Tarixi bağlara söykənən möhkəm dostluq
29.03.2023 [10:45]
Təl-Əvivdə Azərbaycan səfirliyinin fəaliyyətə başlaması ikitərəfli əlaqələrdə yeni mühüm səhifə açacaq və hər iki ölkənin siyasi və təhlükəsizlik maraqlarına xidmət edəcək
Mübariz FEYİZLİ
Azərbaycan-İsrail münasibətləri hər iki tərəfin xoş məramına əsaslanır və uğurla inkişaf edir. Bu gün iki dost ölkənin qarşılıqlı münasibətlərinin tarixində daha bir əlamətdar hadisə yaşanacaq-İsrail dövlətində Azərbaycanın səfirliyi fəaliyyətə başlayacaq. Bu münasibətlə Azərbaycan XİN-in yüksəksəviyyəli rəsmiləri və Milli Məclisin deputatları Təl-Əvivə gəliblər.
Xatırladaq ki, Prezident İlham Əliyev 2022-ci il noyabrın 18-də “Azərbaycan Respublikasının İsrail Dövlətində (Təl-Əviv şəhərində) səfirliyinin təsis edilməsi haqqında” Qanunu imzalayıb. Dövlətimizin başçısı Muxtar Məmmədovun Azərbaycan Respublikasının İsrail Dövlətində fövqəladə və səlahiyyətli səfiri təyin edilməsi haqqında müvafiq Sərəncam imzalayıb.
Ənənələr yaşayır
Ötən il Azərbaycanla İsrail arasında diplomatik münasibətlərin qurulmasının 30 ili tamam oldu. Məmnunluqla qeyd edək ki, ötən 30 ildə iki ölkə arasında siyasi, iqtisadi, hərbi-texniki, səhiyyə, mədəni və qarşılıqlı maraq doğuran digər sahələrdə əməkdaşlıq yüksələn xətt üzrə inkişaf edərək yüksək səviyyəyə çatıb. Ancaq Azərbaycan-İsrail əlaqələri yalnız 30 illik tarixlə məhdudlaşmır. Bu əlaqələr xalqlarımız arasında tarixən mövcud olmuş sıx dostluq və qarşılıqlı hörmət ənənələrinə əsaslanır. “İsrail və Azərbaycanın dostluğu təsadüfi münasibətlərə əsaslanmır və xalqlarımız arasındakı münasibət də yeni deyil. Bu münasibətlərin çox qədim tarixi kökləri var. Tarixən hər iki xalq arasında qardaşlıq ənənəsi yaranıb. Ölkələrimiz arasındakı yüksək səviyyəli münasibətlər də məhz xalqlarımızın qədim köklərə söykənən tarixi qardaşlıq bağlarına əsaslanır. Əsrlərdir ki‚ Azərbaycan xalqı ilə yəhudi xalqı arasında sarsılmaz dostluq və qardaşlıq münasibətləri formalaşıb. Əlbəttə ki‚ müstəqil Azərbaycanla İsrail dövləti arasında əlaqələrin daha da genişlənməsində və inkişaf etməsində xalqların tarixdən gələn qardaşlığı böyük rol oynayıb”. Bu fikirləri “Yeni Azərbaycan”a müsahibəsində İsrail Təhlükəsizlik Akademiyasının Qafqaz üzrə Azərbaycan Respublikasındakı Regional Nümayəndəliyinin direktoru Mirsamir Məmmədov ifadə edib.
Azərbaycanda heç vaxt anti-semitizm olmayıb
Multikultural cəmiyyətə malik olması Azərbaycanın böyük üstünlüyüdür. Bu sahədə dövlətin və cəmiyyətin maraqları üst-üstə düşür. Öz növbəsində yəhudilər də bu mehriban ailənin üzvləridirlər. Bunu diqqətə çatdıran M.Məmmədov vurğulayıb: “Azərbaycanda əsrlər boyu‚ təqribi 2600-2700 ilə yaxındır ki, yəhudilər yaşayırlar. Yəhudilər Azərbaycanda hər zaman mehriban və dostluq şəraitində öz həyatlarını qurublar. Burada heç bir zaman anti-semitizm‚ yəhudi təqibi olmayıb. Azərbaycan xalqı bütün tarix boyu yəhudilərə xoş məram nümayiş etdirib”.
Azərbaycanda doğulan və hansısa bir səbəbdən xaricə köç edən yəhudilər də hər zaman Azərbaycanı özlərinə Vətən,‚ Azərbaycan xalqını isə qardaş sanıblar. Birinci və İkinci Qarabağ müharibəsində də yəhudilər Azərbaycanın ərazi bütövlüyü uğrunda mətanətlə döyüşüblər. Hər iki müharibədə çoxlu sayda yəhudi əsilli könüllü döyüşlərə qatılaraq şəhidlik zirvəsinə yüksəliblər.
Fikirlərinə davam edən Mirsamir Məmmədov vurğulayıb: “Xaricə köç edən yəhudilər daim Azərbaycanla digər dünya dövlətləri, xüsusən də ABŞ‚ İngiltərə‚ Almaniya‚ İtaliya və s. ölkələr arasında yaxşı münasibətlərin olmasına çalışırlar. Qeyd edim ki, onlar Azərbaycanla İsrail arasında münasibətlərin dərinləşməsinə də öz töhfələrini verirlər. Hazırda İsraildə 100 min nəfərə yaxın Azərbaycandan köçmüş yəhudi icması var. Bu kifayət qədər böyük rəqəmdir. Bu icmada təmsil olunanlar İsrailin hər yerində azərbaycançılıq təbliğatı aparırlar. Onlar ermənilərin törətdiyi Xocalı soyqırımından tutmuş bütün erməni vandalizmini dünyaya çatdıraraq Azərbaycan naminə fəaliyyət həyata keçirirlər. 2020-ci ilin Tovuz döyüşləri və 44 günlük müharibə zamanı İsraildəki Azərbaycandan köç etmiş yəhudilər gecə-gündüz Azərbaycana və Azərbaycan Ordusuna dəstək oldular,‚ ermənilər əleyhinə aksiyalar keçirtdilər. Yəhudilər yalan üzərində qurulan erməni təbliğatına qarşı mübarizəni əslində dünyanın hər yerində aparırdılar və bu istiqamətdə məqsədyönlü fəaliyyət hazırda da davam etdirilir”.
Azərbaycana münasibətdə İranın və İsrailin fərqi
İsrail dövlətinin və cəmiyyətinin ölkəmizə xoş münasibəti qonşu İranla müqayisədə daha qabarıq şəkildə nəzərə çarpır. İranın siyasi rejimi Ermənistanın 30 il ərzində Azərbaycan torpaqlarını işğal altında saxlamasına susqunluq nümayiş etdirməklə yanaşı, həm də bu ölkəyə hərtərfli dəstək göstərdi. Məhz İrandan gələn bu dəstək sayəsində işğalçı dövlət ayaq üstə qaldı. İran postmüharibə mərhələsində də sülhyaratma prosesinə əngəllər törədən Ermənistana havadarlıq etmək siyasətindən əl çəkmir. Bir qədər bundan əvvəl Qafanda tələm-tələsik İranın konsulluğu açıldı, Tehranla İrəvan qardaşlaşdı. Mollakratiya Zəngəzur dəhlizinin açılmasını sərhədlərin dəyişdirilməsi anlamında qəbul edərək bunu “qırmızı xətt” kimi dəyərləndirir. “İranın bir çox şəhər və qəsəbələrində qondarma və uydurma erməni soyqırımını əbədiləşdirmək üçün abidələr ucaldılıb. Amma Xocalı soyqırımına dair İranda heç bir abidə yoxdur. İşğal dövründə İran heç vaxt Azərbaycan xalqı və dövləti ilə həmrəylik nümayişi edilməyib. Bütün bunların əksinə olaraq, İsrail hökuməti və parlamenti erməni soyqırımı layihəsini qətiyyətlə rədd edərək‚ Azərbaycan‚ Türkiyə və bütün Türk xalqları ilə həmrəylik nümayiş etdirir. Xocalı soyqırımının günahsız qurbanları da hər il İsraildə anılır və erməni vəhşiliyi dilə gətirilir. İsrail, Azərbaycan və Türkiyə dostluğu regional və qlobal təhlükəsizliyə bir töhfədir”, - deyə müsahibimiz bildirib.
Dostluq, müttəfiqlik davam edəcək
M.Məmmədov bildirib ki, bu gün Azərbaycan və İsrail siyasi, iqtisadi, hərbi və təhlükəsizlik sahəsində ən etibarlı müttəfiqdirlər. Hazırda İsrailin enerji tələbatının çox hissəsini Azərbaycan ödəyir. Azərbaycanın hərbi sahədəki ehtiyacının isə əhəmiyyətli hissəsini İsrail təmin edir. İsraildə Azərbaycanın Səfirliyinin açılması bu əlaqələrin daha da möhkəmlənməsinə və daha da dərinləşməsinə şərait yaradacaq. Səfirliyin fəaliyyətə başlaması iki ölkə arasındakı dostluğu və müttəfiqliyi, hərbi və strateji əməkdaşlığı daha da möhkəmləndirəcək. Azərbaycan və İsrailin münasibətlərinin daha da möhkəmlənməsi bütövlükdə bölgənin təhülkəsizliyinə mühüm töhfədir. Onun sözlərinə görə, Təl-Əvivdə Azərbaycan səfirliyinin fəaliyyətə başlaması ikitərəfli əlaqələrdə yeni mühüm səhifə açacaq və hər iki ölkənin siyasi və təhlükəsizlik maraqlarına xidmət edəcək.
Səfirliyin açılmasını tarixi zərurət kimi dəyərləndirən müsahibimiz bildirib ki, dostluq, müttəfiqlik münasibətləri bundan sonra daha yüksək və dinamik şəkildə davam edəcək. “Azərbaycan və İsrail dövlətlərinin rəhbərləri iki ölkənin daha da yaxınlaşmasını hədəfləyən qərarlar verərkən hər iki ölkənin cəmiyyətlərinin istəyinə əsaslanırlar. Xalqlarımızın münasibəti maddi maraqlar üzərində yox,‚ səmimi dostluq və qardaşlıq üzərində qurulub. Yəhudi xalqı tarixən olduğu kim‚ bundan sonra da Azərbaycan xalqının və dövlətinin yanında olacaq. Hər hansı bir kənar düşmən qüvvə xalqlarımızın bu dostluğunu və qardaşlığını poza bilməz”, - deyə M.Məmmədov əlavə edib.
Xəbər lenti
Hamısına bax
Xəbər lenti
29 May 19:44

Xəbər lenti
29 May 18:22

Siyasət
29 May 17:10

Xəbər lenti
29 May 17:02

İqtisadiyyat
29 May 13:59

Xəbər lenti
29 May 13:57

Xəbər lenti
29 May 13:09

Xəbər lenti
29 May 12:21

Xəbər lenti
29 May 12:13

Xəbər lenti
29 May 11:25

Siyasət
29 May 11:03

Xəbər lenti
29 May 10:38

İdman
29 May 10:24

Xəbər lenti
29 May 09:30

Siyasət
28 May 23:24

Xəbər lenti
28 May 23:14

Xəbər lenti
28 May 23:08

Gündəm
28 May 22:44

Siyasət
28 May 22:09

Siyasət
28 May 21:30

Gündəm
28 May 21:17

Xəbər lenti
28 May 20:17

Xəbər lenti
28 May 20:14

Xəbər lenti
28 May 19:32

Xəbər lenti
28 May 18:40

Xəbər lenti
28 May 18:37

Xəbər lenti
28 May 18:35

Xəbər lenti
28 May 17:10

Xəbər lenti
28 May 17:08

Gündəm
28 May 16:59

Xəbər lenti
28 May 16:16

Xəbər lenti
28 May 16:13

Xəbər lenti
28 May 16:11

Xəbər lenti
28 May 13:38

Siyasət
28 May 13:21

Gündəm
28 May 13:19

Xəbər lenti
28 May 12:44

Xəbər lenti
28 May 11:53

Xəbər lenti
28 May 11:46

Xəbər lenti
28 May 11:40

Xəbər lenti
28 May 11:38

Xəbər lenti
28 May 11:35

Siyasət
28 May 11:32

Gündəm
28 May 11:30

Xəbər lenti
28 May 11:28

Xəbər lenti
28 May 11:01

Gündəm
28 May 10:59

Dünya
28 May 09:10

Xəbər lenti
27 May 23:47

Xəbər lenti
27 May 22:57

Xəbər lenti
27 May 22:55

Xəbər lenti
27 May 22:15

Xəbər lenti
27 May 22:14

Xəbər lenti
27 May 22:12

Gündəm
27 May 21:29

Xəbər lenti
27 May 21:27

Xəbər lenti
27 May 20:43

Xəbər lenti
27 May 20:41

Xəbər lenti
27 May 20:38

Xəbər lenti
27 May 19:38

Xəbər lenti
27 May 18:48

Xəbər lenti
27 May 18:42

Xəbər lenti
27 May 16:34

Siyasət
27 May 16:11

İqtisadiyyat
27 May 16:08

Xəbər lenti
27 May 16:06

Xəbər lenti
27 May 16:03

Xəbər lenti
27 May 14:08

Xəbər lenti
27 May 13:29

Xəbər lenti
27 May 13:26
