Yeni Azərbaycan Partiyasının Siyasət Akademiyasının növbəti kursu təşkil olunub
03.12.2019 [10:00]
Noyabrın 30-da Yeni Azərbaycan Partiyasının (YAP) Siyasət Akademiyası “Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin həlli imkanları” mövzusunda növbəti kurs təşkil edib.
Kursda mühazirə ilə çıxış edən Milli Məclisin Sədr müavini, Azərbaycanın ATƏT Parlament Assambleyasında nümayəndə heyətinin rəhbəri, YAP İdarə Heyətinin üzvü Bahar Muradova Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin tarixi haqqında geniş məlumat verib. B.Muradova bildirib ki, ermənilərin Azərbaycana qarşı ərazi iddialarının 200 illik tarixi var və bu proses onların XIX əsrdə torpaqlarımıza köçürülməsindən başlanıb. Bütün bu proseslər xalqımız üçün faciələrlə, torpaq itkisi ilə nəticələnib.
Dağlıq Qarabağ münaqişəsinin 1980-ci illərin sonunda başlandığını xatırladan vitse-spiker keçmiş sovetlər birliyinin dağılması ərəfəsində dünya erməniçiliyinə xidmət edən dairələrin Dağlıq Qarabağın Azərbaycandan qoparılması istiqamətində hərəkətə keçdiyini diqqətə çatdırıb. Onun sözlərinə görə, 1990-cı illərin əvvəlində ermənilər torpaqlarımızın bir hissəsini işğal etdilər. Ümummilli Lider Heydər Əliyevin hakimiyyətə qayıdışından sonra torpaqlarımızın işğalı dayandırıldı, cəbhədə atəşkəs elan oldu. Bu da Azərbaycanın inkişafının təmin edilməsi, o cümlədən ordu quruculuğu istiqamətində mühüm addımların atılmasına imkan yaratdı.
B.Muradova qeyd edib ki, münaqişənin həlli ilə əlaqədar BMT Təhlükəsizlik Şurası, ATƏT Parlament Assambleyası, Avropa Şurası və digər beynəlxalq qurumlar müvafiq sənədlər qəbul edib. Həmin sənədlərdə də əks olunduğu kimi, Dağlıq Qarabağ münaqişəsi beynəlxalq hüquq normaları çərçivəsində həll olunmalıdır. Beynəlxalq hüquq isə Azərbaycanın tərəfindədir. B.Muradova ATƏT Parlament Assambleyası çərçivəsində də Ermənistanın işğalçılıq siyasətinin ifşa olunması yönündə həyata keçirilən tədbirlər haqqında məlumat verib.
Münaqişənin həlli ilə bağlı indiyə qədər müxtəlif görüşlərin keçirildiyini, təkliflərin verildiyini deyən vitse-spiker hazırda prosesin yenilənmiş Madrid prinsipləri üzərində dayandığını söyləyib. Onun sözlərinə görə, bu gün Ermənistanda Paşinyan hakimiyyətindən gözləntilər özünü doğrultmayıb və erməni xalqının durumu acınacaqlı olaraq qalır. Paşinyan hakimiyyəti isə Qarabağ kartından öz məqsədi üçün istifadə etməyə çalışır. Həmçinin Ermənistan beynəlxalq müstəvidə bir dövlət kimi ciddi qəbul olunmur.
Bütün bunların fonunda Prezident İlham Əliyevin həyata keçirdiyi siyasət nəticəsində Azərbaycanın daha da gücləndiyini, beynəlxalq müstəvidə nüfuzunun artdığını deyən B.Muradova söyləyib ki, beynəlxalq müstəvidə münaqişələrin həllinə münasibətin dəyişməsi, ərazi bütövlüyünün əsas prinsip kimi qəbul olunması, qəbul olunmuş beynəlxalq sənədlər, ATƏT-in Minsk qrupunun həmsədrlərinin status-kvonun qəbulolunmaz olması haqda bəyanatı və s. məsələlər münaqişənin həllində Azərbaycanın üstünlüyünü daha da artırır.
Bu günlərdə azərbaycanlı və erməni jurnalistlərin qarşılıqlı səfərlərinə münasibət bildirən B.Muradova belə səfərlərin təşkilinin tərəfdarı olduğunu söyləyib. Onun fikrincə, münaqişə iki tərəf arasında həll olunmalıdır və ona görə də belə səfərlər lazımlıdır.
Daha sonra kurs iştirakçılarının sualları cavablandırılıb.
Qeyd edək ki, kursa Milli Məclisin deputatı, siyasi elmlər doktoru Elman Nəsirov rəhbərlik edir.
Layihənin sonunda isə kurslarda iştirak edən gənclərə sertifikatlar təqdim olunacaq.
Xəbər lenti
Hamısına baxHadisə
04 İyun 07:21
Hadisə
04 İyun 06:45
Dünya
03 İyun 23:35
Formula 1
03 İyun 23:13
Dünya
03 İyun 22:40
Dünya
03 İyun 22:36
Dünya
03 İyun 22:19
Dünya
03 İyun 21:53
Dünya
03 İyun 21:25
Dünya
03 İyun 21:08
Dünya
03 İyun 20:42
Dünya
03 İyun 20:31
Dünya
03 İyun 20:17
Dünya
03 İyun 19:59
Dünya
03 İyun 19:22
Elm
03 İyun 19:10
Sosial
03 İyun 18:25
Dünya
03 İyun 17:19
Xəbər lenti
03 İyun 17:02
Siyasət
03 İyun 17:02
Dünya
03 İyun 16:51
Sosial
03 İyun 16:28
YAP xəbərləri
03 İyun 16:17
Sosial
03 İyun 16:17
Siyasət
03 İyun 15:52
Hadisə
03 İyun 15:46
İqtisadiyyat
03 İyun 15:09
Siyasət
03 İyun 14:51
Dünya
03 İyun 14:49
Sosial
03 İyun 14:40
Elm
03 İyun 14:39
İdman
03 İyun 14:24
YAP xəbərləri
03 İyun 13:42
Dünya
03 İyun 13:41
Dünya
03 İyun 13:34
Dünya
03 İyun 12:50
Sosial
03 İyun 12:47
Sosial
03 İyun 12:44
YAP xəbərləri
03 İyun 12:11
Gündəm
03 İyun 12:05
Gündəm
03 İyun 11:57
İqtisadiyyat
03 İyun 11:38
Gündəm
03 İyun 11:21
Sosial
03 İyun 11:20
Elm
03 İyun 11:18
Siyasət
03 İyun 11:00
Gündəm
03 İyun 10:58
Siyasət
03 İyun 10:35
Xəbər lenti
03 İyun 10:31
İdman
03 İyun 10:28
Gündəm
03 İyun 10:19
Sosial
03 İyun 09:54
Analitik
03 İyun 09:31
Analitik
03 İyun 09:30
Analitik
03 İyun 09:17
Sosial
03 İyun 08:50
Sosial
03 İyun 08:33
Dünya
02 İyun 23:32
Dünya
02 İyun 23:16
Dünya
02 İyun 22:58
Dünya
02 İyun 22:23
Dünya
02 İyun 22:05
Dünya
02 İyun 21:45
Sosial
02 İyun 21:30
Siyasət
02 İyun 21:22
Dünya
02 İyun 21:18
Dünya
02 İyun 20:52
Maraqlı
02 İyun 20:34
Siyasət
02 İyun 20:23
İqtisadiyyat
02 İyun 20:12

