Zəfərimiz filmlərdə
01.09.2022 [11:01]
Murad KÖHNƏQALA
Kino - incəsənətin ən dinamik sahəsi, həyatın bütün rənglərini əks etdirməyə qadir canlı palitrasıdır. Yaşamın bədii inikasıdır kino.
Böyük fransız rejissoru Qodar deyirdi: “Foto həyatın gerçək üzüdür, kino isə saniyədə 24 dəfə gerçək üzü”.
Azərbaycan Mədəniyyət Nazirliyi “Qarabağ - Vətən Müharibəsi” şərti adlı 8 bölümlü bədii serialın çəkilməsi ilə bağlı elan etdiyi tenderə yekun vurub. Bu barədə məlumat dövlət satınalmalarının vahid internet portalına yerləşdirilib. Məlumata görə, qalib şirkətə 1,7 milyon manat (1 milyon ABŞ dolları) ödəniləcək.
Tenderin qalibi Türkiyənin “Bozdağ film” şirkəti olub. Bu şirkət tamaşaçılara “Kuruluş Osman”, “Destan”, “Mehmetçik” və bu kimi tarixi, hərbi-vətənpərvərlik mövzularında çəkdiyi məşhur serialları ilə tanışdır.
Bir müddət bundan əvvəl mədəniyyət nazirinin birinci müavini Elnur Əliyev Azərbaycan və Türkiyənin Vətən müharibəsi ilə bağlı birgə serial çəkdiyi barədə məlumat vermişdi. Nazir müavininin bildirdiyinə görə, artıq ekran əsərinin işçi adı məlumdur. Serialda türkiyəli və azərbaycanlı aktyorlar birgə rol alacaq. Filmin ilk bölümünün bu il noyabrın 8-də, Azərbaycanın Zəfər Günündə yayımlanması gözlənilir.
İndi gələk qələbə çaldığımız ildırımsürətli müharibəni filmə çevirmək məsələsinə.
Azərbaycan cəmiyyətində 44 günlük Vətən Müharibəsi haqqında əhatəli və ciddi bir əsərin yazılmadığı, layiqli filmin çəkilmədiyi barədə fikirlər tez-tez səslənir. Bu haqda müzakirələr bir qayda olaraq ittihamlar və müdafiə olunmalar formasında gedir. Tənqidçilər yüksək sənət nümunəsinin ortaya çıxmamasının səbəbini daha çox yaradıcı şəxslərin qeyri-peşəkarlığında, yaradıcı şəxslər (yazıçılar, rejissorlar) isə əsasən texniki imkanların yetərsizliyində görürlər. Əlbəttə, hər iki tərəfin haqlı olduğu məqamlar var, amma səbəblər müxtəlif olsa da, nəticə birdir: biz müharibə mövzusunda istədiyimiz filmi hələ çəkə bilməmişik. İndiyə qədər Qarabağ müharibəsindən bəhs edən “Fəryad”, “Arxada qalmış gələcək”, “Ağ atlı oğlan”, “Dolu” kimi maraqlı filmlərimiz ərsəyə gəlib. Lakin bu filmlər də I Qarabağ savaşında baş verənləri, günahsız insanların qətliamı, torpaqlarımızın itirilməsi, bir milyon soydaşımızın qaçqın düşməsi ilə nəticələnən insanlıq faciələrini tam mənası ilə əhatə etməkdə aciz görünür. Buna əsas səbəb kimi film sənayemizdə olan ümumi çatışmazlıqları göstərə bilərik, lakin onu da nəzərə almaq lazımdır ki, mürəkkəb siyasi keşməkeşlərlə müşayiət olunan Qarabağ hadisələrinin miqyası üç-dörd bədii filmə sığa bilməzdi.
Qorxu filmlərinin atası sayılan məşhur rejissor Alfred Hiçkok deyirdi: “Yaxşı bir filmin ortaya çıxması üçün üç şey əsasdır: ssenari, ssenari, yenə də ssenari”.
Demək, filmin özülü ssenaridir, rejissor işi və oyunçuluq da bu özül üzərində qurulub inkişaf edir. Azərbaycanın film sektorunda yaxşı ssenaristlər olsa da, etiraf etmək lazımdır ki, bu sahədə biz, məsələn, qardaş Türkiyədən azı on il geridəyik. Türkiyənin serial bazarında brend olan məşhur film şirkəti ilə əməkdaşlıq, zənnimcə, Azərbaycanın kino sənayesinə çox şey qazandıracaq. Biz zəfərlə bitən müharibəni canlandıran ekran əsəri ilə yanaşı uğurlu ssenarinin sirlərinə yiyələnmək, təcrübəli sənətkarlardan rejissor işinin incəliklərini öyrənmək, mükəmməl aktyor dərsləri almaq fürsəti də qazanacağıq.
Qardaş ölkə ilə birgə film çəkilişinə dodaq büzənlər, bacarıqsızlıq və natamamlıq kompleksinə girməyə bəhanə axtaranlar bilməlidirlər ki, bütün dünya belə təcrübədən istifadə edir. Dünya kino tarixində bir neçə ölkənin müştərək film istehsal etməsi ənənəsi kinonun yenicə yarandığı vaxtdan - səssiz filmlərin ortaya çıxmasından bəri mövcuddur. Sənəti öyrənmək, təcrübəni bölüşmək, yenilənmək hər bir mədəni toplumun tənəffüs sisteminə bərabərdir.
Nə xoş ki, Türkiyənin Halit Ergenç, Levent Can, Onur Saylak, Okan Yalabık kimi qüdrətli aktyorları, Fatih Akın, Çağan Irmak, Metin Günay, Serdar Akar kimi güclü rejissorları, ədəbiyyat, fəlsəfə, psixologiya bilicisi olan intellektual ssenaristləri var. İki qardaş ölkənin - Azərbaycanla Türkiyənin başqa sahələrdə olduğu kimi film sənayesində də birgə işləməyə, əməkdaşlığa başlaması hər iki tərəf üçün sevindirici haldır. Qutlu olsun!
Xəbər lenti
Hamısına baxMaraqlı
01 May 16:39
YAP xəbərləri
01 May 15:50
Dünya
01 May 15:22
Siyasət
01 May 14:53
Siyasət
01 May 14:52
YAP xəbərləri
01 May 14:52
Mədəniyyət
01 May 14:50
Dünya
01 May 14:45
Dünya
01 May 14:17
İdman
01 May 13:52
Hərbi
01 May 13:47
Sosial
01 May 13:45
Sosial
01 May 13:41
Dünya
01 May 13:25
Gündəm
01 May 13:19
Siyasət
01 May 13:19
Sosial
01 May 13:18
Dünya
01 May 12:58
YAP xəbərləri
01 May 12:53
Sosial
01 May 12:42
İqtisadiyyat
01 May 12:41
Sosial
01 May 12:40
Sosial
01 May 12:39
Siyasət
01 May 12:32
Sosial
01 May 12:29
Siyasət
01 May 12:26
Dünya
01 May 12:21
Siyasət
01 May 11:42
Siyasət
01 May 11:27
MEDİA
01 May 11:24
Gündəm
01 May 11:17
Siyasət
01 May 11:07
Analitik
01 May 11:01
Gündəm
01 May 10:52
Siyasət
01 May 10:39
Gündəm
01 May 10:16
Gündəm
01 May 09:54
İqtisadiyyat
01 May 09:30
Analitik
01 May 09:13
Sosial
01 May 08:51
Sosial
01 May 08:39
Gündəm
30 Aprel 23:59
Dünya
30 Aprel 23:37
Dünya
30 Aprel 23:19
Dünya
30 Aprel 22:56
İqtisadiyyat
30 Aprel 22:41
İqtisadiyyat
30 Aprel 22:16
İdman
30 Aprel 22:02
Hadisə
30 Aprel 21:56
Dünya
30 Aprel 21:54
Dünya
30 Aprel 21:38
Dünya
30 Aprel 21:20
Dünya
30 Aprel 20:48
Xəbər lenti
30 Aprel 20:32
İqtisadiyyat
30 Aprel 20:17
Dünya
30 Aprel 19:52
Dünya
30 Aprel 19:25
Dünya
30 Aprel 19:10
Xəbər lenti
30 Aprel 18:54
Siyasət
30 Aprel 18:52
Dünya
30 Aprel 18:22
Dünya
30 Aprel 18:13
YAP xəbərləri
30 Aprel 18:11
Dünya
30 Aprel 17:32
Xəbər lenti
30 Aprel 17:11
YAP xəbərləri
30 Aprel 16:52
Siyasət
30 Aprel 16:49
Mədəniyyət
30 Aprel 16:40
Gündəm
30 Aprel 16:40
YAP xəbərləri
30 Aprel 16:11
| B | Be | Ça | Ç | Ca | C | Ş |
| 1 | 2 | |||||
| 3 | 4 | 5 | 6 | 7 | 8 | 9 |
| 10 | 11 | 12 | 13 | 14 | 15 | 16 |
| 17 | 18 | 19 | 20 | 21 | 22 | 23 |
| 24 | 25 | 26 | 27 | 28 | 29 | 30 |
| 31 |

