Yeni Azərbaycan Partiyası Qaradağ rayon təşkilatı Şurasının iclası keçirilib
21.02.2019 [09:55]
Yeni Azərbaycan Partiyası (YAP) Qaradağ rayon təşkilatı Şurasının iclası keçirilib. Tədbirdə rayon İcra Hakimiyyətinin başçısı, YAP Qaradağ rayon təşkilatı sədrinin birinci müavini Süleyman Mikayılov, Şura üzvləri və ərazi ilk partiya təşkilatlarının sədrləri iştirak ediblər.
YAP Qaradağ rayon təşkilatının sədri, partiyanın Siyasi Şurasının üzvü, Milli Məclisin deputatı Aydın Hüseynov iclası açaraq ölkəmizdə Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən inkişaf strategiyasının mühüm uğurları barədə danışıb. Millət vəkilinin sözlərinə görə, müstəqil Azərbaycan dövlətinin memarı və qurucusu Ulu öndər Heydər Əliyevin əsasını qoyduğu siyasi kursu böyük müvəffəqiyyətlə davam etdirən Prezident İlham Əliyevin ölkəmizə rəhbərlik etdiyi 15 il parlaq nailiyyətlər və möhtəşəm inkişaf göstəriciləri ilə xarakterizə olunur: “Son 15 ilin göstəriciləri ölkəmizin Prezident İlham Əliyev tərəfindən innovativ əsaslı güclü iqtisadiyyat quruculuğu ilə bağlı qarşıya qoyulan strateji hədəfə doğru inamla irəlilədiyini bir daha təsdiqləyir. 2004-cü ildən etibarən bütün dünya üzrə ÜDM istehsalının artımında rekord göstərici 3,3 dəfə olmaqla məhz Azərbaycanda qeydə alınıb. Bəhs olunan dövrdə respublikamıza 250 milyard dollar sərmayə yönəldilib, ölkəmizin sənaye potensialı 2,6 dəfə, valyuta ehtiyatları 24 dəfə artıb və bu gün 45 milyard dollar təşkil edir”. O, bu uğurların gələcəkdə də ardıcıllıqla davam edəcəyinə əminliyini ifadə edib.
Aydın Hüseynov daha sonra rayon təşkilatının ötən ildə fəaliyyəti və əldə etdiyi nailiyyətlər barədə məlumat verib. Milli Məclisin deputatı 2018-ci ilin Yeni Azərbaycan Partiyası üçün uğurlu il olduğunu vurğulayıb.
Qaradağ rayon İcra Hakimiyyətinin başçısı, YAP Qaradağ rayon təşkilatının sədrinin birinci müavini Süleyman Mikayılov tədbirdə çıxış edərək 2018-ci ilin Azərbaycan üçün çox əlamətdar tarixi hadisələrlə və böyük nailiyyətlərlə zəngin olduğunu bildirib. İcra Hakimiyyətinin başçısı Azərbaycanın Prezident İlham Əliyevin rəhbərliyi ilə çox böyük uğurlara imza atdığını vurğulayaraq deyib ki, ölkəmizdə həyata keçirilən siyasətin mərkəzində Azərbaycan vətəndaşlarının maraqları dayanır. Dövlət başçısının müəyyənləşdirdiyi bu strateji kursa uyğun olaraq ölkənin iqtisadi-maliyyə imkanları artdıqca insanların rifah halının yaxşılaşdırılmasına yönələn tədbirlərin miqyası da genişlənir: “Ölkəmizin iqtisadi qüdrəti sosial məsələlərə də çox böyük diqqət yetirməyə imkan verir. Heç də təsadüfi deyil ki, son 15 il ərzində maaşlar 7, pensiyalar 9 dəfə artıb. Bu, bir daha Azərbaycanın sosial dövlət fəlsəfəsinə söykənməklə, vətəndaşlarımızın güzəranının ildən-ilə daha da yaxşılaşdığını sübuta yetirir”.
Süleyman Mikayılov daha sonra YAP Qaradağ rayon təşkilatının rayonun ictimai-siyasi həyatında fəal rol oynadığını vurğulayaraq partiya fəallarının bu istiqamətdəki aktivliyini təqdir edib.
Sonra YAP Qaradağ rayon təşkilatı Gənclər Birliyinin sədri Ramiz Yusubov, YAP Qaradağ rayon təşkilatı Qadınlar Şurasının sədri Hicran Xəlilova, Qaz Emalı Zavodunun direktoru Akşin Paşayev, Sədərək Ticarət Mərkəzi ərazi ilk partiya təşkilatının sədr müavini Sabir Ələkbərov və digərləri çıxış edərək rayon təşkilatının ötənilki fəaliyyətini yüksək qiymətləndirib, görülən tədbirlər barədə məlumat veriblər. İclasda həmçinin ötən il partiya üzvlüyünə qəbul, 2019-cu ilin 1-ci yarımilliyi üçün iş planı, cari il üçün rayon təşkilatının Gənclər Birliyinin və Qadınlar Şurasının iş planı barədə müzakirələr aparılıb və müvafiq qərarlar qəbul olunub.
Xəbər lenti
Hamısına baxDünya
13 May 21:20
Xəbər lenti
13 May 21:14
Dünya
13 May 21:05
İqtisadiyyat
13 May 20:43
Dünya
13 May 20:30
Dünya
13 May 20:18
Dünya
13 May 19:50
Dünya
13 May 19:25
Dünya
13 May 19:13
Dünya
13 May 18:29
Dünya
13 May 17:35
Dünya
13 May 16:22
İdman
13 May 15:54
MEDİA
13 May 15:49
Maraqlı
13 May 15:30
Siyasət
13 May 15:17
Sosial
13 May 15:12
Dünya
13 May 14:25
Siyasət
13 May 14:07
İdman
13 May 14:06
Mədəniyyət
13 May 14:02
Dünya
13 May 13:42
Dünya
13 May 13:19
YAP xəbərləri
13 May 12:58
Dünya
13 May 12:55
Sosial
13 May 12:53
Sosial
13 May 12:30
Gündəm
13 May 12:21
Elm
13 May 11:55
Xəbər lenti
13 May 11:54
İdman
13 May 11:53
Gündəm
13 May 11:52
Siyasət
13 May 11:49
İqtisadiyyat
13 May 11:43
Gündəm
13 May 11:36
MEDİA
13 May 11:14
Gündəm
13 May 10:51
Siyasət
13 May 10:39
Analitik
13 May 10:12
İqtisadiyyat
13 May 09:57
Sosial
13 May 09:49
Xəbər lenti
13 May 09:47
Sosial
13 May 09:46
Ədəbiyyat
13 May 09:33
Analitik
13 May 09:15
Sosial
13 May 08:52
Ədəbiyyat
13 May 08:30
Dünya
13 May 07:48
Sosial
13 May 07:48
Xəbər lenti
13 May 07:47
Sosial
13 May 07:46
Dünya
13 May 07:39
Siyasət
13 May 07:39
Dünya
12 May 23:45
Müsahibə
12 May 23:22
Dünya
12 May 22:43
Dünya
12 May 22:30
İqtisadiyyat
12 May 22:19
Siyasət
12 May 21:50
Dünya
12 May 21:25
İdman
12 May 21:10
Dünya
12 May 20:42
Hadisə
12 May 20:31
Dünya
12 May 20:17
Dünya
12 May 19:54
Gündəm
12 May 19:23
Dünya
12 May 19:20
Dünya
12 May 19:06
Dünya
12 May 18:48
YAP xəbərləri
12 May 18:14

