Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Siyasət / Cevdet Yılmaz: Türkiyə TÜRKPA-nın fəaliyyətinə dəstəyini davam etdirəcək

Cevdet Yılmaz: Türkiyə TÜRKPA-nın fəaliyyətinə dəstəyini davam etdirəcək

17.06.2026 [12:27]

İyunun 17-də TÜRKPA-nın Baş katibi Ramil Həsən Türkiyəyə rəsmi səfəri çərçivəsində bu ölkənin vitse-prezidenti Cevdet Yılmaz ilə görüşüb.

AZƏRTAC xəbər verir ki, görüş zamanı Ramil Həsən TÜRKPA-nın son dövrlərdə həyata keçirdiyi layihələr, daimi komissiyaların və işçi qruplarının fəaliyyəti barədə məlumat verib. O, həmçinin Cevdet Yılmazın Azərbaycana son səfəri zamanı TÜRKPA-ya baş çəkməsindən məmnunluğunu ifadə edib.

Baş katib qardaş türk dövlətləri arasında əməkdaşlığın yeni mərhələyə yüksəldilməsi, Türk Dövlətləri Təşkilatı çərçivəsində qəbul olunan strateji qərarların parlamentlər tərəfindən ratifikasiyası prosesində TÜRKPA-nın rolu və gələcək fəaliyyət istiqamətləri barədə də danışıb.

Cevdet Yılmaz isə TÜRKPA-nın fəaliyyətini yüksək qiymətləndirdiklərini bildirib. O, Türk Dövlətləri Parlament Assambleyasının strateji əməkdaşlığın dərinləşdirilməsi, parlament diplomatiyasının inkişafı, qanunvericiliklərin yaxınlaşdırılması və ortaq parlament platformasının formalaşdırılması baxımından mühüm rol oynadığını vurğulayıb.

Türkiyənin vitse-prezidenti ölkəsinin bundan sonra da TÜRKPA-nın fəaliyyətinə hərtərəfli dəstək göstərməyə davam edəcəyini diqqətə çatdırıb.

Paylaş:
Baxılıb: 443 dəfə

Xəbər lenti

Hamısına bax

Sosial

İqtisadiyyat

İqtisadiyyat

Sosial

Siyasət

Ədəbiyyat

Gündoğanda ədəbiyyat

05 Sentyabr 08:54

Ədəbiyyat

Şənbə üçün nəzm

05 Sentyabr 08:30  

Maraqlı

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2 3 4 5
6 7 8 9 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30