Hər damla suda həyat var
17.06.2026 [08:49]
17 iyun Ümumdünya Quraqlıq və Səhralaşma ilə Mübarizə Günüdür
Qlobal iqlim dəyişiklikləri fonunda su ehtiyatlarının azalması bütün dünyanın ciddi problemlərindən birinə çevrilib. Bu təhlükə milyonlarla insanın yaşayış şəraitinə, kənd təsərrüfatına, biomüxtəlifliyə və iqtisadi inkişafına birbaşa təsir göstərir.
Bu gün dünyanın müxtəlif ölkələri uzunmüddətli quraqlıq səbəbindən su qıtlığı, məhsuldarlığın azalması və torpaqların yararsız hala düşməsi kimi təhlükələrlə üz-üzə qalıb. Alimlər xəbərdarlıq edirlər ki, əgər təbii su resurslarının qorunması istiqamətində daha qətiyyətli addımlar atılmasa, yaxın gələcəkdə səhralaşma prosesi daha geniş əraziləri əhatə edə bilər. Bu da qlobal miqyasda yeni sosial, iqtisadi və humanitar problemlərin yaranmasına səbəbdir.
Yeri gəlmişkən, iyunun 17-si Ümumdünya Quraqlıq və Səhralaşma ilə Mübarizə Günüdür. Əlamətdar gün 1994-cü ildə BMT-nin Baş Assambleyası tərəfindən elan olunub. Elə həmin il Birləşmiş Millətlər Təşkilatı tərəfindən səhralaşma ilə mübarizə haqqında Konvensiya qəbul edilib. Dünyanın 170 ölkəsinin qoşulduğu Konvensiyada dövlətlərə səhralaşma ilə mübarizədə beynəlxalq səviyyədə əməkdaşlığın zəruriliyi, o cümlədən bu barədə maarifləndirmənin artırılması təklif olunur.
Son illər Azərbaycanda su ehtiyatlarının səmərəli idarə olunması, yaşıllaşdırma layihələrinin həyata keçirilməsi, meşə fondunun genişləndirilməsi, yeni su anbarlarının yaradılması, meliorasiya sistemlərinin təkmilləşdirilməsi və müasir suvarma texnologiyalarının tətbiqi istiqamətində mühüm addımlar atılır. Bütün bunlar həm quraqlıq risklərinin azaldılmasına, həm də ekoloji təhlükəsizliyin gücləndirilməsinə xidmət edir. Xüsusilə, kənd təsərrüfatı sahəsində damcı suvarma sistemlərinin genişləndirilməsi, torpaq resurslarından rasional istifadə və ətraf mühitin mühafizəsi istiqamətində həyata keçirilən tədbirlər göstərir ki, Azərbaycan bu problemi təkcə bugünün deyil, həm də gələcək onilliklərin strateji məsələsi kimi qiymətləndirir.
Ölkəmiz qlobal iqlim gündəliyinin fəal iştirakçılarından biri kimi beynəlxalq əməkdaşlığa da böyük önəm verir. Bakının ev sahibliyi etdiyi beynəlxalq iqlim platformaları Azərbaycanın bu sahədə artan rolunu bir daha nümayiş etdirib. Xüsusilə COP29 çərçivəsində Azərbaycan iqlim dəyişiklikləri, su təhlükəsizliyi, dayanıqlı inkişaf və ekoloji dayanıqlığın gücləndirilməsi istiqamətində dünya ölkələri arasında dialoqun genişləndirilməsinə xüsusi diqqət ayırıb.
Bundan başqa, bu il 17-22 may tarixlərində Bakıda keçirilən Dünya Şəhərsalma Forumu - WUF13 (World Urban Forum) Azərbaycanın beynəlxalq nüfuzunu daha da artıran və ölkəmizin dayanıqlı şəhər inkişafına verdiyi önəmi nümayiş etdirən mühüm tədbirlərdən biri oldu. Azərbaycanın belə nüfuzlu tədbirə ev sahibliyi etməsi təsadüfi deyil. Çünki son illərdə ölkəmiz müasir şəhərsalma, “yaşıl enerji”, ekoloji davamlılıq, “ağıllı şəhər” konsepsiyası və şəhərlərin gələcək inkişaf strategiyalarının formalaşdırılması istiqamətində mühüm addımlar atıb və əldə olunan təcrübəni beynəlxalq ictimaiyyətlə bölüşüb.
Əslində, quraqlıq yalnız təbiətin problemi deyil, hər bir insanın gündəlik həyatına toxunan və hər kəsin məsuliyyətini artıran bir məsələdir. Çünki israf olunan hər damla su, məhv edilən hər ağac və çirkləndirilən hər qarış torpaq gələcək nəsillərin yaşam imkanlarının azalması deməkdir. Dünya Quraqlıq və Səhralaşma ilə Mübarizə Günü bizə bir daha xatırladır ki, Yer kürəsini qorumaq üçün böyük dəyişikliklər kiçik addımlardan başlayır. Bu gün atılan hər bir məsuliyyətli addım sabah daha yaşıl, daha sağlam və daha təhlükəsiz bir dünyanın formalaşmasına xidmət edir. Çünki təbiəti qorumaq, əslində, insanlığın öz gələcəyini qoruması deməkdir.
Yeganə BAYRAMOVA
Xəbər lenti
Hamısına baxHadisə
17 İyul 08:47
Dünya
16 İyul 22:41
Dünya
16 İyul 22:16
Dünya
16 İyul 21:58
Dünya
16 İyul 21:23
İqtisadiyyat
16 İyul 20:42
Dünya
16 İyul 20:17
İdman
16 İyul 19:54
YAP xəbərləri
16 İyul 19:30
Elm
16 İyul 19:20
Gündəm
16 İyul 19:05
Maraqlı
16 İyul 18:35
Dünya
16 İyul 17:20
Dünya
16 İyul 16:31
Xəbər lenti
16 İyul 15:44
Dünya
16 İyul 15:19
İdman
16 İyul 15:15
Hadisə
16 İyul 14:51
Dünya
16 İyul 14:22
İqtisadiyyat
16 İyul 14:15
YAP xəbərləri
16 İyul 14:06
Dünya
16 İyul 13:18
Siyasət
16 İyul 12:42
Siyasət
16 İyul 12:41
YAP xəbərləri
16 İyul 12:38
Dünya
16 İyul 12:35
YAP xəbərləri
16 İyul 12:34
Siyasət
16 İyul 12:33
Gündəm
16 İyul 11:58
Gündəm
16 İyul 11:49
Sosial
16 İyul 11:36
İqtisadiyyat
16 İyul 11:31
Dünya
16 İyul 11:17
Gündəm
16 İyul 11:10
Gündəm
16 İyul 11:06
Ədəbiyyat
16 İyul 10:47
Sosial
16 İyul 10:46
Gündəm
16 İyul 10:45
Dünya
16 İyul 10:32
İqtisadiyyat
16 İyul 10:30
Analitik
16 İyul 10:15
Gündəm
16 İyul 10:15
Gündəm
16 İyul 10:12
Siyasət
16 İyul 10:01
Sosial
16 İyul 09:50
YAP xəbərləri
16 İyul 09:35
Mədəniyyət
16 İyul 09:27
Sosial
16 İyul 09:22
Dünya
16 İyul 09:05
Dünya
16 İyul 08:50
İdman
16 İyul 08:34
Siyasət
16 İyul 08:20
Dünya
16 İyul 07:13
İqtisadiyyat
15 İyul 23:18
Xəbər lenti
15 İyul 22:43
Sosial
15 İyul 22:19
Sosial
15 İyul 21:50
Dünya
15 İyul 21:27
Sosial
15 İyul 21:13
İqtisadiyyat
15 İyul 20:43
Analitik
15 İyul 20:39
Dünya
15 İyul 20:32
Maraqlı
15 İyul 20:19
İqtisadiyyat
15 İyul 19:56
Dünya
15 İyul 19:22
Dünya
15 İyul 19:07
Dünya
15 İyul 18:20
Siyasət
15 İyul 18:15
Xəbər lenti
15 İyul 17:59
İqtisadiyyat
15 İyul 17:35

