Əhaliyə ödənişlər üzrə xərclər 5 milyard olacaq
30.12.2021 [10:39]
DSMF ilin yekunlarına dair mətbuat konfransı keçirib
Dövlət Sosial Müdafiə Fondunun “2021-ci ilin yekunlarına dair” mətbuat konfransı keçirilib. Hesabatda bir sıra məsələlər barədə geniş ictimaiyyətə məlumat verilib.
Pensiya xərcləri nə qədər artıb?
“2021-ci ildə sosial ödənişlər üzrə cəmi xərclər 5 milyard 920 milyon manat olub. Bu, 2018-ci ilin 1 yanvarı ilə münasibətdə 49 faiz artım deməkdir. Son 4 ildə sosial ödənişlər 1 milyard 951 milyon manat artıb”. Bunu Dövlət Sosial Müdafiə Fondunun (DSMF) İdarə Heyətinin sədri Himalay Məmişov ilin yekunları ilə bağlı keçirilən mətbuat konfransında bildirib. Onun sözlərinə görə, pensiya xərcləri bu il 2017-ci illə müqayisədə 40 faiz artaraq 4 milyard 591 milyon manat olub: “Müavinət xərcləri 2,1 dəfə artaraq 590 milyon manat olub. Təqaüd xərcləri 4,5 dəfə artaraq 417 milyon manat təşkil edib. Məcburi dövlət sosial sığorta isə 32 faiz artaraq 125 milyon manat olub”.
Əmək pensiyalarının orta aylıq məbləği nə qədər olacaq?
Hesabatda bildirilib ki, 2021-ci il üzrə əmək pensiyalarının gözlənilən orta aylıq məbləği 331 manat təşkil edir. H.Məmişov 2022-ci il üzrə gözlənilən məbləği açıqlayıb: “Yaşa görə əmək pensiyaların gözlənilən orta aylıq məbləği 358 manat, 2022-ci il üzrə bu proqnoz isə 375 manatdır”. O qeyd edib ki, əmək pensiyalarının minimum məbləği bu il 200 manat olub.
DSMF gözlənilən gəlirlərinin həcmi
H.Həşimovun sözlərinə görə, Dövlət Sosial Müdafiə Fondunun gəlirləri 5 milyard 152 milyon manat həcmində gözlənilir. O bildirib ki, bu 2020-ci ilin gəlirləri ilə müqayisədə 8,5 faiz çoxdur: “Məcburi Dövlət Sosial Sığorta (MDSS) haqları 3 milyard 810 milyon manat gözlənilir ki, bu da 2020-ci illə müqayisədə 7,2 faiz çoxdur”.
H.Məmişov qeyd edib ki, büdcə təşkilatları üzrə daxilolmaların 1 milyard 380 milyon manat, qeyri-büdcə təşkilatları üzrə daxilolmaların isə 2 milyard 430 milyon manat olması gözlənilir.
“Bu il dövlət büdcəsindən transfertin həcmi 1 milyard 313, 3 milyon manat təşkil edir”, - deyə o qeyd edib.
Fond sədri həm də DSMF-nin xərcləri barədə suallara da cavab verib: “Dövlət Sosial Müdafiə Fondunun 2021-ci il üzrə gözlənilən xərcləri 4 milyard 841 milyon manatdır ki, bu da ötən dövrlə müqayisədə 2,8 faiz çoxdur”.
Onun sözlərinə görə, 2022-ci il DSMF-nin xərclər üzrə proqnozu 5 milyard 307 milyon manat olacaq: “Bu il əhaliyə ödənişlər 4 milyard 716 milyon manat olub ki, bunun 4 milyard 591 milyon manatı əmək pensiyaları, 125 milyon manatı MDSS üzrə müavinət, 125 milyon manatı digər xərclər üzrə olub. Fondun gələn ilə əhaliyə ödənişlər üzrə proqnozlaşdırılan xərcləri 5 milyard manatdır”.
Əlilliyin dayandırılması işi həyata keçirilməyib
Konfransda çıxış edən Himalay Məmişov bu il nazirlik tərəfindən əlilliyin dayandırılması işinin həyata keçirilmədiyini bildirib. O bildirib ki, bu il 190 mindən artıq şəxsin əlillik müddəti bitib: “Müddəti bitən şəxslər təkrar müayinədən keçərək əlillik?ərini təkrar bərpa edə bilərlər. Təkrar əlillik müddəti təyin olunduqdan sonra şəxsin pensiya almadığı altı aylıq sosial ödənişi onlara ödənilir”.
H.Məmişov qeyd edib ki, saxta əlilliyin ləğv edilməsi və dövlət büdcəsinə nə qədər vəsaitin ödənilməsi ilə bağlı rəqəmlər gələn ilin aprel-may aylarında açıqlanacaq.
Təqaüdün maksimum məbləği nə qədər olub?
DSMF-nin İdarə Heyətinin sədri təqaüdlərin maksimum məbləğini də açıqlayıb. O bildirib ki, bu dövrdə orta aylıq pensiya 60 faiz artaraq 331 manat təşkil edib: “Son dörd ildə yaşa görə orta aylıq pensiya 53 faiz artaraq 358 manata, əlilliyə görə orta aylıq pensiya 67 faiz artaraq 293 manata, ailə başçısını itirməyə görə orta aylıq pensiya 75 faiz artaraq 287 manata çatdırılıb”. H.Məmişov qeyd edib ki, bu dövrdə müavinətin orta məbləği 95 faiz, maksimum məbləği isə 65 faiz artıb: “Dörd illik dövrdə təqaüdün maksimum məbləği 54 faiz artaraq 2 000 manata çatdırılıb. Yaşayış minimumu isə 26 faiz artaraq 196 manat olub”.
Kirayədə qalanlar əlavə pul ala bilər
Mətbuat konfrasında o da nəzərə çatdırılıb ki, kirayədə qalmaq şəxslərin sosial yardım almasına maneə deyil. Bildirilib ki, vətəndaş sosial yardım almaq üçün müraciət edərkən kirayə qaldığı ilə bağlı məlumatları fonda təqdim edir: “Bundan sonra kirayə xərcləri də həmin vəsaitə əlavə olunur”.
Nicat Dilqəmli
Xəbər lenti
Hamısına baxDünya
19 Aprel 11:06
Dünya
19 Aprel 10:50
Dünya
19 Aprel 10:17
Siyasət
19 Aprel 09:45
Dünya
19 Aprel 09:22
Dünya
19 Aprel 08:51
İdman
19 Aprel 08:38
Dünya
19 Aprel 08:09
Siyasət
19 Aprel 08:03
Siyasət
19 Aprel 08:02
Siyasət
19 Aprel 08:00
Siyasət
19 Aprel 07:59
Elm
19 Aprel 07:55
Elm
19 Aprel 07:31
Siyasət
19 Aprel 02:16
Siyasət
19 Aprel 02:15
Siyasət
19 Aprel 02:14
Dünya
18 Aprel 23:35
Dünya
18 Aprel 23:19
İdman
18 Aprel 22:19
Dünya
18 Aprel 22:03
Sosial
18 Aprel 22:03
İdman
18 Aprel 21:38
Hadisə
18 Aprel 20:41
Dünya
18 Aprel 19:27
Dünya
18 Aprel 18:39
Sosial
18 Aprel 17:32
Siyasət
18 Aprel 17:23
Sosial
18 Aprel 16:21
Gündəm
18 Aprel 15:59
Sosial
18 Aprel 15:43
Hadisə
18 Aprel 14:35
Sosial
18 Aprel 13:28
Gündəm
18 Aprel 12:44
Gündəm
18 Aprel 11:21
Gündəm
18 Aprel 10:54
Siyasət
18 Aprel 10:31
Analitik
18 Aprel 10:18
Gündəm
18 Aprel 09:50
Analitik
18 Aprel 09:35
Mədəniyyət
18 Aprel 09:12
Ədəbiyyat
18 Aprel 08:57
Ədəbiyyat
18 Aprel 08:33
YAP xəbərləri
17 Aprel 23:53
Dünya
17 Aprel 23:52
YAP xəbərləri
17 Aprel 23:51
Dünya
17 Aprel 23:39
Sosial
17 Aprel 23:15
Dünya
17 Aprel 22:41
İqtisadiyyat
17 Aprel 22:33
Dünya
17 Aprel 22:16
Dünya
17 Aprel 21:58
İqtisadiyyat
17 Aprel 21:23
Gündəm
17 Aprel 21:09
Hadisə
17 Aprel 21:09
Dünya
17 Aprel 20:45
Dünya
17 Aprel 20:32
Sosial
17 Aprel 20:17
Dünya
17 Aprel 19:50
Gündəm
17 Aprel 19:25
Dünya
17 Aprel 19:21
Xəbər lenti
17 Aprel 19:10
Elm
17 Aprel 18:53
Dünya
17 Aprel 18:20
Dünya
17 Aprel 17:28
Dünya
17 Aprel 17:11
Gündəm
17 Aprel 16:36
Dünya
17 Aprel 16:34
YAP xəbərləri
17 Aprel 16:13
Dünya
17 Aprel 16:10

