Heydər Əliyevin quruculuq xətti ilə...
22.10.2022 [11:00]
44 il əvvəl əsası qoyulan Babək rayonu
Günel ABBASOVA
Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin quruculuq xətti ilə əsası qoyulan yaşayış məskənləri və infrastruktur obyektlərinin hazırda da böyük əhəmiyyət daşıdığı hər kəsə məlumdur.
Heydər Əliyev gələcəyi görür və bilirdi ki, illər sonra regionların inkişaf dinamikası hansı istiqamətdə olacaq. Və Onun təşəbbüsü ilə1978-ci il oktyabrın 23-də əsası qoyulan Babək rayonu (Naxçıvan Muxtar Respublikasında yerləşir) bu quruculuq xəttinin siyasi önəminin təcəssümüdür.
Heydər Əliyevin cəsarətli siyasəti
“Canım, varlığım qədər sevdiyim Azərbaycanım mənim qibləgahımdır”, - deyən ümummilli lider Heydər Əliyev öz adını tariximizə böyük xilaskar, qurucu rəhbər kimi yazdırıb. Ulu Öndərin Azərbaycana rəhbərliyinin birinci dövründə yaratdığı Babək rayonu da dahi şəxsiyyətin böyük quruculuq yadigarlarından biridir. Elə bir dövrdə rayona sosializm cəmiyyəti qurucularının adları deyil, məhz Azərbaycanın xalq qəhrəmanı Babəkin adının verilməsi Heydər Əliyevin Azərbaycana, onun tarixi keçmişinə olan sevgisinin göstəricisi idi. Ötən əsrin 70-ci illərində bu addımı yalnız Heydər Əliyev kimi iradəli, cəsarətli, daim azərbaycançılıq mövqeyindən çıxış edən bir şəxsiyyət ata bilərdi. Rayona xalq qəhrəmanı Babəkin adının verilməsi milli yaddaşın, təfəkkürün bərpası, eləcə də tarixi keçmişimizə ulu öndər Heydər Əliyev tərəfindən verilən ən yüksək qiymətin daha bir ifadəsi idi.
Həmin dövrün ictimai-siyasi mənzərəsini göz önünə gətirdikdə açıq-aşkar görünür ki, Babək rayonu, həm də ölkəmizin dağ və sərhəd rayonlarının möhkəmləndirilməsi və inkişafı siyasətinin məntiqi nəticəsi kimi meydana çıxıb. O dövrdə yeni bir rayonun təşkili, həm də bölgə əhalisinə rahatlıq, sosial-iqtisadi həyata yeni bir canlanma gətirib.
Babək rayonunun inkişaf mərhələləri
1 qəsəbə və 35 kəndi özündə birləşdirən, 828,4 kvadratkilometr əraziyə malik olan Babək rayonu zəngin tarixi keçmişə və bu tarixi özündə əks etdirən möhtəşəm mədəni irsə malikdir. Bu rayon şimal-qərbdə Ermənistan, cənubda İranla həmsərhəddir. Babək rayonu təşkil olunduğu gündən etibarən müxtəlif inkişaf mərhələlərindən keçib. Sovetlər Birliyi dövründə Heydər
Əliyev rayonun inkişafını, burada xalq təsərrüfatının müxtəlif sahələrinin yaradılmasını diqqətdə saxlayıb, mühüm qərarlar verib.
Ötən əsrin 90-cı illərində isə Babək rayonu ölkəmizdə yaranan xaos, özbaşınalıq, gərgin ictimai-siyasi vəziyyətin fonunda çətin və keşməkeşli günlər yaşayıb. Həmin vaxt rayonun ucqar dağ və sərhəd kəndləri tez-tez erməni hücumlarına məruz qalır, iqtisadi və sosial böhran dərinləşirdi. Babək rayonunun sakinləri də o çətin illərdə Naxçıvanda yaşayıb fəaliyyət göstərən ulu öndər Heydər Əliyevin ətrafında sıx birləşmişdi...
Müstəqillik illərində Babək rayonu da sürətlə inkişaf edərək ölkəmizin, eləcə də Naxçıvanın sosial-iqtisadi həyatında mühüm pay sahibinə çevrildi. Ümummilli lider Heydər Əliyevin quruculuq xəttini müasir şəraitdə davam və inkişaf etdirən ölkə rəhbəri İlham Əliyevin apardığı uğurlu siyasət Babək rayonunun sosial-iqtisadi inkişafında da özünü qabarıq şəkildə göstərməkdədir. Ölkə rəhbərinin himayəsi və iştirakı ilə rayonda tikilib istifadəyə verilən sosial obyektlər, əhalinin rifahının yaxşılaşdırılması sahəsində görülən işlər 44 illik inkişaf tarixinin şanlı salnaməsinə çevrilib.
Bu gün həm də muxtar respublika rəhbərinin diqqət və qayğısı ilə Babək rayonunun sosial mənzərəsi əsaslı şəkildə dəyişilib. Rayonda tikinti-quruculuq tədbirləri prioritet sahəyə çevrilib. Naxçıvan MR-in Ali Məclisi Sədri Vasif Talıbovun Babək rayonunun təşkil olunmasının 40 illiyi haqqında Sərəncamında da qeyd edildiyi kimi, Babək rayonu muxtar respublika iqtisadiyyatının inkişafında mühüm rol oynayır.
Mineral su mənbəyimiz
Babək rayonu təkcə Naxçıvanın yox, ümumilikdə ölkəmizin də iqtisadiyyatında önəmli bir rola malikdir. Babək rayonu, həm də mineral sularla zəngindir. Naxçıvan MR ərazisində 200-dən artıq mineral bulaq var, onlardan 50-si Babək rayonunda yerləşir. Rayondakı məşhur “Sirab” mineral bulaqlarının gündəlik debütü (su sərfi) 22477265 litrdir. “Sirab” suyu müalicə əhəmiyyətinə görə rayondakı “Qahab”, “Vayxır”, “Cəhri” və “Qızılvəng” mineral sularından üstündür. “Sirab” mineral suyu nəinki Azərbaycanda, eləcə də dünyanın bir çox ölkələrində yüksək tələbata malikdir.
Ötən dövrdə Babək rayonunda əhalinin keyfiyyətli içməli su ilə təmin edilməsi, kanalizasiya xətlərinin yenidən qurulması istiqamətində mühüm işlər görülüb. Son illərdə rayonun Şıxmahmud, Xəlilli, eləcə də, Şəkərabad kəndlərində içməli su və kanalizasiya şəbəkəsinin tikintisi başa çatdırılıb. Bu gün Babək rayonuna yolu düşən hər kəs əldə olunmuş nailiyyətlər qarşısında öz heyranlığını gizlədə bilmir. 44 il ərzində əldə olunan nailiyyətlər isə, bu rayonun təşkil olunması ilə bağlı göstərilən təşəbbüsün, verilən qərarın müdrikliyini bir daha təsdiq edir.
Xəbər lenti
Hamısına baxSiyasət
05 İyun 13:21
Sosial
05 İyun 12:36
Siyasət
05 İyun 12:23
Gündəm
05 İyun 12:11
Elanlar
05 İyun 12:02
Gündəm
05 İyun 11:57
Xəbər lenti
05 İyun 11:44
Gündəm
05 İyun 11:37
İqtisadiyyat
05 İyun 11:34
Gündəm
05 İyun 11:25
Elm
05 İyun 11:23
Siyasət
05 İyun 11:11
Sosial
05 İyun 11:10
Gündəm
05 İyun 10:51
İqtisadiyyat
05 İyun 10:32
Gündəm
05 İyun 10:29
Analitik
05 İyun 10:16
Analitik
05 İyun 09:58
Analitik
05 İyun 09:34
Sosial
05 İyun 09:16
Sosial
05 İyun 08:53
Ədəbiyyat
05 İyun 08:30
İdman
04 İyun 23:42
Dünya
04 İyun 23:42
Hadisə
04 İyun 23:17
Dünya
04 İyun 22:59
Siyasət
04 İyun 22:53
Dünya
04 İyun 22:26
Dünya
04 İyun 21:43
Dünya
04 İyun 21:19
Dünya
04 İyun 20:45
İqtisadiyyat
04 İyun 20:27
Dünya
04 İyun 20:11
Maraqlı
04 İyun 19:53
Dünya
04 İyun 19:30
Dünya
04 İyun 19:18
YAP xəbərləri
04 İyun 19:07
Dünya
04 İyun 18:35
Dünya
04 İyun 18:15
Dünya
04 İyun 17:41
Dünya
04 İyun 17:12
Dünya
04 İyun 16:58
YAP xəbərləri
04 İyun 16:25
Dünya
04 İyun 16:23
YAP xəbərləri
04 İyun 16:21
Dünya
04 İyun 15:54
Dünya
04 İyun 15:31
Dünya
04 İyun 15:10
Dünya
04 İyun 14:49
İqtisadiyyat
04 İyun 14:42
İqtisadiyyat
04 İyun 14:40
Sosial
04 İyun 14:34
Siyasət
04 İyun 14:33
Xəbər lenti
04 İyun 14:25
Dünya
04 İyun 14:22
Siyasət
04 İyun 14:20
Sosial
04 İyun 14:07
Dünya
04 İyun 13:54
Dünya
04 İyun 13:20
Dünya
04 İyun 13:08
Dünya
04 İyun 12:46
Dünya
04 İyun 12:30
Gündəm
04 İyun 12:19
Siyasət
04 İyun 12:04
İqtisadiyyat
04 İyun 11:50
Sosial
04 İyun 11:26
Gündəm
04 İyun 11:25
Xəbər lenti
04 İyun 11:01
Sosial
04 İyun 11:00
Sosial
04 İyun 10:54

