Əlaqələrin inkişafında yeni mərhələ...
09.07.2026 [11:35]
Azərbaycan-ABŞ münasibətləri son illərdə keyfiyyətcə yeni mərhələyə qədəm qoyaraq regional və qlobal proseslərin mühüm komponentinə çevrilməkdədir. Xüsusilə Bakının Cənubi Qafqazda formalaşdırdığı yeni iqtisadi, siyasi və təhlükəsizlik reallıqları Vaşinqtonun bölgəyə baxışını əhəmiyyətli dərəcədə dəyişib. Prezident İlham Əliyevin ABŞ-ın müstəqilliyinin 250 illiyi münasibətilə Prezident Donald Trampa ünvanladığı məktubda vurğulanan məqamlar, eləcə də dövlətimizin başçısının Mayamidə keçiriləcək G20 Liderlər Sammitinə dəvət olunması ABŞ-Azərbaycan əlaqələrinin yüksələn xətlə inkişafının göstəricisidir.
Qarşılıqlı səfərlər artır
Son zamanlar Vaşinqtonda Bakıya gerçəkləşən səfərlər də artmaqdadır. Məsələn, bir müddət öncə Prezident İlham Əliyevin ABŞ Nümayəndələr Palatasının üzvü Abraham Hamadehi qəbul etməsi bu prosesin tərkib hissəsi idi. Görüş zamanı ikitərəfli münasibətlərin uğurlu inkişafı, Strateji Tərəfdaşlıq Xartiyasının əhəmiyyəti və əməkdaşlığın perspektivləri müzakirə olunub. Xüsusi diqqət Hamadehin Azadlığa Dəstək Aktının 907-ci düzəlişinin ləğvi ilə bağlı qanun təşəbbüsünün müəlliflərindən biri olmasına yönəlib. Bu, ABŞ siyasi dairələrində Azərbaycana münasibətdə daha praqmatik və realist yanaşmanın gücləndiyini göstərən mühüm siqnal idi. İyulun 7-də isə dövlətimizin başçısı ABŞ Senatının Xarici Əlaqələr Komitəsinin üzvü, Avropa və Regional Təhlükəsizlik Əməkdaşlığı üzrə Alt Komitəsinin sədri, senator Stiv Deynsi qəbul edib. Görüşdə Prezident İlham Əliyev Donald Trampla şəxsi münasibətlərinin yüksək səviyyədə olduğunu deyərək, Azərbaycanla Ermənistan arasında sülh gündəliyinin irəli aparılmasında onun xüsusi rol oynadığını vurğulayıb. Senator Stiv Deyns isə öz növbəsində son dövrlərdə ölkələrimiz arasında münasibətlərin uğurla inkişaf etdiyini deyib, Azərbaycan Prezidentinin ötən ilin avqustunda Vaşinqtona səfərinin əlamətdar hadisə olduğunu söyləyib. Qonaq, eyni zamanda, Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycanın geosiyasi səviyyədə mühüm rolunu qeyd edib.
Ceyhun Bayramov senator Stiv Deynslə görüşüb
Yeri gəlmişkən, xarici işlər naziri Ceyhun Bayramov da ABŞ Senatının üzvü, senator Stiv Deynslə görüşüb. Görüş zamanı, Azərbaycan-ABŞ strateji tərəfdaşlıq münasibətlərinin cari vəziyyəti və inkişaf perspektivləri, siyasi və iqtisadi əməkdaşlıq gündəliyi, enerji təhlükəsizliyi, regional bağlantı layihələri, habelə qarşılıqlı maraq doğuran regional və beynəlxalq məsələlər ətrafında fikir mübadiləsi aparılıb. Tərəflər iki ölkə arasında yüksək səviyyəli təmasların və siyasi dialoqun inkişaf etdirilməsinin qarşılıqlı faydalı əməkdaşlığın genişləndirilməsi baxımından əhəmiyyətini vurğulayıblar. Tərəflər Azərbaycanın enerji təhlükəsizliyi, nəqliyyat və logistika sahələrində etibarlı tərəfdaş kimi artan rolundan bəhs edərək, Orta Dəhliz, Şərq-Qərb nəqliyyat marşrutlarının inkişafı istiqamətində həyata keçirilən təşəbbüslər barədə fikir mübadiləsi aparıblar.
Regional bağlantı və iqtisadi əməkdaşlıq məsələlərinin müzakirəsi zamanı Ceyhun Bayramov Azərbaycanın Mərkəzi Asiya ölkələri ilə əməkdaşlığının dinamik inkişaf etdiyini, bu çərçivədə C6 əməkdaşlıq formatının yeni imkanlarını qeyd edib. Xəzər dənizi vasitəsilə Şərq-Qərb bağlantılarının möhkəmləndirilməsi, Orta Dəhlizin inkişafı, eləcə də Ələt Beynəlxalq Dəniz Ticarət Limanı və ətrafında yaradılan logistika və sənaye infrastrukturu sayəsində Azərbaycanın Avrasiyanın mühüm nəqliyyat və ticarət qovşaqlarından birinə çevrildiyi vurğulanıb.
Tərəflər postmünaqişə dövründə Cənubi Qafqazda mövcud vəziyyət, Azərbaycan-Ermənistan normallaşma prosesi və sülh gündəliyini nəzərdən keçiriblər. Görüş zamanı, Azərbaycanın işğaldan azad edilmiş ərazilərində həyata keçirilən genişmiqyaslı bərpa və yenidənqurma işləri, habelə bölgədə nəqliyyat və kommunikasiya xətlərinin açılmasının regional əməkdaşlıq və iqtisadi inteqrasiya üçün yaratdığı imkanlar barədə qarşı tərəfə ətraflı məlumat verilib.
Əslində, son bir ildə ABŞ Konqresinin müxtəlif nümayəndə heyətlərinin Azərbaycana səfərləri, yüksək səviyyəli təmasların intensivləşməsi və ikitərəfli əməkdaşlıq gündəliyinin genişlənməsi Vaşinqtonun region siyasətində yeni reallıqları qəbul etdiyini nümayiş etdirir. Əgər əvvəlki dövrdə ABŞ-ın regiona münasibəti daha çox normativ və vasitəçi yanaşma üzərində qurulurdusa, hazırkı mərhələdə bu münasibətlər praqmatik, işgüzar və qarşılıqlı maraqlara əsaslanan əməkdaşlıq modelinə transformasiya olunmaqdadır. Azərbaycanın müstəqil xarici siyasət kursu, regional liderlik statusu və xüsusilə postmünaqişə dövründə ortaya qoyduğu sülhpərvər, konstruktiv mövqe ABŞ üçün ölkəmizi Cənubi Qafqazda etibarlı tərəfdaş kimi ön plana çıxarıb. Bakı yalnız enerji ixracatçısı və tranzit ölkə kimi deyil, həm də regional təhlükəsizliyin təmin olunmasında, beynəlxalq sülh təşəbbüslərinin irəli aparılmasında mühüm aktor kimi qəbul edilir. Məhz bu reallıqlar fonunda Vaşinqtonun Azərbaycanla münasibətləri yeni məzmunla zənginləşir. Nəzərə alaq ki, Cənubi Qafqazda sülhün təmin olunması Tramp administrasiyasının xüsusi diqqət mərkəzindədir. Ötən ilin avqustunda imzalanan Vaşinqton razılaşması da bunun bariz göstəricisidir.
Prezident İlham Əliyevin ABŞ-ın müstəqilliyinin 250 illiyi münasibətilə Prezident Donald Trampa ünvanladığı məktubda vurğulandığı kimi, son dövrdə Azərbaycan-Birləşmiş Ştatlar münasibətlərinin yüksələn xətlə və uğurla inkişaf etməsi məmnunluq doğurur. Dövlətimizin başçısı məktubda iki ölkə arasında təşəkkül tapmış strateji tərəfdaşlıq münasibətlərini yüksək qiymətləndirib. Məktubda Prezident İlham Əliyev fevral ayında imzalanan və münasibətlərimizi keyfiyyətcə yeni mərhələyə qaldıran Strateji Tərəfdaşlıq Xartiyasının əhəmiyyətini xüsusi qeyd edib.
Mühüm siyasi hadisə...
Ötən ilin avqustunda əldə olunan Vaşinqton razılaşmaları isə Azərbaycanın regionda rolunun və təşəbbüslərinin ABŞ tərəfindən yüksək dəyərləndirildiyini sübut edir. ABŞ Prezidenti Donald Trampın Azadlığa Dəstək Aktına 907-ci düzəlişin dayandırılması müddətinin uzadılması barədə memorandumu şəxsi qeydi və xoş sözləri ilə birlikdə Azərbaycan Prezidenti İlham Əliyevə xatirə hədiyyəsi olaraq göndərməsi də bunun əyani nümunəsidir. Bu fakt Ağ Ev rəhbərinin dövlətimizə və onun liderinə böyük ehtiramının ifadəsidir.
Bu ilin fevralında ABŞ-ın vitse-prezidenti Vensin ölkəmizə səfəri, Azərbaycanla Amerika Birləşmiş Ştatları arasında Strateji Tərəfdaşlıq haqqında Xartiyanın imzalanması ölkələrimiz arasında münasibətlərimizin yeni mərhələyə keçməsinin göstəricisidir. Bundan əlavə, Prezident Donald Trampın “Bakı Enerji Həftəsi”nin iştirakçılarına məktub göndərməsi, ABŞ Dövlət katibinin iqtisadiyyat, enerji və biznes məsələləri üzrə köməkçisi Kaleb Orrun Bakı Enerji Forumunun açılışında iştirak etməsi də mühüm faktlardır. İyunun 2-də Bakıda Azərbaycan-ABŞ İqtisadi Dialoqunun ilk iclasının keçirilməsi də ikitərəfli əməkdaşlığın inkişafına böyük töhfələr verəcək. Xüsusilə, ABŞ Prezidenti tərəfindən dövlətimizin başçısının Mayamidə keçiriləcək G20 Liderlər Sammitinə dəvət olunması Azərbaycanın beynəlxalq münasibətlər sistemində mövqeyinin güclənməsini təsdiqləyən mühüm siyasi hadisədir. Bu fakt Azərbaycanın yüksək beynəlxalq nüfuzunun, xarici siyasət kursunun uğurlu nəticələrinin və ölkənin qlobal proseslərdə güclənən rolunun məntiqi ifadəsidir.
Nardar BAYRAMLI
Xəbər lenti
Hamısına baxGündəm
03 Sentyabr 11:19
Gündəm
03 Sentyabr 10:54
İqtisadiyyat
03 Sentyabr 10:22
Siyasət
03 Sentyabr 09:41
İqtisadiyyat
03 Sentyabr 09:17
Analitik
03 Sentyabr 08:54
Sosial
03 Sentyabr 08:38
Dünya
02 Sentyabr 23:34
Dünya
02 Sentyabr 23:17
Sosial
02 Sentyabr 22:51
İqtisadiyyat
02 Sentyabr 22:23
İqtisadiyyat
02 Sentyabr 21:45
Dünya
02 Sentyabr 21:19
Dünya
02 Sentyabr 20:42
Sosial
02 Sentyabr 20:16
İqtisadiyyat
02 Sentyabr 19:58
Sosial
02 Sentyabr 19:20
Sosial
02 Sentyabr 18:35
Hadisə
02 Sentyabr 17:34
Sosial
02 Sentyabr 17:29
Sosial
02 Sentyabr 17:29
Elanlar
02 Sentyabr 16:31
Elm
02 Sentyabr 15:59
Dünya
02 Sentyabr 15:22
Sosial
02 Sentyabr 15:12
İqtisadiyyat
02 Sentyabr 14:41
Sosial
02 Sentyabr 14:41
Sosial
02 Sentyabr 14:40
Siyasət
02 Sentyabr 14:40
Sosial
02 Sentyabr 14:39
Sosial
02 Sentyabr 14:39
Xəbər lenti
02 Sentyabr 14:38
Hərbi
02 Sentyabr 14:38
Dünya
02 Sentyabr 14:35
Gündəm
02 Sentyabr 14:27
Sosial
02 Sentyabr 14:24
Gündəm
02 Sentyabr 13:56
Dünya
02 Sentyabr 13:18
Sosial
02 Sentyabr 12:42
Dünya
02 Sentyabr 12:27
Dünya
02 Sentyabr 12:10
Dünya
02 Sentyabr 11:46
Gündəm
02 Sentyabr 11:37
Gündəm
02 Sentyabr 11:36
Hadisə
02 Sentyabr 11:18
Sosial
02 Sentyabr 11:03
İqtisadiyyat
02 Sentyabr 11:03
Sosial
02 Sentyabr 11:02
Gündəm
02 Sentyabr 10:59
Gündəm
02 Sentyabr 10:48
Hadisə
02 Sentyabr 10:39
Siyasət
02 Sentyabr 10:25
İqtisadiyyat
02 Sentyabr 09:40
İqtisadiyyat
02 Sentyabr 09:17
Analitik
02 Sentyabr 08:54
Sosial
02 Sentyabr 08:31
Hadisə
02 Sentyabr 07:55
Dünya
01 Sentyabr 23:34
Dünya
01 Sentyabr 23:20
Hadisə
01 Sentyabr 22:48
İqtisadiyyat
01 Sentyabr 22:25
Siyasət
01 Sentyabr 22:24
Dünya
01 Sentyabr 21:40
İqtisadiyyat
01 Sentyabr 21:19
Siyasət
01 Sentyabr 21:10
Dünya
01 Sentyabr 20:43
İdman
01 Sentyabr 20:15
Dünya
01 Sentyabr 19:58
Dünya
01 Sentyabr 19:21
Gündəm
01 Sentyabr 19:20

