/ / Vergi Xidməti sahibkarlıq subyektlərini müəyyənləşdirilmiş tələblərə ciddi riayət etməyə çağırır
Vergi Xidməti sahibkarlıq subyektlərini müəyyənləşdirilmiş tələblərə ciddi riayət etməyə çağırır
08.07.2026 [23:19]
İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti (DVX) tərəfindən aksizli məhsulların dövriyyəsinə nəzarətin gücləndirilməsi, bu məhsulların istehsalı və satışı sahəsində şəffaflığın artırılması, o cümlədən, bəyannamələrdə istehsal həcmlərinin düzgün bəyan olunması və vergi intizamının gücləndirilməsi istiqamətində nəzarət tədbirləri davam etdirilir.
DVX-dən AZƏRTAC-a bildirilib ki, Vergi Xidmətinin Aksizli və Markalanmalı Malların Dövriyyəsinə Nəzarət Baş İdarəsi tərəfindən aparılmış təhlil və monitorinqlər zamanı Mingəçevir şəhəri, A.Şaiq küçəsi, ev 1 ünvanında yerləşən istehsal obyektində rəsmi uçotdan kənar pivə istehsalının təşkili və qeyri-rəsmi dövriyyəyə çıxarılması ilə bağlı əsaslı şübhələr yaranıb. Bununla bağlı təyin olunmuş operativ nəzarət tədbiri zamanı həmin ünvanda fəaliyyət göstərən fərdi sahibkar Tağıyev Xəyyam Aydın oğlunun təsərrüfat subyektini vergi orqanlarında uçota almadan fəaliyyət göstərdiyi müəyyən edilib.
Nəzarət tədbiri zamanı istehsal sahəsində və müxtəlif anbarlarda ümumilikdə 198 min litr hazır pivə məhsulu, onun qablaşdırılması üçün nəzərdə tutulmuş çoxsaylı çəlləklər, habelə mənşəyini təsdiq edən sənədlər olmadan əldə edilmiş istehsal üçün istifadə olunan 14 ton arpa səmənisi, 300 kiloqram pivə mayası və 2 tondan çox digər xammal məhsulları aşkar olunub. Faktlar qanunvericiliyin tələblərinə uyğun sənədləşdirilib və müvafiq tədbirlər görülüb.
Dövlət Vergi Xidməti bütün sahibkarlıq subyektlərini vergi və digər qanunvericiliklə müəyyən edilmiş tələblərə ciddi riayət etməyə çağırır. Qanunvericiliyin tələblərinə əməl olunması sahibkarların əlavə maliyyə sanksiyaları və digər hüquqi məsuliyyət tədbirləri ilə üzləşməsinin qarşısını almaqla yanaşı, bazarda sağlam, bərabər və ədalətli rəqabət mühitinin qorunmasına, “kölgə iqtisadiyyatı”nın həcminin azaldılmasına xidmət edir. Aksizli məhsulların istehsalı və dövriyyəsinə nəzarətin gücləndirilməsi istiqamətində nəzarət tədbirləri bundan sonra da davam etdiriləcək.
Xəbər lenti
Hamısına baxSosial
16 İyul 11:36
İqtisadiyyat
16 İyul 11:31
Dünya
16 İyul 11:17
Gündəm
16 İyul 11:10
Gündəm
16 İyul 11:06
Ədəbiyyat
16 İyul 10:47
Sosial
16 İyul 10:46
Gündəm
16 İyul 10:45
Dünya
16 İyul 10:32
İqtisadiyyat
16 İyul 10:30
Analitik
16 İyul 10:15
Gündəm
16 İyul 10:15
Gündəm
16 İyul 10:12
Siyasət
16 İyul 10:01
Sosial
16 İyul 09:50
YAP xəbərləri
16 İyul 09:35
Mədəniyyət
16 İyul 09:27
Sosial
16 İyul 09:22
Dünya
16 İyul 09:05
Dünya
16 İyul 08:50
İdman
16 İyul 08:34
Siyasət
16 İyul 08:20
Dünya
16 İyul 07:13
İqtisadiyyat
15 İyul 23:18
Xəbər lenti
15 İyul 22:43
Sosial
15 İyul 22:19
Sosial
15 İyul 21:50
Dünya
15 İyul 21:27
Sosial
15 İyul 21:13
İqtisadiyyat
15 İyul 20:43
Analitik
15 İyul 20:39
Dünya
15 İyul 20:32
Maraqlı
15 İyul 20:19
İqtisadiyyat
15 İyul 19:56
Dünya
15 İyul 19:22
Dünya
15 İyul 19:07
Dünya
15 İyul 18:20
Siyasət
15 İyul 18:15
Xəbər lenti
15 İyul 17:59
İqtisadiyyat
15 İyul 17:35
Xəbər lenti
15 İyul 17:17
Xəbər lenti
15 İyul 16:57
YAP xəbərləri
15 İyul 16:46
YAP xəbərləri
15 İyul 16:38
YAP xəbərləri
15 İyul 16:32
YAP xəbərləri
15 İyul 16:31
Siyasət
15 İyul 16:21
Elanlar
15 İyul 16:20
Mədəniyyət
15 İyul 16:17
Gündəm
15 İyul 16:16
Sosial
15 İyul 15:58
YAP xəbərləri
15 İyul 15:49
Siyasət
15 İyul 15:29
Sosial
15 İyul 15:27
Xəbər lenti
15 İyul 14:56
Dünya
15 İyul 14:25
Xəbər lenti
15 İyul 13:50
İqtisadiyyat
15 İyul 13:33
İdman
15 İyul 12:51
İqtisadiyyat
15 İyul 12:49
YAP xəbərləri
15 İyul 12:09
Siyasət
15 İyul 11:56
Siyasət
15 İyul 11:55
Sosial
15 İyul 11:30
Sosial
15 İyul 11:30
Gündəm
15 İyul 11:14
Siyasət
15 İyul 11:13
YAP xəbərləri
15 İyul 10:43
Gündəm
15 İyul 10:41
Maraqlı
15 İyul 10:39

