Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Xəbər lenti / İlkin nəticələr

İlkin nəticələr

29.04.2023 [10:38]

Aprelin 19-26-da Özbəkistanda keçirilən referendum ərəfəsində 611 320 vətəndaş vaxtından əvvəl səs verib. Bu barədə «Yeni Azerbaycan» qəzetinə  Özbəkistan Mərkəzi Seçki Komissiyasından (MSK) məlumat verilib.

Bu il aprelin 19-26-da keçirilmiş yenilənmiş Konstitusiya layihəsi üzrə referendumda erkən səsvermədə Özbəkistanın 611 min 320 vətəndaşı iştirak edib. 611 320 vətəndaşdan 159 276-sı xaricdə, 452 044 nəfər isə Özbəkistandakı seçki məntəqələrində səs verib.

Erkən səsvermə cari il aprelin 19-dan 26-dək keçirilib.

Xatırladaq ki, Konstitusiyanın yeni redaksiyasının qəbulu ilə bağlı referendum bazar günü, aprelin 30-da keçiriləcək.  

Səsvermə üçün 10758 seçki məntəqəsi yaradılıb ki, onlardan 55-i 39 xarici ölkədədir. Səsvermədə 20 milyona yaxın Özbəkistan vətəndaşının iştirak edəcəyi planlaşdırılır.

N.Nurullayeva 

Daskənd

Paylaş:
Baxılıb: 439 dəfə

Xəbər lenti

Hamısına bax

Analitik

Analitik

Sosial

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2
3 4 5 6 7 8 9
10 11 12 13 14 15 16
17 18 19 20 21 22 23
24 25 26 27 28 29 30
31