QHGT-nın Forumu
25.06.2024 [10:40]
Gənclər də iqlim fəaliyyətinə töhfə verir...
Bütün dünyanın aktual problemlərindən olan iqlim dəyişiklikləri ilə bağlı məsələlərin həllində cəmiyyətin bütün üzvlərinin iştirakı vacibdir. Xüsusilə gənclərin qlobal problemlərə aid müzakirələrə qoşulması son dərəcə təqdirəlayiqdir.
Məlum olduğu kimi, iyunun 20-də Bakıda Qoşulmama Hərəkatı Gənclər Təşkilatının (QHGT) təşkil etdiyi QHGT İqlim Fəaliyyəti Forumunun açılış mərasimi baş tutmuşdu. Forumda gənclərin iqlim fəaliyyətində iştirakının vacibliyi, bu istiqamətdə görülə biləcək işlər barədə müzakirələr aparılıb. 121 ölkənin gənclərini birləşdirən ən böyük beynəlxalq gənclər təşkilatı olan QHGT platformasının gənclərin iqlim fəaliyyətinə cəlb edilməsinin əhəmiyyəti vurğulanıb.
Bundan başqa, Forumda COP29-un gənclərin səsini eşitmək üçün gözəl fürsət olduğu diqqətə çatdırılıb. Bakı və Şamaxı şəhərlərində beş gün davam edən Foruma QHGT-nin bir sıra Milli Bölmələrinin nümayəndələri, yerli və əcnəbi gənclər, həmçinin dövlət qurumları və beynəlxalq təşkilatların nümayəndələri kimi yüksək səviyyəli qonaqlar və ekspertlər qatılıblar.
Dünən isə sözügedən Forumun bağlanış mərasimi baş tutub. Mərasimdə çıxış edən QHGT-nin Baş katibi Nigar Bağırlı tədbir iştirakçılarının beş gün ərzində Bakı və Şamaxı şəhərlərində keçirilən Forumda apardıqları fəal müzakirələrin və innovativ təkliflərin beynəlxalq iqlim prosesində önəmindən danışıb. Qeyd edib ki, müzakirələrin yekununda qəbul edilən sənəd COP29 Sədrliyinə təqdim olunacaq.
Azərbaycan Xarici İşlər Nazirliyinin Beynəlxalq Təhlükəsizlik idarəsinin rəisi, COP29-un baş danışıqçısının müavini Samir Becanov çıxışında gəncləri Forumu uğurla başa çatdırmaları münasibətilə təbrik edib. O, COP29 Sədrliyinin gənclərin iqlim danışıqlarında iştirakının dəyərindən bəhs edərək Qoşulmama Hərəkatına üzv ölkələrin gənclərini bu prosesdə fəal iştiraka çağırıb.
Forum müddətində gənc iştirakçılar mədəniyyətlərarası qarşılıqlı əlaqə yaratmaq üçün imkanlar əldə edib və xüsusilə mühüm qlobal problemlərin həlli üçün nəzərdə tutulmuş müxtəlif sessiyalara qatılıblar.
Qeyd edək ki, Qoşulmama Hərəkatı Gənclər Şəbəkəsi Prezident İlham Əliyevin təşəbbüsü ilə 2021-ci ildə yaradılıb. 2022-ci ilin iyulunda 60 dövlətin gənc nümayəndəsinin iştirakı ilə QH Gənclər Şəbəkəsi tərəfindən ilk dəfə keçirilən QH Gənclər Sammiti zamanı Şəbəkənin Təşkilata çevrilməsinə dair yekun sənəd olan Şuşa Akkordu qəbul edilib. Hazırda Qoşulmama Hərəkatı Gənclər Təşkilatının üzv dövlətlər üzrə 59 milli bölməsi nəzdində fəaliyyət göstərən yüzlərlə fəal gənc QH ölkələri arasında beynəlxalq dialoqa təkan verir.
Yeganə BAYRAMOVA
Xəbər lenti
Hamısına baxDünya
27 May 23:19
Gündəm
27 May 22:35
Dünya
27 May 21:40
Dünya
27 May 20:17
Dünya
27 May 19:25
Dünya
27 May 18:20
Dünya
27 May 17:31
Dünya
27 May 16:22
İdman
27 May 15:38
Hadisə
27 May 15:10
Dünya
27 May 14:59
Dünya
27 May 14:25
Mədəniyyət
27 May 13:41
Dünya
27 May 13:17
Dünya
27 May 12:59
Gündəm
27 May 12:23
Gündəm
27 May 11:35
Siyasət
27 May 11:19
Gündəm
27 May 10:52
Siyasət
27 May 10:36
Analitik
27 May 10:14
Sosial
27 May 09:57
Analitik
27 May 09:30
Analitik
27 May 09:15
Analitik
27 May 08:51
MEDİA
27 May 08:39
Siyasət
27 May 08:03
Siyasət
27 May 08:03
Sosial
27 May 07:54
Siyasət
27 May 07:44
Siyasət
27 May 07:42
Sosial
27 May 07:33
Siyasət
26 May 23:30
Siyasət
26 May 23:20
Sosial
26 May 23:19
Siyasət
26 May 22:59
Dünya
26 May 22:56
Siyasət
26 May 22:35
Siyasət
26 May 22:29
Siyasət
26 May 22:28
Siyasət
26 May 22:28
Siyasət
26 May 22:27
Dünya
26 May 22:24
Dünya
26 May 21:40
Sosial
26 May 21:38
Sosial
26 May 21:35
Sosial
26 May 21:17
Dünya
26 May 20:59
Dünya
26 May 20:25
Dünya
26 May 20:10
Dünya
26 May 19:41
Siyasət
26 May 19:32
Siyasət
26 May 19:32
YAP xəbərləri
26 May 19:28
Gündəm
26 May 19:25
İqtisadiyyat
26 May 19:13
Xəbər lenti
26 May 18:33
Gündəm
26 May 18:26
Gündəm
26 May 18:04
Siyasət
26 May 18:02
YAP xəbərləri
26 May 18:00
Dünya
26 May 17:20
Elm
26 May 17:19
Sosial
26 May 17:13
YAP xəbərləri
26 May 17:11
Sosial
26 May 17:11
Gündəm
26 May 17:09
Siyasət
26 May 17:08
İqtisadiyyat
26 May 17:07
Siyasət
26 May 16:59

