Qədim İpək Yolundan Zəngəzur Dəhlizinədək...
11.07.2023 [10:50]
Mübariz ABDULLAYEV
Bütün dövrlərdə nəqliyyat sektoru iqtisadiyyatın lokomotivi sayılıb. Nəqliyyat sektorunun lokomotivi qismində isə məhz dəmir yolu çıxış edir. Bu gün iqtisadi inkişafla bağlı dünyaya nümunəvi model təqdim edən müstəqil Azərbaycanda ən müasir texniki təchizata, innovativ həlləri istehsalata tətbiq etməyi bacaran, daim yenilik axtaran güclü kadr potensialına malik dəmir yolu şəbəkəsinin mövcudluğu çox doğru olaraq ölkəmizin, xalqımızın milli sərvəti hesab olunur. Hazırda paytaxtımızdan regionlara, qonşu dövlətlərə doğru uzanan polad magistrallarla daxili və beynəlxalq daşımalar təhlükəsiz şəkildə uğurla həyata keçirilir.
Bütövlükdə, açıq dənizə çıxışı olmayan Azərbaycan hazırda Avrasiya coğrafiyasının çox mühüm nəqliyyat hablarından biri qismində çıxış edir. Ölkəmizin geniş tranzit imkanlarına malik ölkəyə çevrilməsinədək keçilən yolda bir neçə mərhələni xüsusi fərqləndirə bilərik ki, bunların sırasında da öz zəkası, müdrikliyi, milli təəssübkeşliyi ilə xalqımızın Ümummilli Lideri səviyyəsinə yüksələn Heydər Əliyevin Azərbaycana rəhbərlik etdiyi illəri xüsusi fərqləndirə bilərik.
Ulu Öndərin dəmiryolu strategiyası
Ulu Öndərin fərqli ideoloji dönəmlərdə yaratdığı irs - qurduğu iqtisadiyyat, işləyib hazırladığı yeni neft strategiyası, formalaşdırdığı insan kapitalı, əsaslandırdığı milli ideologiya, azərbaycançılıq fəlsəfəsi, yaratdığı zəngin mədəniyyət, gəncləri milli-mənəvi dəyərlərimizə bağlılıq ruhunda tərbiyə etməsi bu gün müstəqil Azərbaycanın sarsılmaz iqtisadi və ideoloji əsaslarını təşkil edir. Ölkəmizin, xalqımızın xoşbəxtliyi ondadır ki, son 20 ildə Heydər Əliyev siyasətinin varisliyi yüksək səviyyədə təmin olunub və Ulu Öndərin yaratdığı əsaslar Prezident İlham Əliyev tərəfindən daha da möhkəmləndirilib.
Ulu Öndərin strateji baxışları həyatın bütün sahələri kimi, həmçinin nəqliyyat sektorunu və bu sektorun drayveri olan dəmir yolunu əhatə edirdi. Onun göstərişləri və imzaladığı çoxsaylı sənədlər əsasında hələ keçmiş sovet dönəmində Azərbaycan dəmir yolu keyfiyyətcə yeni inkişaf mərhələsinə yüksəldi - polad magistralların şəbəkəsi genişləndi, müxtəlif istiqamətlərə yeni xətlər çəkildi, müasir stansiyalar inşa olundu, texnika parkı əsaslı şəkildə yeniləndi. Bütün bunların təsdiqi üçün bir neçə fakt sadalayaq: 1970-1982-ci illərdə respublika ərazisində baş dəmir yollarının istismar uzunluğu 181,1 kilometrdən 1903 kilometrə, elektrikləşdirilmiş dəmir yollarının uzunluğu 794 kilometrdən 1111 kilometrə, stansiya yollarının ümumi uzunluğu 954 kilometrdən 1343,5 kilometrə çatdırılıb, 372 ədəd yeni yoldəyişdirici quraşdırılıb.
Bəhs olunan dövrdə Heydər Əliyevin tövsiyəsi ilə Yevlax-Balakən dəmir yolu xəttinin tikintisi üzrə 6 yeni stansiya və vağzal binası (Balakən, Zaqatala, Qax, Şəki, Xanabad) istifadəyə verilib. Elə bu illərdə Sumqayıt, Sabunçu, Goran, Ağstafa, Əli Bayramlı (indiki Şirvan), Ucar, Gəncə, Tovuz, Qazax, Kürdəmir, Daşburun, Horadiz, Bərdə, Ağdam, Xankəndi stansiyalarında müasir vağzal binaları, Culfa stansiyasında xarici ölkələrdən gəlib-gedənlər üçün yeni vağzal binası və qonaq evi, Bakıda yeni sərnişin vağzalı inşa olunub. 1970-1982-ci illərdə dəmir yolunda yük dövriyyəsi 10 min 917 milyon ton artaraq 35 min 510 milyon ton, sərnişin dövriyyəsi isə 581 milyon sərnişin artaraq 2257 milyon sərnişin olub.
Heydər Əliyevi dəmir yoluna və taleyini bu çətin sahədə çalışanlara bağlayan təkcə vəzifə məsuliyyəti, sahənin strateji önəmi ilə bağlı deyildi. Bəli, Özünün dediyi kimi, O, dəmir yolunu, bu peşənin sirlərini çox mükəmməl bilirdi. Ancaq Ulu Öndərin dəmir yoluna qayğısı, dəmiryolçulara xoş münasibəti həm də görkəmli siyasətçinin ailə ənənələrinə sadiqliyindən qaynaqlanırdı. Heydər Əliyev sonralar böyük siyasətdə məşhurlaşanda, respublika və keçmiş ittifaq miqyasında rəhbər vəzifələr tutanda da atasının dəmiryolçu olduğunu və polad magistrallar arasında illərini keçirdiyini qürur hissi ilə xatırlayırdı.
TRASEKA marşrutunun inkişaf etdirilməsi
1993-cü ilin yayında ölkədə vətəndaş qarşıdurması təhlükəsi yarandığı bir vaxtda xalqın təkidli tələbi ilə ikinci dəfə Azərbaycanın siyasi rəhbərliyinə gələn Heydər Əliyev ölkənin gündəliyinin prioritetlərini müəyyənləşdirdi. Bu prioritetlər sırasına neft sektoruna xarici sərmayələrin cəlb edilməsi ilə yanaşı, respublikaya valyuta gəlirləri gətirəcək nəqliyyat sektorunun inkişafı da yer alırdı. Uzaqgörən siyasətçi Özünə xas olan müdrikliklə bu sahədə tarixi ənənələri, yeni reallıqları və perspektiv gözləntiləri məharətlə uzlaşdırmağı bacardı. Tarixdən bəllidir ki, Azərbaycan İpək Yolunun üzərində mühüm məntəqələrdən biri olub. Marşrutun yenidən canlandırılması ölkəmizə böyük dvidentlər gətirə bilərdi. Bu perspektivi nəzərə alan Ulu Öndər tarixi İpək Yolu marşrutunun bərpası, Azərbaycanın nəqliyyat-logistika imkanlarının dünyaya təqdim edilməsi istiqamətində fəaliyyətə başladı. Respublikamız 1993-cü ilin may ayında Brüsseldə təşkil edilmiş konfransda TRASECA Proqramının (Avropa-Qafqaz-Asiya nəqliyyat dəhlizi) təşəbbüskarlarından biri qismində çıxış etdi. Bu gün Transxəzər və yaxud Orta Dəhliz kimi də adlandırılan TRASEKA Avropa ilə Asiya arasında optimal bağlantı yaradan ən sərfəli marşrutlardan biridir. Ulu Öndərin səyləri ilə vaxt itirilmədən TRASEKA Proqramı çərçivəsində nəzərdə tutulan layihələrin icrasına start verildi. Görüləsi işlər çox idi. Gənc müstəqil respublikamızın tranzit daşımaları baxımından cəlbediciliyini artırmaq üçün uzunmüddətli daxili sabitliyi təmin etmək, yüksəksəviyyəli infrastruktur qurmaq, milli qanunvericiliyi beynəlxalq tələblərə uyğunlaşdırmaq, Transxəzər marşrutu üzərində yerləşən dövlətlərlə koordinasiyalı fəaliyyət qurmaq lazım idi ki. Heydər Əliyevin tapşırıqlarına uyğun olaraq işlər eyni vaxtda müxtəlif istiqamətlərdə aparılırdı. Onun ardıcıl səyləri sayəsində TRASECA Proqramı çərçivəsində Avropa İttifaqı tərəfindən Azərbaycan Respublikasına beynəlxalq nəqliyyat dəhlizlərinin inşası və müasir infrastruktur təminatının formalaşdırılması məqsədilə təxminən 20 milyon avro həcmində dəstək verilib. Eyni zamanda, Azərbaycan Respublikası beynəlxalq maliyyə təşkilatları ilə qarşılıqlı əməkdaşlıq edərək TRASECA Proqramında nəzərdə tutulan layihələrin vaxtında və keyfiyyətlə reallaşdırılması məqsədilə 255 milyon ABŞ dolları həcmində kredit cəlb edib. Ümumilikdə, istər TRASECA Proqramı, istərsə də onun tərkib hissəsi olan Böyük İpək Yolunun bərpa edilməsi XXI əsrin ən mühüm, qlobal əhəmiyyətə malik proqramlarından biri kimi dəyərləndirilir.
Transxəzər marşrutu üçün yeni fürsətlər və Azərbaycanın üstünlükləri
İndiki geosiyasi gərginliklər fonunda Avrasiya məkanından keçən bir sıra marşrutlar üçün ciddi təhdidlər yaranıb. Belə heç də adi olmayan bir şəraitdə Transxəzər Beynəlxalq Nəqliyyat Dəhlizinin cəlbediciliyi artıb və bu marşrut üçün yeni fürsətlər yaranıb.
Qlobal miqyasda Orta Dəhlizə marağın artmasında, heç şübhəsiz ki, Azərbaycan müstəsna rola malikdir. Respublikamız Transxəzər marşrutu üzrə ən önəmli halqalardan birini təşkil edir. Uzunmüddətli siyasi sabitlik, mükəmməl qanunvericilik bazası, təhlükəsizliyə verilən zəmanətlər, optimal qiymətlər, keçid prosedurlarının sadəliyi, məsafənin qısalığı, relyefin əsasən düzən olması və s. amillər transmilli şirkətlərin ölkəmizə marağını artıran səbəblər sırasında yer alır.
Azərbaycanın qısa müddətdə Avrasiyanın mühüm tranzit habına çevrilməsini şərtləndirən ən mühüm faktorlardan biri qismində, həmçinin son 20 ildə bütün ölkə üzrə yaradılan müasir yol-nəqliyyat infrastrukturu çıxış edir. Bəhs olunan dövrdə respublika üzrə hər il təxminən min kilometr uzunluğunda avtomobil yolları əsaslı şəkildə yenidən qurulub, yüzlərlə körpü, keçid inşa olunub. Ölkəmiz Xəzərdə ən böyük donanmaya malikdir. Hazırda Azərbaycanın regionlarında da beynəlxalq səviyyəli hava limanları fəaliyyət göstərir.
Ölkə ərazisində dəmir yollarının müasir standartlar səviyyəsində yenidən qurulması istiqamətində böyük həcmlərdə investisiya tutumuna malik layihələr reallaşdırılıb. Azərbaycanın moderatorluğu ilə inşa olunan və 2017-ci ildə istismara verilmiş Bakı-Tbilisi-Qars dəmir yolu vasitəsilə birinci mərhələdə 5 milyon ton, növbəti mərhələdə 17 milyon ton, ondan sonra isə daha böyük həcmdə yüklərin daşınması nəzərdə tutulur. Respublikamız liderlik keyfiyyəti nümayiş etdirməklə Xəzər sahilində - Ələtdə ən böyük ticarət limanının inşasına nail olub. Ən son texnologiyalar əsasında inşa olunan Bakı Beynəlxalq Ticarət Limanının yükaşırma qabiliyyəti ildə 15 milyon tona bərabərdir. Hazırda daşımaların artması nəzərə alınmaqla ticarət limanının ötürücülük imkanları genişləndirilir. Layihənin icrası tamamlandıqdan sonra liman vasitəsi ilə ildə 25 milyon tona qədər yük aşırmaq mümkün olacaq.
Zəngəzur Dəhlizi - Turan yolu
Qalib Azərbaycan postmüharibə mərhələsində üçtərəfli Bəyanatın müddəalarına uyğun olaraq ölkəmizin əsas hissəsi ilə üç onillik ərzində blokada şəraitində yaşamaq məcburiyyətində qalan Naxçıvan arasında kommunikasiyaların bərpasına - Zəngəzur Dəhlizinin yaradılmasın?a güclü siyasi iradə ortaya qoyur. Müharibə başa çatandan az sonra ölkəmizin ərazisində Zəngəzur Dəhlizinin həm dəmir yolu, həm də avtomobil yolu seqmentlərinin inşasına start verilib. Yeni marşrutun açılması ilə Naxşıvanın blokadasına son qoyulacaq, ölkəmizin tranzit imkanları daha da genişlənəcək. Zəngəzur Dəhlizi ölkəmizin ərazisində Şərq-Qərb, Şimal-Cənub və Transxəzər marşrutlarına inteqrasiya ediləcək.
Eyni zamanda, Zəngəzur Dəhlizinin açılmasında ən mühüm məqamlardan biri Türkdilli ölkələr arasında əlaqələrin genişlənməsi üçün yeni imkanların yaranması ilə bağlıdır. Söhbət 1,4 trilyon dollardan çox nominal ümumi daxili məhsulu olan Türkdilli ölkələri strateji və iqtisadi baxımdan birləşdirəcək dəhlizdən gedir. Prezident İlham Əliyev müxtəlif auditoriyalarda çıxışlarında dəfələrlə əsaslandırıb ki, zamanında Qərbi Zəngəzurun Azərbaycandan alınaraq Ermənistana birləşdirilməsi imperialist güc mərkəzlərinin məkrli ssenariləri əsasında reallaşdırılıb. Bununla da tarixi Türk coğrafiyası parçalanıb. Azərbaycan Vətən müharibəsinin nəticəsi olaraq formalaşdırdığı yeni reallıqlarla bu birliyin bərpa olunmasına tarixi fürsətlər yaradıb. Transxəzər marşrutu ilə Mərkəzi Asiyadakı Türk dövlətlərindən keçən yüklər Xəzər dənizi vasitəsilə Azərbaycana gələcək, buradan isə Zəngəzur Dəhlizindən keçməklə Türkiyəyə istiqamətlənəcək. Beləliklə, Türk dövlətləri arasında inteqrasiya dərinləşəcək. Eyni zamanda, Türk dövlətlərinin Avrasiyada siyasi və iqtisadi rolu artacaq.
“Azərbaycan Dəmir Yolları” QSC və Azərbaycan Mətbuat Şurasının ulu öndər Heydər Əliyevin 100 illik yubileyi münasibəti ilə kütləvi informasiya vasitələrinin təmsilçiləri arasında keçirdiyi müsabiqəyə təqdim olunur”.
Xəbər lenti
Hamısına baxDünya
20 May 21:25
Dünya
20 May 20:49
Dünya
20 May 20:17
Dünya
20 May 19:50
Dünya
20 May 19:22
Xəbər lenti
20 May 18:43
Xəbər lenti
20 May 18:30
Elanlar
20 May 18:26
Xəbər lenti
20 May 17:35
YAP xəbərləri
20 May 17:22
YAP xəbərləri
20 May 17:06
Xəbər lenti
20 May 16:28
YAP xəbərləri
20 May 16:02
YAP xəbərləri
20 May 15:44
Sosial
20 May 15:37
Xəbər lenti
20 May 15:19
YAP xəbərləri
20 May 15:02
Elm
20 May 15:01
Xəbər lenti
20 May 14:58
Sosial
20 May 14:55
Xəbər lenti
20 May 14:54
YAP xəbərləri
20 May 14:29
İqtisadiyyat
20 May 14:27
Sosial
20 May 14:23
Mədəniyyət
20 May 14:19
Gündəm
20 May 14:13
Hərbi
20 May 14:12
YAP xəbərləri
20 May 14:11
Sosial
20 May 13:50
Dünya
20 May 13:36
Gündəm
20 May 12:41
Sosial
20 May 12:40
Sosial
20 May 12:39
Gündəm
20 May 12:19
Xəbər lenti
20 May 12:13
Xəbər lenti
20 May 12:12
İqtisadiyyat
20 May 12:04
Dünya
20 May 12:03
Mədəniyyət
20 May 11:58
Gündəm
20 May 11:52
Siyasət
20 May 11:51
İdman
20 May 11:38
Gündəm
20 May 11:37
Sosial
20 May 11:36
Xəbər lenti
20 May 11:31
YAP xəbərləri
20 May 11:19
Gündəm
20 May 11:15
Gündəm
20 May 10:53
YAP xəbərləri
20 May 10:40
İqtisadiyyat
20 May 10:39
Siyasət
20 May 10:14
Müsahibə
20 May 10:14
Analitik
20 May 09:56
Sosial
20 May 09:12
Sosial
20 May 08:50
Sosial
20 May 08:37
Dünya
19 May 23:42
YAP xəbərləri
19 May 23:17
Dünya
19 May 23:15
Siyasət
19 May 22:57
Dünya
19 May 22:48
İdman
19 May 22:24
Dünya
19 May 22:06
Sosial
19 May 21:50
Dünya
19 May 21:35
Siyasət
19 May 21:19
Sosial
19 May 20:45
Hadisə
19 May 20:22
Siyasət
19 May 20:09
Dünya
19 May 19:56

