İqtisadi, sosial islahatlar hərbi qüdrətimizi də möhkəmləndirir
17.01.2022 [11:17]
Bu günlərdə yerli televiziya kanallarına müsahibəsində 2021-ci ildə respublikamızda iqtisadi, sosial sahələrdə görülən işləri açıqlayan, Azərbaycan ilə Ermənistan arasındakı münasibətlərə, işğaldan azad edilmiş ərazilərdə aparılan yenidənqurma işlərinə aydınlıq gətirən, ölkəmizin diplomatiya sahəsində qazandığı uğurlardan bəhs edən Prezident İlham Əliyev inkişaf modelimizin başlıca amili olan iqtisadi və siyasi islahatların paralel davam etdirildiyini reallıqlarla təsdiqlədi.
İkinci Qarabağ müharibəsinin davam etdiyi müddətdə belə ölkə iqtisadiyyatının 5, qeyri-neft iqtisadiyyatının 7,2 qeyri-neft sənayesinin 20 faizə yaxın artması düşünülmüş siyasətin uğurlu nəticəsidir. Artan valyuta ehtiyatları hesabına xüsusilə, işğaldan azad edilmiş ərazilərdə aparılan quruculuq işləri, yol infrastrukturunun yenilənməsi, kommunikasiya və enerji ilə təminat sahələrində heyrət doğuran bərpa-qurucuq işləri davam etməkdədir. « Xüsusilə Qarabağ və Şərqi Zəngəzur bölgələrində və ölkəmizin digər yerlərində investisiya proqramı tam icra edilmişdir» sözləri ilə bərpa işlərinin genişmiqyasda aparıldığını qeyd edən Prezident İlham Əliyevin vurğuladığı kimi, iqtisadi və siyasi müstəqillik sayəsində yaranan güclü maliyyə potensialı xalqımıza Zəfər sevincini yaşatdı.
Qeyd olunduğu kimi, Azərbaycan bəlkə də nadir ölkələrdəndir ki, milli valyuta sabitdir. Bu sabitlik ölkədə qeyri-neft sektorunun inkişafının təməli sayılmaqla, investorlar və iş adamlarının səmərəli fəaliyyətini tənzimləyir. Ölkə üzrə qeyri-neft sektorunun 40 faizdən çox artması dövlət büdcəsinin daxili istehlak hesabına artmasını şərtləndirir.
Müharibədən təzə çıxmış ölkə üzrə büdcə xərcləri təxminən 30 milyard manata çatması ölkə iqtisadiyyatının uğurlu özəl mənzərəsini əks etdirir. Dünyada siyasi nüfuzu möhkəmlənən, iqtisadi, müdafiə qüdrəti artan Azərbaycanda sosial sahədə həyata keçirilən layihələr o deməkdir ki, Prezident İlham Əliyevin bütün sahələr üzrə müəyyənləşdirdiyi siyasət özünü doğrultmaqla bir-birini tamamlayır.
Dövlət siyasətinin əsasında insan amilinin dayandığını sosial sahədə aparılan biri-birindən əhəmiyyətli islahatlar da təsdiqləyir. Davam edən pandemiya dövründə aztəminatlı ailələrə, sahibkarlara edilən güzəştlər, həyat şəraitlərinin yaxşılaşması naminə tətbiq olunan sosial paketlər, İkinci Qarabağ müharibəsində qəhrəmanlıq göstərən şəhid ailələrinin, qazilərin mənzil-məişət şaritinin yaxşılaşdırılması üçün həyata keçirilən layihələrin hər biri möhkəmlənən iqtisadi qüdrətimizin nümunəsidir. Bu reallığı Prezident İlham Əliyevin müsahibəsində səsləndirdiyi «Dünyada bir çox ölkələr müharibə şəraitində olublar. O ölkələrin təcrübəsini biz bilirik, öyrənirik. Görürük ki, Azərbaycanda şəhid ailələrinə, qazilərə və müharibədən əziyyət çəkmiş insanlara göstərilən diqqət doğrudan da nümunəvi sayıla bilər. Çünki elə təşəbbüslər irəli sürülür ki, başqa ölkələrdə biz buna rast gəlmirik» sözlər də təsdiqləyir. Ölkəmizdə bu kateqoriyadan olan 10 minə yaxın insan mənzillərlə, 7.400 minik avtomobili ilə təmin olunub. Birinci Qarabağ müharibəsi şəhidlərinin ailələrinə və qazilərinə evlər verilib. İkinci Qarabağ müharibəsinin iştirakçıları, qazilər və şəhid ailələri üçün 750 mənzilin ayrılması bu prosesin davam etdirilməsi ölkə iqtisadiyyatının uğurlu inikşafı ilə bağlıdır.
Qısa müddətdə Füzuli Beynəlxalq Hava Limanın açılması, Zəfər yolunun inşasının başa çatdırılması, Kəlbəcərdə, Laçında, Zəngilanda, Qubadlıda 700 kilometrə yaxın yolun çəkilməsi, elektrik stansiyalarının istifadəyə verilməsi böyük fədakarlıq tələb edən siyasətdir.
Göygöldən Kəlbəcərə uzunluğu 11, Kəlbəcərlə Laçın arasında 4 kilometr uzunluğu olan ikinci tunelin, Bərdə-Ağdam avtomobil yolunun inşası, digər kommunikasiuaların başa çatdırılması xeyli vəsait tələb etsə də iqtisadi və maliyyə imkanları artan Azərbaycan bu sahədə də nümunə göstərəcək. Dünya siyasətinin aktual mövzularından olan Zəngəzur dəhlizinin, dəmir yolunun bərpası da diqqət mərkəzindədir. Horadiz-Ağbənd-Zəngəzur dəhlizinin bir parçası olan Bərdə-Ağdam dəmir yolunun inşasına başlanılması Zəngəzur dəhlizinin bərpasına əminliyi artırır. Ötən il görülən işlərin hesabatı kimi dəyərləndirilən bu müsahibədə Prezident İlham Əliyev ölkə vətədaşları üçün maraqlı olan bütün sahələrə aydınlıq gətirməklə daha da gücləndirilən Azərbaycan Silahlı Qüvvələrinin uğurlarından bəhs etmiş, Ermənistanın revanşist çağırışlarının qarşısının alınacağını bildirmişdir.
Azər Süleymanov
YAP Nəsimi rayon təşkiatının sədri
Xəbər lenti
Hamısına baxİdman
10 İyul 08:22
Dünya
09 İyul 23:32
Sosial
09 İyul 23:17
Dünya
09 İyul 22:45
İqtisadiyyat
09 İyul 22:19
Dünya
09 İyul 22:03
İdman
09 İyul 21:59
İdman
09 İyul 21:50
Hərbi
09 İyul 21:24
Sosial
09 İyul 21:09
Sosial
09 İyul 20:43
Dünya
09 İyul 20:43
Dünya
09 İyul 20:18
Dünya
09 İyul 19:52
Dünya
09 İyul 19:25
Dünya
09 İyul 19:07
Müsahibə
09 İyul 18:37
İqtisadiyyat
09 İyul 17:20
Dünya
09 İyul 17:19
Elanlar
09 İyul 16:49
İqtisadiyyat
09 İyul 16:35
Siyasət
09 İyul 16:34
Sosial
09 İyul 16:32
Dünya
09 İyul 16:32
Gündəm
09 İyul 16:31
Dünya
09 İyul 16:24
Elm
09 İyul 15:22
Elm
09 İyul 15:21
YAP xəbərləri
09 İyul 15:18
Sosial
09 İyul 14:45
İqtisadiyyat
09 İyul 14:21
İqtisadiyyat
09 İyul 13:22
Sosial
09 İyul 12:55
Sosial
09 İyul 12:50
Sosial
09 İyul 12:15
İdman
09 İyul 12:13
Elm
09 İyul 12:02
YAP xəbərləri
09 İyul 11:45
İqtisadiyyat
09 İyul 11:40
Gündəm
09 İyul 11:35
İqtisadiyyat
09 İyul 11:15
Siyasət
09 İyul 11:03
İqtisadiyyat
09 İyul 10:50
Dünya
09 İyul 10:41
Siyasət
09 İyul 10:39
Dünya
09 İyul 10:17
İqtisadiyyat
09 İyul 10:08
Dünya
09 İyul 09:52
Analitik
09 İyul 09:50
Analitik
09 İyul 09:42
Ədəbiyyat
09 İyul 09:36
Ədəbiyyat
09 İyul 09:29
Dünya
09 İyul 09:20
Dünya
09 İyul 08:43
Dünya
08 İyul 23:35
İqtisadiyyat
08 İyul 23:19
Dünya
08 İyul 22:46
Dünya
08 İyul 22:19
Sosial
08 İyul 21:55
Dünya
08 İyul 21:23
Dünya
08 İyul 20:42
Hadisə
08 İyul 20:17
Dünya
08 İyul 19:58
Dünya
08 İyul 19:20
Elm
08 İyul 19:14
YAP xəbərləri
08 İyul 18:55
Dünya
08 İyul 18:25
Dünya
08 İyul 17:43
Dünya
08 İyul 16:31
Sosial
08 İyul 16:30

