Şamaxıda II Beynəlxalq Barbekü Festivalı başlayıb
13.06.2026 [21:07]
İyunun 13-də Şamaxının Meysəri kəndində Barbekü festivalı başlayıb.
AZƏRTAC xəbər verir ki, iki gün davam edəcək festival Şamaxı Rayon İcra Hakimiyyəti, Nəsimi Bağları Kompleksi və “Abqora” restoranının dəstəyi, “Azərsun Holdinq”, “Coca-Cola Azərbaycan”ın baş sponsorluğu, “Azərbaycan Hava Yolları” QSC, “Premium Meat”, “Baku Medical Plaza”nın rəsmi tərəfdaşlığı ilə təşkil olunur.
Festivalın açılışında çıxış edən Şamaxı Rayon İcra Hakimiyyətinin başçısı Tahir Məmmədov bildirib ki, festivalda dünyanın müxtəlif ölkələrini təmsil edən tanınmış şef-aşpazlar iştirak edirlər. Onların zəngin təcrübəsi, fərqli kulinariya ənənələri və təqdim etdikləri ləziz təamlar tədbirə xüsusi rəng qatır, onu daha maraqlı edir. O qeyd edib ki, bu cür festivallar qonaqlara xoş anlar bəxş etməklə yanaşı, Şamaxının qonaqpərvərliyini bir daha nümayiş etdirir.
Gürcüstanlı tanınmış aşpaz Quram Baqdoşvili deyib ki, ənənələrin qorunması hər zaman böyük əhəmiyyət daşıyır. O, Azərbaycanda, xüsusilə də Şamaxıda olmaqdan məmnunluğunu ifadə edərək, bu şəhərə ilk dəfə gəldiyini və bunun onun üçün xüsusi an olduğunu vurğulayıb. Qeyd edilib ki, qastronomiyanın modernləşdirilməsi vacib olsa da, minilliklər boyu nəsildən-nəslə ötürülən ənənələrin qorunması daha mühüm məsələdir. Onun sözlərinə görə, bütün aşpazlar bu irsə hörmətlə yanaşmalı və onu yaşatmalıdırlar.
Mədəni mübadilə və qastronomik turizmin genişləndirilməsinə yönələn festivalda möhtəşəm barbekü təqdimatları və dünya mətbəxinin ləziz nümunələri təqdim edilir.
Ötən il olduğu kimi, bu il də Beynəlxalq Barbekü Festivalında dünyanın müxtəlif ölkələrini - Azərbaycan, Banqladeş, Çin, Danimarka, Fransa, Gürcüstan, Hindistan, İtaliya, Koreya, Malayziya, Özbəkistan, Rusiya, Türkiyə, Türkmənistan, Ukrayna, Yaponiyanı təmsil edən şef-aşpazlar iştirak edirlər.
Yaponiyanın Azərbaycandakı səfiri Katsuya Vatanabe jurnalistlərə açıqlamasında bildirib ki, belə gözəl tədbirdə iştirak etməkdən böyük məmnunluq duyur və Azərbaycanda keçirilən ikinci barbekü festivalını səbirsizliklə gözləyib.
Səfir qeyd edib ki, festival çərçivəsində bir çox stendləri ziyarət edib və hər birində fərqli, maraqlı məqamlarla tanış olub.
O vurğulayıb ki, bu il ilk dəfə olaraq festivalda yapon barbeküsü də təqdim olunur. Onun sözlərinə görə, Yaponiyanın ənənəvi yeməklərindən olan yakitori – qızardılmış toyuq kababı iştirakçılara təqdim edilir. Səfir bildirib ki, azərbaycanlılar bu vasitə ilə əsl yapon dadını kəşf etmək imkanı qazanacaqlar.
Diplomat əlavə edib ki, Azərbaycanda Yaponiyaya böyük maraq və sevgi var. Bu festival yapon mədəniyyəti, mətbəxi və dadlarının daha geniş tanınmasına töhfə verəcək.
Ukraynalı aşpaz Lidya Şestak bu festivala ilk dəfə qatıldığını qeyd edərək, ümumilikdə tədbirin çox maraqlı və rəngarəng keçdiyini vurğulayıb. Aşpazın sözlərinə görə, Azərbaycan mətbəxi olduqca dadlıdır və özünəməxsus ədviyyə zənginliyi ilə seçilir. O, xüsusilə yerli mətbəxdə zirə, keşniş və qırmızı bibər kimi ədviyyələrin geniş istifadə olunduğunu diqqətə çatdırıb.
Türkmənistanlı aşpaz Vüqar Mazanov isə açıqlamasında festivalın yüksək səviyyədə təşkil olunduğunu və burada yaradılan mühitdən məmnun qaldığını bildirib.
Aşpaz vurğulayıb ki, bu cür festivallar ölkələr arasında mədəni əlaqələrin möhkəmlənməsinə, xalqların bir-birini daha yaxından tanımasına və milli mətbəxlərin tanıdılmasına mühüm töhfə verir.
Festivalda təmsil olunan aşpazlar kulinariya üzrə çoxillik təcrübəyə malik, iş təcrübələri müddətində müxtəlif ölkələrin tanınmış restoranlarında fəaliyyət göstərmiş, bir çox iri festivallarda təmsil olunaraq saysız mükafatlara layiq görülmüş şeflərdir.
Festival ərazisindəki kulinariya zonalarında əyləncəli yarışmalar keçirilir, restoranların təmsil olunduğu pavilyonlarda isə müxtəlif mədəniyyətlərin mətbəxi ilə daha yaxından tanış olmaq, iştirakçılar arasında ünsiyyəti genişləndirmək, fərqli təamları dadmaq imkanı yaradılıb.
Dadların, dostluğun və açıq hava əyləncəsinin bir məkanda birləşdiyi festivalın hər iki günü maraqlı tədbirlərlə zəngindir.
Həftəsonuna təsadüf edən kulinariya bayramının birinci günündə keçirilən "Barbekü və Manqal” duelində beynəlxalq barbekü və yerli kabab ustaları iştirak ediblər. Bu dad “savaşı” festivalın ən maraqlı şoularından birinə çevrilib. Şeflər xüsusi reseptləri və bişirmə texnikaları ilə fərqli dadlar təqdim edib, tamaşaçılar isə bu əyləncəli kulinariya qarşıdurmasının şahidi olublar.
Kulinariya həvəskarları və peşəkar şef-aşpazlar arasında kulinariya yarışması da keçirilib. Hazırlanan yeməklər peşəkar münsiflər tərəfindən qiymətləndirilib və günün qalibi müəyyən olunub.
Axşam saatlarında isə musiqili proqram təqdim edilib.
Festival iyunun 14-də işini davam etdirəcək.
Festivalın ikinci günü də ləziz təqdimatlar və əyləncə ilə yadda qalacaq. “Steyk şou”da şef-aşpazlar steykləri hər biri özünəməxsus hazırlanma üsulu ilə bişirəcək. Təqdimat zamanı onlar kulinariya sirlərini, bişirmə texnikalarını və xüsusi məsləhətlərini tamaşaçılarla bölüşəcəklər. Həmin günün musiqili proqramı isə festivalı daha da rəngarəng edəcək.
Beləliklə, iki gün ərzində Meysəri kəndi ləzzətli təamlar və səmimi ünsiyyət məkanına çevriləcək.
Xəbər lenti
Hamısına baxMədəniyyət
28 Sentyabr 11:05
Gündəm
28 Sentyabr 11:04
Sosial
28 Sentyabr 10:40
Sosial
28 Sentyabr 10:39
Dünya
28 Sentyabr 10:39
YAP xəbərləri
28 Sentyabr 10:17
YAP xəbərləri
28 Sentyabr 10:05
YAP xəbərləri
28 Sentyabr 10:02
YAP xəbərləri
28 Sentyabr 10:00
YAP xəbərləri
28 Sentyabr 09:55
Dünya
28 Sentyabr 09:45
Hadisə
28 Sentyabr 09:17
Dünya
28 Sentyabr 08:50
Dünya
28 Sentyabr 08:23
Siyasət
28 Sentyabr 07:24
Xəbər lenti
27 Sentyabr 23:33
Hərbi
27 Sentyabr 23:11
Siyasət
27 Sentyabr 22:25
İdman
27 Sentyabr 21:39
Dünya
27 Sentyabr 20:18
Siyasət
27 Sentyabr 20:00
Dünya
27 Sentyabr 19:21
Dünya
27 Sentyabr 18:35
YAP xəbərləri
27 Sentyabr 17:45
Dünya
27 Sentyabr 17:18
Dünya
27 Sentyabr 16:32
Sosial
27 Sentyabr 15:17
YAP xəbərləri
27 Sentyabr 14:06
Dünya
27 Sentyabr 13:19
Dünya
27 Sentyabr 12:38
Dünya
27 Sentyabr 11:20
Siyasət
27 Sentyabr 10:46
Gündəm
27 Sentyabr 10:36
Gündəm
27 Sentyabr 09:08
Siyasət
27 Sentyabr 08:26
Formula 1
27 Sentyabr 08:15
Siyasət
27 Sentyabr 07:25
Hadisə
26 Sentyabr 23:29
MEDİA
26 Sentyabr 22:46
Sosial
26 Sentyabr 21:16
Maraqlı
26 Sentyabr 20:46
YAP xəbərləri
26 Sentyabr 20:25
Dünya
26 Sentyabr 19:20
Dünya
26 Sentyabr 18:35
Gündəm
26 Sentyabr 18:31
Gündəm
26 Sentyabr 17:44
Dünya
26 Sentyabr 17:24
Gündəm
26 Sentyabr 16:20
Dünya
26 Sentyabr 16:19
Dünya
26 Sentyabr 15:32
Dünya
26 Sentyabr 15:10
Dünya
26 Sentyabr 14:45
Dünya
26 Sentyabr 14:17
Dünya
26 Sentyabr 13:59
Dünya
26 Sentyabr 13:25
Sosial
26 Sentyabr 12:44
Siyasət
26 Sentyabr 12:42
İqtisadiyyat
26 Sentyabr 12:40
Gündəm
26 Sentyabr 12:35
Gündəm
26 Sentyabr 12:13
Gündəm
26 Sentyabr 12:11
İqtisadiyyat
26 Sentyabr 11:45
Gündəm
26 Sentyabr 11:19
Analitik
26 Sentyabr 10:57
Xəbər lenti
26 Sentyabr 10:49
Xəbər lenti
26 Sentyabr 10:44
Siyasət
26 Sentyabr 10:22
Analitik
26 Sentyabr 09:41
Analitik
26 Sentyabr 09:17
Gündəm
26 Sentyabr 09:03

