Bu gün Azərbaycan regionun lider dövlətidir
26.01.2024 [10:44]
YAP Ağdam rayon təşkilatının sədri
Mansur Quliyev
Azərbaycanın beynəlxalq təşkilatların fəal üzvü olması ölkəmizi nüfuzlu beynəlxalq tədbirlərin keçirildiyi məkana çevirmişdir. Azərbaycan beynəlxalq aləmdə etibarlı və strateji tərəfdaş kimi tanınmışdır. Ölkəmizin nüfuzlu beynəlxalq tədbirlərə evsahibliyi etməsi bu inamın göstəricisidir.
Müasir dünya siyasətində etibarlı tərəfdaş kimi tanınan, Cənubi Qafqaz regionunun lider ölkəsi olan Azərbaycan həm ikitərəfli münasibətlər, həm də beynəlxalq təşkilatlar çərçivəsində səmərəli və qarşılıqlı faydalı əməkdaşlıq əlaqələrini uğurla davam etdirir. Respublikamızın xarici siyasətinin səciyyəvi xüsusiyyətlərindən biri bu strateji kursun müstəqillik və suverenlik prinsiplərinə əsaslanmasıdır.
2001-ci ildən Azərbaycan AŞPA-yə üzvdür və bu müddət ərzində ölkəmiz üzrinə götürdüyü bütün öhdəlikləri layiqincə yerinə yetirmişdir. Azərbaycan Beynəlxalq hüququn norma və prinsiplərinə hər zaman hörmətlə yanaşan qüdrətli dövlətdir.
Təəssüf hissi ilə qeyd etmək lazımdır ki, AŞPA Azərbaycana problem yaratmaq, ölkəmizi gözdən salmaqdan başqa heç nə etməyib. Qərbdəki anti-Azərbaycan qüvvələr bu qurumdan ölkəmizə qarşı təzyiq vasitəsi kimi istifadə ediblər və bu gün də eyni siyasət davam edir. Bu gün Azərbaycana qarşı səslənən ittihamların heç bir əsası yoxdur. Nümayəndə Heyətinin bəyanatında da qeyd edildiyi kimi, 2001-ci ildən 2020-ci ilə qədər olan müddət ərzində AŞPA işğalçı Ermənistanı Avropa Şurasının əsas dəyər və prinsiplərinə zidd hərəkətlərinə görə cavab vermək barədə qınamadı.
Xüsusilə vurğulamaq lazımdır ki, bu gün regionda dayanıqlı sülhün, təhlükəsizliyin təmin olunması istiqamətində Azərbaycan hökuməti tərəfindən böyük işlər görülür, bu ardıcıl tədbirləri gözü götürməyən qüvvələr də öz məkrli oyunlarını davam etdirərək beynəlxalq nüfuzlarından istifadə edir, ölkəmizə qarşı qərəzli münasibət nümayiş etdirir, Cənubi Qafqazda sülhün təmin olunması prosesinə ciddi zərbə vururlar. Artıq bütün dünya Azərbaycanın haqlı tərəf olduğunu qəbul edir, beynəlxalq təşkilatlar da mütəmadi olaraq ölkəmizin sülh çağırışlarını yüksək qiymətləndirirlər. Lakin, Avropanın bir sıra dövlətlərini mövcud yanaşmalar qıcıqlandırır, bu da öz növbəsində məğlubiyyəti həzm edə bilməyən ermənipərəst qüvvələrin daha amansız və ədalətsiz fəaliyyətini davam etdirməsinə gətirib çıxarır.
Lakin nə AŞPA, nə də digər ermənipərəst qüvvələr Azərbaycanı öz haqq yolundan döndərə bilməz və bu cür ermənipərəst qüvvələr unutmamalıdırlar ki, Azərbaycan 30 il bundan əvvəlki dövlət deyil, bu gün Azərbaycan regionun lider dövlətidir və Beynəlxalq müstəvidə də əsas söz sahibi olan qüdrətli dövlətdir.
Təsadüfi deyil ki, Azərbaycanın iştirakı olmadan bu gün regionda heç bir layihə gerçəkləşdirilə bilməz. Hazırda Azərbaycan sahib olduğu bütün bu üstünlüklərlə milli dövlətlərin, o cümlədən güc mərkəzlərinin uzunmüddətli perspektiv üçün əməkdaşlıq münasibətlərini inkişaf etdirmək istədiyi tərəfdaş ölkələrdəndir.
Xəbər lenti
Hamısına baxGündəm
13 İyun 23:20
YAP xəbərləri
13 İyun 20:19
YAP xəbərləri
13 İyun 20:17
Xəbər lenti
13 İyun 19:50
YAP xəbərləri
13 İyun 18:58
YAP xəbərləri
13 İyun 18:15
YAP xəbərləri
13 İyun 16:21
Sosial
13 İyun 15:20
YAP xəbərləri
13 İyun 14:59
İdman
13 İyun 14:33
YAP xəbərləri
13 İyun 13:48
YAP xəbərləri
13 İyun 13:44
Gündəm
13 İyun 13:32
Gündəm
13 İyun 12:50
Siyasət
13 İyun 12:29
Gündəm
13 İyun 11:58
İqtisadiyyat
13 İyun 11:24
İqtisadiyyat
13 İyun 10:57
Siyasət
13 İyun 10:35
Sosial
13 İyun 10:13
Analitik
13 İyun 09:51
Analitik
13 İyun 09:38
Ədəbiyyat
13 İyun 09:15
Elm
13 İyun 08:52
Ədəbiyyat
13 İyun 08:30
Dünya
12 İyun 23:18
Dünya
12 İyun 22:40
Dünya
12 İyun 22:17
Dünya
12 İyun 21:59
YAP xəbərləri
12 İyun 21:34
Dünya
12 İyun 21:25
Dünya
12 İyun 20:42
Dünya
12 İyun 20:14
Maraqlı
12 İyun 19:56
Dünya
12 İyun 19:21
Dünya
12 İyun 18:35
Dünya
12 İyun 17:59
Dünya
12 İyun 17:24
Dünya
12 İyun 16:41
Dünya
12 İyun 16:14
İqtisadiyyat
12 İyun 15:47
Siyasət
12 İyun 15:47
Sosial
12 İyun 15:47
Sosial
12 İyun 15:46
Sosial
12 İyun 15:46
Sosial
12 İyun 15:45
İdman
12 İyun 15:30
İqtisadiyyat
12 İyun 15:23
Dünya
12 İyun 15:06
Dünya
12 İyun 14:45
İqtisadiyyat
12 İyun 14:43
İdman
12 İyun 14:42
Dünya
12 İyun 14:41
Dünya
12 İyun 14:41
YAP xəbərləri
12 İyun 14:40
YAP xəbərləri
12 İyun 14:30
YAP xəbərləri
12 İyun 14:28
Dünya
12 İyun 14:19
YAP xəbərləri
12 İyun 14:04
Dünya
12 İyun 13:57
YAP xəbərləri
12 İyun 13:54
Dünya
12 İyun 13:35
Elm
12 İyun 12:48
Sosial
12 İyun 12:48
YAP xəbərləri
12 İyun 12:37
Xəbər lenti
12 İyun 12:37
Siyasət
12 İyun 12:22
Gündəm
12 İyun 12:21
YAP xəbərləri
12 İyun 12:13
Sosial
12 İyun 12:11

