
Danışıqlar uğursuz olarsa, ABŞ qüvvələri blokadanı yenidən tətbiq edə və ya hərbi əməliyyatları davam etdirə bilərlər. Mərkəzi Kəşfiyyat İdarəsi (MKİ) İranın dəniz blokadasına nə qədər davam gətirə biləcəyini qiymətləndirib. The Washington Post (WP) kəşfiyyat agentliyinin qiymətləndirmələri ilə tanış olan dörd mənbəyə istinadən, MKİ-nin İranın daha ciddi iqtisadi problemlərlə üzləşməzdən əvvəl 90-120 gün və bəlkə də daha uzun müddət ABŞ blokadasına davam gətirə biləcəyinə inandığını bildirib.
Mərkəzi Kəşfiyyat İdarəsinin təhlili həmçinin göstərib ki, Tehran döyüşlərin intensivliyinə baxmayaraq xeyli sayda ballistik raket saxlayır. Adı çəkilməyən bir rəsmi bildirib ki, İran müharibədən əvvəlki buraxılış qurğularının təxminən 75 faizini və müharibədən əvvəlki raket ehtiyatlarının təxminən 70 faizini qoruyub.
P.İSMAYILOV
Xəbər lenti
Hamısına baxElm
20 İyul 12:48
Sosial
20 İyul 12:46
Dünya
20 İyul 12:45
Dünya
20 İyul 12:19
YAP xəbərləri
20 İyul 12:17
Dünya
20 İyul 11:59
Dünya
20 İyul 11:25
İqtisadiyyat
20 İyul 11:07
YAP xəbərləri
20 İyul 10:56
Dünya
20 İyul 10:54
Sosial
20 İyul 10:54
Dünya
20 İyul 10:22
YAP xəbərləri
20 İyul 09:58
İqtisadiyyat
20 İyul 09:40
Dünya
20 İyul 09:17
İdman
20 İyul 08:59
İdman
20 İyul 08:45
Dünya
20 İyul 08:21
Dünya
20 İyul 08:14
İdman
20 İyul 07:42
Dünya
19 İyul 23:19
Hadisə
19 İyul 22:30
Dünya
19 İyul 21:24
Xəbər lenti
19 İyul 20:26
Dünya
19 İyul 20:17
Hadisə
19 İyul 19:34
Dünya
19 İyul 19:31
Sosial
19 İyul 18:25
Dünya
19 İyul 17:19
Dünya
19 İyul 16:21
Dünya
19 İyul 15:19
Dünya
19 İyul 14:25
Dünya
19 İyul 13:40
Sosial
19 İyul 12:31
Dünya
19 İyul 11:24
Dünya
19 İyul 10:18
Elm
19 İyul 09:32
Dünya
19 İyul 08:45
Dünya
18 İyul 23:16
Dünya
18 İyul 22:39
Mədəniyyət
18 İyul 21:40
Maraqlı
18 İyul 20:17
İqtisadiyyat
18 İyul 19:30
İdman
18 İyul 18:42
Dünya
18 İyul 18:25
Maraqlı
18 İyul 17:53
İdman
18 İyul 17:19
Elm
18 İyul 16:44
Dünya
18 İyul 16:31
Dünya
18 İyul 15:59
Dünya
18 İyul 15:24
Dünya
18 İyul 14:40
Dünya
18 İyul 14:17
Gündəm
18 İyul 13:35
Dünya
18 İyul 13:10
Siyasət
18 İyul 12:56
Siyasət
18 İyul 12:20
Gündəm
18 İyul 11:53
Dünya
18 İyul 11:39
Gündəm
18 İyul 11:24
İqtisadiyyat
18 İyul 10:55
Yeni texnologiyalar
18 İyul 10:31
Turizm
18 İyul 10:19
Analitik
18 İyul 09:54
Ədəbiyyat
18 İyul 09:32
Ədəbiyyat
18 İyul 09:15
İdman
18 İyul 08:50
Ədəbiyyat
18 İyul 08:38
Dünya
18 İyul 07:59
Hadisə
18 İyul 07:39

