Yeni dövrün reallıqları
28.08.2023 [15:12]
Özbəkistan Prezidenti Şavkat Mirziyoyev avqustun 22-də ölkəmizdə rəsmi səfərdə oldu. Səfər başa çatsa da bir sıra mühüm məqamı ilə ölkə mətbuatında geniş müzakirə edilməkdədir. Mühüm məqamlan biri Qarabağımızın türk dünyasının birliyinə şahidlik etməsi oldu. Azərbaycana səfəri çərçivəsində Füzulidə və Şuşada olan Özbəkistan Prezidenti Şavkat Mirziyoyev və xanımı Ziroatxon Mirziyoyeva tarixi Zəfərimizdən sonra bu ərazilərimizdə aparılan genişmiqyaslı bərpa-quruculuq işləri ilə yaxından tanış oldular. Füzuli Beynəlxalq Hava Limanında Özbəkistan Prezidenti Şavkat Mirziyoyevin və xanımı Ziroatxon Mirziyoyevanın dövlət başçısı İlham Əliyev və birinci xanım Mehriban Əliyeva tərəfindən qarşılanması mühüm tarixi hadisə olmaqla bərabər özündə bir sıra mühüm çağırışları ehtiva etdi. Bu torpaqların sahibi Azərbaycan xalqıdır. Qarabağ və Şərqi Zəngəzur dirçəlir, soydaşlarımız bu torpaqlara qayıdışı ilə qurub-yaradırlar. İşğaldan azad edilmiş ərazilərimizdə beynəlxalq statusa malik 3 aeroportun tikilməsi bu ərazilərimizin əhəmiyyətini, coğrafi mövqeyini nümayiş etdirir. Beynəlxalq Hava limanları tarixi sahibinə qovuşmuş ərazilərimizin gələcəkdə turizm məkanı kimi nüfuz qazanmasında öz sözünü deyəcək. Füzuli Beynəlxalq Hava Limanında qarşılanma mərasimindən sonra qonaqların da iştirakı ilə dövlət başçısı İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Özbəkistan Prezidentinin təşəbbüsü ilə Füzulidə tikilən məktəbin açılışında oldular. Prezidentlər mətbuata bəyanatlarında bu məktəbin istifadəyə verilməsini belə dəyərləndirmişdilər. Azərbaycan Prezidenti İlham Əliyevin “Bu, Qarabağın bərpası işində xarici dövlətin ilk hədiyyəsidir və biz bu qardaşlıq, həmrəylik, dəstək jestini çox yüksək dəyərləndiririk. Digər tərəfdən deyərdim ki, bu məktəb, əslində, bir təhsil sarayıdır. Mən may ayında Füzulidə olarkən tikintinin gedişi ilə tanış oldum və Özbəkistanın bizə təqdim etdiyi həmin dost töhfəsinin miqyasını əyani şəkildə gördüm. Məktəb özbək xalqının dahi oğlu Mirzə Uluqbəyin adını daşıyır və əminəm ki, bu, təkcə təhsil ocağı deyil, eləcə də bizim dost və qardaşlığımızın daha bir mərkəzi olacaq” fikirlərinin davamı olaraq Özbəkistan Prezidenti bildirdi ki, bu məktəb səmimi dostluğumuzun gələcəyinə bir abidə olacaq desəm, doğru olardı: “Fürsətdən istifadə edərək, bu məktəbdə təhsil alan uşaqlarımızı ildə iki dəfə Uluqbəyin vətəninə, Özbəkistana, Səmərqəndə dəvət etdim. Qardaşımdan bir daha xahiş edirəm, uşaqlar valideynləri ilə gəlsələr, daha çox məmnun olaram.” Özbəkistan Prezidentinin Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğandan sonra Qarabağa səfər edən ikinci türkdilli ölkənin dövlət başçısının olması bütün dünya üçün mesaj idi. Səfər çərçivəsində müxtəlif sahələr üzrə ümumilikdə imzalanan 20 sənəd əlaqələrin gələcək inkişafı barədə aydın təsəvvür yaradır. Bu sənədlər arasında Azərbaycan Prezidenti İlham Əliyevin və Özbəkistan Prezidenti Şavkat Mirziyoyevin imzaladıqları “Azərbaycan Respublikasının və Özbəkistan Respublikasının Ali Dövlətlərarası Şurasının yaradılması haqqında Müqavilə” xüsusi qeyd edilməlidir. Eyni soy-kökə və uzun tarixə söykənən Azərbaycan-Özbəkistan əlaqələri bu gün yeni dövrün reallıqlarına uyğun olaraq sürətlə inkişaf etdirilir. İki ölkə arasında bu vaxtadək imzalanmış 160-dan çox sənəd, o cümlədən Strateji tərəfdaşlığın dərinləşdirilməsi və hərtərəfli əməkdaşlığın inkişafına dair Bəyannamə bu əməkdaşlıq üçün möhkəm hüquqi baza yaradıb. Azərbaycanın Özbəkistan, eləcə də digər Orta Asiya ölkələri ilə gündən-günə daha da möhkəmlənən əməkdaşlığı həm ölkələrimizin və xalqlarımızın, həm də bütün türk dünyasının inkişafına əhəmiyyətli töhfələr verməkdədir. Ötən il Səmərqənddə keçirilən Türk Dövlətləri Təşkilatının IX Zirvə görüşündə dövlət başçısı İlham Əliyev bu çağırışı etmişdir: “Türk dünyası təkcə müstəqil türk dövlətlərindən ibarət deyil, onun coğrafi sərhədləri daha genişdir. Hesab edirəm ki, Türk Dövlətləri Təşkilatının üzvləri olan ölkələrdən kənarda yaşayan soydaşlarımızın hüquqlarının, təhlükəsizliyinin, milli kimliyinin qorunması, onların assimilyasiyaya uğramaması kimi məsələləri artıq təşkilat çərçivəsində daimi əsasda diqqətdə saxlamağın vaxtı gəlib çatmışdır.” Tarixi Zəfərimiz daim günün aktual məsələsi olan türk dünyasının birliyində əhəmiyyətli rol oynadı. Bir daha sübut olundu ki, gücümüz birliyimizdədir.
Nihad Pənahov
YAP Tovuz rayon təşkilatının sədri
Xəbər lenti
Hamısına baxDünya
24 May 11:32
Dünya
24 May 10:19
Dünya
24 May 09:25
Siyasət
24 May 08:54
Elm
24 May 07:54
Siyasət
23 May 23:07
Dünya
23 May 22:24
Dünya
23 May 21:38
Maraqlı
23 May 20:17
Maraqlı
23 May 19:25
Dünya
23 May 19:07
Dünya
23 May 18:41
Dünya
23 May 18:16
Dünya
23 May 17:19
Dünya
23 May 16:30
Analitik
23 May 16:19
Analitik
23 May 16:17
Mədəniyyət
23 May 15:45
Siyasət
23 May 15:23
Dünya
23 May 14:37
Xəbər lenti
23 May 14:10
Dünya
23 May 13:52
İdman
23 May 13:49
Gündəm
23 May 13:20
Gündəm
23 May 12:58
Gündəm
23 May 12:32
Gündəm
23 May 12:25
Gündəm
23 May 11:50
MEDİA
23 May 11:34
Gündəm
23 May 11:17
İqtisadiyyat
23 May 10:59
İqtisadiyyat
23 May 10:35
Gündəm
23 May 10:12
Analitik
23 May 09:55
Analitik
23 May 09:31
Sosial
23 May 09:16
Ədəbiyyat
23 May 08:50
Ədəbiyyat
23 May 08:34
Dünya
23 May 08:03
İdman
23 May 07:55
Siyasət
23 May 07:55
Siyasət
23 May 07:54
Dünya
22 May 23:42
Sosial
22 May 23:35
Dünya
22 May 23:21
Dünya
22 May 22:49
Dünya
22 May 22:30
Dünya
22 May 22:16
Dünya
22 May 21:58
Dünya
22 May 21:25
İqtisadiyyat
22 May 21:13
Dünya
22 May 20:43
Dünya
22 May 20:31
Dünya
22 May 20:19
Dünya
22 May 19:50
Xəbər lenti
22 May 19:22
İdman
22 May 19:10
Xəbər lenti
22 May 18:19
Siyasət
22 May 18:19
Xəbər lenti
22 May 18:18
Elm
22 May 17:53
Elm
22 May 17:52
Xəbər lenti
22 May 17:52
Xəbər lenti
22 May 17:51
Mədəniyyət
22 May 17:50
Elm
22 May 17:49
Siyasət
22 May 17:49
Xəbər lenti
22 May 17:48
Siyasət
22 May 17:48
Sosial
22 May 17:25

