Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Xəbər lenti / Ekoloji terrora “STOP!”

Ekoloji terrora “STOP!”

18.08.2022 [10:25]

N.DİLQƏMLİ

Artıq bütün dünyada Ermənistanın ölkəmizə qarşı yalnız hərbi sahədə deyil, ekologiya sahəsində də çoxsaylı terror aktlarını törətməsi faktı öz təsdiqini tapıb. 30 ilə yaxın müddətdə işğal altında saxlanılan torpaqlarımızda insanlıqdan uzaq hərəkətlər, vəhşiliklər edilib.

Törədilən ekoloji terrorun nəticəsidir ki, dədə-baba yurdlarımızda 100 illər ərzində əmələ gələn torpağın münbit qatı məhv edilib, flora və faunaya böyük zərər dəyib. Bunun nəticəsidir ki, bir çox bitki və heyvan növləri məhv edilib, digər bir qismi isə yox olmaq təhlükəsi ilə üz-üzədir. Uzun illərdir davam edən ekoloji terror faktları bu gün də davam edir. Artıq bir neçə gündür Azərbaycan ərazilərində qeyri-qanuni məskunlaşmış ermənilərin Laçında və ətraf ərazilərdə ekoloji terror törətdikləri barədə faktlar mediada yayılmaqdadır. Ermənilərin torpaqlarımızdan çıxarkən törətdikləri tragikomik hadisələr də unudulmayıb. İndi isə oxşar ssenari davam edir. Evləri məhv etməmələri üçün pul vəsaiti alacaqları üçün bu dəfə meşələri, yaşıllıq əraziləri yandıran ermənilər üçün bu hərəkətlər heç də qeyri-adi hesab olunmur.

Bu istiqamətdə müvafiq qurumlar tərəfindən problemin həlli, həqiqətlərin dünya ictimaiyyətinin diqqətinə çatdırılması üçün işlər görülür, nüfuzlu beynəlxalq qurum və təşkilatlar məlumatlandırılırlar.

Belə tədbirlərdən biri də dünən baş tutub. Avqustun 17-də Beynəlxalq Avrasiya Mətbuat Fondunun ofisində Azərbaycan Respublikasında fəaliyyət göstərən ekolojiyönümlü qeyri-hökumət təşkilatlarının Azərbaycan ərazilərində qeyri-qanuni məskunlaşmış ermənilərin Laçında və ətraf ərazilərdə ekoloji terror törətməsi ilə bağlı mətbuat konfransı keçirilib.

Tədbirdə çıxış edənlər “Avrasiya Miqrasiya Təşəbbüsləri Platforması” İctimai Birliyinin sədri Azər Allahverənov, Beynəlxalq Avrasiya Mətbuat Fondunun prezidenti Umud Mirzəyev, “Yaşıl Dünya Ekoloji Maarifləndirmə İctimai Birliyinin sədri Elman Cəfərli və başqaları ermənilərin Laçında və ətraf ərazilərdə ekoloji terror törətməsi ilə bağlı baş verən hadisəni pisləyib, bütün bunların ətraf mühitə qəsdən zərər vurmaq olduğunu deyiblər. Həmin proses Azərbaycana və Azərbaycan xalqına qarşı patoloji nifrət bəsləyən ermənilərin həm də təbiətə, təbii sərvətlərimizə, ekoloji mühitə qarşı münasibətinin bariz nümunəsidir. Qeyd olunub ki, Azərbaycan Respublikası ekoloji tarazlığın qorunması, vətəndaşlarının sağlam ətraf mühitdə yaşamasının təmini üçün daim çalışır və bu prosesdə də qeyri-hökumət təşkilatları yaxından iştirak edirlər.

Çıxışlardan sonra tədbirin yekunu olaraq Azərbaycan Respublikasında fəaliyyət göstərən ekolojiyönümlü qeyri-hökumət təşkilatlarının Azərbaycan ərazilərində qeyri-qanuni məskunlaşmış ermənilərin Laçında və ətraf ərazilərdə ekoloji terror törətməsi ilə bağlı beynəlxalq təşkilatlara müraciəti səsləndirilib.

“Yeni Azərbaycan” qəzeti həmin müraciətin mətnini təqdim edir:

“Biz, Azərbaycanda fəaliyyət göstərən qeyri-hökumət təşkilatları olaraq Azərbaycan ərazilərində dünyanın müxtəlif ölkələrindən gətirilib, qeyri-qanuni məskunlaşdırılmış erməni əhalisinin son günlər Laçın rayonu və ətraf ərazilərdə meşə yanğınları törətməsi ilə bağlı narahatçılığımızı Sizə bildiririk.

Məlumat üçün qeyd edək ki, 10 noyabr 2020-ci il tarixində Üçtərəfli bəyanatın müvafiq bəndlərinə uyğun olaraq Laçın rayonu və onun ətrafında olan ərazilər Azərbaycan Respublikasına təhvil verilməli idi. Bu proses hazırda yekunlaşmaq üzrədir və 2022-ci ilin avqust ayının sonuna kimi həmin ərazidə qanunsuz məskunlaşmış insanlar kimliyindən asılı olmayaraq bölgədən çıxarılmalıdır.

Laçın rayonu və ətraf kəndlərdə 30 ilə yaxın müddətdə qanunsuz yaşamış bu şəxslər ərazini tərk edərkən ətrafdakı uzun əsrlik meşələri yandırır və ekoloji terror törədirlər. İşğal dövründə Topxana meşələrindən başlayaraq Cəbrayıl, Zəngilan, Qubadlı, Kəlbəcər, Şuşa meşələrini yandıran, Üçtərəfli bəyanatdan sonra Kəlbəcər və digər ərazilərimizdən çıxarkən meşələri, evləri, tarixi-mədəni abidələri məhv etməklə kifayətlənməyən ermənilər indi də Laçın ərazisindəki meşə ərazilərimizi yandıraraq ətraf mühitə qəsdən zərər vururlar. Ən dəhşətlisi isə budur ki, yerin üstünü vandalcasına məhv etdikləri az deyilmiş kimi yerin altını da başdan-başa minalarla çirkləndirirlər.

Bu gün Azərbaycan torpaqlarında törədilən bu çirkin əməllər təkcə Azərbaycan xalqına qarşı deyil, külli-bəşəriyyətə və insanlığa qarşı yönəlmiş cinayətdir”.

Müraciətdə bildirilir ki, Azərbaycan Respublikası ekoloji tarazlığın qorunması, vətəndaşlarının sağlam ətraf mühitdə yaşamasının təmini üçün daim çalışır və bu prosesdə də qeyri-hökumət təşkilatları yaxından iştirak edir:

“Biz bir qrup vətəndaş cəmiyyəti təşkilatları olaraq erməni əhalisinin Laçın rayonu və bütövlükdə Qarabağ ərazilərində apardıqları ekoloji terroru pisləyir və beynəlxalq təşkilatlardan bu məsələ ilə bağlı dəyərləndirmə aparmalarını, eləcə də bu qeyri-insani əməllərin beynəlxalq səviyyədə qınanmasına dəstək göstərmələrini xahiş edirik”.

Paylaş:
Baxılıb: 97 dəfə

Xəbər lenti

Hamısına bax

Xəbər lenti

Xəbər lenti

Xəbər lenti

Sosial

Xəbər lenti

MEDİA

Xarici siyasət

Xəbər lenti

Prezident bu gün

Prezident bu gün

01 Oktyabr 10:21

Siyasət

Xəbər lenti

Xəbər lenti

Xəbər lenti

Qızıl bahalaşıb

30 Sentyabr 12:44

Arxiv
B Be Ça Ç Ca C Ş
1
2 3 4 5 6 7 8
9 10 11 12 13 14 15
16 17 18 19 20 21 22
23 24 25 26 27 28 29
30 31