Xəzər rayonunda “8 noyabr – Zəfər Günü” münasibətilə ümumrayon tədbiri keçirilib
07.11.2025 [14:38]
Xəzər rayonunda “Konstitusiya və Suverenlik ili” çərçivəsində 8 noyabr – Zəfər Günü ilə bağlı ümumrayon tədbiri keçirilib.
Rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə keçirilən tədbirdə Rayon İcra Hakimiyyətinin başçısı Elşən Salahov, YAP Xəzər rayon təşkilatının sədri Namiq Əhmədov, hüquq-mühafizə orqanlarının rəhbərləri, qəsəbə inzibati ərazi dairələri üzrə nümayəndələri, bələdiyyə sədrləri, Şəhid ailələri, qazilər və müharibə iştirakçıları, rayonun idarə-təşkilat, təhsil və səhiyyə müəssisələrinin rəhbərləri, Daxil İşlər Nazirliyinin Polis Akademiyasının, Daxili Qoşunların Hərbi İnstitutunun, Milli Aviasiya Akademiyasının müəllim və tələbə heyəti, ziyalılar, gənclər və ictimaiyyət nümayəndələri iştirak edib.
İlk öncə iştirakçılar Xəzər Rayon İcra Hakimiyyətinin inzibati binasının önündə ucaldılmış Ümummilli lider Heydər Əliyevin abidəsini ziyarət edib, dahi şəxsiyyətin əziz xatirəsini dərin ehtiramla yad edərək abidə önünə gül dəstələri qoyublar.
Mərdəkan Mədəniyyət sarayında davam edən tədbirdə iştirakçılar sarayın foyesində təşkil edilmiş Azərbaycan Rəssamlar İttifaqının və Naxçıvan MR Rəssamlar Birliyinin üzvü Ramil Əhmədovun əl işlərindən ibarət rəsm sərgisiylə tanış olublar.
Daha sonra tədbirin rəsmi hissəsinə keçid edilərək Dövlət Himni səsləndirilib və ölkəmizin ərazi bütövlüyü və suverenliyi uğrunda mübarizədə canlarını qurban verən şəhidlərimizin xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Sonra tədbirdə şanlı zəfərimizə, tarixi qələbəmizə həsr olunmuş “Qızıl payız” adlı sənədli film nümayiş etdirilib.
Tədbirdə giriş sözü ilə çıxış edən Rayon İcra Hakimiyyətinin başçısı Elşən Salahov “8 Noyabr – Zəfər Günü” ilə bağlı tədbir iştirakçılarını təbrik edərək 44 günlük Vətən Müharibəsinin Azərbaycanın tarixinə qızıl hərflərlə əbədi yazıldığını, bu qələbənin Azərbaycan Respublikasının Prezidenti, Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin qətiyyəti, siyasi iradəsi, yenilməz ordumuzun şücaəti, qəhrəmanlığı, qorxmaz, cəsur əsgərlərimizin canı, qanı bahasına, xalqımızın birliyi hesabına qazanıldığını qeyd edib. Həmçinin, konstitusiya quruluşunun bərpa edilməsi məqsədilə Qarabağ bölgəsində lokal xarakterli antiterror tədbirlərinin uğurla başa çatması nəticəsində Azərbaycanın öz suverenliyini bir daha bərpa etdiyini vurğulayıb.
Tədbirdə çıxış edən Vətən Müharibəsi Qəhrəmanı, şəhid Elçin Mansurovun anası Məleykə xanım Məcidova torpaqlarımızın 30 illik işğalına son qoyulduğunu qeyd edərək Vətən müharibəsində xüsusi şücaət göstərərək şəhid olanların ailə üzvlərinə və qazi olanlara dövlət tərəfindən göstərilən diqqət və qayğıya görə Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Müzəffər Ali Baş Komandanı cənab İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya minnətdarlığını bildirib.
Çıxışlardan sonra respublikanın tanınmış incəsənət xadimlərinin iştirakı ilə konsert proqramı keçirilib. Konsert proqramı iştirakçılar tərəfindən böyük maraq və coşqu ilə qarşılanıb.
Xəbər lenti
Hamısına baxDünya
04 İyun 17:12
Dünya
04 İyun 16:58
YAP xəbərləri
04 İyun 16:25
Dünya
04 İyun 16:23
YAP xəbərləri
04 İyun 16:21
Dünya
04 İyun 15:54
Dünya
04 İyun 15:31
Dünya
04 İyun 15:10
Dünya
04 İyun 14:49
İqtisadiyyat
04 İyun 14:42
İqtisadiyyat
04 İyun 14:40
Sosial
04 İyun 14:34
Siyasət
04 İyun 14:33
Xəbər lenti
04 İyun 14:25
Dünya
04 İyun 14:22
Siyasət
04 İyun 14:20
Sosial
04 İyun 14:07
Dünya
04 İyun 13:54
Dünya
04 İyun 13:20
Dünya
04 İyun 13:08
Dünya
04 İyun 12:46
Dünya
04 İyun 12:30
Gündəm
04 İyun 12:19
Siyasət
04 İyun 12:04
İqtisadiyyat
04 İyun 11:50
Sosial
04 İyun 11:26
Gündəm
04 İyun 11:25
Xəbər lenti
04 İyun 11:01
Sosial
04 İyun 11:00
Sosial
04 İyun 10:54
Siyasət
04 İyun 10:36
Siyasət
04 İyun 10:13
MEDİA
04 İyun 09:55
İqtisadiyyat
04 İyun 09:53
Analitik
04 İyun 09:32
Analitik
04 İyun 09:15
Sosial
04 İyun 08:51
Sosial
04 İyun 08:36
İdman
04 İyun 08:01
Dünya
04 İyun 07:52
Hadisə
04 İyun 07:21
Hadisə
04 İyun 06:45
Dünya
03 İyun 23:35
Formula 1
03 İyun 23:13
Dünya
03 İyun 22:40
Dünya
03 İyun 22:36
Dünya
03 İyun 22:19
Dünya
03 İyun 21:53
Dünya
03 İyun 21:25
Dünya
03 İyun 21:08
Dünya
03 İyun 20:42
Dünya
03 İyun 20:31
Dünya
03 İyun 20:17
Siyasət
03 İyun 20:09
Dünya
03 İyun 19:59
Dünya
03 İyun 19:22
Elm
03 İyun 19:10
Sosial
03 İyun 18:25
Dünya
03 İyun 17:19
Xəbər lenti
03 İyun 17:02
Siyasət
03 İyun 17:02
Dünya
03 İyun 16:51
Sosial
03 İyun 16:28
YAP xəbərləri
03 İyun 16:17
Sosial
03 İyun 16:17
Siyasət
03 İyun 15:52
Hadisə
03 İyun 15:46
İqtisadiyyat
03 İyun 15:09
Siyasət
03 İyun 14:51
Dünya
03 İyun 14:49

