10 noyabr Bəyanatı Qələbənin nidası oldu
13.11.2023 [10:47]
Bayram Aslanov,
YAP İdarə Heyətinin üzvü, YAP Gəncə şəhər təşkilatının sədri
Üç il əvvəl 44 günlük Vətən müharibəsində Azərbaycan xalqı ölkə rəhbərinin ətrafında ali amal uğrunda “Dəmir yumruq” kimi birləşdi, Vətənə sonsuz sevgi və məhəbbət nümayiş etdirdi. Qazanılan bu böyük Qələbədən sonra noyabrın 10-da haqq savaşının Azərbaycanın qələbəsi ilə başa çatdığını rəsmiləşdirən üçtərəfli sənəd imzalandı.
"Bu gün ölkəmiz üçün tarixi bir gündür. Bu gün Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinə son qoyulur. Hesab edirəm ki, indicə imzalanmış üçtərəfli Bəyanat məsələnin həlli istiqamətində son nöqtə olacaqdır. Bu bəyanatı Azərbaycan Prezidenti, Rusiya Prezidenti və Ermənistan baş naziri imzalamışlar"-deyə Müzəffər Ali Baş Komandan cənab İlham Əliyev Ermənistanın hərbi kapitulyasiyası müjdəsini xalqa çatdırdı.
Prezident cənab İlham Əliyev Qalib komandan kimi imzaladığı 10 noyabr bəyanatında Azərbaycan tərəfinin bütün şərtlərini ermənilərə diqtə etməyə nail oldu. Ermənistan tərəfi Kəlbəcər, Laçın və Ağdam kimi strateji əhəmiyyətli rayonları bir güllə atmadan Azərbaycan ordusuna təhvil verdi. Azərbaycanın döyüş meydanında əldə etdiyi uğurları məhz 10 noyabr bəyanatı ilə rəsmiləşdirildi. 30 il torpalarımızı işğal altında saxlayan düşmən acizliyini, məğlub oduğunu sənəd üzərində təsdiq etdi. Ali Baş Komandan cənab İlham Əliyevin ortaya qoyduğu siyasi iradə nəıticəsində status-kvo, "Dağlıq Qarabağ" adlı ərazi vahidi birdəfəlik ləğv edildi. Məğlub Ermənistan hökuməti Azərbaycan Prezidentinin diplomatik uğuru, Azərbaycan xalqının birliyi, qüdrətli “dəmir yumruğ”u qarşısında açızliyini qəbul etməyə məcbur oldu.
10 noyabr Bəyanatının imzalanması ilə münaqişənin hərbi mərhələsi başa çatdıqdan keçən 3 il ərzində Azərbaycanla Türkiyə arasında tarixi münasibətlərin yeni mərhələsinin əsasını qoyan Şuşa Bəyannaməsi imzalandı. Azərbaycan tərəfindən sülh müqaviləsi üçün əsas olan beynəlxalq hüququn beş əsas prinsipi irəli sürüldü və Ermənistan tərəfindən qəbul edildi. Sərhədlərin delimitasiyası ilə bağlı müvafiq komissiyalar yaradıldı. 2022-ci il oktyabrın 6-da qalib ölkəmizin qalib Prezidenti cənab İlham Əliyevin Praqada Aİ Şurasının prezidenti, Fransa Prezidenti və Ermənistanın baş naziri ilə görüşlərinin nəticəsində imzalanmış Bəyanatla Azərbaycanın ərazi bütövlüyü tanındı.
2023-cü ilin sentyabr ayında Azərbaycan Silahlı Qüvvələri lokal antiterror tədbirləri həyata keçirdi. Bunun nəticəsində qondarma rejim ləğv edildi. Tərksilah edilmiş separatçı rejimin qailləri Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun olaraq cinayət məsuliyyətinə cəlb edildilər. Azərbaycan isə əbədi və əzəli torpaqları olan Xankəndi, Xocalı, Əsgəran, Xocavənd üzərində tam suveren hüququnu bərpa etdi. Müzəffər Ali Baş Komandan İlham Əliyev 2023-cü il oktyabrın 15-də Ağdərədə, Xocalıda, Xocavənd şəhərinin mərkəzində və Xankəndidə üçrəngli bayrağımızı ucaltdı.
Əbədi azadlığına qovuşan Şərqi Zəngəzur və Qarabağda müqəddəs bayrağımız dalğalanaraq Azərbaycanın qüdrətini, haqq-ədalət uğrunda savaşını, xalqımızın misli görünməmiş qəhrəmanlıq salnaməsini bütün dünyaya nümayiş etdirir.
Xəbər lenti
Hamısına baxSiyasət
17 İyun 18:07
YAP xəbərləri
17 İyun 17:49
Siyasət
17 İyun 17:32
Siyasət
17 İyun 17:22
Siyasət
17 İyun 17:17
Gündəm
17 İyun 16:57
Elm
17 İyun 16:54
Dünya
17 İyun 16:54
Mədəniyyət
17 İyun 16:27
YAP xəbərləri
17 İyun 16:13
Gündəm
17 İyun 16:01
Sosial
17 İyun 16:00
Gündəm
17 İyun 15:56
Mədəniyyət
17 İyun 15:42
YAP xəbərləri
17 İyun 15:18
İdman
17 İyun 15:17
İqtisadiyyat
17 İyun 15:16
Gündəm
17 İyun 15:16
Elanlar
17 İyun 15:00
Siyasət
17 İyun 14:21
Sosial
17 İyun 13:54
Sosial
17 İyun 13:54
YAP xəbərləri
17 İyun 12:40
YAP xəbərləri
17 İyun 12:39
Mədəniyyət
17 İyun 12:38
Sosial
17 İyun 12:36
Siyasət
17 İyun 12:27
Sosial
17 İyun 12:19
Elm
17 İyun 11:58
Sosial
17 İyun 11:25
Sosial
17 İyun 11:24
Gündəm
17 İyun 10:51
Sosial
17 İyun 10:48
Sosial
17 İyun 10:48
Gündəm
17 İyun 10:35
Sosial
17 İyun 09:22
Sosial
17 İyun 08:49
Dünya
16 İyun 23:39
İdman
16 İyun 23:10
Dünya
16 İyun 22:56
Siyasət
16 İyun 22:49
Siyasət
16 İyun 22:48
YAP xəbərləri
16 İyun 22:28
Dünya
16 İyun 22:23
Dünya
16 İyun 21:47
Dünya
16 İyun 21:19
Dünya
16 İyun 20:53
İqtisadiyyat
16 İyun 20:25
Dünya
16 İyun 20:09
Dünya
16 İyun 19:42
Dünya
16 İyun 19:33
Dünya
16 İyun 19:17
İqtisadiyyat
16 İyun 17:35
Gündəm
16 İyun 16:33
Müsahibə
16 İyun 16:30
Siyasət
16 İyun 16:22
YAP xəbərləri
16 İyun 15:50
Elanlar
16 İyun 15:34
Sosial
16 İyun 15:19
Siyasət
16 İyun 14:55
Sosial
16 İyun 14:37
Dünya
16 İyun 14:22
Siyasət
16 İyun 14:09
Siyasət
16 İyun 14:07
Gündəm
16 İyun 14:05
Sosial
16 İyun 13:03
Elm
16 İyun 12:59
Sosial
16 İyun 12:31
İqtisadiyyat
16 İyun 12:30
Elm
16 İyun 11:33

