Psixoloq: Sosial şəbəkələrdə yaş məhdudiyyəti uşaqları kibertəhdidlərdən qismən qoruya bilər
16.06.2026 [17:35]
Sosial şəbəkələrdən istifadə üçün yaş məhdudiyyətlərinin tətbiqi uşaqların və yeniyetmələrin kibertəqib, bulinq və digər psixoloji təsirlərdən qorunmasına müəyyən töhfə verə bilər. Bununla belə, problemin tam həlli üçün valideyn nəzarəti və maarifləndirmə tədbirləri əsas rol oynayır.
Bu fikirləri AZƏRTAC-a açıqlamasında “Soullightcenter”in təsisçisi psixoloq Zümrüd Nəcməddin qızı səsləndirib.
Psixoloqun sözlərinə görə, sosial şəbəkələrə girişin məhdudlaşdırılması təqdirəlayiq addımdır: “Bu, uşaqların telefondan sui-istifadə etməklə digər insanlara nalayiq kəlmələr yazmasına, düşünülməmiş rəylər paylaşmasına görə müəyyən mənada məsuliyyət hissinin formalaşmasına kömək edə bilər. Yəni uşaqları və yeniyetmələri təqibdən, bulinqdən və digər psixoloji təsirlərdən qorumaq üçün atılan addımdır”.
O qeyd edib ki, son dövrlərdə baş verən bəzi hadisələr nəzarətsiz telefon istifadəsinin yaratdığı riskləri açıq şəkildə göstərir: “Bu yaxınlarda baş vermiş hadisələrdən birində 10 yaşlı uşağın nəzarətsiz şəkildə telefondan istifadə etməsi nəticəsində başqa bir şəxsə təhdid xarakterli mesajlar göndərilmişdi. Bu da qarşı tərəfdə ciddi psixoloji narahatlıq yaratmış, nəticədə valideynlərin məsuliyyət daşımasına səbəb olmuşdu. Belə məhdudiyyətlər valideynlərin işini nisbətən asanlaşdıra bilər”.
Mütəxəssis müşahidələrinin uşaqların sosial və emosional inkişafı baxımından narahatedici olduğunu bildirib: “Müşahidələrim ondan ibarətdir ki, uşaqlar daha aqressivləşir, passiv həyat tərzi sürür, onların həyatla bağlı planları və maraqları azalır. Ünsiyyət əsasən məhdud sayda “telefon dostları” ilə qurulur. Bu ünsiyyət isə bəzən neqativ hadisələrə gətirib çıxarır. Asosial davranışların artdığını müşahidə edirik”.
Psixoloq hesab edir ki, yaş məhdudiyyətləri müəyyən nəticələr versə də, problemi tam aradan qaldırmayacaq: “Tam olaraq problem həll olunmayacaq. Qismən dəyişikliklər olacaq. Hazırda bəzi valideynlər övladlarından çəkinərək “çölə çıxmasın, eybi yox, evdə yanımda otursun” düşüncəsi ilə onlara telefon verirlər. Halbuki valideynlər övladlarının davranışlarına və fəaliyyətlərinə ciddi nəzarət etməlidirlər. Telefonlarda valideyn nəzarəti proqramlarından istifadə olunmalıdır”.
Z.Nəcməddin qızı valideyn nümunəsinin də mühüm əhəmiyyət daşıdığını vurğulayıb: “Balansı qorumaq üçün valideyn, ilk növbədə, öz davranışlarına diqqət yetirməli, etik və sosial qaydalara riayət etməlidir. Uşaq valideyni təkrarlayır, çünki uşaqlar valideynlərin güzgüsüdür. Valideyn sosial şəbəkədə təhqiredici rəylər yazırsa, uşaq da eyni davranışı nümayiş etdirəcək”.
Onun sözlərinə görə, əsas məqsəd telefon istifadəsini tam qadağan etmək deyil, onu düzgün qaydalar çərçivəsində tənzimləməkdir: “Ümumiyyətlə, məhdudlaşdırmaq yox, nəzarət altında və müəyyən qaydalarla telefondan istifadəyə icazə verilməlidir. Uşaqlara aşılamaq lazımdır ki, hər bir ünsiyyət qarşılıqlı hörmət çərçivəsində olmalıdır”.
Psixoloq maarifləndirmə işlərinin ailə, bağça və məktəblərdə sistemli şəkildə aparılmasının vacibliyini də qeyd edib: “Bu addımlar ilk olaraq ailədə, daha sonra bağça və məktəblərdə atılmalıdır. Maarifləndirmə həm oyun formasında, həm də məktəblərdə plakatlar vasitəsilə həyata keçirilə bilər. Məktəb psixoloqlarının seminarları və sadə dialoqları belə uşaqlara çox müsbət təsir göstərir. Eyni zamanda, sosial şəbəkələrdə və televiziya kanallarında yayımlanan maarifləndirici çarxlar uşaq və yeniyetmələrin sosial şəbəkələrə baxışını dəyişə bilər”.
Xəbər lenti
Hamısına baxDünya
17 İyul 09:42
Dünya
17 İyul 09:17
Hadisə
17 İyul 08:47
Dünya
16 İyul 22:41
Dünya
16 İyul 22:16
Dünya
16 İyul 21:58
Dünya
16 İyul 21:23
İqtisadiyyat
16 İyul 20:42
Dünya
16 İyul 20:17
İdman
16 İyul 19:54
YAP xəbərləri
16 İyul 19:30
Elm
16 İyul 19:20
Gündəm
16 İyul 19:05
Maraqlı
16 İyul 18:35
Dünya
16 İyul 17:20
Dünya
16 İyul 16:31
Xəbər lenti
16 İyul 15:44
Dünya
16 İyul 15:19
İdman
16 İyul 15:15
Hadisə
16 İyul 14:51
Dünya
16 İyul 14:22
İqtisadiyyat
16 İyul 14:15
YAP xəbərləri
16 İyul 14:06
Dünya
16 İyul 13:18
Siyasət
16 İyul 12:42
Siyasət
16 İyul 12:41
YAP xəbərləri
16 İyul 12:38
Dünya
16 İyul 12:35
YAP xəbərləri
16 İyul 12:34
Siyasət
16 İyul 12:33
Gündəm
16 İyul 11:58
Gündəm
16 İyul 11:49
Sosial
16 İyul 11:36
İqtisadiyyat
16 İyul 11:31
Dünya
16 İyul 11:17
Gündəm
16 İyul 11:10
Gündəm
16 İyul 11:06
Ədəbiyyat
16 İyul 10:47
Sosial
16 İyul 10:46
Gündəm
16 İyul 10:45
Dünya
16 İyul 10:32
İqtisadiyyat
16 İyul 10:30
Analitik
16 İyul 10:15
Gündəm
16 İyul 10:15
Gündəm
16 İyul 10:12
Siyasət
16 İyul 10:01
Sosial
16 İyul 09:50
YAP xəbərləri
16 İyul 09:35
Mədəniyyət
16 İyul 09:27
Sosial
16 İyul 09:22
Dünya
16 İyul 09:05
Dünya
16 İyul 08:50
İdman
16 İyul 08:34
Siyasət
16 İyul 08:20
Dünya
16 İyul 07:13
İqtisadiyyat
15 İyul 23:18
Xəbər lenti
15 İyul 22:43
Sosial
15 İyul 22:19
Sosial
15 İyul 21:50
Dünya
15 İyul 21:27
Sosial
15 İyul 21:13
İqtisadiyyat
15 İyul 20:43
Analitik
15 İyul 20:39
Dünya
15 İyul 20:32
Maraqlı
15 İyul 20:19
İqtisadiyyat
15 İyul 19:56
Dünya
15 İyul 19:22
Dünya
15 İyul 19:07
Dünya
15 İyul 18:20
Siyasət
15 İyul 18:15

