İşğala məruz qalan yurd yerimiz
19.01.2023 [10:44]
Kərki kəndinin işğalından 33 il ötür...
Yeganə BAYRAMOVA
Naxçıvan Muxtar Respublikasının Şərur rayonunun yaşayış məntəqələrindən olan Kərki kəndi erməni işğalına məruz qalan ilk yurd yerlərimizdəndir. Bu gün Kərki kəndinin işğalından 33 il ötür. Kərki Azərbaycanın Ermənistan ərazisindəki 3 eksklav ərazisindən biridir. 1989-cu il dekabrın 14-də ermənilər Kərkini, Sədərəyi, Günnütü və Havuş kəndlərini güclü atəşə tutublar. 1990-cı il yanvarın 15-dən isə hücumlar daha intensiv hal alıb. Yanvarın 18-də güclü müqavimətə baxmayaraq, Kərki kəndi ermənilər tərəfindən işğal olunub.
Məhərrəm Seyidov, Etibar Əhmədov, Məhəmməd Məmmədov, Abbasəli Nəzərəliyev, İdris Məmmədov kimi igidlər Kərki və Sədərəyin müdafiəsi uğrunda gedən döyüşlərdə qəhrəmancasına həlak olublar. Hadisənin canlı şahidlərinin sözlərinə görə, həmin gün kənd səhər saat 4 radələrindən axşamadək şiddətli atəşə tutulub. 30 nəfərədək Kərki sakini Şərur Rayon Polis Şöbəsinin 3 əməkdaşı ilə birlikdə 2 mindən çox silahlı erməniyə qarşı vuruşsa da, döyüş sursatlarının bitməsi səbəbi ilə onlar yaşayış yerini tərk etməli olublar. Hər qarışında bir neçə minilliyin tarixini yaşadan qədim Oğuz yurdu beləcə ermənilərin əlinə keçib.
Bütün bunlara baxmayaraq, Naxçıvanı işğal etmək arzusu ilə yaşayan ermənilər burada gözləmədikləri müqavimətə rast gəliblər və Sədərəyin müdafiə xəttini keçə bilməyiblər. Naxçıvanlıların qanları-canları bahasına göstərdikləri ciddi müqavimət onları çaş-baş salıb. Çünki əhali həmin vaxt döyüş xətti boyunca yüzlərlə könüllülərdən ibarət canlı sərhəd yaratmışdı. Düşmən həmin sərhədi keçməyə cəhd göstərsə də, darmadağın olunaraq qaçmağa məcbur edilib.
Kərki kəndinin ermənilər tərəfindən işğal edilməsinin əsas səbəbi isə həmin yurd yerimizin qaranlıqlar içərisində parlayan bir ulduz kimi qondarma erməni dövlətinin ərazisi ilə əhatə olunması idi. Kəndin işğalı XX əsrin sonlarında ermənilərin ilk işğalçılıq aktı kimi tarixə düşüb. Kərkinin işğalı Bakıdakı 20 Yanvar qırğınının, dəhşətli Xocalı faciəsinin acı taleyinin və ermənilərin Azərbaycanın alınmaz qalası Sədərək üzərinə silahlı basqınlarının başlanğıcı olub.
Bəzi tarixçilərin fikrincə, “Kərki” toponimi kərkük türk tayfasının adı ilə bağlıdır. Sədərək kəndinin 8-10 kilometrliyində Teyqar dağının ətəklərində yerləşən kəndin 960 hektar sahəsi, 500 sakini olub. “O tay”, “Sulu zağa”, “Bəzirxana”, “Dəlikdaş”, “Sənəm qalası”, “Gavurqala”, “Şurut bulağı” və digər bu kimi qədim yurd yerləri bu gün də kənd sakinlərinin xatirələrində yaşayır.
Qeyd edək ki, 2018-ci ilin may ayında Azərbaycan Ordusunun apardığı uğurlu hərbi əməliyyatlar nəticəsində muxtar respublikanın işğal altında olan Günnüt kəndi düşməndən azad edilib. 44 günlük Vətən müharibəsində Ermənistan məğlub olduqdan sonra imzalanan 10 noyabr üçtərəfli Bəyanatında Ermənistan silahlı qüvvələrinin Azərbaycan ərazisini tərk etməsi, işğal altında saxlanılan Naxçıvanın Kərki kəndinin və Qazax rayonunun 7 kəndinin geri verilməsi kimi məsələlər öz əksini tapıb. Lakin Ermənistan hələ sənədin bu tələbinə də əməl etməyib.
Xəbər lenti
Hamısına baxDünya
14 İyun 13:18
YAP xəbərləri
14 İyun 13:00
Hadisə
14 İyun 12:29
Dünya
14 İyun 11:47
Dünya
14 İyun 11:35
İdman
14 İyun 10:40
Hadisə
14 İyun 10:09
YAP xəbərləri
14 İyun 09:58
Sosial
14 İyun 09:32
Sosial
14 İyun 09:17
Sosial
14 İyun 08:52
Hadisə
14 İyun 08:39
Mədəniyyət
14 İyun 07:31
Gündəm
13 İyun 23:20
Hadisə
13 İyun 22:19
Sosial
13 İyun 21:37
Sosial
13 İyun 21:07
YAP xəbərləri
13 İyun 20:19
YAP xəbərləri
13 İyun 20:17
Xəbər lenti
13 İyun 19:50
YAP xəbərləri
13 İyun 18:58
YAP xəbərləri
13 İyun 18:15
YAP xəbərləri
13 İyun 16:21
Sosial
13 İyun 15:20
YAP xəbərləri
13 İyun 14:59
İdman
13 İyun 14:33
YAP xəbərləri
13 İyun 13:48
YAP xəbərləri
13 İyun 13:44
Gündəm
13 İyun 13:32
Gündəm
13 İyun 12:50
Siyasət
13 İyun 12:29
Gündəm
13 İyun 11:58
İqtisadiyyat
13 İyun 11:24
İqtisadiyyat
13 İyun 10:57
Siyasət
13 İyun 10:35
Sosial
13 İyun 10:13
Analitik
13 İyun 09:51
Analitik
13 İyun 09:38
Ədəbiyyat
13 İyun 09:15
Elm
13 İyun 08:52
Ədəbiyyat
13 İyun 08:30
Dünya
12 İyun 23:18
Dünya
12 İyun 22:40
Dünya
12 İyun 22:17
Dünya
12 İyun 21:59
YAP xəbərləri
12 İyun 21:34
Dünya
12 İyun 21:25
Dünya
12 İyun 20:42
Dünya
12 İyun 20:14
Maraqlı
12 İyun 19:56
Dünya
12 İyun 19:21
Dünya
12 İyun 18:35
Dünya
12 İyun 17:59
Dünya
12 İyun 17:24
Dünya
12 İyun 16:41
Dünya
12 İyun 16:14
İqtisadiyyat
12 İyun 15:47
Siyasət
12 İyun 15:47
Sosial
12 İyun 15:47
Sosial
12 İyun 15:46
Sosial
12 İyun 15:46
Sosial
12 İyun 15:45
İdman
12 İyun 15:30
İqtisadiyyat
12 İyun 15:23
Dünya
12 İyun 15:06
Dünya
12 İyun 14:45
İqtisadiyyat
12 İyun 14:43
İdman
12 İyun 14:42
Dünya
12 İyun 14:41
Dünya
12 İyun 14:41

