Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Müsahibə / Almaniyada İŞİD-in üzvü olmaqda şübhəli bilinən iki nəfər saxlanılıb

Almaniyada İŞİD-in üzvü olmaqda şübhəli bilinən iki nəfər saxlanılıb

09.07.2026 [18:37]

Almaniyanın Federal Baş Prokurorluğu Şlezviq-Holştayn əyalətində İŞİD terror təşkilatının üzvü olmaqda şübhəli bilinən iki nəfərin saxlanıldığını açıqlayıb.

AZƏRTAC xəbər verir ki, məlumatda İraq vətəndaşları olan həmin şəxslərin Federal Kriminal Polis İdarəsinin əməkdaşları tərəfindən saxlanıldığı qeyd olunub. Saxlanılan şəxslərdən birinə qarşı müharibə cinayəti - əmlaka qarşı cinayət törətmək ittihamı da irəli sürülüb.

İstintaqın məlumatına görə, saxlanılan şəxslər 2014-cü ildə İraqda İŞİD terror təşkilatına qoşularaq onun tərkibində müxtəlif vəzifələrdə fəaliyyət göstərib, silahlı əməliyyatlarda iştirak ediblər. Onlardan biri İraq dövlətinə məxsus Baici neft emalı zavodunun ələ keçirilməsində iştirak etməkdə, digəri isə Almaniyaya gəldikdən sonra İŞİD təbliğatı yaymaqda ittiham olunur.

Saxlanılan şəxslər barəsində həbs qətimkan tədbiri seçilib.

Paylaş:
Baxılıb: 577 dəfə

Xəbər lenti

Hamısına bax

İqtisadiyyat

Analitik

Analitik

Analitik

Ədəbiyyat

Mədəniyyət dronları

26 Sentyabr 08:51

Ədəbiyyat

Şənbə üçün nəzm

26 Sentyabr 08:33  

Gündəm

YAP xəbərləri

YAP xəbərləri

Qürur günümüz

25 Sentyabr 13:08

Gündəm

Gündəm

72-ci əfv...

25 Sentyabr 12:18

İqtisadiyyat

İqtisadiyyat

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2 3 4 5
6 7 8 9 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30