YAP Nəsimi rayon təşkilatı ərazi ilk partiya təşkilatları sədrlərinin müşavirəsi keçirilib
05.10.2019 [09:55]
Siyavuş Novruzov: Bu gün Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan böyük uğurlara imza atır
Oktyabrın 4-də Yeni Azərbaycan Partiyası (YAP) Nəsimi rayon təşkilatı ərazi ilk partiya təşkilatları sədrlərinin müşavirəsi keçirilib.
Müşavirəni açan YAP Nəsimi rayon təşkilatının sədri, partiyanın Siyasi Şurasının üzvü, Milli Məclisin deputatı Məlahət İbrahimqızı Prezident İlham Əliyevin həyata keçirdiyi siyasətin uğurlarından, Yeni Azərbaycan Partiyasının cəmiyyətdə artan nüfuzundan bəhs edib. O qeyd edib ki, YAP Nəsimi rayon təşkilatında 102 ərazi ilk partiya təşkilatı fəaliyyət göstərir.
Çıxış edən YAP İcra katibinin müavini, Milli Məclisin İctimai birliklər və dini qurumlar komitəsinin sədri Siyavuş Novruzov bildirib ki, bu gün Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan böyük uğurlara imza atır. Ölkəmizin müstəqil siyasət həyata keçirdiyini deyən S.Novruzovun sözlərinə görə, Azərbaycan heç bir dövlətin, beynəlxalq təşkilatın diktəsi ilə hərəkət etmir. Əksinə, Azərbaycan regionun lider dövləti olaraq, bölgədəki proseslərdə aparıcı rol oynayır. Eyni zamanda, Azərbaycan Avropanın enerji təhlükəsizliyini təmin edən əsas ölkələrdən biridir: “Bir sözlə, Azərbaycan Prezidentinin həyata keçirdiyi siyasət Azərbaycanı daha da gücləndirir. Dövlətimizin başçısının Soçidə Dağlıq Qarabağ münaqişəsi ilə bağlı verdiyi bəyanat dünya üçün bir mesajdır”.
S.Novruzov bildirib ki, Yeni Azərbaycan Partiyasının fəalları görülən işləri insanlar arasında ciddi şəkildə təbliğ etməlidirlər. YAP-ın 8 minə yaxın ərazi ilk partiya təşkilatlarının olduğunu deyən natiq burada birləşən üzvlərin birbaşa vətəndaşlarla təmasda olduğunu qeyd edərək təbliğat işinin gücləndirilməsini vacib hesab edib. Çünki Azərbaycanı gözü götürməyən dairələr ölkəmizin əleyhinə qarayaxma kampaniyası aparırlar. “İnformasiyanı insanlara iki formada daha sürətli çatdırmaq olur. Biri canlı şəkildə, digəri isə sosial şəbəkələr vasitəsilə. Artıq bu baxımdan sosial şəbəkələr daha öndədir. Bu imkanlardan istifadə edərək cəmiyyətdə qarışıqlıq yaratmaq istəyənlər var. Onların arxasında bəzi xarici dairələr dayanır. Həmin insanları maliyyələşdirənlər sırasında erməni lobbisi xüsusi yer tutur. Xaricdəki mühacir azərbaycanlıların bəziləri Azərbaycanda aparılan işlərə - islahatlara, abadlıq-quruculuq işlərinə kölgə salmağa cəhd edirlər. Onlar yalan məlumatlar yaymaqla məşğuldurlar. Lüksemburqda “Qarabağ” futbol klubunun oyununda baş verən erməni təxribatı zamanı onların səsi çıxmadı, həmin təxribata etiraz etmədilər. Çünki erməni lobbisi tərəfindən maliyyələşirlər”, - deyə YAP İcra katibinin müavini vurğulayıb.
S.Novruzov qeyd edib ki, bu gün Azərbaycanda sabitlik hökm sürür. Amma ölkəmizin güclənməsini istəməyənlər bu sabitliyi pozmağa çalışırlar. Ona görə də partiyamızın fəalları, o cümlədən ərazi ilk partiya təşkilatları öz işlərini daha da gücləndirməlidirlər.
Tədbirdə çıxış edən Nəsimi rayon İcra Hakimiyyətinin başçısı, YAP Siyasi Şurasının üzvü Asif Əsgərov ölkəmizdə, o cümlədən Nəsimi rayonunda həyata keçirilən quruculuq işlərindən bəhs edib, bu prosesdə ərazi ilk partiya təşkilatlarının üzərinə düşən vəzifələrdən danışıb.
Nardar BAYRAMLI
Xəbər lenti
Hamısına baxSiyasət
10 May 12:32
Gündəm
10 May 12:27
Siyasət
10 May 12:20
Hadisə
10 May 12:02
Siyasət
10 May 11:57
İdman
10 May 10:19
Gündəm
10 May 09:13
Siyasət
10 May 00:24
Gündəm
09 May 23:53
Dünya
09 May 23:21
Dünya
09 May 22:40
Dünya
09 May 21:15
Dünya
09 May 20:33
Dünya
09 May 19:18
Maraqlı
09 May 18:30
Gündəm
09 May 17:54
Gündəm
09 May 17:43
Dünya
09 May 17:41
Gündəm
09 May 17:40
Gündəm
09 May 17:18
Gündəm
09 May 17:10
Dünya
09 May 16:22
Dünya
09 May 15:38
Dünya
09 May 15:10
Dünya
09 May 14:54
Gündəm
09 May 14:46
Dünya
09 May 14:17
Siyasət
09 May 13:49
İdman
09 May 13:22
YAP xəbərləri
09 May 12:55
YAP xəbərləri
09 May 12:31
Gündəm
09 May 12:15
Xəbər lenti
09 May 12:09
Gündəm
09 May 12:01
İqtisadiyyat
09 May 11:54
Gündəm
09 May 11:52
Siyasət
09 May 11:31
İqtisadiyyat
09 May 11:17
İqtisadiyyat
09 May 10:54
Analitik
09 May 10:35
Siyasət
09 May 10:33
Analitik
09 May 10:12
Ədəbiyyat
09 May 09:57
Analitik
09 May 09:32
Sosial
09 May 09:15
Ədəbiyyat
09 May 08:51
Ədəbiyyat
09 May 08:39
Siyasət
09 May 08:17
Gündəm
09 May 08:10
Gündəm
09 May 07:42
Dünya
09 May 07:17
Xəbər lenti
09 May 06:36
Dünya
09 May 06:35
Dünya
08 May 23:34
Dünya
08 May 23:04
Formula 1
08 May 22:46
Dünya
08 May 22:34
Hərbi
08 May 22:31
İqtisadiyyat
08 May 22:18
Dünya
08 May 21:50
Xəbər lenti
08 May 21:23
İqtisadiyyat
08 May 21:22
Dünya
08 May 21:08
Dünya
08 May 20:43
Xəbər lenti
08 May 20:39
Dünya
08 May 20:30
İdman
08 May 20:16
Sosial
08 May 19:52
Sosial
08 May 19:28
Hadisə
08 May 19:10

