Yeni Azərbaycan Partiyasının nümayəndə heyəti Çin Xalq Respublikasında səfərdə olub
06.03.2019 [09:46]
Yeni Azərbaycan Partiyasının (YAP) nümayəndə heyəti Çin Xalq Respublikasında səfərdə olub. YAP-ın Siyasi təhlil və proqnozlaşdırma şöbəsinin müdiri, Milli Məclisin deputatı Aydın Mirzəzadənin və YAP Mərkəzi Aparatının məsul əməkdaşı Rafael Gülməmmədovun daxil olduğu nümayəndə heyəti Çin Kommunist Partiyasının Mərkəzi Komitəsinin milli münasibətlərin tənzimlənməsi ilə bağlı Çin təcrübəsinə dair təşkil etdiyi tədbirdə iştirak edib. Tədbirdə bir çox ölkələrin aparıcı siyasi partiyalarının nümayəndələri iştirak ediblər.
Səfər barədə məlumat verən YAP-ın Siyasi təhlil və proqnozlaşdırma şöbəsinin müdiri, Milli Məclisin deputatı Aydın Mirzəzadə bildirib ki, 21-27 fevral tarixlərində reallaşan səfərin ilk günü tədbir iştirakçıları Çinin cənubunda yerləşən azad iqtisadi zonada əldə olunan nailiyyətlərlə tanış olublar. Nümayəndə heyətləri Quandou vilayətinin mərkəzi şəhəri olan Quanjou şəhərində elekrtrotexnika müəssisələrinin işinə baxış keçiriblər.
Səfər zamanı nümayəndə heyəti Çində ən hündür teleqüllə olan Quanjou qülləsi ilə də tanış olub.
Eyni zamanda, tədbir iştirakçıları kontinental Çinlə onun xüsusi əraziləri olan Makau və Honkonq ərazilərini birləşdirən 55 km-lik körpü ilə tanış olublar. Məlumat verilib ki, bu körpü uzunluğuna və texniki təhcizatına görə dünyada birincidr.
Tədbir çərçivəsində qonaqlar Quandou vilayət Xalq Məsləhət Şurasının sədri ilə görüşüblər. Görüşdə 114 milyon əhalisi olan vilayətin sosial-iqtisadi inkişafı haqqında məlumat verilib.
A.Mirzəzadə bildirib ki, səfərin üç günü Sincan Uyğur muxtar rayonunun mərkəzi olan Urumçi şəhərində keçib. Səfər zamanı qonaqlar Sincan Uyğur muxtar rayonunun İslam İnstitutu və Cümə məscidi ilə tanış olublar. Bundan başqa, bölgədə müasir sənaye müəssisələrinin işinə baxış keçirilib.
Tədbirin sonunda YAP nümayəndə heyəti Urumçi Mərkəzi Sarayında rayon rəhbərliyinin iştirakı ilə muxtar rayonda milli məsələlərin həlli ilə əlaqədar görülən işlərlə bağlı keçirilən konfransda iştirak edib.
Səfər çərçivəsində YAP-ın nümayəndə heyəti keçirilən görüşlər zamanı Azərbaycanın inkişafını, ölkəmizin həyata keçirdiyi transmilli layihələrin əhəmiyyətini vurğulayıb, o cümlədən Azərbaycan-Çin münasibətləri, Yeni Azərbaycan Partiyası ilə Çin Kommunist Partiyasının əlaqələrinə dair fikir mübadiləsi aparılıb.
Xəbər lenti
Hamısına baxDünya
03 İyun 23:35
Formula 1
03 İyun 23:13
Dünya
03 İyun 22:40
Dünya
03 İyun 22:36
Dünya
03 İyun 22:19
Dünya
03 İyun 21:53
Dünya
03 İyun 21:25
Dünya
03 İyun 21:08
Dünya
03 İyun 20:42
Dünya
03 İyun 20:31
Dünya
03 İyun 20:17
Dünya
03 İyun 19:59
Dünya
03 İyun 19:22
Elm
03 İyun 19:10
Sosial
03 İyun 18:25
Dünya
03 İyun 17:19
Xəbər lenti
03 İyun 17:02
Siyasət
03 İyun 17:02
Dünya
03 İyun 16:51
Sosial
03 İyun 16:28
YAP xəbərləri
03 İyun 16:17
Sosial
03 İyun 16:17
Siyasət
03 İyun 15:52
Hadisə
03 İyun 15:46
İqtisadiyyat
03 İyun 15:09
Siyasət
03 İyun 14:51
Dünya
03 İyun 14:49
Sosial
03 İyun 14:40
Elm
03 İyun 14:39
İdman
03 İyun 14:24
YAP xəbərləri
03 İyun 13:42
Dünya
03 İyun 13:41
Dünya
03 İyun 13:34
Dünya
03 İyun 12:50
Sosial
03 İyun 12:47
Sosial
03 İyun 12:44
YAP xəbərləri
03 İyun 12:11
Gündəm
03 İyun 12:05
Gündəm
03 İyun 11:57
İqtisadiyyat
03 İyun 11:38
Gündəm
03 İyun 11:21
Sosial
03 İyun 11:20
Elm
03 İyun 11:18
Siyasət
03 İyun 11:00
Gündəm
03 İyun 10:58
Siyasət
03 İyun 10:35
Xəbər lenti
03 İyun 10:31
İdman
03 İyun 10:28
Gündəm
03 İyun 10:19
Sosial
03 İyun 09:54
Analitik
03 İyun 09:31
Analitik
03 İyun 09:30
Analitik
03 İyun 09:17
Sosial
03 İyun 08:50
Sosial
03 İyun 08:33
Dünya
02 İyun 23:32
Dünya
02 İyun 23:16
Dünya
02 İyun 22:58
Dünya
02 İyun 22:23
Dünya
02 İyun 22:05
Dünya
02 İyun 21:45
Sosial
02 İyun 21:30
Siyasət
02 İyun 21:22
Dünya
02 İyun 21:18
Dünya
02 İyun 20:52
Maraqlı
02 İyun 20:34
Siyasət
02 İyun 20:23
İqtisadiyyat
02 İyun 20:12
Dünya
02 İyun 20:10
Dünya
02 İyun 19:59

