Dövlət siyasətinin əsas prioriteti – vətəndaş rifahı
08.01.2026 [16:22]
Azər Ağayev
YAP Tərtər rayon təşkilatının sədr müavini
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən dövlət siyasətinin əsasını insan amili, vətəndaş rifahı və milli maraqlar təşkil edir. Dövlət başçısının “Siyasətimizin mərkəzində Azərbaycan vətəndaşı dayanır” fikri ölkədə aparılan bütün islahatların, qəbul edilən qərarların və icra olunan proqramların ideoloji əsasını müəyyən edir. 2026-cı il 5 yanvar tarixində Respublika Prezidenti İlham Əliyevin yerli televiziya kanallarına verdiyi müsahibədə, olkə başçısı vurğuladı ki ,Əgər son 20 ilin statistikasına baxsaq, təkcə onu demək kifayətdir ki, minimum əməkhaqqı Azərbaycanda 40 dəfədən çox artıb. Düzdür, ilkin baza çox aşağı idi, amma bu artım da əldə edilmiş vəsait hesabına mümkün olmuşdur. Yəni biz iqtisadi islahatları apararaq, neft-qaz layihələrini icra edərək, ilk növbədə əldə edilən gəlirləri sosial sahəyə yönəldirdik və bu gün də belədir. İşğal dövründə bizim əsas xərclərimiz hərbi təyinatlı xərclər idi, ondan sonra təhsil xərcləri idi, ondan sonra məcburi köçkünlər üçün nəzərdə tutulan xərclər idi. Yəni biz işğal dövründə 300 mindən çox köçkünü yeni evlərlə, mənzillərlə təmin etmişdik, 100-dən çox şəhərcik inşa olunmuşdur. Yəni bu, niyyətimizi əyani şəkildə göstərir və bu gün insanların rifah halını yaxşılaşdırmaq üçün sosial siyasət daha dəqiq aparılır. Yəni vaxtilə bu sahədə olan pozuntular aradan qaldırılır, ədalətsizliklər aradan qaldırılır, şəffaf mexanizm tətbiq olunur. Bu, bizə imkan verib ki, biz bir neçə ciddi sosial islahat paketi icra etmişik, daha doğrusu, son yeddi il ərzində 5 sosial islahat paketi icra edilmişdir. Bu islahatların əhatə dairəsi 4 milyon insandır və təqribən 8 milyard manata yaxın olan vəsaitdir. Təkcə keçən il 1,4 milyard büdcə vəsaiti bu məqsədlər üçün xərclənib. Yəni maaşlar, pensiyalar, müavinətlər müntəzəm olaraq artırılır, pensiyalar indeksləşdirilir.
Son illər ərzində həyata keçirilən ardıcıl sosial islahatlar əhalinin həyat səviyyəsinin yaxşılaşdırılmasına, sosial müdafiə sisteminin gücləndirilməsinə və sosial ədalətin təmin olunmasına xidmət edir. Minimum əməkhaqqının, minimum pensiyanın və sosial müavinətlərin dəfələrlə artırılması, aztəminatlı ailələrə göstərilən dövlət dəstəyi, sosial mənzil layihələrinin icrası və əhalinin həssas təbəqələrinin müdafiəsi bu siyasətin praktik nəticələridir. Xüsusilə şəhid ailələri, müharibə əlilləri və veteranlara göstərilən diqqət və qayğı dövlətin vətəndaş qarşısında sosial məsuliyyətinin göstəricisidir.İcra olunan “Regionların sosial-iqtisadi inkişafı Dövlət Proqramları” ölkənin bütün ərazilərində tarazlı və davamlı inkişafın təmin edilməsinə yönəlmişdir. Bu proqramlar çərçivəsində minlərlə kilometr avtomobil yolu çəkilmiş, yeni məktəblər, səhiyyə müəssisələri, mədəniyyət obyektləri istifadəyə verilmiş, enerji və içməli su infrastrukturu yenilənmişdir. Regionlarda yeni iş yerlərinin yaradılması, sahibkarlığın inkişafına dövlət dəstəyinin göstərilməsi və kənd təsərrüfatının modernləşdirilməsi vətəndaşların məşğulluq imkanlarını genişləndirmişdir. Qətiyyətli və prinsipial siyasət nəticəsində Azərbaycan Respublikasının ərazi bütövlüyü və suverenliyi tam bərpa olunmuşdur. Bu tarixi nailiyyət ölkə vətəndaşlarının təhlükəsiz və sabit gələcəyinin təminatı baxımından mühüm əhəmiyyət kəsb edir.
Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonlarında həyata keçirilən genişmiqyaslı bərpa və yenidənqurma işləri dövlət siyasətinin humanist mahiyyətini əks etdirir. “Böyük Qayıdış” proqramı çərçivəsində keçmiş məcburi köçkünlərin doğma yurdlarına qayıdışı üçün müasir yaşayış şəraiti yaradılır, sosial və iqtisadi infrastruktur formalaşdırılır. Həyata keçirilən dövlət siyasəti vətəndaş maraqlarına əsaslanır və uzunmüddətli strateji məqsədlərə xidmət edir. Sosial rifahın yüksəldilməsi, təhlükəsizliyin təmin olunması, hüquqi dövlət quruculuğu və milli dəyərlərin qorunması bu siyasətin əsas istiqamətlərini təşkil edir.
Xəbər lenti
Hamısına baxDünya
31 İyul 23:43
Dünya
31 İyul 22:55
Dünya
31 İyul 22:35
Dünya
31 İyul 21:42
Dünya
31 İyul 21:15
Dünya
31 İyul 20:51
Dünya
31 İyul 20:23
Dünya
31 İyul 19:48
Dünya
31 İyul 19:20
İqtisadiyyat
31 İyul 18:30
Elm
31 İyul 17:56
Gündəm
31 İyul 17:54
YAP xəbərləri
31 İyul 17:28
Sosial
31 İyul 17:19
YAP xəbərləri
31 İyul 16:43
Gündəm
31 İyul 16:39
Gündəm
31 İyul 15:59
YAP xəbərləri
31 İyul 15:20
Gündəm
31 İyul 15:17
Siyasət
31 İyul 14:57
Siyasət
31 İyul 14:57
Siyasət
31 İyul 14:56
Siyasət
31 İyul 14:56
Siyasət
31 İyul 14:55
Siyasət
31 İyul 14:55
Siyasət
31 İyul 14:55
Siyasət
31 İyul 14:54
YAP xəbərləri
31 İyul 14:52
Elm
31 İyul 14:27
Sosial
31 İyul 14:09
Elanlar
31 İyul 13:55
YAP xəbərləri
31 İyul 13:52
Xəbər lenti
31 İyul 13:45
Gündəm
31 İyul 12:55
Xəbər lenti
31 İyul 12:45
Sosial
31 İyul 12:39
İqtisadiyyat
31 İyul 12:32
Hadisə
31 İyul 12:32
İqtisadiyyat
31 İyul 12:06
YAP xəbərləri
31 İyul 12:04
YAP xəbərləri
31 İyul 12:04
Analitik
31 İyul 11:15
Gündəm
31 İyul 11:12
Gündəm
31 İyul 10:59
Siyasət
31 İyul 10:52
YAP xəbərləri
31 İyul 10:46
Siyasət
31 İyul 10:45
Xəbər lenti
31 İyul 10:41
Gündəm
31 İyul 10:39
MEDİA
31 İyul 10:30
Gündəm
31 İyul 10:26
Analitik
31 İyul 10:15
Analitik
31 İyul 10:04
Analitik
31 İyul 09:56
Gündəm
31 İyul 09:48
Dünya
31 İyul 09:45
Xəbər lenti
31 İyul 09:43
Dünya
31 İyul 09:12
Dünya
31 İyul 08:56
Gündəm
31 İyul 07:59
Gündəm
31 İyul 07:47
Dünya
30 İyul 23:47
Dünya
30 İyul 23:18
Dünya
30 İyul 22:55
Dünya
30 İyul 22:25
Dünya
30 İyul 21:15
Dünya
30 İyul 20:48
Dünya
30 İyul 20:20
Dünya
30 İyul 19:50
Gündəm
30 İyul 19:33

